Məhkəmə qərarları › İş №2-1(112)-1029/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1029/2022

23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1029/2022 23.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 izahatında bildirdi ki, iddiaçı xx.xx.1961-ci ildə anadan olmuşdur, xx.xx.1982-ci ildən Yevlax rayon M.Fizuli adına kolxozda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır və həmin tarixdən iddiaçının adına əmək kitabçası açılmışdır. Bundan sonra xx.xx.1983-cü ildən xx.xx.1998ci ilədək iddiaçı müxtəlif idarə və təşkilatlarda işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək iddiaçı "xxxx" MMC-nin Xüsusiləşdirilmiş Təmir-X2 Avadanlıqları Təmiri və Quraşdırma sexində 3-cü dərəcəli çilingər vəzifəsində işləmiş, xx.xx.1999-cu ildə Xüsusiləşdirilmiş Təmir-X2 Avadanlıqlarının Təmir və Quraşdırma sexində 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildən xx.xx.2001-ci ilədək isə iddiaçı "xxxx"-nin Köməkçi Avadanlıqların Təmiri sexinə 3-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmiş, xx.xx.2001ci ildən xx.xx.2005-ci ilədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində 3-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildən xx.xx.2009-cu ilədək iddiaçı həmin sexdə 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə keçirilmiş və xx.xx.2009-cu ildən işdən azad olunmuş, xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək iddiaçı Turbin və Köməkçi Avadanlıqların Təmiri sexinə Alçaq təzyiqli armaturların təmiri biriqadasına 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Mərkəzi Təmir sexində Alçaq təzyiqli armaturların təmiri briqadasında 4-cü dərəcəli buxar-qaz turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işləmiş və xx.xx.2020-ci ildən işdən azad edilmişdir. İddiaçının işlədiyi zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, titrəmə, toz, nəmlik, hava hərəkət surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktları mövcud olmuşdur. İddiaçıya zərərli iş sahəsində işlədiyi üçün xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilədək aylıq məvacibin 12%-i miqdarında, xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək aylıq məvacibin 12%-i miqdarında əlavə əmək haqqı ödənilməklə yanaşı, həm də zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən iddiaçıya əmək məzuniyyətinə əlavə olaraq 6 təqvim günü məzuniyyət günü verilmişdir. İddiaçının xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilədək və xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək buxar-qaz turbin avadanlığının təmiri çilingəri vəzifələrində işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektirik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektirik mantyorları, bütün adlardan olan elektirik çilingərləri vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarına əsasən 2110000a-18455 koduna uyğundur. İddiaçının zərərli sahələrdə işləməsi ilə bağlı iş stajı xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilədək 07 il 06 ay 03 gün və xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək isə 05 il 04 ay 04 gün təşkil edir. İddiaçının "xxxx"də qeyd olunan sahələrdə çilingər peşəsində işləməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci fəslinə əsasən bilavasitə xüsusi zərərli sahə hesab edilir və iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İddiaçının "xxxx"də zərərli sahələrdə işləməsi ilə bağlı güzəştli pensiya stajı 13 il 07 gün təşkil edir. İddiaçı ayrı-ayrı vaxtlarda "xxxx"nin Köməkçi Avadanlıqların təmiri sexində və Turbin və Köməkçi Avadanlıqların Təmiri sexlərində Alçaq təzyiqli armaturların təmiri briqadasında 4-cü dərəcəli buxar-qaz turbin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində işləmişdir. Qeyd olunan siyahılarda dağ-mədən, metallurgiya, kimya istehsalı, neftin hasilatı və s. sahələrdə çilingər vəzifələrində iş, güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan sığorta stajına aid edilmişdir. Ona görə də iddiaçının artıq 60 yaşı tamam olmuşdur və iddiaçının güzəştli şərtlərlə pensiya təyin olunma hüququ 57 yaşı tamam olandan və 25 ildən artıq ümumi əmək stajı olandan yaranmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasından və digər arayışlardan da görünür ki, iddiaçı zərərli sahələrdə işlədiyi üçün güzəştli pensiya üçün stajı 13 il 07 gün təşkil edir. Lakin iddiaçının güzəştli şərtlərlə pensiya almaq huququnun yaranmasına baxmayaraq, cavabdeh 20 aprel 2021-ci il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olumasından imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya o zaman təyin oluna bilərdi ki, qanunvericiliyə dəyişiklik edilənədək, yəni xx.xx.2006-cı ilədək onun həm ümumi stajı 25 il, həm də güzəştli iş stajı 12 il 06 ay olmaqla tamam olsun. Lakin iddiaçının özünün təqdim etdiyi sübutlardan və məhkəməyə verdiyi iddia ərizəsi ilə müəyyən edilir ki, iddiaçının ümumi stajı 25 ildən, güzəşti iş stajı isə 12 il 06 aydan azdır. İddiaçı özü də iddia ərizəsində göstərir ki, onun zərərli iş stajı xx.xx.2001xx.xx.2009 və xx.xx.2015-xx.xx.2020-ci illəri əhatə edir. İddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan mətni tətbiq edilə bilməz. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırkı redaksiyası 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və bu Qanuna əsasən 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmiş, həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş, qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə qüvvəyə minmişdir. Sözügedən Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan mətni o halda iddiaçıya münasibətdə tətbiq edilə bilərdi ki, ona münasibətdə qanunvericiliyin həmin tarixədək qüvvədə olan mətnində 25 il ümumi staj, 12 il 06 ay güzəştli iş stajı və xx.xx.2017-ci il tarixədək 57 yaşının tamam olması kimi şərtlər olsun. İddiaçıya həmin maddənin 01 iyul 2017-ci ilədək olan mətni tətbiq edilə bilməz. Belə ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuş, qeyd edilən tarixdə isə artıq 9.1-ci maddənin yeni, yəni 60 yaş və pensiya kapitalı nəzərdə tutulan mətni qüvvədə olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixdən sonrakı mətni iddiaçıya tətbiq edilə bilməz. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda (qeyd edilən dəyişiklik 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvəyə minməmişdən əvvəl yaş 57), azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalnın aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 32633,16 manatdır. Bundan əlavə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabının sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaya əsasən xüsusi hesaba əlavə vəsait ödəyərək artırılmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı mənbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X3 regional “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32633,16 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 05-8 saylı arayışında qeyd edilir: İddiaçı həqiqətən xx.xx.1998-ci il tarixində Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Köməkçi Avadanlıqların Təmiri və Quraşdırılması sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.1998-ci il, əmr № 98/K). xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir (xx.xx.1999-cu il, əmr №37/U). xx.xx.1999-cu il tarixdə Xüsusiləşdirilmiş Təmir-Quraşdırma müəssəsəsində Köməkçi Avadanlıqların Təmiri və Quraşdırılması sexinə 3-cü dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.1999-cu il, əmr № 68/U). xx.xx.2001-ci il tarixdən müəssisənin ləğvi ilə əlaqədar işdən azad olmuşdur ("xxxx" SCEİB xx.xx.2001-ci il, əmr № 80). Məlumat üçün bildiririk ki, "xxxx" ASC-nin xx.xx.2001-ci il tarixli əmrinə əsasən Xüsusiləşdirilmiş Təmir quraşdırma müəssisəsi ləğv olunmuş və kadr sənədləri Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının arxivinə təhvil verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx"-"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin AÜ/002 saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən İdarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. Arayış "xxxx" MMC-nin arxivində saxlanılan XTQM-nin kadr sənədlərinə əsasən yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 02-16 saylı, xx.xx.2021-ci il tarixli işin xarakteri haqqında arayışında qeyd edilir: İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü) ondan ötrü ki, o, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-cı il tarixədək "xxxx"-nin Köməkçi Avadanlıqların Təmiri sexinə 3-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir (Əmr 269/K nömrəli, xx.xx.2001-ci il tarixli). xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexində 3-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə keçirilmişdir (Əmr 326/K nömrəli, xx.xx.2001-ci il tarixli). xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək həmin sexdə 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə keçirilmişdir (Əmr 474/K nömrəli xx.xx.2005-ci il tarixli). xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr 466/Ş, xx.xx.2008-ci il tarixli) işdən azad edilmişdir. xx.xx.2001-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq Köməkçi Avadanlıqların Təmiri sexi Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi adlandırılmışdır (Əmr №326/k, xx.xx.2001). xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Turbin və Köməkçi Avadanlıqların Təmiri sexinə Alçaq təzyiqli armaturların təmiri briqadasına 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir (Əmr №61/Ş, xx.xx.2015). xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Mərkəzi Təmir sexində Alçaq təzyiqli armaturların təmiri briqadasında 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləmişdir (Əmr № 80/Ş, xx.xx.2020). xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əsasən (işçinin öz təşəbbüsü ilə) işdən azad edilmişdir (Əmr 151/Ş, xx.xx.2020-ci il tarixli). xx.xx.2020-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq Turbin və Köməkçi Avadanlıqların Təmiri sexi - Mərkəzi Təmir sexi adlandırılmışdır (Əmr №80/Ş, xx.xx.2020). İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ağır və zərərli iş şəraitində yerinə yetirmişdir. Belə ki, İddiaçı işlədiyi müddət ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində havanın hərəkət surətinin, iş yerində havanın temperaturun yüksək, nisbi rütubətin normadan yuxarı olması, toz, mq/3, titrəmə, səs-küy faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı işlədiyi müddət ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir. "xxxx" ASC-nin xx.xx.2003-cü il tarixli, AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqər "xxxx" MMC "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. İddiaçı işlədiyi illər ərzində xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutduğu buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində, qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə vəzifəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarına əsasən (kod 2110000a-18455). uyğundur. Həmin sahədə iş stajı xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 07 il 06 ay 03 gün və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 05 il 4 ay 04 gün təşkil edir. İş materiallarında olan İddiaçı məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 9615,52 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 23017,64 manat olmaqla cəmi pensiya kapitalı 32633,16 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 12 il 7 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 9615,52 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 23017,64 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat məbləğində hesablanmışdır. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 407/10 saylı arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayon Ərəş kənd Fizuli adına kolxozunun 1988-1990-cı illər şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı təsərrüfatda işləyərək aşağıda göstərilən miqdarda adam günü və əmək haqqı qazanmışdır: 1988-ci il üzrə norma –240, adam günü – 38, əmək haqqı – 98-53, əsas - Fond: 40 s 2 iş 327 v 20; 1989-cu il üzrə norma –240, adam günü – 262, əmək haqqı – 3481-11, əsas: iş 347 v 20; 1990-cı il üzrə norma –240, adam günü – 166, əmək haqqı – 1106-61, əsas: iş 363 v 60. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş 00- 25-116/12 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən 1977-ci il tarixində 33 nömrəli X9 Məktəbinin “Suvaqçı-üzləyici” ixtisasına qəbul olmuş və 1980-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış № 136920 nömrəli attestat Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İş materiallarında olan İddiaçı məxsus xx.xx.1983-cü il tarixli İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Yevlax rayonu M.Füzuli adına kolxozda kolxozçu işinə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1983-cü ildə zavodda 1-ci dərəcəli ələyici qismində işə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə kolxoza 6 nömrəli briqadaya kolxozçu qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1987-ci ildə Yevlax təsərrüfatlararası tikinti idarəsinə birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Voronej vilayətində “Pravda” kolxozu tikinti briqadasına işçi qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə BSSR Qrodno vilayətinin Ostrovets rayonunun Çapayev adına kolxoza blok istehsalı üzrə inşaatçı qismində qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə M.Füzuli adına Kollektik təsərrüfatda çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci ildə "xxxx" SC Eİ və OB Xüsusiləşdirilmiş Təmir-X2 Avadanlıqları Təmiri və Quraşdırma sexində 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu ildə işdən azad edilmiş, xx.xx.1999-cu ildən 16-cı bənd etibarsız hesab edilmiş, 68/U nömrəli əmrə əsasən əvvəlki işinə bərpa edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə "xxxx" MMC Köməkçi Avadanlıqların təmiri sexinə 3-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2001-ci ildə Köməkçi Avadanlıqlarının təmiri sexinin adı Turbin və Köməkçi Avadanlıqların təmiri sexi adlandırılmışdır, xx.xx.2003-cü ildə "xxxx" - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır, xx.xx.2005-ci ildə İmtahan komissiyasının rəyinə əsasən tutduğu vəzifədə 4-cü dərəcə verilmiş, xx.xx.2006-cı ildə "xxxx" MMC - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır, xx.xx.2009-cu ildə işdən azad edilmiş, xx.xx.2009-cu ildə "xxxx" MMC Cəmiyyətin Qazan Turbin Avadanlıqlarının Təmir və Sazlama İdarəsinin T və KAT sexinə 4-cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmiş, xx.xx.2010-cu ildə "xxxx" ASC-də Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir Sahəsinin TAT sexinə 4-cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.2012-ci ildə STP-nın Ağır Maşınqayırma Departamentinə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmiş, xx.xx.2012-ci ildə Ağır maşınqayırma zavodu Turbin təmiri sexinin Mingəçevir Təmir şöbəsinin X1 Təmiri bölməsinə 4-cü dərəcəli çilingər peşəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmiş, xx.xx.2015-ci ildə "xxxx" MMC Turbin və Köməkçi Avadanlıqların Təmiri sexinə Alçaq təzyiqli armaturların təmiri briqadasına 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə Mərkəzi Təmir Sexində Turbin və Köməkçi Avadanlıqların Təmiri sahəsinin Alçaq təzyiqli armaturların təmiri briqadasında 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmiş, xx.xx.2020-ci ildə "xxxx" MMC-də Mexaniki Emal Xidmətinin Mexaniki təmiri emalatxanasının Qərb sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.2021ci ildə işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçı 1977-ci il tarixində 33 nömrəli X9 Məktəbinin “Suvaqçı-üzləyici” ixtisasına qəbul olmuş və 1980-ci il tarixində həmin ixtisası əyani formada bitirmiş, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 1988-1990-cı illərdə Yevlax rayon Ərəş kənd Fizuli adına kolxozda işləmişdir (1988-ci il üzrə norma –240, adam günü – 38, 1989-cu il üzrə norma –240, adam günü – 262, 1990-cı il üzrə norma –240, adam günü – 166 – cəmi 1 il 10 ay). Həmçinin iddiaçı xx.xx.1982-ci ildə Yevlax rayonu M.Füzuli adına kolxozda kolxozçu işinə qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1983-cü ildə zavodda 1-ci dərəcəli ələyici qismində işə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə kolxoza 6 nömrəli briqadaya kolxozçu qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmiş, xx.xx.1987-ci ildə Yevlax təsərrüfatlararası tikinti idarəsinə birinci dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Voronej vilayətində “Pravda” kolxozu tikinti briqadasına işçi qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə BSSR Qrodno vilayətinin Ostrovets rayonunun Çapayev adına kolxoza blok istehsalı üzrə inşaatçı qismində qəbul edilmiş, xx.xx.1991-ci ildə işdən azad edilmiş, xx.xx.1991-ci ildə M.Füzuli adına Kollektik təsərrüfatda çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci ildə "xxxx" SC Eİ və OB Xüsusiləşdirilmiş Təmir-X2 Avadanlıqları Təmiri və Quraşdırma sexində 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə "xxxx" MMC Köməkçi Avadanlıqların təmiri sexinə 3cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci ildə İmtahan komissiyasının rəyinə əsasən tutduğu vəzifədə 4-cü dərəcə verilmiş, xx.xx.2009-cu ildə işdən azad edilmiş, xx.xx.2009-cu ildə "xxxx" MMC Cəmiyyətin Qazan Turbin Avadanlıqlarının Təmir və Sazlama İdarəsinin T və KAT sexinə 4-cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmiş, xx.xx.2010-cu ildə "xxxx" ASC-də Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir Sahəsinin TAT sexinə 4-cü dərəcəli çilingər qəbul edilmiş, xx.xx.2012-ci ildə STP-nın Ağır Maşınqayırma Departamentinə 4-cü dərəcəli çilingər peşəsinə keçirilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmiş, xx.xx.2012-ci ildə Ağır maşınqayırma zavodu Turbin təmiri sexinin Mingəçevir Təmir şöbəsinin X1 Təmiri bölməsinə 4-cü dərəcəli çilingər peşəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmiş, xx.xx.2015-ci ildə "xxxx" MMC Turbin və Köməkçi Avadanlıqların Təmiri sexinə Alçaq təzyiqli armaturların təmiri briqadasına 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020ci il tarixdə Mərkəzi Təmir Sexində Turbin və Köməkçi Avadanlıqların Təmiri sahəsinin Alçaq təzyiqli armaturların təmiri briqadasında 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmiş, xx.xx.2020-ci ildə "xxxx" MMC-də Mexaniki Emal Xidmətinin Mexaniki təmiri emalatxanasının Qərb sahəsinə 4-cü dərəcəli çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.2021ci ildə işdən azad edilmişdir. İddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla, o, xx.xx.2006-cı il tarixədək 25 ildən çox (27 il 03 ay 28 gün) ümumi sığorta stajına malikdir. Lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi və onun güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair təqdim etdiyi iş yerinin arayışında göstərilən güzəştli iş stajı xx.xx.2001-xx.xx.2009 və xx.xx.2015-xx.xx.2020-ci illəri əhatə edir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar