Məhkəmə qərarları › İş №2-1(112)-1030/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1030/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1030/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx xxxxx N993-cü il tarixdən xx xxxxxxxx N994-cü il tarixinə kimi N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı» adı və “Müharibə veteranı vəsiqəsi»nin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı səfərbərliklə əlaqədar olaraq aprel N993-cü il tarixdə Azərbaycan Respublikası Laçın rayon hərbi komissarlığı tərəfindən toplanışa çağırılmış və hərbi xidmətə göndərilmişdir. xx xxxxx N993-cü il tarixdən xx xxxxxxxx N994cü il tarixinə kimi Füzuli rayonu ərazisində yerləşən N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında xx xxxxx N993-cü il tarixdən xx xxxxxxxx N994-cü il tarixinə kimi N saylı hərbi hissənin tərkibində iştirak etməsi ona məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin 7-ci səhifəsində həmin hərbi hissənin komandanlığı tərəfindən qeyd edilmiş və hərbi hissənin rəsmi möhürü ilə təsdiqlənmişdir. Həmin hərbi biletin 6-cı səhifəsində isə iddiaçının göstərilən hərbi hissənin tərkibində xx xxxxx N993-cü il tarixdən N23 nömrəli əmrlə hərbi hissənin tərkibinə daxil olması, hərbi xidmət keçməsi və xx xxxxxxxx N994-cü il tarixdə isə 243 nömrəli əmrlə onun sıralarından çıxması qeyd edilmiş, daha sonra həmin qeyd hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant İmanovun imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı xx xxxxx 20N9-cu il tarixdə məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, ona xx xxxxx N993-cü il tarixdən xx xxxxxxxx N994-cü il tarixinə kimi N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə, “Müharibə veteranı» adı və “Müharibə veteranı vəsiqəsi»nin verilməsi baradə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına etdiyi müraciətə verilmiş cavabda bildirilmişdir ki, ona “Müharibə veteranı” vəsiqəsi verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (İddiaçı hərbi biletin bütün səhifələrinin notarial qaydada təsdiq edilmiş surəti, şəxsiyyət vəsiqəsinin surətini) hansı hərbi hissələrdə nə vaxt xidmət etməsini qeyd etməklə ətraflı ərizəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərdiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul oluna bilər. İddiaçı xx xxx 20N9-ci il tarixdə ətraflı yazılmış ərizə və ərizəyə əlavə edilmiş ona məxsus şəxsiyyət vəsiqənin notarial qaydada təsdiq edilmiş surətini, ona məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətini, yanvar N99Nci ildən N992-ci ilin may ayına kimi Laçın rayonu ərazisində könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millərçilərinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsinə dair Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti Başçısının verdiyi 9/823 saylı, xx xxxxxx 20N7-ci il tarixli arayışını Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasına göndərmişdir. Həmin ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə xx xxxx 20N9-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən alınmış və xx xxxx 20N9-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində “veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılmış və onun barəsində müsbət qərar qəbul edilmədiyindən sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” nın xx xxxx 20N9-cu il tarixli məktubunda bildirilmişdir ki, iddiaçıya Müharibə Veteram adının və vəsiqənin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sının xx xxxx 20N9cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. İddiaçının hərbi xidməti Arxiv arayışı ilə təsdiqlənmədiyindən ona Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi məqsədə uyğun olmadığı bildirilmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında xx xxxxx N993-cti il tarixdən xx xxxxxxxx N994-cü il tarixinə kimi N saylı hərbi hissənin tərkibində iştirak etməsi ona məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin 7-ci səhifəsində həmin hərbi hissənin komandanlığı tərəfindən qeyd edilmiş və hərbi hissənin rəsmi möhürü ilə təsdiqlənmişdir. Həmin hərbi biletin 6-cı səhifəsində isə iddiaçının göstərilən hərbi hissənin tərkibində xx xxxxx N993-cü il tarixdən N23 nömrəli əmrlə hərbi hissənin tərkibinə daxil olub, hərbi xidmət keçməsi və xx xxxxxxxx N994-cii il tarixdə isə 243 nömrəli əmrlə onun sıralarından çıxması, yəni qanuni əsaslarla tərxis olunmağı qeyd edilmiş, daha sonra həmin qeyd hərbi hissənin qərargah rəisi polkovnik-leytenant İmanovun imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Laçın Rayon İcra Hakimiyyəti Başçısının 9/823 saylı, xx xxxxxx 20N9-cu il tarixli arayışına əsasən, iddiaçının N99N-ci ilin yanvar ayından N992-ci ilin may ayına kimiLaçın rayonu ərazisində fəaliyyət göstərən könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Beləliklə, iddiaçıya məxsus hərbi biletin 6-cı və 7-ci səhifələrində olan qeydlərdən görünür ki, o, xx xxxxx N993- sü il tarixdən xx xxxxxxxx N994-cü il tarixinə kimi N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüşlərdə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Cavabdeh orqanın qeyd etdiyi kimi İddiaçı hərbi xidməti barədə Arxiv arayışı ilə təsdiqlənməməsi və aşkar edilməməsi iddiaçının təqsiri hesab edilə bilməz. Başqasının təqsiri səbəbindən (sənədlərin düzgün tərtib edilməməsi və aidiyyəti qurumlara təhvil verilməməsi) iddiaçının xidmət etməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində məlumatın aşkar edilməməsi onun hüquqlarının pozulmasına səbəb ola bilməz. Belə ki, o, nə sənədləri tərtib edən, nə də həmin sənədləri aidiyyəti qaydada müvafiq qurumlara təqdim etməli olan şəxs olmuşdur və qanunvericiliklə onun üzərinə belə bir vəzifə qoyulmamışdır. İddiaçı hərbi xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilməmişdir. Cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı bunun əksini sübut edəcək nə hər hansı bir hal aşkar edilmiş, nə də məhkəməyə sübut təqdim edilmişdir. Belə olan halda, xx xxxxx N993cü il tarixdən xx xxxxxxxx N994-cü il tarixinə kimi N saylı hərbi hissənin tərkibində Füzuli rayonu ərazisində gedən döyüşlərdə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün iddiaçıya “Müharibə veteranı» adı və “Müharibə veteranı vəsiqəsi» verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin N993-cü ilin aprelindən N994-cü ilin sentyabrnadək nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı Məhəmədəli oğlunun hərbi xidməti barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddia ərizəsinə əlavə olunmuş Laçın Rayonu İcra Hakimiyyətinin xx.xx.20N7-ci il tarixli arayışında Laçın rayonu ərazisində aparılan döyüş əməliyyatlarında Güləbird kənd özünümüdafiə dəstəsinin tərkibində iştirak etmiş vətəndaşların adlı siyahısına istinad olunaraq, iddiaçının yanvar N99N - may N992ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak etməsi göstərilmişdir. Bu səbəbdən iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq komissiyasına müraciət etməli idi. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20N6-cı il tarixli 438 nömrəli Qərarının N.N.2-ci bəndinin 2-ci hissəsində göstərilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası, keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy, Daşkəsən, Göygöl, Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.” Yuxarıda qeyd olunanlardan aydın görmək olar ki, iddiaçının iddia tələbi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyula bilməz. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər İH Başçısının Aparatı MKTB 3 saylı XTMKTB N49 saylı MKİS-in xx.xx.20N9-cu il tarixli 2420 nömrəli arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkün olaraq ünvan N ünvanında məskunlaşmışdır. İş materiallarında olan İddiaçı məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək N saylı hərbi hissədə xidmət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 5/2-873N saylı məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin aprel-dekabr N993-cü il, yanvar-sentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.20N9-cu il tarixli, N/Ş-9387 saylı məktubunda qeyd olunur: Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-873N nömrəli arayışına əsasən hərbi xidmətiniz tam təsdiqlənmədiyindən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş XN İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş Tələbnamədən görünür ki, İddiaçı əvvəllər məhkum olunmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. İddiaçının qənaətinə görə o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona «Müharibə Veteranı» adı və vəsiqəsi verilməlidir. Bununla əlaqədar olaraq iddiaçı ona məxsus hərbi biletdəki qeydə istinad edərək xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etdiyini, ona görə də ona «Müharibə Veteranı» adı və vəsiqəsi verilməli olmasını qeyd edir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin aprel-dekabr N993-cü il, yanvar-sentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan sənədlər əsasında iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçının hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması da iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı qeyd olunan hallarla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, eləcə də hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılması təsdiq olunmadığından, iddia təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.N, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar