Məhkəmə qərarları › İş №2-1(112)-10279/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10279/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10279/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı 7 nömrəli Birləşmiş şəhər Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra mətndə Agentlik) publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2-ci qrup əlillik statusunun bərpa edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2007-2009-cu illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 2010-cu ildə könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döxlət Xidmətinin Nərimanov rayon İdarəsinə müraciət etmiş, hərbi xidmətə göndərilmiş, müddətdən artıq hərbi qulluqçu kimi xidmətə qəbul edilmiş, 3 aylıq manqa komandiri kimi kursa cəlb edilmiş, daha sonra baş aşbaz kimi əlavə kursda olmuşdur. Kursu bitirdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. Hərbi xidmətdə olarkən o, aortal ürək qapaq çatışmazlığı diaqnozu ilə Mərkəzi Hərbi Hospitala yerləşdirilmişdir. Sonradan xəstəliyinə görə hərbi xidmətdən təxris edilmişdir. 2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona 2-ci qrup əlillik müəyyən olunmuşdur. Əlillik həmin vaxt 1 il müddətinə müəyyən olunmuşdur. Bu səbəbdən o, hər il – 2012, 2013, 2014, 2015-ci illərdə yenidən Komissiyadan keçmişdir və ona hər dəfə 1 illik müddətə 2-ci qrup əlillik müəyyən edilmişdir. 2016-cı ildə isə Tibbi-Sosial Eksperl Komissiyası ona 5 illik müddətə 2021-ci ilədək 2-ci qrup əlillik müəyyən etmişdir. 2021-ci ildə isə onu komissiyaya buraxmamışlar. Hərbi xidmətdən xəstəliyi ilə, əlilliyi ilə bağlı pensiyasını (təqaüdü) də 2021-ci ilin iyun ayından dayandırılmışdır. Pensiyanın dayandırılmasının səbəbi o idi ki, Tibbi komissiyanın rəyinin vaxtının bitməsi olmuşdur. O, dəfələrlə qaydaya uğyğun olaraq Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş şəhər xəstəxanasında komissiyadan keçmək üçün müraciət etmiş, lakin, xəstəxana onu komissiyadan keçmək üçün göndəriş verməmişdir, qeyd etdiyi kimi, komissiyaya buraxmamışlar, dəfələrlə müraciət etmiş, ona bildirilmişdir ki, sağlamdır, lakin sağlamlıq haqqında arayış istədikdə, onu da verməmişlər, bildirilmişdir ki, onu komissiyaya buraxa bilməzlər, icazə verilmir. Bu səbəbdən hüquqları pozulmuşdur. 2023-cii ilin fevral ayında yenidən o, həm “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsinə və 7 saylı Birləşmiş şəhər xəstəxanasına müraciətlər etmişdir. Bundan sonra 7 saylı Birləşmiş şəhər xəsətəxanasından onu çağırıb və aidiyyəti üzrə müalicə və müayinələr üçün X11 göndərmişlər. 7 günlük müalicədən sonra Komissiyadan keçmişdir. Tibbi-Sosial Ekspert Komissiyası bu dəfə ona xx.xx.2023-cü il tarixli imtina vermişdir. İmtinada qeyd edilmişdir ki, Səbəb: əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: ixtisaslaşdırılmış müalicənin davam etdirilməsi məsləhət görülür. Diaqnoz: Qan damar çatmamazlığı İF.S.Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Mitral Çatışmamazlıq-1-ci Dərəcə. Aorta (qapaq) stenozu, X9 Xəstəliyi. Aorta qapağının X1 (2011). Cavabdehin imtinası əsassızdır. Cavabdehin özünün əvvəlki qiymətləndirilmələrinə uyğun deyil. Qan damar çatmamazlığı İF.S. Mitral qapağın revmatik mənşəli çatamamazlığı. Mitral Çatışmazlıq-1-ci Dərəcə. Aortal (qapaq) stenozu. X9 Xəstəliyi. Aorta Qapağının X1 (2011) diaqnozu olan əlavə müalicəyə ehtiyacıın olması və ixtisaslaşdırılmış müalicəni davam etdirməli olmağı imtina üçün əsas deyil, göstərilən 2011-ci ildən dəyişməyən diaqnoz artıq onunla bağlı yekun qərarın qəbul edilməsi üçün əsasdır. O, 12 ildən artıqdır ki, ölkə daxilində və xarici ölkədə əlavə müalicələr almışdır. İxtisaslaşdırılmış müalicə olunur, müalicəsi 12 ildir davam etsə də, irəliləyiş olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış məhkəmənin 19 may 2023-cü il tarixli qərardadı ilə 7 nömrəli Birləşmiş şəhər Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan Agentlik tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etirazda) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək, Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnoz əlillik əlaməti təyin etmir barədə imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Üçüncü şəxs 7 nömrəli Birləşmiş şəhər Xəstəxanası tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Agentliyin nümayəndəsi X6 iddianı qəbul etməyərək, etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. İddiaçı 2-ci qrup əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki iddianın “məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, əvvəlcə eyni tələblə cavabdeh inzibati orqana, daha sonra isə qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları. iddiaçıya məxsus AZE seriyalı 15961674 №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1989-cu ildə Qazax rayonu, Saloğlu kənində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ünvanlanmış “Pensiya ödənişinin dayandırılması haqqında” məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 15 iyul 2011-ci il tarixli MN-61724 nömrəli məlumat vərəqinə və Tibbi-Sosial Ekseprt Komissiyası tərəfindən 11 may 2011-ci il tarixindən verilmiş “Hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə Mərkəzi Filial tərəfindən 11 may 2011-ci il tarixindən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq, müvafiq təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilib. Pensiya işinə dair məlumatlara əsasən sonradan ona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 30 may 2012-ci il tarixindən verilmiş hərbi xidmət dövrü ilə əlaqədar İİ dərəcə əlilliyə, 27 may 2013-cü il tarixdən verilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə, 5 iyun 2014-cü il tarixdən verilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə, 2 iyun 2015-ci il tarixdən verilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə və 2 iyun 2016-cı il tarixdən beş il müddətinə verilmiş “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyası ödənilib (sonuncu pensiya ödənişi 334,40 manat). Əlilliyinin müddətinin 2 iyun 2021-ci il tarixindən bitməsi ilə əlaqədar ona pensiya ödənişi 1 iyul 2021-ci il tarixdən dayandırılıb. 15 fevral 2011-ci il tarixli 488 №-li “X5”nin surətindən müəyyən olunur ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2010-cu il tarixdə hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissədə müddətdən atqıq hərbi xidmət kiçik çavuşu hərbi-uçot ixtisası aşbaz olan İddiaçı ürək nahiyəsində ağrıdan, ürəkdöyünmədən, başgicəllənmədən, tənginəfəslikdən və ümumi halsızlıq şikayətləri ilə müraciət etmişdir. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələrində - diaqnozun və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı aşağıdakı kimi olmuşdur: - Sürəkli gedişli fəal revmatizim. Qayıdan endomiokarditdən sonrakı aortal qapaq çatışmazlığı. Miokardioskleroz. İ (birinci) funksional sinif üzrək çatışmazlığı. - Xəstəlikdir, Hərbi Xidmət Dövründə Alınmışdır (12-ci bənd). - HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəli”nin 42 b maddəsinin 3-cü qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə “yararsız”, müharibə dövründə “məhdud yararlıdır” (13-cü bənd). İddiaçı aid aşağıdakı; - xx.xx.2011-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X3: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 195-199-Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş xəstəlikləri=>199Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları…Diaqnozun mətni: Xroniki revmatizim, sürətli gediş, qayıdan endomiokardt.aortal qapaq çatmamazlığı İİ-İİİ dərəcə. ÜÇ İ fs…Meyar: 2.2.İkinci dərəcə əlillik =>DİGƏR: Xroniki revmatizim, sürətli gediş, qayıdan endomiokardit.Aortal qapaq çatmamazlığı İİ-İİİ dərəcə. - xx.xx.2014-cü il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X3:İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 195-199-Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş xəstəlikləri=>199Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqları…Diaqnozun mətni: Revmatizim qeyri-aktiv faza.Aorta qapaqlarının protezləşdirilməsindən s/v (2011)…Meyar: 2.2.İkinci dərəcə əlillik =>DİGƏR: Revmatizim, qeyri-aktiv faza. Aorta qapaqlarının protezləşdirilməsindən s/v (2011)… - xx.xx.2015-ci il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X3:İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 105-109-X9 xəstəlikləri=> 106-Aorta qapağının revmatik xəstəlikləri =>106.9-Aorta qapağının dəqiqləşdirilməmiş revmatik xə….Diaqnozun mətni: Revmatizim qeyri aktiv faza.Aorta koronar qapaqların protezləşdirilməsindən s/v (1011)…Meyar: 2.2 İkinci dərəcə əlillik=>DİGƏR: Revmatizim.. - xx.xx.2016-ci il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X3:İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => 105-109-X9 xəstəlikləri=> 106-Aorta qapağının revmatik xəstəlikləri =>106.9-Aorta qapağının dəqiqləşdirilməmiş revmatik xə….Diaqnozun mətni: Revmatizim qeyri aktiv faza.Aorta koronar qapaqların protezləşdirilməsindən s/v (1011)…Meyar: 2.2 İkinci dərəcə əlillik=>DİGƏR: Revmatizim.. xx.xx.2023-cü il tarixli, xxxxxxx0005 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Mitral qapağın revmatik mənşəli çatmamazlığı, Mitral Çatışmazlıq-1ci Dərəcə..Aorta (qapaq) stenozu, X9 Xəstəliyi.Aorta Qapağının X1 (2011)…İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması-Səbəb: ixtisaslaşmış müalicəni davam etdirməsi məsəhət görülür. xx.xx.2023-cü il tarixli, xxxxxxx0006 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Aorta (qapaq) stenozu, X9 xəstəliyi.Aorta qapağının X1 (2011), İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Agentliyin Tibbi-Sosial ekspert komissiyasının 3-17-4/3-3-3766/2023 №-li, xx.xx.2023-cü il tarixli qərarının 14-cü bəndində qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1989-cu il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin Q00084820FCS nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli 488 nömrəli X5 verilmişdir. Həmin şəhadətnamədə “Sürəkli gedişli fəal revmatizm, qayıdan endomiokarditdən sonrakı aortal qapaq çatışmazlığı. Miokardioskleroz. İ (birinci) funksional ürək çatışmazlığı” xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında əsəbləşən zaman sol ətrafın keyimə hissinin olduğunu, 2011-ci ildə ürək əməliyyatı keçirdiyini, aorta qapaqlarının protezləşdirildiyini bildirmişdir. Müayinə zamanı döş qəfəsinin ön səthində açıq ürək əməliyyatına müvafiq yumşaq toxuma çapığı izlənilmiş, aşağı ətraflarda trofik pozuntular, ödem, hərəkət məhdudluğu müşahidə edilməmişdir. X10 xx.xx.2023xx.xx.2023-cü il tarixli 1573 nömrəli Çıxarışda diaqnoz “X9 xəstəliyi. Aortal qapaq qüsuru. Aortal qapaq protezindən sonrakı vəziyyət. Miokarditdən sonrakı vəziyyət. Xroniki ürək çatmamazlığı İ funksional sinif” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aortal qapaq protezləşməsindən sonrakı vəziyyət (2011). Aorta sərtləşib. Ürək kameraları normal ölçüdədir. Sol mədəciyin sistola- diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ pozulmayıb, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=65%). Aortal və Mitral qapaqlar fibrotlkdir. Aortal qapaq protezdir, protez üzrəində sürət Vmax=2.3m/san, Pmax=22 mmHg. Min AR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir.Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir.Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 599/2023 saylı (ekspertizanın başlanma tarixi 16 avqust 2023-cü il, başa çatma tarixi 29 avqust 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki:

1. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəlyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olduğundan, sosial ekepsertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər, əlillik əlillik səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci l tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq “Əlilliyin müəyyən olunması meyarları”nın maddələrindən birinə aid etmək mümkün olmadı. Qeyd edilən diaqnozla İddiaçı hazırda əlavə ixtisaslaşmış müalicəsinə zərurət yoxdur.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyə, əlilliyə, ailə başçısını itirdiyinı, əmək qabiliyyətini itirdiyinə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsinə əsasən Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.2. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya Quruluşunun müdafiəsi ilə əlaqədar əlillik” əbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət Orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir,əlillik səbəbləri müəyyən edilərkən X5, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (X5 və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” qaydası”.

1. Ümumi müddəalar. 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydası”.

1. Ümumi müddəalar. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

Məhkəmənin mövqeyi.

Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarındanmüəyyən olunur ki, Agentliyin Tibbi-sosial ekspert komissiyası tərfindən İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müayinəyə ehtiyacın olması barədə qərar verilmişdir. M.Əhmədov qərardan narazı şəxs kimi xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinə edilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli qərarla bağlı narazı şəxs kimi müayinə edilmiş, nəticədə xəstədə əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “diaqnoz əlillik əlaməti təyin etmir - hazırda əlil hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəydə isə göstərilmişdir ki, iddiaçı sosial ekspertlər tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Onda aşkar olumuş diaqnozla əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəsinə ehtiyac yoxdur. Qeyd edilən diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyindən hazırda ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarla təsdiq edilmiş Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”nin maddələrini aid etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” da nəzərə alınmaqla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdeh inzibati orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar