Məhkəmə qərarları › İş №2-1(112)-10299/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10299/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10299/2025 12.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçıların vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “doğum akt qeydinə düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı2 aid hüquqmüəyyənedici sənədlərdə soyadlarınnın Tanrıverdiyev və Tanrıverdiyevə yazılması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə idddiaçının vəkilinin ərizəsi əsasında iddia tələbi “İddiaçı1 və İddiaçı2 aid hüquqmüəyyənedici sənədlərdə - nikahın bağlanması haqqında akt qeydində və şəxsiyyət vəsiqələrində soyadı qrafasında müvafiq olaraq “Tanırverdiyev”, “Tanırverdiyeva” əvəzinə “Tanrıverdiyev” və “Tanrıverdiyeva” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi və Ermənistanın Çəmbərək rayonunda xx.xx.1956-cı il tarixdə doğulmuş iddiaçı X4 doğum akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 19 dekabr 1980-ci il tarixdə 970 №li qeyd ilə birgə nikah quraraq evlənmişlər. Nikahın bağlanması haqqında şəhadətnamənin surəti iddia ərizəsinə əlavə olunur. Nikahın bağlanması haqqında şəhadətnamədə həriflərin yerinin səhv düşdüyünə fikir vermədilər, müəyyən vaxt keçdikdən sonra məlum oldu ki, soyadları düzgün yazılmayıb, şəhadətnaməni dəyişdirmədi və həmin vaxtdan etibarən ailədə yalnız ikisinin soyadı Tanırverdiyev və Tanırverdiyeva yazıldı. Ailənin başçısı -Həsənin atasının, anasının və digər qardaşbacılarının soyadları əvvəlki vaxtlardan Tanrıverdiyev və ya Tanrıverdiyevə olaraq həm öz sənədlərində, həm də övladlarının sənədlərində qeyd olunan kimi yazılmışdı. Həmin vaxtdan sonra soyadlarını dəyişərək əvvəlki kimi yazdırmaq istəsələr də, buna nail ola bilməmişlər. Birgə məsləhət edərək soyadlarını dəyişdirmək fikrinə düşmüşdür. Birgə nikahından 11 yanvar 1994-cü il tarixdə doğulan oğlu X1 da sənədlərindəki soyadı Tanrıverdiyev yazılmışdır. Sənədlərdəki səhvliyin düzəldilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal Rayon Şöbəsinə etdiyi müraciət imtina ilə nəticələndi, Binəqədi Rayon Şöbəsinə etdiyi müraciət cavabsız saxlanıldı və bildirildi ki, atanın doğum haqqında şəhadətnaməsini təqdim etdikdən sonra Sizə müsbət cavab veriləcəkdir, əfsuslar olsun ki, iddiaçının doğum haqqında şəhadətnaməsi qaçqın gələrkən şəhadətnaməni götürməyə imkan tapmamışdır, ona məxsus doğum haqqında şəhadətnamə Ermənistan SSRİ-nin Krasnoselski rayonunda qalmışdır. Məhz, bu səbəbdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri, Yasamal və Binəqədi rayonları üzrə X7 şöbələri tərəfindən müraciətini təmin edə bilmirlər. İddiaçı1 (ailənin başçısı) Ermənistan SSRİ-nin Krasnoselski rayonunda doğulmuşdur. Azərbaycan Respublikasına qaçqın kimi gələrkən doğum haqqında şəhadətnaməni özü ilə götürməyə imkanı olmadı və nəticədə ona məxsus doğum haqqında şəhadətnamə Ermənistan SSRİnin Krasnoselski rayonunda qalmışdır. Məhz ona görə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, Yasamal Rayon Şöbəsinə etdiyi müraciət imtina ilə nəticələndi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri, Binəqədi Rayon Şöbəsinə etdiyi müraciət cavabsız saxlanıldı. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.

4. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən X3 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür.”

5. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1956-cı il tarixdə Ermənistanda anadan olmuşdur. Vəsiqədə şəxsin soyadı “Tanırverdiyev” kimi göstərilmişdir.

12. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Vəsiqədə şəxsin soyadı “Tanırverdiyeva” kimi göstərilmişdir.

13. AA0560027 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Vəsiqədə şəxsin soyadı “Tanrıverdi” kimi göstərilmişdir.

14. XVİİ-JQ nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə doğulan X1 atası kimi X13, anası kimi X2 qeyd olunmuşdur.

15. AZ-İ 200008 nömrəli doğum haqqında təkrar şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə doğulan X5 atası kimi X13, anası kimi X2 qeyd olunmuşdur.

16. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubda bildirilir ki, İddiaçı1 və İddiaçı2 - xx.xx.1980-cı il tarixli 970 saylı nikah haqqında akt qeydi Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmişdir. Oğlu - xx.xx.1994-ci il təvəllüdlü X1 - xx.xx.1996-ci il tarixli 68 saylı doğum akt qeydi Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmişdir. - 11 yanvar 1994-cü il tarixli 68 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X6 (sonradan soyadına düzəliş edilərək Tanrıverdi) xx.xx.1994-cü ildə doğulmuşdur. Anası xx.xx.1958-ci il təvəllüdlü X2, atası xx.xx.1956-cı il təvəllüdlü X8r. - 19 dekabr 1980-ci il tarixli 970 nömrəli nikahın bağlanması haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 və Əliyeva (Tanırverdiyeva) Məlahət Yaqub qızı arasında arasında nikah bağlanmışdır.

17. Məhkəmənin sorğusuna əsasən X3 Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, Ədliyyə Nazirliyinin “X7" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən xx.xx.1956-cı il təvəllüdlü İddiaçı1 ilə xx.xx.1958-ci il təvəllüdlü İddiaçı2 (Əliyeva) nikahının xx.xx.1980-ci ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alındığı və bu nikahdan onların xx.xx.1994-cü il təvəllüdlü X6 adlı övladının doğulduğu məlum olmuşdur. Həmçinin informasiya sistemində İddiaçı2 və Ermənistan Respublikasında doğulmuş İddiaçı1 doğumu haqqında məlumat aşkar edilməmişdir. Ermənistan Respublikasında qeydə alınmış vətəndaşlıq vəziyyəti akt qeydlərinin surətləri X3 arxivində, eləcə də qeydiyyat şöbələrinin arxivində saxlanılmır.

IV. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. X3 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X3 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. X3 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, Sevinc qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi X3 qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən X3 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: X3 qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

20. İşin hallarına əsasən iddiaçıların şəxsiyyət vəsiqələri mövcuddur, sonuncu verilmiş şəxsiyyət vəsiqələrinin soyad qrafasında şəxslərin soyadı müvafiq olaraq “Tanırverdiyeva” və “Tanırverdiyev” olaraq qeyd olunmuşdur. Həmçinin, müəyyən olunur ki, iddiaçıların nikah haqqında akt qeydində soyadları “Tanırverdiyeva (Əliyeva)” və “Tanırverdiyev” kimi göstərilsə də, nikaha daxil olduqdan sonra doğulmuş övladının doğum haqqında şəhadətnaməsində və bu barədə akt qeydində ata və ana qrafalarında soyadları müvafiq olaraq “Tanrıverdiyeva” və “Tanrıverdiyev” olaraq qeyd olunmuşdur.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «X3 dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X3 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X3 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. X3 dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. X3 dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

22. Qanunveriliyin tələbindən də göründüyü kimi X3 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X3 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Yəni, müvafiq qeydiyyat şöbəsi tərəfindən iddiaçıya şəxsiyyət vəsiqəsi tərtib olunarkən onun şəxsiyyətini təsdiq edən sənədlər nəzərə alınmışdır.

23. Məhkəmə müəyyən edir ki, İddiaçı1 doğum haqqında şəhadətnaməsini itirmişdir. Onunla nikaha daxil olan iddiaçı X11 nikah bağlandıqdan sonra ərinin soyadına uyğun olaraq Tanırverdiyeva soyadı verilmişdir.

24. İddiaçı1 doğum haqqında şəhadətnaməsini itirməsi və onunla X9 nikaha daxil olaraq Tanırverdiya soyadını almasını nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçılara şəxsiyyət vəsiqələri verilərkən əsas götürülən sənəd məhz nikahın bağlanması haqqında akt qeydi (19 dekabr 1980-ci il tarixli 970 nömrəli) olmuşdur.

25. Cavabdehin imtinasına səbəb olan hal məhz itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpasının mümkün olmaması olmuşdur.

26. Məhkəmə bununla bağlı qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarı:

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X3, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X3 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X3 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X3 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X3 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X3 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. X3 dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. X3 dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 9.1-ci bəndinə əsasən, X3 qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X3 qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X3 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 13-cü bəndinə əsasən, X3 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən X3 qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya X3 itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

28. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.

29. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir.

30. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir.

31. Bununla bağlı məhkəmə hesab edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir.

32. İddia tələbinin hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlı məhkəmə qeyd edir:

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

34. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın:

13. X3 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

35. Şəxsiyyət vəsiqələrinin iddiaçılara nikahın bağlanması haqqında akt qeydi əsasında verildiyini müəyyən edən məhkəmə qeyd edir ki, onlara xx.xx.2019-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsilərində soyad məlumatlarında “Tanıverdiyev(a)” qeyd olunsa da, iddiaçıların övladı Tanrıverdi(yev) Murad Həsən oğlunun doğum haqqında şəhadətnamə, doğum haqqında akt qeydi, eləcə də doğum haqqında təkrar şəhadətnaməsində “ata” və “ana” qrafalarında soyadları “Tanrıverdiyev” və “Tanrıverdiyeva” qeyd olunmuşdur.

36. Hazırda iddiaçılar məhz birgə nikahdan doğulan övladı X5 doğum haqqında hüquqi əhəmiyyətli sənədlərindəki “ata” və “ana” qrafalarına uyğun olaraq soyadlarının “Tanrıverdiyev” kimi düzəliş edilməsini xahiş edirlər.

37. Nəzərə alınmalıdır ki, iddiaçılara məxsus şəxsiyyət vəsiqəsi, nikahın bağlanması haqqında şəhadətnamə, övladı X5 doğum haqqında şəhadətnamə, təkrar şəhadətnamə və doğum haqqında akt qeydində “atası”, “anası” qrafalarında iddiaçıların ad və ata adı və “doğulduğu vaxt və yer” qrafasında aparılan qeydlər eynilik təşkil edir. Belə ki, həmin sənədlərdən iddiaçı (Tanrıverdiyev) Həsən Əli oğlunun xx.xx.1970-ci il tarixdə Ermənistanda doğulduğu, iddiaçı (Tanrıverdiyeva) Məlahət Yaqub qızının xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikasında doğulduğu görünür. Odur ki, həmin sənədlərin eyni şəxslərə məxsus olması iş materialları ilə təsdiq olunur, cavabdeh isə qeyd edilən halları araşdırmadan müraciəti təmin etməkdən imtina etmişdir.

38. Məhkəmə hesab edir ki, İddiaçı1 tərəfindən təqdim edilən sübutlar soyadı “Tanrıverdiyev” kimi qeyd olunaraq doğum haqqında akt qeydinin bərpası (təkrar doğum haqqında şəhadətnamənin verilməsi) üçün kifayət edir. Eyni zamanda ərin soyadına uyğun olaraq İddiaçı2 soyadı “Tanrıverdiyev” kimi nəzərə alınmalı, qeydiyyat orqanlarının hərəkəti nəticəsində şəxsiyyətlərini təsdiq edən sənəd (şəxsiyyət vəsiqələri) və nikahın bağlanması haqqında akt qeydində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır.

39. Buna görə də məhkəmə iddiaçıların soyadının - ərin “Tanrıverdiyev”, arvadın “Tanrıverdiyeva” (nikaha daxil olmamışdan əvvəlki soyadı “Əliyeva”) olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçıların şəxsiyyət vəsiqəsi və nikahın bağlanması haqqında akt qeydində düzəliş edilməli və soyadları “Tanırverdiyev” deyil, “Tanrıverdiyev” kimi göstərilməli və Ermənistan, Çəmbərək rayonunda xx.xx.1956-cı il tarixdə doğulmuş iddiaçı X4 doğum akt qeydi bərpa edilməlidir.

40. «X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10cu bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

Qərara aldı: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 aid hüquqmüəyyənedici sənədlərdə - nikahın bağlanması haqqında akt qeydində və şəxsiyyət vəsiqələrində soyadı qrafasında müvafiq olaraq “Tanırverdiyev”, “Tanırverdiyeva” əvəzinə “Tanrıverdiyev” və “Tanrıverdiyeva” kimi yazılmasına dair qeyd aparılmaqla düzəliş edilməsi öhdəliyi və düzəlişə uyğun olaraq Ermənistanın Çəmbərək rayonunda xx.xx.1956-cı il tarixdə doğulmuş iddiaçı X4 doğum akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar