Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10289/2023 25.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Abıyevin sədrliyi, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Lənkəran Mərkəzi rayon Xəstəxanası və Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzi üçüncü şəxslər qismində göstərilməklə “əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Lənkəran Mərkəzi rayon Xəstəxanası və Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzi üçüncü şəxslər qismində göstərilməklə “əmək pensiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 21 oktyabr 2021-ci ildən 01 may 2022-ci il tarixədək müddət üçün əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə həmin Məcəllənin 47 və 49-cu maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə məhkəməyə cavabdeh inzibati orqanın iddianın mümkün sayılmamasına dair ərizəsi daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11866/2022 №li xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair 2-1(112)-11866/2022 nömrəli iş üzrə icraata xitam verilmişdir. Qərardadla razı olmayan X4 (İddiaçı hüquqi varisi qismində) apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11866/2022 №li xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1272/2023 №li xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11866/2022 №li xx.xx.2022-ci il tarixli qərardadının ləğv olunması, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının ödənilməsi” tələbinə dair inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi qərardadında göstərmişdir ki, iş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixdə Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən aidiyyət məsələsinə də münasibət bildirilməmişdir İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixdə Lənkəran rayonu, Gərmətük qəsəbəsində qeydiyyatda olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10289/2023 saylı 25 may 2023-cü il tarixli qərardadı ilə 2-1(112)-10289/2023 saylı inzibati iş üzrə İddiaçı inzibati iş üzrə iddiaçı qismində iştirakına xitam verilmiş və X2 iddiaçı qismində (İddiaçı hüququ varisi kimi) hazırkı işə cəlb olunması qərara alınmışdır. Elektron Məhkəmə sistemində olan məlumata əsasən xx.xx.1987-ci il təvəllüdlü iddiaçı X1 rayonu, Gərmətük qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Lənkəran rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Hazırki iş üzrə həm birinci instansiya, həm də apellyasiya instansiyası tərəfindən dinləmələr keçirildiyini və tərəflərin məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan yuxarı məhkəməyə şikayət vermək hüquqlarının olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, prosessual qənaət prinsiplərinə uyğun olaraq, hazırki iş məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən də aidiyyatı üzrə göndərilə bilər. İPM-nin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 8.1.2, 8.5 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı Lənkəran Mərkəzi rayon Xəstəxanası və Zərifə Əliyeva adına Milli Oftomologiya Mərkəzi üçüncü şəxslər qismində göstərilməklə “əmək pensiyasının ödənilməsi” tələbinə dair 2-1(112)-10289/2023 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10289/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10289/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver