Məhkəmə qərarları › İş №2-1(112)-10272/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10272/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10272/2022 23.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil (Beyləqanda qeydiyyatdadır, ixtisası – hüquqşünas, fərdi qaydada fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X6 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, hüquq məsləhətçi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin alqı-satqı əsasında 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m (6 sot) torpaq sahəsi dövlət ehtiyacları üçün alınmaya məruz qaldığı üçün, torpaq sahəsinin 1 sotunun bügünki tarixə olan bazar qiyməti 15000 (on beş min) manat olmaqla 90000 (doxsan min) manat məbləğində kompensasiyanın və torpaq sahəsinin bazar qiymətinin 20 faiz, yəni 18 000 (on səkkiz min) manat miqdarında satınalma qiymətinin, ümumilikdə 108.000 (yüz səkkiz min) manat məbləğdə pulun (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” bаrədə iddiа tələbi üzrə işə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏNETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq “Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin alqı-satqı əsasında 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m (6 sot) torpaq sahəsi dövlət ehtiyacları üçün alınmaya məruz qaldığı üçün, torpaq sahəsinin 1 sotunun bügünki tarixə olan bazar qiyməti 15000 (on beş min) manat olmaqla 90 000 (doxsan min) manat məbləğində kompensasiyanın və torpaq sahəsinin bazar qiymətinin 20 faiz, yəni 18 000 (on səkkiz min) manat miqdarında satınalma qiymətinin, ümumilikdə 108.000 (yüz səkkiz min) manat məbləğdə pulun (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarı ilə 600 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Xocəsən-Lökbatan yolunun şərq hissəsindən 23,7 ha torpaq sahəsi elektrik deposunun tikinti işlərinin layihələndirilməsi və tikintisi üçün Bakı Metropoliteninin daimi istifadəsinə ayrılmışdır. İddiaçıya məxsus torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə ayrılmış 23,7 ha torpaq sahəsinin hüdudlarına daxil olduğundan "xxxx" QSC ilə İddiaçı nümayəndəsi X7 arasında "X4 üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahəsinin sahibinə ödəniləcək kompensasiya məbləğinə dair xx.xx.2013-cü il tarixdə "Razılaşma Aktı" imzalanmışdır. Həmin vaxt nümayəndə X5 bildirilmişdir ki, razılaşdırılmış məbləğ qısa zamanda ödəniləcək. Razılaşma aktına görə iddiaçıya ödənilməli məbləğ 36 000 (otuz altı min) manat olmalı idi. Belə ki, “Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən Bakı Metropoliteninə göndərilən qiymətləndirmə məktubundan müəyyən etmək olur ki, iddiaçıya məxsus torpaq sahəsi 36.000 manat dəyərində qiymətləndirilmişdir. Sonradan qeyri-rəsmi olaraq bildirmişlər ki, torpağa görə pul ödənilməyəcək. Bununla bağlı dəfələrlə "xxxx" QSC-yə və yuxarı dövlət orqanlarına dəfələrlə müraciət edilsə də, konkret olaraq pulun verilməsi və ya verilməməsi ilə bağlı məlumat verilməmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə "xxxx" QSC-yə kompensasiya məbləğinin ödənilməsi tələbi ilə müraciət edilmiş, lakin onların xx.xx.2022-ci il tarixli məktubu ilə kompensasiyanın ödənilməsindən imtina edilmişdir. İddiaçıya 2007-ci il tarixdən ayrılmış torpaq sahəsində Elektrik deposunun tikintisinə 2011-ci ildən başlanmış və həmin tarixdən torpaq sahəsi “Bakı Metropoliteni" QSC tərəfindən kompensasiya ödənilmədən zəbt olunmuşdur. İddiaçı 2011-ci il tarixdən bu günədək torpaq sahəsindən istifadə edə bilmir. Halbuki, torpaq sahəsi iddiaçının istifadəsində olsaydı o torpağı təyinatına uyğun istifadə edərdi. İddiaçı ilə qonşuluqda olan və eyni sənədlərə malik digər torpaq sahələri və tikililərə malik şəxslərə “Bakı Metropoliteni" QSC tərəfindən kompensasiya ödənilmişdir. Torpaq sahəsinə görə ödəniləcək qiymətləndirmə 2013-cü ilin may ayında aparılmışdır. Həmin dövrdən bu günədək həmin ərazidə torpaq sahəsinin qiyməti dəfələrlə artmışdır. Həmin ərazidə hal-hazırda torpaq sahəsinin bir sotun bazar qiyməti 15 000 (on beş min) manat olmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-1İİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyatı üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu müddəa nəinki torpaq sahələrinin, habelə digər daşınmaz əmlakların (binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri) dövlət ehtiyacları üçün alınması hallarına da şamil olunur. Bu səbəbdən ödəniləcək kompensasiya məbləğinə əlavə olaraq 20 faiz məbləğ hesablanmalı və ödənilməlidir. Odur ki, “Bakı Metropoliteni" QSC tərəfindən İddiaçı ona məxsus torpaq sahəsinə görə 90 000 (doxsan min) manat və həmin məbləğə əlavə olaraq hesablanmış 20 faiz pul - 18000 (on səkkiz min) manat, ümumilikdə isə 108000 (yüz səkkiz min) manat pul ödənilməlidir. Qanunvericiliyə baxanda aydın olur ki, kompensasiyalar təyin olunarkən sakinlərin fərdi maddi və sosial vəziyyəti, əmlakın xüsusiyyətləri, yerləşdiyi ərazi və bazar qiyməti ayrı-ayrılıqda nəzərə alınmalıdır. Kompensasiyanın ödənilməsi qanunvericilikdə imperativ qaydada müəyyən olunmuşdur. İddiaçı qanunsuz olaraq əmlaklarından məhrum olmuşdur. Nəticə etibarilə bu günə qədər qanuni əsaslarla istifadə hüququ olan ona məxsus torpaq sahəsi üçün heç bir kompensasiya ödənilmədən və torpağın məcburi alınmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan alınması faktına məhkəmə əhəmiyyət verməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli 1408 nömrəli Sərəncamı ilə “Bakı Metropoliteni Xətlərinin X10” və “Bakı Metropoliteninin 2011- 2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Həmin Proqramın 5-ci bəndində Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi üçün Tədbirlər Planı müəyyən olunmuşdur. Tədbirlər Planında digər məsələlərlə yanaşı, həmçinin X8 uyğun olaraq İİİ yeni xəttin işçi layihə-smeta sənədlərinin hazırlanması və həmin xəttin “Elektrik deposu” - “Avtovağzal” - “M.Əcəmi-2” - “B-3” - “B-4” - “B-5" sahələrinin tikintisi də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Sərəncamının 3.1-ci bəndində Nazirlər Kabinetinə Dövlət Proqramına uyğun olaraq tikiləcək yeni metro stansiyaları və elektrik depoları üçün tələb olunan torpaq sahələrinin ayrılması və bu torpaq sahələrində yerləşən obyektlərin köçürülməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Metropoliteni və digər əlaqədar təşkilatlarla birlikdə qanunvericiliyin tələblərinə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır. Eyni məzmunlu tapşırıq Tədbirlər Planının 1.4-cü bəndində əks olunmuşdur. X3 icrasının təmin edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən “Bakı Metropoliteninə elektrik deposunun tikinti işlərinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması haqqında" 2011-ci il 05 avqust tarixli 357 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncama əsasən Bakı Metropoliteninin xx.xx.2011-ci il tarixli müraciətini və Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli rəyini nəzərə alaraq, Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində 23,7 ha torpaq sahəsində elektrik deposunun layihələndirilməsi və tikintisi üçün müvafiq torpaq sahəsi Bakı Metropoliteninin daimi istifadəsinə verilmişdir. “X4 üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu xx.xx.2010-cu il tarixdə qəbul olunmuşdur. Həmin Qanunun müddəalarına əsasən alan orqan torpağın alınması haqqında təklifin hazırlanması zamanı, alınmanın təsirinə məruz qalan şəxslərin mülkiyyət, istifadə, icarə və digər qanuni hüquqlar əsasında sahiblik etdikləri alınması təklif olunan torpaq sahələri və onlar üzərində sahiblik növünə dair, həmin torpaqda mövcud olan tikililər, habelə inşa edilməsi nəzərdə tutulan bina və obyektlərin qanunvericiliyə uyğun olaraq təsdiq edilmiş layihələri haqqında məlumatları müvafiq icra hakimiyyəti orqanlarından toplamalıdır. Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 158 nömrəli Qərarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 1065-ci məhəllədə yeni metro stansiyasının (hazırda həmin stansiyanın şərti adı “B-3”adlanır) tikintisi üçün 3.2611 ha, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 3126/27 məhəllədə mövcud İİ xəttin “Dərnəgül" elektrik deposunun tikintisi üçün 17,09 ha və Binəqədi rayonu, Xocəsən- Lökbatan yolunun şərq hissəsində "Xocəsən” elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Bakı Metropoliteni müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X2 01 aprel 2013-cü il tarixli **********97 nömrəli məktubla Binəqədi rayonu Xocəsən bələdiyyəsinə müraciət edərək Xocəsən elektrik deposunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən daşınmaz əmlak obyektləri ilə əlaqədar zəruri işlərin görüldüyü bildirilmiş, Xocəsən bələdiyyəsinə ayrılmış torpaq sahələri barədə hüquqi və texniki sənədlərin surətlərinin Mərkəzə təqdim edilməsini xahiş etmişdir. Binəqədi rayonu Xocəsən bələdiyyəsi sədrinin imzası ilə Daşınmaz Əmlakın Kadastrı və X2 direktorunun adına ünvanlanmış 2013-cü il 01 aprel tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bu günə qədər Xocəsən bələdiyyəsinə torpaq sahəsi verilməmişdir. Bələdiyyə yalnız bələdiyyə mükiyyətində olan torpaqlara sərəncam verə bilər. Azərbaycan Respublikası Əmlakın Kadastrı və X1 Bakı Metropoliteninə ünvanlanmış **********21 nömrəli 08 iyul 2013-cü il tarixli cavab məktubunda X5 (İddiaçı nümayəndəsi) və digərlərinə məxsus torpaq sahələrinə dair sənədlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmədiyinə, eləcədə də həmin torpaq sahələrinin mərz nişanları mövcud olmadığına görə sözügedən torpaq sahələri barədə kadastr planlarının tərtib edilməsinin mümkün olmaması bildirilmişdir. Ən mühüm məsələ isə odur ki, Binəqədi rayon icra Hakimiyyəti Başçısının Xocəsən Bələdiyyəsinə ünvanlanmış xx-xx/2373 nömrəli xx.xx.2011-ci il tarixli məktubunda Xocəsən bələdiyyəsi tərəfindən sözügedən əraziyə verilmiş qərarların araşdırılması və həmin qərarların ləğv edilməsi istiqamətində tədbir görülməsi xahiş edilmişdir. Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 02 noyabr 2011-ci il tarixli 18/01 nömrəli Qərarında qeyd olunmuşdur ki, araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ərazidə torpaq sahələri ayrılarkən aidiyyəti təşkilatların rəyi və razılıqları bələdiyyə tərəfindən nəzərə alınmamış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Qərarla bir sıra şəxslərə torpaq sahəsinin ayrılması barədə qərarlar, o cümlədən İddiaçı fərdi yaşayış evinin tikintisi təyinatı ilə 600 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Binəqədi rayonu Xocəsən bələdiyyəsinin 21/37 saylı 06 sentyabr 2007-ci il tarixli qərarı ləğv edilmişdir. Bundan başqa İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı sözüqedən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi barədə iddia ərizəsi ilə 2016-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2016-ci il tarixli Qərardadı ilə iddia mümkün sayılmamışdır. Odur ki, iddiaçıya ayrılmış torpaq sahəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada ayrılmadığından, habelə iddiaçının qeyd edilən torpaq sahəsinə dair hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və ayrılmış torpaq sahəsinin bələdiyyəyə məxsus olması müəyyən edilmədiyindən, müvafiq bələdiyyə qərarı ləğv edildiyindən iddiaçının torpaqla bağlı hər hansı hüququn yaranmamasına dəlalət edir və iddianın əsassız olmağına təsdiq edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ...2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdir. Məhkəmə iclasında iddiaçını vəkili iddia tələbində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə iddiaçı və cavabdeh tərəfindən məhkəməyə sübut qismində Torpaqların alqısatqısına dair aktın, torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisinin, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli, 21/37 nömrəli qərarın, "xxxx" MMCnin xx.xx.20013-cü il tarixli, 111/29 nömrəli məktubun, "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 40N-10/3-705 nömrəli məktubun, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2011-ci il tarixli 1408 nömrəli Sərəncamının, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli 357 nömrəli Sərəncamının, Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 158 nömrəli Qərarının, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və X1 01 aprel 2013-cü il tarixli **********97 nömrəli və 08 iyul 2013-cü il tarixli **********21 nömrəli məktubların, - Bakı Şəhəri Binəqədi Rayonu Xocəsən Bələdiyyəsinin 18/01 nömrəli xx.xx.2011-ci il tarixli qərarının, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli Qərardadının, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 03 oktyabr 2013-cü il tarixli, DX-03/02-03-808 nömrəli məktubun və ona əlavə olunmuş Xocəsən Bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahələrinin sənədləri haqqında məlumatın surətləri, Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2022-ci il tarixli 7-3671/17 nömrəli məktubu, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016cı il tarixli 2-1(81)-2246/2016 nömrəli, xx.xx.2016-cı il tarixli 2-1(81)-2248/2016 nömrəli, xx.xx.2016-cı il tarixli 2-1(81)-2640/2016 nömrəli, xx.xx.2016-cı il tarixli 2-1(81)-224/2016 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2-1(103)-2130/2016 nömrəli, xx.xx.2016-cı il tarixli 2-1(103)-2132/2016 nömrəli, xx.xx.2017-ci il tarixli 2-1(103)-281/2017 nömrəli qərarların, Vəkil 17 may 2022-ci il tarixli HS/30 nömrəli məktubunun, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 24 oktyabr 2022-ci il tarixli 194 saylı ekspert rəyinin surətləri təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarına əsasən, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 0,06 ha (600 kv.m) torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Qeyd olunan qərar nəzərə alınmaqla torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli, 357 saylı Sərəncamı ilə Xocəsən-Lokbatan yolunun şərq hissəsindən 23,7 ha torpaq sahəsi elektrik deposunun tikinti işlərinin layihələndirilməsi və tikintisi üçün Bakı Metropolitenin daimi istifadəsinə ayrılmışdır. Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən, Bakı Metropoliteninə elektrik deposunun tikinti işlərinin layihələndirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 357 saylı xx.xx.2011-ci il tarixli Sərəncamı ilə ayrılmış (23,7 ha) torpaq sahəsinin hüdudları daxilində yerləşən torpaq sahələrinin ayrılması barədə Binəqədi rayonu Xocəsən bələdiyyəsinin aşagıdakı qərarları ləğv edilməsi qərara alınmışdır: 9. X9- fərdi yaşayış evinin tikintisi təyinatı ilə 600 kv.m torpaq sahəsinin mülkiyyətinə verilməsi barədə Xocəsən bələdiyyəsinin 21/37 saylı, xx.xx.2011-ci il tarixli qərarı. Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin sədri M.Əsgərovun Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1 direktoru Ramiz Quliyevə ünvanlanmış Mərkəzin yuxarıda qeyd edilən **********97 saylı 01 aprel 2013-cü il tarixli məktubuna cavabdan müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yuxarıda qeyd edilən dövrə kimi Xocəsən Bələdiyyəsinə torpaq sahəsi verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-2614/2016 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması; öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi; öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi; qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Göründüyü kimi, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verə bilər. Hazırki işdə iddiaçıya satılmış torpağın Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xəttlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafıə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafıq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, X4 üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “X4 üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506İİİ QD nömrəli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 680 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. "X4 üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən torpaq — mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər. Həmin Qanunun 54-cü maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili (65.1.2); torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi (65.1.5) formalarında kompensasiya ödənilə bilər. Sadalanan normalardan göründüyü kimi, alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində kompensasiyanın ödənilməsi qanunvericilikdə imperativ qaydada müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən Qanunun 80-ci maddəsində nəzərdə tutulmuşdur ki, dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir. İş materiallarından iddiaçı tərəfindən kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsinə sahiblik etməsi və ya torpaqdan fayda alması müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə təqdim olunmuş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı kompensasiya verilməsini tələb etdiyi torpaq sahəsi üzərində qanunla müəyyən edilmiş əsaslarla hüquq əldə etməmişdir. Belə ki, sözügedən torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin mülkiyyətində olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya 2007-ci il tarixdə bələdiyyə qərarı ilə torpaq sahəsi ayrılsa da, həmin qərar Bakı şəhəri Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin qərarı ilə xx.xx.2011-ci il tarixdə ləğv olunmuşdur. Yəni, iddiaçıya verilmiş hüquq sonradan ləğv olunduqdan onun həmin torpaq sahəsinə görə kompensasiya tələb etmək barədə iddiası əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikasının İPM-nin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda qeyd edilən bütün hallara məcmu qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin alqı-satqı əsasında 06 sentyabr 2007-ci il tarixli 21/37 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 600 kv.m (6 sot) torpaq sahəsi dövlət ehtiyacları üçün alınmaya məruz qaldığı üçün, torpaq sahəsinin 1 sotunun bügünki tarixə olan bazar qiyməti 15000 (on beş min) manat olmaqla 90 000 (doxsan min) manat məbləğində kompensasiyanın və torpaq sahəsinin bazar qiymətinin 20 faiz, yəni 18 000 (on səkkiz min) manat miqdarında satınalma qiymətinin, ümumilikdə 108.000 (yüz səkkiz min) manat məbləğdə pulun (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85 və 110-cu maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı ş əhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar