Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1029/2020 09.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi Tərəflərin iştirakı olmadan, İddiaçı Muradova Yeganə Mürvət qızının cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı «adın dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Muradova Yeganə Mürvət qızı cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək adının “Zülafə” adından “Yeganə” adına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Muradova Yeganə Mürvət qızı 1994- 1995-ci illərdə valideyni tərəfindən doğum haqqında şəhadətnaməsində adının dəyişdirilməsi üçün Salyan rayon Xıdırlı kənd icra nümayəndəliyinə müraciət etmişdir. Doğum haqqında şəhadətnaməsində köhnə adı Zülafə silinərək Yeganə yazılıb və iki tərəfində düzəlişi təsdiq edən möhür vurulub. Bundan sonra bütün sənədlərdə şəxsiyyət vəsiqəsi, xarici pasportu, diplomu, işlədiyi təhsil müəssisəsi, vergi orqanında adı Yeganə olaraq qeyd olunubdur. İndi atasından vərəsəlik kağızı almaq üçün müraciət etdikdə ona sistemdə adının “Zülafə” olaraq qaldığı bildirilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və müba-hisə-nin vəziyyəti müzakirə edilmiş, iş mate-rial--larında saxlanılması mümkün olan sə-nəd--lərin məhkəməyə təqdim olun-ması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna-müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Məhkəməyə iddiaçının dəftərxana vasitəsilə təqdim etdiyi ərizəsində İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub ünvanlayaraq iş üzrə onun iştirakı olmadan, şifahi məhkəmə baxışının şifahi dinləmələr keçirilmədən həll edilməsinə etiraz etmədiyi bildirilmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış sənəd--l-əri təd-qiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AB-II № 083917 nömrəli diplomun surətindən aydın olur ki, Muradova Yeganə Mürvət qızı 1999-cu ildə Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinə daxil olmuş və 22.06.2002-ci ildə bədən tərbiyəsi ixtisası üzrə tam kursu bitirmişdir. - İddiaçıya məxsus olan 0512198300522 saylı Azərbaycan Respublikası dövlət sosial sığorta şəhadətnaməsindən aydın olur ki, Muradova Yeganə Mürvət qızı 05.12.1983-cü ildə Salyan rayonunda doğulmuşdur. Məhkəmə sorgusuna əsasən Salyan rayon qeydiyyat şöbəsindən 103 nömrəli, 20 fevral 2020-ci il tarixli məktubla daxil olan Salyan rayon Xıdırlı kənd icra nümayəndəliyində tərtib edilmiş 22.12.1983-cü il tarixli 75 №li doğum haqqında akt qeydində iddiaçının soyadı Muradova, adı qrafasında isə “Zülafə” kimi qeyd edilmişdir. (iddiaçı surətini işə əlavə etmişdir). Eyni zamanda Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş 018-23- 19-1220 saylı 24.02.2020-ci il tarixli məktubdan görünür ki, 05.12.1983-cü il təvəllüdlü Muradova Yeganə Mürvət qızına Qaradağ rayon Polis İdarəsi tərəfindən ilk dəfə 04.09.2003-cü il tarixdə AZE-01193245 nömrəli və 21.12.2010-cu il tarixdə AZE- 08621064 nömrəli şəxsiyyət vəsiqələrinin verilməsinə əsas verən sənədlərin saxlama müddəti bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamış, lakin Y.Muradovaya 21.01.2019-cu il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AA-0257708 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsi haqqında Ərizə- Anket və şəxsiyyət vəsiqəsi göndərilmiş, həmin Ərizə-Anketdə və şəxsiyyət vəsiqəsində iddiaçının soyadı Muradova, adı isə Yeganə kimi qeyd edilmişdir. Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 05/Q- 1647/15 saylı, 27.11.2019-cu il tarixli məktubdan aydın olur ki, Qaradağ rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydində adın dəyişməsi ilə bağlı ərizəyə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” müddəalara müvafiq olaraq Vətəndaşlıq vəziyyətləri aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ orqanları tərəfindən həyata keçirilir. Doğum haqqında akt qeydində yuxarıda göstərilən dəyişikliyin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə, inzibati orqanın dəlillərini əsaslı hesab etmir ona görə ki, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı Muradova Yeganə Mürvət qızı 05 dekabr 1983-cü il tarxdə Salyan rayonunda doğulmuş, Salyan rayon Xıdırlı kənd icra nümayəndəliyində tərtib edilmiş 22.12.1983-cü il tarixli 75 №li doğum haqqında akt qeydində iddiaçının soyadı Muradova, adı qrafasında “Zülafə” kimi qeyd edilsə də, həmin tarixdə verilmiş doğum haqqqında şəhadətnamədə, sonradan isə bütün sənədlərdə- şəxsiyyət vəsiqəsi, xarici pasportu, diplomu, işlədiyi təhsil müəssisəsi, vergi orqanında adı “Yeganə” kimi qeyd edilmişdir. İddiaçı doğum haqqında akt qeydində düzəlişin edilməsi üçün Qaradağ rayon qeydiyyat şöbəsinə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən imtinaya əsas olmuş hallarla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləş-dirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdir-mə-sinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azad-lıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin I hissəsi və 60-cı maddəsinin I hissəsi). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konven-siya-sının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkə-mə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın öz mülahizə-lərini bil-dirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslan-dırıl-malıdır. İnzibati Prosessual Məcəllə-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, Salyan rayon Xıdırlı kənd icra nümayəndəliyində tərtib edilmiş 22.12.1983-cü il tarixli 75 №li doğum haqqında akt qeydində iddiaçı Muradova Yeganə Mürvət qızının adı “Zülafə”dən “Yeganə”yə müvafiq dəyişiklik edilməsi vəzifəsi Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: İddia təmin edilsin. Salyan rayon Xıdırlı kənd icra nümayəndəliyində tərtib edilmiş 22.12.1983-cü il tarixli 75 №li doğum haqqında akt qeydində Muradova Yeganə Mürvət qızının adının “Zülafə”dən “Yeganə”yə müvafiq düzəliş edilməsi vəzifəsi Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1029/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1029/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver