Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10288/2023 23.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli 6965 saylı imtina məktubunun qanunazidd sayılması və iddiaçının 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli fərmanına uyğun olaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, cavabdehin xx.xx.2022-ci il tarixli 6965 saylı imtina məktubunun qanunazidd sayılması və iddiaçının 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli fərmanına uyğun olaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər SSRİ, xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, N.Nərimanov adına Azərbaycan Tibb Universitetində təhsil aldığı zaman Azərbaycan Respublikası Müdafiə Nazirinin 216 saylı xx.xx.N-ci il tarixli əmri ilə tələbələrin təlim toplanışı əvəzinə Ağdərə rayonu ərazisində yerləşən 02 saylı hərbi səhra qospitalına feldşer vəzifəsində 0N iyul N-ci ildən 25 avqust N-ci il müddətinə qoşun təcrübəsini keçməyə göndərilmişdir. Beləliklə N saylı hərbi hissə komandirinin N iyul N-ci il tarixli N saylı əmri ilə hərbi hissəyə tibb qardaşı vəzifəsinə təyin edilmiş və tədris semestri başladığı üçün 27 avqust N-ci il tarixli, 116 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmişdir. N saylı hərbi hissə komandirinin N saylı əmrinə əsasən xidmətdən azad edilmişdir. xx.xx.N-xx.xx.N, 1997-2018-ci illər ərzində 20(iyirmi) təqvim ili, 10 (on)ay, 15 (on beş) gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavininin xx.xx.2018-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmət keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən (xəstəliyə görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Hərbi xidmət dövründə Azərbaycan Respublikası Prezidentinin adından Müdafiə Nazirinin müvafiq əmrlərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, xx.xx.2004-cü il, Qüsursuz xidmətə görə N-cü dərəcəli medal xx.xx.2012-ci il, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) “yubiley” medalı - xx.xx.201N-cü il, “Qüsursuz ximətə görə 2-ci dərəcəli medal-xx.xx.201N-cü ildə, “Qüsursuz ximətə görə 1-ci dərəcəli medal-xx.xx.2018-ci ildə, medallarla təltif edilmişdir. İddiaçının ailə tərkibi 4 (dörd) nəfərdən ibarətdir, hal-hazırda Bakı şəhərində kirayə mənzildə yaşayır. xx.xx.N-xx.xx.N, 1997-2018-ci illər ərzində 20 (iyirmi) təqvim ili, 10 (on)ay, 15 (on beş) gün müddətində Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyindən və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixili, 569 saylı Fərmanının 1-ci bəndinə əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq — hüququ olduğundan cavabdehə müraciət etmişdir. Lakin cavabdeh Müdafiə Nazirliyi tərəfindən qanunsuz şəkildə onun mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahısına daxil etməkdən imtina etmişdir. Buna səbəb kimi onun qüsurlu xidmət keçməklə Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etməsi göstərilmişdir. İddiaçı N-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçmiş, 2018-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə ehtiyata buraxılmışdır. 20 il, 10 ay 5 günlük xidmət ilinin cəmi 1 ili üzrə barəsində məhkəmə hökmü ilə cəza təyin olunmuş, lakin şərti məhkum edilməklə cəza çəkmədən xidmətini davam etdirmiş, xidmət illərində fərqləndiyinə görə müxtəlif medallarla, xüsusi ilə də qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi təltiflərə layiq görülmüşdür. Belə olan halda onun hüquqi statusu (20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olmağı) iddiaçını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına daxil etməyə imkan verdiyindən sözü gedən fərman da ona şamil edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı Azərbaycan Ordusu sıralarında sentyabr 1997-ci il tarixdən 26 mart 2018-ci il tarixədək xidmət keçmişdir. İddiaçının Azərbaycan Ordusu sıralarında ümumi təqvim müddəti 20 il 5 ay 26 gün təşkil edir. İddiaçı E.X.Abbasov Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 1 il sınaq müddəti cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklər edilməsi haqqında” 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim xidmət ilinə malik deyildir. Bununla əlaqədar olaraq, iddiaçının 22 iyun 202N-cü il tarixli N-25-11/2-N454/202N nöməli məktubuna Müdafiə Nazirliyin Mənzil İstismar İdarəsində baxılmış və müvafiq cavab məktubu iddiaçıya təqdim edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.N. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - N4.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - N5.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.N-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmişlər. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Tədqiq edilmiş sənədlər
AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. EZ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1xx.xx.2018-ci ildə “HXH” əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə_ və 164-cü maddəsinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2012-ci il tarixli 0N5t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” N-cü dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.201N-cü il tarixli, 089t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 0N6t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubileyi medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubileyi medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubileyi medalı ilə təltif olunmuşdur. Müdafiə Nazirliyi Arxivinin N saylı hərbi hissə komandirinə ünvanladığı 10 fevral 2000ci il tarixli, 26/2-4N9 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Dövlət Universitetindən gəlmiş X2 N saylı hərbi hissə komandirinin N iyul N-ci il tarixli, N nömrəli əmrilə hərbi hissəyə tibb qardaşı vəzifəsinə təyin edilmiş və tədris semestri başladığı üçün 27 avqust N-ci il tarixli, 116 nömrəli əmrilə tutduğu vəzifədən azad edilmişdir. Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 6965 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin N42.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində N (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti cəza almışdır. Bakı Hərbi Məhkəməsinin 12 mart M08-ci il tarixli hökmü 02 aprel 2008-ci il tarixdə qanuni qüvvəyə minmiş və hökmlə təyin olunmuş bir il sınaq müddəti 02 aprel 2009-cu il tarixdə başa çatmışdır. Ümumi təqvim xidmət ili 20 (iyirmi) il 08 (səkkiz) ay, məhkumluq müddəti isə 1 (bir) il təşkil edir. Qeyd olunan Fərmanın tələblərinə əsasən ümumi təqvim xidmət ilindən məhkumluq müddəti çıxıldıqdan sonra qüsursuz 20 (iyirmi) təqvim ili olmadığı üçün bu Fərman iddiaçıya şamil edilmir. Bakı Hərbi Məhkəməsinin N5/2008-ci il tarixli, 12 mart 2008-ci il tarixli Hökmünə əsasən, X2 Azərbaycan Respublikası CM-nin N42.2-ci maddəsi ilə təqsirli bilinib N (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, haqqında həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, davranışı üzərinə nəzarət N saylı hərbi hissənin komandanlığına həvalə edilmiş, təyin olunmuş sınaq müddəti ərzində davranışı ilə silah olunduğunu sübut etmək məhkum E.X.Abbasova bir vəzifə olaraq tapşırılmış, E.X.Abbasovun barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmiş və getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Bakı Hərbi Məhkəməsinin N5/2008 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən bildirilmişdir ki, İddiaçı Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin N42.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək N (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş cəza 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü 02 aprel 2008-ci il tarixdə qanuni qüvvəyə minmiş və hökmlə təyin olunmuş 1 (bir) il sınaq müddəti 02 aprel 2009-cu il tarixdə başa çatmışdır. Azərbaycan Respublikasının CM-nin 8N.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 8N.N.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 8N.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Odur ki, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. İddiaçı əlavə olaraq sübut qismində məhkəməyə Müdafiə Nazirinin xx.xx.N-ci il tarixli əmrini və İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətini təqdim etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir:
10. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
11. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
- 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.N. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. - 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. - 28.N. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. - N6.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: N6.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; N6.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə – xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 2N yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər; N6.1.N. gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; N6.1.4. zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə N5 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar. - N7.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: N7.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; N7.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; N7.1.N. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün;
12. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsigücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-vi il tarixli, 569 nömrəli Fərmanına əsasən:
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. - N-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın N-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. - N-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: - N-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; - N-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; - N-2.N. məhkumluğun olduğu müddət. - N-N. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın N-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. 1N. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, NN0-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamə”yə əsasən: - 1. “Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. - 2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
14. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən:
- 8N.N. Aşağıdakı hallarda məhkumluq ödənilmiş hesab olunur: 8N.N.1. şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; - 8N.6. Məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə müəyyən etdi ki, iddiaçı mənzillə təmin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan iddiaçının Bakı Hərbi Məhkəməsinin 12 mart 2008-ci il tarixli hökmü ilə 1 il sınaq müddəti cəzasına məhkum edildiyini, ümumi təqvim xidməti ilindən məhkumluq müddəti çıxdıqda Azərbaycan Ordusunda 20 ildən az xidməti olduğunu əsas gətirərək onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasında və iddiaya dair etirazında qeyd olunan bu dəlilləri aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, iddiaçının xidmət illəri 20 ildən artıqdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilə qədər (22 il 04 ay 06 gün )Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edib. İddiaçı Bakı Hərbi Məhkəməsinin hökmü ilə təyin olunmuş sınaq müddəti 02 aprel 2009-cu il tarixdə başa çatmışdır. Bakı Hərbi Məhkəməsinin N5/2008 nömrəli, xx.xx.2022ci il tarixli arayışına görə, İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. İddiaçı həqiqi hərbi xidmət illərində müvafiq olaraq xx.xx.2012-ci ildə “Qüsursuz xidmətə görə” N-cü dərəcəli, xx.xx.201N-cü ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, xx.xx.2019-cu ildə isə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla, həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) Yubiley medalları ilə təltif olunmuşdur. Göründüyü kimi, o hal ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidməti güsursuz, və güsursuz xidməti isə 20 təqvim ili olması, “Qüsursuz xidmətə görə” 1ci dərəcəli medal ilə bir daha təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8N.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli qərarında göstərmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Göstərilən üç əsasdan (cinayət, ittiham hökmü və cəza) birinin olmaması məhkumluğun olmasını istisna edir. Məhz buna görə də iş üzrə ittiham hökmü çıxarılmadığı halda Cinayət Məcəlləsinin 72-74cü maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət məsuliyyətindən, həmin Məcəllənin 78 və 89-cu maddələrində nəzərdə tutulmuş əsaslarla isə cəzadan azad edilmiş şəxslər məhkum olunmamış hesab edilir. Konstitusiya Məhkəməsinin bu qərarından sonra Cinayət Məcəlləsinin «Cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan şəxs hesab edilir» məzmunda olan 8N.2-ci maddəsi dəyişdirilərək göstərilmişdir ki, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçının məhkumluğu olduğuna görə adının siyahıya salınmasından imtina barədə cavabdehin gəldiyi nəticə qanunsuzdur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli 2-1(102)-N57/2022 nömrəli Qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.
1.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
- 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2. qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.N. inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4. təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
2. İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
3. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, İddiaçı iddia tələbi təmin edilməli, cavabdehin xx.xx.2022-ci il tarixli 6965 saylı imtina məktubunun qanunazidd sayılmalı və iddiaçının 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli fərmanına uyğun olaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
5. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, N4, 68, 69 və 85-ci mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Cavabdehin xx.xx.2022-ci il tarixli 6965 saylı imtina məktubu qanunazidd sayılsın. İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli fərmanına uyğun olaraq mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən N0 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova