Məhkəmə qərarları › İş №2-1(112)-103/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-103/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-103/2024 23.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vergi orqanının 2019-cu il mənfəət vergisi üzrə xx.xx.2021-ci il tarixli **********361900 nömrəli və 2020-ci il mənfəət vergisi üzrə **********825500 nömrəli xx.xx.2021-ci il tarixli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi “2019-cu il mənfəət vergisi üzrə xx.xx.2023-cü il tarixli, **********605200 nömrəli və 2020-ci il mənfəət vergisi üzrə **********825500 nömrəli xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçıya əlavə olaraq 38653,95 manat mənfəət vergisi hesablanmışdır. Həmçinin müəssisənin 2020-ci il üzrə zərərin əsassız olaraq azaltmışdır. Bildirilmişdir ki, qeyd edilən hesablama qanunvericiliyin tələblərinə ziddir və ləğv edilməlidir. Belə ki, vergi orqanının hesablamasına baxdıqda, hesablamanın əsası iddiaçının xərclər maddəsində göstərilmiş xərclərin təsdiqedici sənədlərinin onların baza məlumatlarında qaimə fakturalann olmaması səbəb olmuşdur. Bu səbəbdən bütün xərclər kameral yoxlama ilə mənfəətdən çıxarılmışdır. Başqa sözlə deyilərsə iddiaçı tərəfindən gəlir var, amma xərc yoxdur. İlk növbədə bildirilmişdir ki, iddiaçının göstərilən xərcləri çəkmişdir. Sadəcə həmin xərc sənədlərini ala bilməmişdirlər. Hamının bildiyi kimi hal hazırki şəraitdə də yenə də uçotsuz fəaliyyət göstərən ticarət mərkəzləri vardır ki, vergi orqanları onlara bu şəraiti yaradır. Belə ki, Binə, Sədərək, Dərnəgül və digər bu kimi iri bazarlar vardır ki, hal-hazırda da vergi orqanları açıq-aşkar oradan heç bir sənəd verilmədiyini bilir, lakin onlara qarşı heç bir tədbir görülmür. Sonradan iddiaçı kimi xırda sahibkarlar məcburiyyətdən onlardan hər hansı mal aldıqda xərclərini əsassız olaraq qəbul etmirlər. Bundan əlavə, nə Vergi Məcəlləsində, nə də digər qanunvericilik aktlarında baza məlumatlarında xərc sənədinin tapılmaması ilə əlaqədar xərclərin qəbul edilməməsi nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Vergi Məcəlləsinin 3.10cu bəndinə əsasən vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmçinin Məcəllənin 24.0.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Məcəllənin 37.4-cü maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məcəllənin 67.14-cü maddəsinə görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Məcəllənin 83.9-cu maddəsinə görə isə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Göründüyü kimi vergi orqanları tərəfindən hər hansı vergi hesablanarkən çoxlu vergilərin hesablanmasını məqsədi güdülüməməli, əsasən iqtisadi cəhətdən əsaslandırılmalıdır. İndiki halda isə iddiaçının 70-80 faiz rentabelliklə işləməyi heç bir rentabelliyə uyğun deyildir. İkinci növbədə, ümumiyyətlə, mənfəət vergisinin sadəcə kameralla hesablanması düzgün deyildir. Belə ki, mənfəət vergisi kompleks şəkildə yoxlanılmalı vergi növüdür. Onun üçün səyyar vergi yoxlaması keçirilməlidir ki, bütün hallar araşdırılsın. Kameral qaydada isə bu mümkün deyildir. Həmçinin Vergi Məcəlləsi bildirilmişdir ki, ümumiyyətlə xərci müəyyən etmək mümkün olmadıqda Nazirlər Kabinetinin 55 nömrəli qərarına əsasən vergilər hesablanmalıdır. Vergi orqani bu cür hesablasa da, ümumiyyətlə iddiaçının hesabladığı vergilərdən də vergilər az çıxacaqdır. Lakin iddiaçı faktiki olaraq hansı xərcləri və nə qədər çəkdiyini düzgün qaydada nəzərə almışdır. Bildirilmişdir ki, vergi orqanı bu cür hesablama edərək bütünlüklə iddiaçının iş fəaliyyətini iflic vəziyyətə gətirir. Çünki özü bir tərəfdən yuxarıda sadaladığı bazarların uçot məsələsini həll etmir, digər tərəfdən isə ona qarşı fərqli mövqedən çıxış edir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilir ki, xx.xx.2021-ci il tarixli **********361900 nömrəli qərarın qəbul edilməsi üçün əsas ondan ibarət olmuşdur ki, vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 203cü (Daşınan və daşınmaz əmlakın icarə verilməsindən gəlir) sətrində göstərilmiş 0 manat məbləğin, vergi ödəyicisi tərəfindən icarəyə verilmiş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsində göstərilən illik icarə haqqı məbləğindən 15971.76 manat az göstərilməsi, "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin (Sığorta haqları) sətrindəki 6004.55 manat məbləğ, həmin hesabat il üzrə təqdim etdiyi "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat"ları və "İşsizlik sığortası üzrə rüblük hesabatları üzrə cəmi hesablanmış 3905.09 manat sığorta haqqlarının məbləğindən 2099.46 manat artıq olması nəticəsində kənarlaşma yaranmış, 175198.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********745800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, məktubda qeyd olunan müddətdə cari bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 38653,95 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci tarixli **********361900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixli **********825500 nömrəli qərar üzrə 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 12413.66 manat məbləğ, həmin hesabat il üzrə təqdim etdiyi muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 8619.75 manat sığorta haqqlarının məbləğindən 3793.91 manat artıq olması nəticəsində kənarlaşma yaranmışdır. Həmçinin kassa metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin (Malların təqdim edilməsindən gəlir), (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 196060.00 manat gəlir məbləğinin hesabat dövrü ərzində tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfinizdən ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (341975.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 341975.00 manat məbləğdən bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları”) sətrinin “Hesabat dövrünün sonuna” olan 150973.00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 83419.56 manat məbləğinin fərqi 67553.44 manat məbləğin çıxılması nəticəsində yaranan 274421.56 manat məbləğdən 78361.56 manat az əks etdirilməsi nəticəsində kənarlaşma yaranmışdır. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********745800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, məktubda qeyd olunan müddətdə cari bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsinin zərərindən 82155,47 manat azalma aparılaraq bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci tarixli **********825500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Əlavə olaraq iddiaçı iddia ərizəsində xərcləri təsdiq edən sənədlərin olmadığını onunla əsaslandırır kı, mallar vergi uçotunda olmayan şəxslərdən alınmışdır. Bildirilir ki, vergi ödəyicisinin əsas fəaliyyət növü dekorativ və tikinti daşlarının hasilatıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.2-ci mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” və malların alış tarixindən 5 gün müddətində “Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı" çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı" tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı"nda (“Malların elektron alış aktı"nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı" ilə sənədləşdirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3 maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi odayicisinin vəzifəsidir. Habelə Vergi Məcəlləsinin 130.1 maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrünə aid etməyə borcludur. İddiaçı Firmasının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Vergilərin, sosial sığorta və işsilik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********6361900 nömrəli qərarda qeyd edilmişdir ki, kameral yoxlama nəticəsində 38 653,95 manat əlavə vergi və ya sığorta haqqı məbləği hesablanmışdır.

6. Vergilərin, sosial sığorta və işsilik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********825500 nömrəli qərarda qeyd edilmişdir ki, kameral yoxlama nəticəsində 82 155,47 manat hesablanmış zərərin məbləği azaldılmışdır.

7. Vergilərin, sosial sığorta və işsilik sığortası haqlarının hesablanması barədə xx.xx.2023-cü il tarixli **********605200 nömrəli qərarda qeyd edilmişdir ki, kameral yoxlama nəticəsində 30.009,47 manat əlavə vergi məbləği hesablanmış, bununla əlaqədar əvvəlki xx.xx.2021ci il tarixli qərar ləğv edilmişdir.

8. İş materiallarına xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli aktlar əlavə edilmişdir.

9. İş üzrə xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin (ekspertlərin) qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İş materiallarına əsasən xx.xx.2021-ci il tarixli **********361900 nömrəli və xx.xx.2021-ci il tarixli **********825500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarda göstərilən mənfəət vergisi üzrə azaldılmış vergi məbləğləri üzrə hesablanmış məbləğ düzgün müəyyən edilmişdirmi? 2) 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? 3) 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir? 4) 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi? 5) Əgər 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu?

10. 9/6297 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla 298016,92 manat məbləğində dövrüyyənin 1/6 hissəsi, yəni 49669,49 manat gəlir kimi hesablanmalı və bu məbləğin 20%, yəni 9933,9 manat məbləği mənfəət vergisinə cəlb olunmalıdır. Yəni vergi ödəyicisinin 2019-cu ilə dair təqdim etdiyi bəyannamədə göstərilən mənfəət vergisi ilə hazırkı tədqiqatla müəyyən olunan mənfəət vergisi arasında cəmi 1409,88 (9933,90- 8524,02 bəyan olunan) manat məbləğində kənarlaşma müəyyən olundu. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********361900 nömrəli qərar ilə hesablanan vergi məbləğinin düzgünlüyü müəyyən olunmadı. Bundan başqa qeyd edilir ki, xx.xx.2021ci il tarixli **********825500 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinin 2020-ci il üzrə göstərdiyi zərərdən 82155,47 manat zərər məbləği azaldılmışdır. Bildirilmişdir ki, təqdim edilmiş iş materiallarına əsasən müəssisənin 2020-ci ilə dair fəaliyyəti üzrə sənədlər tam olmadığından xx.xx.2021-ci il tarixli **********825500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarda göstərilənlərin düzgün olub olmamasını müəyyən etmək mümkün olmadı. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarında müəssisənin gəlirin əldə edilməsi ilə bağlı ciddi hesabat sənədi olan xərc sənədlərinə ("xxxx" ASC tərəfindən təqdim edilən e-qaimə fakturaları özündə əks etdirən cədvəl) dair cədvəl məlumatları mövcuddur. Həmçinin qeyd edilir ki, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) təqdim edilmiş iş materiallarında olan cədvəl məlumatlarında öz əksini tapmışdır. Bundan əlavə qeyd edilir ki, həmin sənədlərin xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundur.

11. Cavabdeh tərəfindən təqdim edilmiş 19 sentyabr 2022-ci il tarixli 9/6297 nömrəli ekspert rəyinə dair mülahizədə qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 203-cü (Daşınan və daşınmaz əmlakın icarə verilməsindən gəlir) sətrində göstərilmiş 0 manat məbləğin, tərəfindən icarəyə verilmiş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsində göstərilən illik icarə haqqı məbləğindən 15971.76 manat az göstərilməsi, 175198.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi, eyni zamanda təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 6004.55 manat məbləğin, həmin hesabat ili üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatları və "İşsizlik sığortası üzrə rüblük hesabatları üzrə cəmi hesablanmış 3905.09 manat sığorta haqqlarının məbləğindən 2099.46 manat artıq olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********745800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, məktubda qeyd olunan müddətdə cari bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 38653,95 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci tarixli **********361900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” Qərar göndərilmişdir. 2020-ci ilin mənfəət vergisi ilə bağlı bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 196060.00 manat gəlir məbləğinin hesabat dövrü ərzində tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (341975.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 341975.00 manat məbləğdən bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları”) sətrinin “Hesabat dövrünün sonuna” olan 150973.00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə” olan 83419.56 manat məbləğinin fərqi 67553.44 manat məbləğin çıxılması nəticəsində yaranan 274421.56 manat məbləğdən 78361.56 manat az əks etdirilməsi, təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 12413.66 manat məbləğ, həmin hesabat il üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 8619.75 manat sığorta haqqlarının məbləğindən 3793.91 manat artıq olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********745800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, məktubda qeyd olunan müddətdə cari bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1 -ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 82155,47 manat məbləğində zərər məbləği azaldılmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci tarixli **********825500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Ekspert rəyində bildirmişdir ki, vergi orqanı tərəfindən 2019-cu il üzrə xərc sənədlərinin nəzərə alınmadan gəlirdən bir qism xərclər çıxıldıqdan sonra qalan hissəyə birbaşa 20% vergi dərəcəsi tətbiq edilərək əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Bildirilmişdir ki, belə qaydada mənfəət vergisi hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Yəni gəlir və ya xərc tam olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinə 2018-cl il üzrə hesablanmalı olan mənfəət vergisi yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən həmin ilin 2.266.270,00 manat məbləğində gəliri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni həmin gəlirin məbləğinə 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə hesablanmalıdır. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, ekspertin vergi ödəyicisinin gəlir və ya xərcinin tam olmadığı qənaətinə hansı əsasla gəldiyi aydın deyil. Belə ki, vergi ödəyicisi tərəfindən bəyannamədə hər hansı xərcin göstərilməsi həmin xərcin mövcud olması anlamına gəlmir. Ekspertin istinad etdiyi Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na gəldikdə isə, həmin qaydaların tətbiq edilməsinin konkret halları mövcuddur. Belə ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Hazırki halda isə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd edilən məlumatlardan istifadə edilməklə vergi ödəyicisinin mənfəəti birbaşa olaraq müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; -vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; -vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; -vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; -vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; -vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Belə ki, vergi ödəyicisinə təqdim edilmiş elektron qaimə fakturala, ödənilmiş sosial sığorta haqları, əmək haqları və digər əlaqəli məlumatlara əsasən vergi ödəyicisinin 2019-cu il üzrə ümumi gəlirdən çıxılan xərclərin 62127,09 manat olduğu müəyyən edilmiş, 2019-cu il ərzində ümumi gəlirinin 298016,92 manat olması nəzərə alınaraq ümumilikdə 47177,97 manat vergi hesabalnamışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinin həm gəliri, həm xərci araşdırılmış, mənfəət birbaşa olaraq müəyyən edilmişdir. Belə olan halda isə, Vergi Məcəlləsinin 83.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarınən tətbiqinə ehtiyac yoxdur. Bundan əlavə ekspert bildirir ki, “həmin il 2.266.270,00 manat məbləğində gəliri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni həmin gəlirin məbləğinə 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə hesablanmalıdır”, halbuki vergi ödəyicisinin kameral vergi yoxlaması zamanı müəyyən edilmiş gəliri 298016,92 manat olmuşdur. Bu da öz növbəsində ekspertin iş materiallarını araşdırmadığını göstərir. Həmçinin nəzərinizə çatdırırıq ki, ekspert tərəfindən ilk öncə 12 may 2022-ci il tarixində məhkəmə ekspertizanın aparılmasından imtina barədə məlumat təqdim edilmişdir. Sonradan ekspert tərəfindən hansı əsasla rəy verdiyi məlum deyil. Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ekspert rəyində isə tədqiqatın müfəssəl təsviri göstərilmiş, ekspertin gəldiyi nəticələr ümumiyyətlə əsaslandırılmamışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 12-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Qeyd olunanlardan göründüyü kimi ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün tədbirlər görməmişdir. Bununla da, ekspert tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinin tələbləri pozulmuşdur. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd edilənlərə əsasən, 19 sentyabr 2022-ci il tarixli, 9/6297 saylı ekspert rəyinin mötəbər sübut kimi nəzərə almamağınızı xahiş edilmişdir.

12. İş üzrə xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin (ekspertlərin) qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İş materiallarına əsasən xx.xx.2021-ci il tarixli **********361900 nömrəli və onunla əlaqəli olan xx.xx.2023-cü il tarixli **********605200 nömrəli, eləcə də xx.xx.2021-ci il tarixli **********825500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarda göstərilən mənfəət vergisi üzrə azaldılmış vergi məbləğləri üzrə hesablanmış məbləğ düzgün müəyyən edilmişdirmi? 2) İddiaçının 2019-cu il üzrə gəliri və xərci birbaşa və ya əlaqəli sənəd və məlumatlarla təsdiq olunurmu və ya müəyyən etmək mümkündürmü? Mümkündürsə, iddiaçının 2019-cu il üzrə gəliri və xərci (xərc sənədlərinin məzmunu açıqlanmaqla) nə qədər olmuşdur? 3) İddiaçının 2020-ci il üzrə gəliri, xərci və zərəri birbaşa və ya əlaqəli sənəd və məlumatlarla təsdiq olunurmu və ya müəyyən etmək mümkündürmü? Mümkündürsə, iddiaçının 2020-ci il üzrə gəliri, xərci (xərc sənədlərinin məzmunu açıqlanmaqla) və zərəri nə qədər olmuşdur? 4) xx.xx.2021-ci il tarixli **********825500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərara əsasən vergi ödəyicisinin 2020-ci il üzrə göstərdiyi zərərdən 82155,47 manat zərər məbləğinin azaldılması təqdim edilən xərc sənədlərinə əsasən mümkündürmü? 5) 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırmı? 6) Əgər 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) nədən ibarətdir? 7) Əgər 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birində əks olunmuş məbləğ ayrılıqda nə qədərdir və bu sənədləri hansı vergi ödəyiciləri təqdim (tərtib) etmişdir? 8) Əgər 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərin hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatının məzmunu ayrılıqda nədən ibarətdir? 9) 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid olan sənədlər ciddi hesabat sənədləridirmi? 10) Əgər 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi müvafiq olaraq kassa və ya hesablama metodunun tələblərinə uyğundurmu? 11) Əgər 2019-cu il üzrə gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərlə öz təsdiqini tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin tələblərinə uyğundurmu?

13. 9/6178 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla, 298016,92 manat (282045,16 manat vergi ödəyicisi tərəfindən bəyan olunan + 15971,76 manat vergi ödəyicisi tərəfindən icarəyə verilmiş obyekt üzrə müqavilədə göstərilən məbləğdən az göstərilən məbləğ) məbləğində dövrüyyənin 1/6 hissəsi, yəni 49669,49 manat mənfəət vergisinə cəlb olunmalı və bu məbləğin 20%-i, yəni 9933,9 manat məbləğ mənfəət vergisi hesablanmalıdır.Yəni vergi ödəyicisinin 2019-cu ilə dair təqdim etdiyi bəyannamədə göstərilən mənfəət vergisi ilə hazırkı tədqiqatla müəyyən olunan mənfəət vergisi arasında cəmi 1409,88 (9933,90-8524,02) manat məbləğində kənarlaşma müəyyən olundu. Beləliklə, bütün yuxarıda göstərilənlərə əsasən “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********605200 nömrəli qərar ilə hesablanan vergi məbləğinin düzgünlüyü müəyyən olunmadı. Bundan başqa təqdim edilmiş iş materiallarına əsasən isə müəssisənin 2020-ci ilə dair fəaliyyəti üzrə sənədlər tam olmadığından xx.xx.2021-ci il tarixli **********825500 nömrəli “Vergilərin, sosial sığorta işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarda göstərilənlərin düzgün olub-olmamasını müəyyən etmək hazırki tədqiqatla mümkün olmadı. Bundan başqa qeyd edilir ki, təqdim edilmiş iş materiallarında müəssisənin gəlirin əldə edilməsi ilə bağlı ciddi hesabat sənədi olan bir qism xərc sənədlərinə ("xxxx" ASC tərəfindən təqdim edilən e-qaimə fakturalan özündə əks etdirən cədvəl) dair cədvəl məlumatlan mövcuddur ki, həmin sənədlərin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) təqdim edilmiş iş materiallannda olan cədvəl məlumatlarında öz əksini tapmışdır. Bundan əlavə qeyd edilmişdir ki, həmin sənədlərin xərc kimi nəzərə alınması vergi qanunvericiliyini tələblərinə uyğundur.

14. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarili xx.xx.2023-cü il tarixli 9/6178 nömrəli ekspert rəyinə dair mülahizədə qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2019cu il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 203-cü (Daşınan və daşınmaz əmlakın icarə verilməsindən gəlir) sətrində göstərilmiş 0 manat məbləğin, tərəfindən icarəyə verilmiş təsərrüfat subyekti (obyekti) üzrə bağlanmış icarə müqaviləsində göstərilən illik icarə haqqı məbləğindən 15971.76 manat az göstərilməsi, 175198.50 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi, eyni zamanda təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 6004.55 manat məbləğin, həmin hesabat ili üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat"ları və "İşsizlik sığortası üzrə rüblük hesabat"ları üzrə cəmi hesablanmış 3905.09 manat sığorta haqqlarının məbləğindən 2099.46 manat artıq olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********745800nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, məktubda qeyd olunan müddətdə cari bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 38653,95 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci tarixli **********361900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra iddiaçının 2019-cu il üzrə 17168,5 manat məbləğində mənfəət vergisi başlanmış cinayət işinin ibtidai araşdırılması zamanı təsdiqini tapmadığından xx.xx.2021-ci il tarixli **********361900 qərar ləğv edilərək xx.xx.2023-cü il tarixli **********605200 saylı qərar qəbul edilmiş, 2019-cu il üzrə hesablanmış mənfəət vergisi qismən azaldılmışdır. 2020-ci ilin mənfəət vergisi ilə bağlı bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) və 203-cü (Daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 196060.00 manat gəlir məbləğinin hesabat dövrü ərzində tərəfindən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən ( 0.00 manat), ixrac edilmiş ( 0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 341975.00 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 341975.00 manat məbləğdən bəyannamənin 1 №-li Əlavəsinin 1.4.2-ci (“Sair debitor borcları") sətrinin “Hesabat dövrünün sonuna" olan 150973.00 manat məbləği ilə “Hesabat dövrünün əvvəlinə" olan 83419.56 manat məbləğinin fərqi 67553.44 manat məbləğin çıxılması nəticəsində yaranan 274421.56 manat məbləğdən 78361.56 manat az əks etdirilməsi, təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinin "Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər" hissəsinin 221.2-ci (Sığorta haqları) sətrindəki 12413.66 manat məbləğ, həmin hesabat il üzrə təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrinin (hesabatları) üzrə cəmi hesablanmış 8619.75 manat sığorta haqqlarının məbləğindən 3793.91 manat artıq olması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər vergi ödəyicisi tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********745800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş, məktubda qeyd olunan müddətdə cari bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-cu il üçün mənfəət vergisi bəyannaməsi üzrə 82155,47 manat məbləğində zərər məbləği azaldılmış, bu barədə vergi ödəyicisinə xx.xx.2021-ci tarixli **********825500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Ekspert rəyində bildirmişdir ki, vergi orqanı tərəfindən 2019-cu il üzrə xərc sənədlərinin nəzərə alınmadan gəlirdən bir qism xərclər çıxıldıqdan sonra qalan hissəyə birbaşa 20% vergi dərəcəsi tətbiq edilərək əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Bildirilir ki, belə qaydada mənfəət vergisi hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Yəni gəlir və ya xərc tam olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinə 2018-cl il üzrə hesablanmalı olan mənfəət vergisi yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən həmin ilin 2.266.270,00 manat məbləğində gəliri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni həmin gəlirin məbləğinə 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə hesablanmalıdır. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, ekspertin vergi ödəyicisinin gəlir və ya xərcinin tam olmadığı qənaətinə hansı əsasla gəldiyi aydın deyil. Belə ki, vergi ödəyicisi tərəfindən bəyannamədə hər hansı xərcin göstərilməsi həmin xərcin mövcud olması anlamına gəlmir. Ekspertin istinad etdiyi Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na gəldikdə isə, həmin qaydaların tətbiq edilməsinin konkret halları mövcuddur. Belə ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Hazırki halda isə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.1 -ci maddəsində qeyd edilən məlumatlardan istifadə edilməklə vergi ödəyicisinin mənfəəti birbaşa olaraq müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; -vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; -vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Belə ki, vergi ödəyicisinə təqdim edilmiş elektron qaimə fakturala, ödənilmiş sosial sığorta haqları, əmək haqları və digər əlaqəli məlumatlara əsasən vergi ödəyicisinin 2019-cu il üzrə ümumi gəlirdən çıxılan xərclərin 62127,09 manat olduğu müəyyən edilmiş, 2019-cu il ərzində ümumi gəlirinin 298016,92 manat olması nəzərə alınaraq ümumilikdə 47177,97 manat vergi hesabalnamışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinin həm gəliri, həm xərci araşdırılmış, mənfəət birbaşa olaraq müəyyən edilmişdir. Belə olan halda isə, Vergi Məcəlləsinin 83.9-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarınən tətbiqinə ehtiyac yoxdur. Bundan əlavə ekspert bildirmişdir ki, “həmin il 2.266.270,00 manat məbləğində gəliri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni həmin gəlirin məbləğinə 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə hesablanmalıdır”, halbuki vergi ödəyicisinin kameral vergi yoxlaması zamanı müəyyən edilmiş gəliri 298016,92 manat olmuşdur. Bu da öz növbəsində ekspertin iş materiallarını araşdırmadığını göstərir. Mülki Prosessual Məcəllənin 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Ekspert rəyində isə tədqiqatın müfəssəl təsviri göstərilməmiş, ekspertin gəldiyi nəticələr ümumiyyətlə əsaslandırılmamışdır. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq, qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli 12-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və xüsusi biliyinə uyğun olaraq qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifəsidir. Qeyd olunanlardan göründüyü kimi ekspert ekspertiza tədqiqatının hərtərəfli, tam və obyektiv aparılması üçün tədbirlər görməmişdir. Bununla da, ekspert tərəfindən "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında” Təlimatın 3.5.4-cü bəndinin tələbləri pozulmuşdur. Bundan əlavə məhkəmənin nəzərinə çatdırırıq ki, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəəmaterial ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı" və malların alış tarixindən 5 gün müddətində "Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Vergi ödəyicisi tərəfindən yuxarıda qeyd edilən vəzifələrin icra edilmədiyi halda və vergilərin ekspert rəyində qeyd edildiyi kimi şərti rentabellik norması əsasında hesablanması qeyd edilən normaların məqsədlərinə ziddir və faktiki olaraq həmin normalara riayət edilməsinə mane olaraq onları qeyri-işlək edir. Bu hal vergi ödəyiciləri üçün gəlir və xərclərinin uçotunun aparmamaq və müvafiq sənədləri rəsmiləşdirməmək üçün şərait yaratmış olacaq. Bu səbəbdən hesab edilmişdir ki, hazırki halda vergilərin şərti rentabellik norması əsasında hesablanması düzgün deyil. Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

15. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak etməmişdir.

II. İddianın növü və mümkünlüyü

17. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

18. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

19. İddiaçı xx.xx.2021-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

20. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

21. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

22. Mübahisə vergi orqanı tərəfindən iddiaçının xərc kimi əsaslandırdığı sənədlərin qəbul edilməməsi ilə bağlıdır. İddiaçı hesab edir ki, təqdim etdiyi xərc sənədləri nəzərə alınmadığı təqdirdə, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun vergi hesablanmalı idi.

23. İddiaçı iddia ərizəsində xərcləri təsdiq edən sənədlərin olmadığını onunla əsaslandırır kı, mallar vergi uçotunda olmayan şəxslərdən alınmışdır.

24. Məhkəmə hesab edir ki, qeyd edilən qaydalar məhz vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarla bağlı olmaqla, vergi ödəyicisinin göstərdiyi fəaliyyət sahəsi ilə birbaşa əlaqədardır. Bu zaman xərclərin tərkibi, ödəyicinin göstərdiyi fəaliyyətlə bağlılığı, həmin xərclərin gəlirin əldə edilməsinə yönəldilməsi barədə əsaslandırma və s. bu kimi amillərin məcmusu nəzərə alınmalıdır.

25. Vergi ödəyicisinin əsas fəaliyyət növü dekorativ və tikinti daşlarının hasilatıdır.

26. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 16.1.11-6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 130.1-1. İqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

27. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.2-ci bəndinə əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı" və malların alış tarixindən 5 gün müddətində "Malların elektron alış aktı” tərtib edilir. “Malların elektron alış aktı” çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda “Malların alış aktı” tərtib edilmir. “İstehsal ehtiyatlarının alış aktı”nda (“Malların elektron alış aktı”nda) satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.

28. Vergi ödəyicisi tərəfindən yuxarıda qeyd edilən vəzifələrin icra edilmədiyi halda vergilərin ekspert rəyində qeyd edildiyi kimi şərti rentabellik norması əsasında hesablanması qeyd edilən normaların məqsədlərinə ziddir.

29. Məhkəmə ekspert rəylərinə tənqidi yanaşaraq qeyd edir ki, həmin rəylər əsaslandırılmamaqla, ekspertin vergi ödəyicisinin gəlir və ya xərcinin tam olmadığı qənaətinə hansı əsasla gəldiyi aydın deyil.

30. İddia tələbinin kameral vergi yoxlaması ilə mənfəət vergisinin hesablanmasının yolverilməzliyinə münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur.

31. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

32. Odur ki, vergi qanunvericiliyində kameral vergi yoxlaması ilə müəyyən edilən vergilərin növlərində məhdudiyyət müəyyən edilməmişdir.

33. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar