Məhkəmə qərarları › İş №2-1(112)-1029/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1029/2024

12.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1029/2024 12.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı “ad və soyadın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə qarşı “xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsində soyadının və adının “İddiaçı” olması ilə bağlı akt qeydləri kitabında qeydə alınmasının ləğv edilib “Əliyev Elvin” adı ilə dövlət qeydiyyatına alınmasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin öhdəsinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə adının və soyadının dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Müraciətinə hal-hazırda cavabdeh tərəfindən rədd cavabı verilmiş və onu əsas gətirmişdir ki, araşdırma nəticəsində doğulduğunuz xx.xx.1988-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində “X1” adı ilə dövlət qeydiyyatına alındığı, eyni zamanda xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsində soyadının və adının “İddiaçı”ə dəyişdirilməsi ilə bağlı akt qeydinin tərtib edildiyi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 23-cü bəndinə əsasən ilkin akt qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Göstərilənlərə əsasən bildirilmişdir ki, soyadının və adının dəyişdirilməsi barədə akt qeydinin ləğv olunması üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən ona göndərilən xx.xx.2023-cü il tarixli 3-16-5/4-15-R-28/2023 nömrəli rədd məktubunda göstərilmişdir ki, doğum tarixi xx.xx.1988-ci il tarixidir. Halbuki onun doğum tarixi xx.xx.1988-ci il tarixi göstərilməli idi. Bundan əlavə Xidmətin vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələblərinə əsasən həmin Qaydalarda müəyyən edilmiş halların tələbləri və onun soyad, ad seçmək hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 3-16-5/4-13-9840/23 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, məhkəmə qətnaməsi həmin qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi tərəfindən icra edildiyindən və qeyd edilən məsələ Ədliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmadığından, məhkəmə iclasında Nəsimi rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı təmin ediləcəkdir. Bu barədə Nəsimi rayon qeydiyyat şöbəsinə müvafiq tapşırıq verilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə tərəfindən iddiaçıya həmin Məcəllənin 13-cü maddəsinə əsasən cavabdeh qismində müvafiq qeydiyyat şöbəsi (şəhər, rayon) göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi, cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədin və imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmət 9 saylı cəzaçəkmə müəssisəsi tərəfindən təqdim edilmiş 3-16-17/24/2-1041/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cəza çəkən məhkum Rahimli X5 barəsində Bakı İnzibati məhkəməsinin 2-1(112)- 8722/2023 saylı xx.xx.2023-cü il tarixli məktubu aidiyyəti üzrə təqdim edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü bu Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən həyata keçirilir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddia düzgün olmayan cavabdehə qarşı qaldırılmışdır. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək cavabdeh qismində müvafiq qeydiyyat şöbəsi (şəhər, rayon) göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi, cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənədin və imtina məktubunun məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və həmin Məcəllənin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar