Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1028/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsində məsləhətçi işləyir) iştirakı ilə, İddiaçı Nurəddin oğlunun cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı 30749 manat pul vəsaitinin və 30000 manat mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia qaldıraraq məharət dərəcəsinin verilməsinin gecikdirilməsinə görə 2288 manat, müalicə olunmağı ilə əlaqədar birdəfəlik müavinətə görə 9760 manat, qanunsuz tənbeh olunmasına görə 2080 manat, forma ilə təmin olunmadığı 8 il üçün cəmi 5600 manat, iş vaxtından artıq işlədiyi üçün 2660 manat və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı tağımında əlavə xidmətinə görə 616 manat olmaqla cəmi 30748 manat pul vəsaitinin və hüquqlarının 20 il ərzində pozulması ilə əlaqədar ona dəymiş ziyana görə əlavə 30000 manat, cəmi 60748 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 18.04.2007-ci ildən 29.03.2019-cu ilə qədər ədliyyə orqanlarında (Penitensiar xidmətdə) qulluq keçmişdir və qulluq illərinə görə pensiyaya çıxmaqla ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.Qulluq müddətİ ərzində müxtəlif vaxtlarda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan müəssisələrdə qanunla müəyyən edilmiş hüquqlarının ciddi şəkildə pozulduğunu müşahidə etmişdir. Belə ki, qanunla müəyyən olunmuş qaydaya əsasən orqanda qulluq edən əməkdaşa hər beş ildən bir növbəti məharət dərəcəsi verilir (əgər qüvvədə olan cəzası yoxdursa) və bu da öz növbəsində həmin əməkdaşın aylıq maaşına əlavə vəsaitin ödənilməsi deməkdir.İddiaçı 2000-ci ilin aprel ayında ədliyyə orqanlarında qulluğa qəbul olunduğuna görə 2005-ci ilin sentyabr ayında iddiaçıya İİ məharət dərəcəsi verilmişdir. 2006-cı ilin iyul ayında ədliyyə orqanlarından ehtiyyata buraxılmış və həmin ilin noyabr ayında yenidən ədliyyə orqanlarında qulluğa qəbul olunduğuna görə əvvəllər iddiaçıya verilmiş İİ məharət dərəcəsi qulluğa qəbul olunduğu tarixdən bir il sonra bərpa edilməli olduğu halda İİ məharət dərəcəsinin verilməsi həmin dövrdə cavabdehin mühafizə alayında gecikdirilmişdir. 2011-ci ilin fevral ayında iddiaçıya yenidən İİ məharət dərəcəsi, 2017-ci ilin fevral ayında isə İ məharət dərəcəsi verilmişdir. 15 (on beş) il ədliyyə orqanlarında qulluq edən əməkdaş «Usta» məharət dərəcəsi aldığı və aylıq vəzifə maaşının 25%-i mislindən əlavə vəsait aldığı halda iddiaçı 20 (iyirmi) il qulluq edib İ məharət dərəcəsi və əlavə 15% ilə pensiyaya buraxılmışdır.Müvafiq məharət dərəcəsinə görə ona ödənilməmiş faizlər 2288 manat təşkil edir. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. 2006-2015-ci illərə görə (bəzi illərdə, yəni 2011, 2012, 2014-cü illərdəiddiaçə əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə xəstəxanada müayinə və müalicə olunmuş, həmin dövrdə xidmət etdiyi müəssisələrdə rəhbərliyə yazılı müraciət etdiyinə baxmayaraq xəstəliyə görə müavinət ona verilməmişdir) iki aylıq əmək haqqı məbləğində xəstəliyə görə ümumilikdə 9760 (doqquz min yeddi yüz altmış) manat ona ödənilməlidir. İddiaçı qanunsuz tənbeh olunduğuna görə (irad tutmaq) mükafatlardan məhrum olunmuşdur. Belə ki, 2010-cu ildə cavabdehin Mühafizə alayında qulluq etdiyi dövrdə ona elan olunmadan və ya heç bir xəbərdarlıq edilmədən, ondan izahat alınmadan, xidməti araşdırma aparılmadan və heç bir əmr imzalanmadan xidməti vərəqəsinə 25.05.2010-cu il tarixdə «irad», 10.11.2010-cu il tarixdə «irad» yazılmışdır. Bu səbəbdən 2010-cu ilin may ayından həmin ilin sonunadək heç bir mükafatdan yararlana bilməmiş, bundan əlavə 2010-cu il üçün yüksək hərbi hazırlığa, qüsursuz xidmətə görə Ədliyyə Nazirinin 31.07.1999-cu il tarixli əmrinin 5-ci bəndinə əsasən əməkdaşlara verilən iki vəzifə maaşı məbləğində pul mükafatından qanunsuz olaraq məhrum edilmişdir. Odur ki, ümumilikdə 2080 (iki min səksən) manat pul vəsaiti X2 ödənilməlidir.İddiaçı 2006-cı ildən 2019-cu ilədək xüsusi geyim forması ilə təmin olunmamış və geyim forması əvəzinə pul kompensasiyası ona ödənilməmişdir. Qeyd olunan illərin yalnız 5 (beş) ilində xüsusi geyim forması ilə təmin olunmuş, qalan 8 (səkkiz) ilin hər ilinə görə 700 (yeddi yüz) manat, cəmi 5600 beş min altı yüz manat pul iddiaçıya ödənilməlidir.İddiaçı ədliyyə orqanlarında qulluq etdiyi 20 il ərzində bir çox hallarda Qanunla müəyyən edilmiş vaxtdan artıq qulluğa cəlb edilmiş, lakin həmin vaxt ona ödənc və ya əlavə istirahət vaxtı verilməmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, Penitensiar Xidmətin sabiq əməkdaşı İddiaçı 01.04.2000- 18.07.2006-cı il və 16.11.2006-29.03.2019-cu il tarixlərdə Penitensiar xidmətdə qulluqda olmuşdur. “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında” Əsasnamənin 1.7-ci bəndinə əsasən məharət dərəcələrinin verilməsi üzrə komissiyaya öz vəzifə borclarını layiqincə yerinə yetirən, il ərzində tədris olunan dərslərin yekunu üzrə keçirilmiş qiymətləndirmədə «əla» və «yaxşı» qiymət almış əməkdaşlar ərizələrinə və birbaşa rəislərinin xasiyyətnamə-zəmanətinə əsasən təqdim olunurlar. Barəsində intizam tənbehi tətbiq edilmiş əməkdaş həmin tənbeh qüvvədə olduğu müddətdə komissiyaya buraxılmır və ona həmin müddətdə məharət dərəcəsi verilmir. Əsasnamənin 1.8-ci bəndinə əsasən başqa vəzifəyə keçirilmiş (vəzifədə irəli çəkilmiş şəxslər istisna olmaqla) əməkdaşlara növbəti məharət dərəcələrinin verilməsi məsələsinə həmin vəzifədə 6 ay qulluq etdikdən sonra baxılır.Məharət dərəcələrinin təyin edilməsi əmrlə rəsmiləşdirilir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin cavabdeh məharət dərəcəsi ilə bağlı əmrlərdən heç bir şikayət verməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Həmin maddənin ikinçi cümləsinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikası Ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir.İddiaçıya qulluq müddətində 2016, 2017, 2018-ci illərdə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilmiş, diğər illərdə müraciət etmədiyinə görə verilməmişdir.İddiaçı qulluq müddətində qanunla müəyyən olunmuş vəzəfələrini qüsurla yerinə yetirdiyinə görə bir necə dəfə intizam məsuliyyətinə cəlb edilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 32.9-cu maddəsinə əsasən intizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir.İddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə əmri mübahisələndirməmişdir. Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanununun 26.4-cü maddəsinə əsasən ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. Maddənin mətnindən göründüyü kimi bu norma icra edilməsi tələbinə görə dispozitiv normadır (belə normalarda hüquq subyektinin alternativ davranmaq imkanı nəzərdə tutulur). “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Qanunun 3.2-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 99.1-ci maddəsinə uyğun olaraq iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində verinə yetirməsi sayılır. İddiaçı barədə belə bir əmrlər mövcud deyildir. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti cavabsız qalmışdır. İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə cavabdehə müraciətini,əmək kitabçasının surətini,hərbi biletinin surətini, müxtəlif tarixlərdə tərtib edilmiş həkim müayinələrindən keçməsinə dair sənədləri təqdim etmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddia tələbini əsaslı hesab etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 3397 nömrə ilə 21.05.2008-ci ildə qeydiyyatdan keçmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin (bundan sonra - müavinət) verilməsi qaydalarını müəyyən edir, həmin Qaydaların 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən müavinətin verilməsi barədə müraciət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatında, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində, habelə nazirliyin müstəqil balansa malik tabe qurumlarında fəaliyyət göstərən müavinət təyin edən komissiyalara (bundan sonrakomissiyalar) təqdim edilir. Lakin iddiaçı tərəfindən müalicə pulunun ödənilməsini tələb etdiyi illərdə yuxarıda qeyd edilən qaydaların 2.2-ci bəndində göstərilən sənədlərin cavabdehin təşkil etdiyi komissiyaya və ya cavabdehin özünə təqdim etməsi və müalicə olunması üçün müavinət verilməsi barədə müraciət etməsi, lakin müraciətinin təmin edilməməsi işin faktiki halları ilə müəyyən edilməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 26.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanının mərkəzi aparatında, penitensiar və tibb xidmətlərində, regional qurumlarında qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri, habelə icra məmurları xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının və fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, 26.2-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinə pulsuz qış, mövsümi və yay xüsusi geyim formalarının verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir, 26.4-cü maddəsinə əsasən ədliyyə orqanları işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. Göründüyü kimi qanunverici ədliyyə işçilərinə növbəti olaraq verilən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyasının ödənilməsini vəzifə kimi cavabdehin üzərinə qoymamişdir, bu yalnız cavabdehin hüququ kimi nəzərdə tutulmuşdur ki, həmin hüquqdan istifadə etmək isə cavabdehin mülahizəsinə əsasən həyata keçirilir, belə olan halda hal hazırda cavabdehin iddiaçı qarşısında xüsusi geyim formasının əvəzində pul kompensasiyasını ödəmək öhdəliyi mövcud deyildir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 32.9-ci maddəsinə əsasən intizam tənbehinin verilməsi və vaxtından əvvəl götürülməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. Həmin Qanunun 32.10-cu maddəsinə əsasən ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. Lakin iddiaçı tərəfindən xidmət etdiyi müddət ərzində ona intizam tənbehi verilməsi haqqında əmrdən şikayət vermədiyi və həmin əmri mübahisələndirmədiyi üçün intizam tənbehi barədə əmrlər qanuni hesab edilirlər və həmin əmrlərlə bağlı və ya həmin əmrlərin nəticəsi olaraq iddiaçıya cavabdeh tərəfindən hər hansı bir zərərin vurulması barədə iddiaçının iddiası əsassızdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 30 may 2014-cü il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına və hərbi qulluqçularına məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında Əsasnamə”nin 1.7-ci bəndinə əsasən məharət dərəcələrinin verilməsi üzrə komissiyaya öz vəzifə borclarını layiqincə yerinə yetirən, il ərzində tədris olunan dərslərin yekunu üzrə keçirilmiş qiymətləndirmədə «əla» və «yaxşı» qiymət almış əməkdaşlar ərizələrinə və birbaşa rəislərinin xasiyyətnaməzəmanətinə əsasən təqdim olunurlar. Barəsində intizam tənbehi tətbiq edilmiş əməkdaş həmin tənbeh qüvvədə olduğu müddətdə komissiyaya buraxılmır və ona həmin müddətdə məharət dərəcəsi verilmir. Sosial məzuniyyətdə olma dövrü məharət dərəcəsində olma müddətinə daxil edilir və bu Əsasnamənin 1.4-cü bəndinə uyğun hesablanır. Həmin Əsasnamənin 1.8-ci bəndinə əsasən başqa vəzifəyə keçirilmiş (vəzifədə irəli çəkilmiş şəxslər istisna olmaqla) əməkdaşlara növbəti məharət dərəcələrinin verilməsi məsələsinə həmin vəzifədə 6 ay qulluq etdikdən sonra baxılır. Həmin Əsasnamənin 1.11-ci bəndinə əsasən məharət dərəcələri aşağıdakı qaydada verilir: - ədliyyə nazirinin əmri ilə – ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinə, Tibb baş idarəsinin rəisinə; - ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisinin əmri ilə – Penitensiar xidmətin əməkdaşlarına; - Tibb baş idarəsinin rəisinin əmri ilə – tibb xidmətinin əməkdaşlarına. Həmin Əsasnamənin 1.12-ci bəndinə əsasən məharət dərəcələrinin verilməsi üçün bu Əsasnamənin 1.11-ci bəndində göstərilən vəzifəli şəxsin əmri ilə təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən ibarət komissiya yaradılır.Komissiya azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Komissiyanın səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə müəyyən edilir. Həmin Əsasnamənin 1.14-cü bəndinə əsasən məharət dərəcələrinin verilməsi ilə əlaqədar yaranmış mübahisəli məsələlərin həlli üçün əməkdaşlar və komissiyaların üzvləri Ədliyyə Nazirliyinin rəhbərliyinə, habelə qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayətlə müraciət edə bilərlər. Həmin Əsasnamənin 2.6-cı bəndinə əsasən hər bir əməkdaşa məharət dərəcəsinin verilməsinə dair qiymətləndirmənin nəticələri komissiyanın üzvləri tərəfindən imzalanmış protokolda əks etdirilir. Həmin protokollar əsasında əməkdaşlara məharət dərəcələrinin verilməsi müvafiq əmrlə rəsmiləşdirilir. Lakin iddiaçı qulluq etdiyi müddət ərzində məharət dərəcəsinin verilməsi ilə bağlı cavabdehin hərəkətlərini mübahisələndirməmiş, məharət dərəcəsi verilməsi üçün yaradılmış komissiyaya da müraciət etməmişdir ki, bu da məharət dərəcəsi ilə bağlı iddiaçının hüquqlarının pozulmamasını göstərir. İddiaçının istirahət hüququnun pozulması ilə bağlı bildirdiklərinə gəldikdə isə iddiaçının 01.04.2000-07.05.2015, 31.10.2016-28.03.2019-cu illərdə xidmət etdiyi müddətdə onunla cavabdeh arasında münasibətlər “Ədliyyə orqqnlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yanaşı həm də hərbi qanunvericiliklə (“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçualrın statusu haqında”, “hərbi xidmətkeçmə haqqında” əsasnamə, “Azərbaycan Respublikası Silahlı X1” və digər) tənzimlənirdi ki həmin qanunvericilik normalarında “iş vaxtı”, “iş vaxtı normaları”, “İş vaxtından artıq iş” anlayışları mövcud deyildir. İddiaçının 07.05.2015-29.10.2016-cı ildə işlədiyi müddətdə isə onun cavabdehlə münasibətləri həm “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu, həm də Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənmişdir. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 991.-ci maddəsinə əsasən iş vaxtından artıq iş – işəgötürənin əmri (sərəncamı, qərarı) ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. İddiaçının iş vaxtından artıq işə cəlb edilməsi barədə əmrlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş və belə bir əmrlərin mövcud olması barədə məhkəməyə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. İnzibati iş materialları ilə cavabdehin iddiaçıya münasibətdə hər hansı bir qanunsuz hərəkətləri (hərəkətizliyi), bunun da nəticəsində hər hansı bir maddi ziyanın və mənəvi ziyanın vurulması inzibatı məhkəmə icraatının gedişində təsdiqlənməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının iddia tələbinin heç bir hüquqi əsası olmadığına görə məharət dərəcəsinin verilməsinin gecikdirilməsinə görə 2288 manat, müalicə olunmağı ilə əlaqədar birdəfəlik müavinətə görə 9760 manat, qanunsuz tənbeh olunmasına görə 2080 manat, forma ilə təmin olunmadığı 8 il üçün cəmi 5600 manat, iş vaxtından artıq işlədiyi üçün 2660 manat və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı tağımında əlavə xidmətinə görə 616 manat olmaqla cəmi 30748 manat pul vəsaitinin və hüquqlarının 20 il ərzində pozulması ilə əlaqədar ona dəymiş ziyana görə əlavə 30000 manat, cəmi 60748 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı məharət dərəcəsinin verilməsinin gecikdirilməsinə görə 2288 manat, müalicə olunmağı ilə əlaqədar birdəfəlik müavinətə görə 9760 manat, qanunsuz tənbeh olunmasına görə 2080 manat, forma ilə təmin olunmadığı 8 il üçün cəmi 5600 manat, iş vaxtından artıq işlədiyi üçün 2660 manat və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının atıcı tağımında əlavə xidmətinə görə 616 manat olmaqla cəmi 30748 manat pul vəsaitinin və hüquqlarının 20 il ərzində pozulması ilə əlaqədar dəymiş ziyana görə əlavə 30000 manat, cəmi 60748 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1028/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1028/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver