Məhkəmə qərarları › İş №2-1(112)-1030/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1030/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1030/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və elmi dərəcənin verilməsi barədə yeni qərar qəbul edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “qərarın ləğv edilməsi və elmi dərəcənin verilməsi barədə yeni qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına qarşı “X13 fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina barədə” Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və N.X7 üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə dair yeni qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24 iyun 2022-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən Elmi Şurada 5310.01 - “Dünya iqtisadiyyatı” ixtisasında X13 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Dissertasiya işinə və avtoreferata verilmiş rəylər müsbət olmuşdur. Elmi Şura üzvləri ona iqtisadiyyat üzrə fəlsəfə doktoru adı verilməsinin leyhinə yekdilliklə səs vermişdir. Dissetasiya işinin plagiatı, müdafiə etdiyi Şura tərəfindən Ali Attestasiya Komissiyasının verdiyi proqram əsasında yoxlanılıb və dissertasiyada plagiat olmaması barədə arayış Ali Attestasiya Komissiyasına göndərilib. Bundan başqa, dissertasiyasının plagiatı AMEA-nın İqtisadiyyat İnstitutunda plagiatı yoxlamaq üçün fəaliyyət göstərən xüsusi qrup tərəfindən iki dəfə yoxlanılıb və hər dəfə də, institutun hesabına 300 manat maliyyə vəsaiti köçürülüb. Dissertasiyada plagiat aşkarlanmayıb. Dissertasiya işi xx.xx.2022-ci il tarixdə təsdiq üçün Ali Attestasiya Komissiyasına təqdim edilib və xx.xx.2022-ci il tarixdə qeydiyyata alınıb. xx.xx.2023-cü il tarixdə dissertasiya işinə baxılma müddəti bitdiyindən, atası həmin tarixdə onun müdafiə etdiyi Elmi Şuranın katibinə zəng vuraraq dissertasiyanın təsdiqi ilə maraqlanıb. Elmi Şuranın katibi Attestasiya Komissiyası ilə əlaqə saxlayıb bildirib ki, Ekspert Şurasının xx.xx.2023-cü il tarixdə keçiriləcək iclasında onun dissertasiya işi müzakirəyə çıxarılacaq və onu bu iclasa dəvət ediblər. Atası bildirmişdir ki, həmin dəvətdən onların xəbərləri yoxdur. Onlar isə cavablarında Ali Attestasiya Komissiyasına verilmiş əlaqə telefonuna dəvət barədə mesaj göndərdiklərini bildirmişlər. Ali Attestasiya Komissiyası dəvət edilən şəxsə məktub göndərilməli və bu məktubda dəvətin səbəbləri əsaslandırılmalıdır. xx.xx.2023-cü il tarixdə Ali Attestasiya Komissiyasının sədrinə xaricdə ikinci təhsil alması və Bakıya gəlmək üçün valideynlərinin maliyyə vəsaitlərinin olmaması barədə teleqram vurulub. xx.xx.2023-cü il tarixdə Ekspert Şurası onun iştirak etməməsini bəhanə edərək, dissertasiyanı müzakirəyə çıxartmamışdır. Sonra da, onlara qeyri-rəsmi formada bildirmişlər ki, onun işi heç plagiat yoxlamasından çıxmayıb. xx.xx.2023-cü il tarixdə Ali Attestasiya Komissiyasının sədrinin müavini S.Cabarovun ona göndərdiyi məktubu valideynlərinə təqdim ediblər. xx.xx.2023-cü il tarixli, 3-50/2-70/2023 saylı məktubda bildirilmişdir ki, “Ali Attestasiya Komissiyasının Kollegiyası dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və X13 ekspert şurasının tövsiyəsini nəzərə alaraq xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı “X2 kontekstində Azərbaycan neft-kimya sənayesinin dünya bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 -“Dünya iqtisadiyyatı” ixtisasında X13 fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina etmişdir”. Bu məktubu alandan sonra o, Ali Attestasiya Komissiyasının Kollegiyasının qərarının təsdiq edilmiş surətinin və plagiat hesabatının ona verilməsi barədə Komissiya sədrinin adına elektron ərizə ünvanlamışdır. Vəkalətnamə verdiyi üçün, anası da analoji müraciəti etmiş və bundan əlavə Komissiya sədrinin adına iki dəfə teleqram göndərmişdir. Kollegiyanın qərarını və plagiat hesabatını onlara verməmişlər. Bir müddət keçəndən sonra onun elektron poçtuna plagiat faktlar barədə sənəd göndərmişlər. xx.xx.2023-cü il tarixdə bu plagiat faktlarına yazdığı izahatı, Ali Attestasiya Komissiyasının Kollegiyasının onun barəsində çıxardığı, lakin tanış olmadığı qərarından şikayət ərizəsi ilə birlikdə Ali Attestasiya Komissiyasının poçt ünvanına göndərmişdir. Eyni vaxtda, valideynləri bu sənədin pdf formatını Bakıda çap etdirib, poçtla Ali Attestasiya Komissiyasına göndərmişlər. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası Kollegiyanın qərarını ona verməməkdə məqsədi, bu qərardan məhkəməyə tam əsaslandırılmış iddia ərizəsi ilə müraciət etməyin qarşısını almaq olmuşdur. Atası, mart ayında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin qəbuluna yazılıb. Mart ayının birinci həftəsinin tam olmadığını bəhanə edərək, bu qəbulu keçirməyiblər. Halbuki, Ali Attestasiya Komissiyasının saytında birinci həftənin tam olub-olmaması barədə heç nə yazılmayıb. Mart ayının 17-də atasını Ali Attestasiya Komissiyasının şöbə müdiri Mübariz Məmmədlinin qəbuluna dəvət ediblər. Atası ondan təkidlə xahiş edib ki, plagiat faktları sənədinin müəlliflərini çağırsınlar və bu sənəddəki faktların əssasız və mənasız olduğunu onlara sübut etsin. Atasının bu xahişini nəzərə almayıblar. Onun müdafiəsindən sonra bütün şura üzvləri onu təbrik edərək bildirmişlər ki, müdafiəsi onların şurasında edilmiş ən yaxşı müdafiədir. Hesab edir ki, onu, müvəffəqiyyətlə müdafiə etmiş şəxsi Ekspert Şurasına çağırmaq qanunsuz hərəkətdir. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassızdır. Belə ki, həmin qərar Azərbaycan Respublikası Konstitusiyasının, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun, “Elm haqqında” Azərbaycan Respublikası Qanununun və “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin tələblərinin pozulması ilə qəbul edilmişdir. Həmçinin ərizəçi hesab edir ki, cavabdeh onun anasının 2022-ci ilin iyun ayından başlayaraq bugünə kimi Komissiyada mövcud olan korrupsiya yarada bilən tələblərin ləğv edilməsi istiqamətində apardığı mübarizəyə cavab olaraq ona elmi dərəcə verməkdən imtina cavabeh tərəfindən qərəzli aparılmış və cavabdehin bu hərəkəti ilə Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində təminat verilən hüququnu pozmuşdur. O, dissertasiyanın yazılmasına böyük əmək sərf etmişdir. X12 Komissiyasının Ekspert Şuralarına çağrılmasına, müdafiə şuralarından plagiatın olmaması barədə arayışlarla Ali Attestasiya Komissiyasına göndərilmiş dissertasiyaların sonradan plagiatlı işlər kimi müdafiə şuralarına qaytarılmasına qarşı apardığı mübarizənin heç bir nəticəsinin olmaması ərizəçinin anasında psixi sarsıntılar yaratmaqla qanında şəkərin miqdarının artmasına səbəb olmuşdur. Ərizəçi və onun digər ailə üzvləri də bu hadisədən mənəvi sarsıntılar keçirmişlər. “Elmi dərəcələr verilməsi haqqında Əsasnamə”nin 6.17-ci maddəsinə əsasən Komissiya iddiaçının dissertasiyasında, avtoreferatında və dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərində müəllifinə və mənbəyinə istinad vermədən digər müəlliflərin materiallarındna istifadə etdiyini aşkarlayarsa, baxılma mərhələsindən asılı olmayaraq, dissertasiyanın və sənədlərin ekspertizası, eyni mövzu və dissertasiya üzrə təkrar müdafiə hüququ verilmədən dayandırılır” Digər müəlliflərin materiallarından istifadə deyəndə nə başa düşülməlidir?! “Elm haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi qaydaları və şərtləri bu Qanuna və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” Bu Qanunun 1.0.23-cü maddəsinə əsasən “elmi plagiat” – müəlifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününki kimi təqdim etməkdir. Buradan belə nəticəyə gəlmək olur ki, “Elmi dərəcələrin verilməsi qaydası haqqında Əsasnamə”nin 6.17-ci maddəsində digər müəlliflərin materiallarından istifadə deyəndə, plagiat həddinə kimi istifadə başa düşülür. Yəni bu istifadə nəticəsində istifadə edilmiş material tam və ya qismən mənimsənilməməlidir. Ərizəçinin elektron poçtuna göndərilən plagiat faktları adlandırılan sənəddə göstərilmiş cümlələrlə istinad mənbəyi kimi göstərilən əsərləri tam və ya qismən mənimsəmək mümkün deyildir. Plagiat yoxlanışının müdafiədən əvvəl deyil, ən sonda nə məqsədlə aparılması hamıya məlumdur. O, hesab edir ki, ona elmi adın verilməsindən imtina barədə qərar, anasının şikayətlərinə cavab olaraq qəbul edilib və ərizəçini və onun ailə üzvlərini əzməklə gələcəkdə Komissiyada mövcud olan qanunsuzluqlar barədə şikayət etmək istəyənlərə dərs verilib.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərmiş FD1.11 Dissertasiya şurasının xx.xx.2022-ci il tarixli iclasında İddiaçı “X2 kontekstində Azərbaycan X5 bazarına inteqrasiyasının rasional istiqamətləri" mövzusunda 5310.01- "Dünya iqtisadiyyatı” ixtisasında X13 fəlsəfə doktoru dissertasiyasının müdafiəsi keçirilmiş və müvafiq attestasiya işi xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edilmişdir. İddiaçı anası X6 2022-cı ilin iyun ayından başlayaraq (vəsatət Komissiyaya daxil olmazdan əvvəlki) qanunvericiliklə nəzərdə tutulmuş elmi dərəcələrin verilməsi şərtləri və qaydalarının iddiaçıya münasibətdə tətbiq edilməməsi, iddiaçının dissertasiya və attestasiya sənədlərinin Komissiyaya göndərilməməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dəfələrlə eyniməzmunlu müraciətlər ünvanlamış, bununla da, Komissiyanın elmi dərəcələr verilməsi sahəsində fəaliyyətinə kölgə salaraq əsassız iddialar irəli sürmüşdür. Vətəndaşın qeyd olunan müraciətləri Komissiya tərəfindən müvafiq qaydada cavablandırılmış, İddiaçı elmi dərəcə verilməsi ilə bağlı vəsatətin Komissiyaya daxil olmadığı bildirilmişdir. Müvafiq dissertasiya şurası tərəfindən Komissiya qarşısında İddiaçı elmi dərəcə verilməsi ilə bağlı vəsatət qaldırıldıqdan sonra da, X.B.Məmmədova qeyd edilən dövlət orqanları ilə yanaşı daha 23 təşkilata eyniməzmunlu və çoxsaylı müraciətlər ünvanlamışdır. Komissiyaya birbaşa və ya qeyd edilən qurumlardan daxil olmuş təkrar olmaqla eyniməzmunlu 312 müraciətin 14ü iddiaçının dissertasiya və attestasiya sənədləri hələ Komissiyaya daxil olmadığı dövrə aiddir. Komissiya tərəfindən müvafiq müraciətlər cavablandırılaraq iddiaçıya elmi dərəcə verilməsi məsələsinə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Dissertasiya və attestasiya sənədlərinin ekspertizası zamanı İddiaçı işində elmi plagiat faktları aşkar edilmişdir. İddiaçı Komissiyanın X13 ekspert şurasının xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində keçirilən iclaslarına dəvət edilməsinə baxmayaraq iclaslara gəlməmiş və heç bir üzrlü səbəb təqdim etməmişdir. Ekspert şurası xx.xx.2023-cü il tarixli iclasında plagiat faktlarının olduğunu nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxmış və iddiaçıya elmi dərəcənin verilməsini Komissiyanın Kollegiyasına tövsiyə etməmişdir. Komissiyanın Kollegiyası xx.xx.2023-cü il tarixli qərarı ilə Nigar Arzu qızı X7 üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğunu və X13 ekspert şurasının tövsiyəsini nəzərə alaraq imtina etmişdir. İddiaçıya elmi dərəcənin verilməsindən imtina edilməsi barədə vəsatət qaldıran ali təhsil müəssisəsinə, surəti iddiaçıya olmaqla, xx.xx.2023-cü il tarixli 3-50/2-70/2023 nömrəli məktub göndərilmişdir. İddiaçıya Komissiyaya ünvanladığı xx.xx.2023-cü il tarixli müraciəti əsasında dissertasiya işində aşkar edilmiş plagiat faktları təqdim edilmişdir. İddiaçı işində aşkar edilmiş plagiat faktlarına dair izahatını təqdim edərək Kollegiyanın xx.xx.2023-cü il tarixli imtina qərarının ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixində şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçının atası Nümayəndə1 xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Komissiyanın Elm sahələri üzrə üçüncü şöbəsinin müdirinin, Aparat rəhbərinin və sədr müavininin qəbullarında olmuşdur. Nümayəndə1 iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi əsasında işə apellyasiya qaydasında baxılacağı, onun ekspert şurasının üzvləri ilə görüşünün mümkün olmadığı, ekspert şurasının iclasına iddiaçıların dəvət edildiyi izah edilmişdir. Həmçinin İddiaçı aşkarlanan plagiat faktlarına izahatının və dissertasiyanın yenidən bir neçə müstəqil ekspert tərəfindən araşdırılacağı, iddiaçının iclasa dəvət edilərək müzakirə ediləcəyi bildirilmişdir. Kollegiyanın xx.xx.2023cü il tarixli qərarına əsasən İddiaçı aşkarlanan plagiat faktlarına izahatının və dissertasiyanın elmi dəyərinin araşdırılması üçün komissiya yaradılmışdır. Komissiya iddiaçının dissertasiyasında aşkarlanan oxşarlıq hallarının plagiat olduğunu təsdiq etmiş və işin elmi dəyərinin olmadığı qənaətinə gəlmişdir. İddiaçı Komissiyaya xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq onun şikayətinə X4 baxılması barədə tələb irəli sürmüş və şikayəti ilə bağlı onun əvəzindən etibarnamə əsasında atası Nümayəndə1 iştirak edəcəyini bildirmişdir. Komissiyanın xx.xx.2023-cü il tarixli 3-50/2-M-508-4/2023 nömrəli məktubu ilə dissertasiya işi və attestasiya sənədlərinin ekspertizası prosesində dissertasiyanın elmi dəyərinin və iddiaçının bilik səviyyəsinin onun iddia etdiyi elmi dərəcəyə uyğunluğunun qiymətləndirilməsi, elmi dərəcə almaq üçün təqdim edilmiş dissertasiya işinin iddiaçının müstəqil elmi işi olmasının müəyyən edilməsi zamanı Komissiyada nümayəndə vasitəsilə təmsil olunmanın nəzərdə tutulmadığı iddiaçının diqqətinə çatdırılmışdır. X13 ekspert şurasının xx.xx.2023-cü il tarixli iclasına dəvət olunması haqqında iddiaçıya xx.xx.2023-cü il tarixində elektron məktub göndərilmişdir. İddiaçı Almaniyada təhsil aldığına görə ekspert şurasının iclasında iştirak etməyəcəyi barədə Komissiyaya məktub göndərmişdir. İddiaçıya xx.xx.2023-cü il tarixində X13 ekspert şurasının iclasına distant qoşula biləcəyi barədə məktub və iclasa qoşulmaq üçün link göndərilmişdir. İddiaçı ekspert şurasının iclasında iştirak etməyəcəyi barədə Komissiyaya məktub göndərmişdir. Hazırda iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsi əsasında iddiaçıya elmi dərəcə verilməsi məsələsinə Komissiya tərəfindən apellyasiya qaydasında baxılmaqdadır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.2-ci bəndinə müvafiq olaraq elm sahələri üzrə elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu"na uyğun olaraq Komissiya verir. Həmin Əsasnamənin 1.3-cü bəndinə görə fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmiixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. 6.1-ci bəndinə görə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında baxılır və qərar qəbul edilir. 6.3-cü bəndinə müvafiq olaraq Komissiya dissertasiya və sənədlərin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır. Müvafiq Əsasnamənin 6.24-cü bəndinə uyğun olaraq Komissiya dissertasiya şurasında müdafiə olunmuş işdə müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə edildiyini aşkar etdikdə, fəlsəfə doktoru elmi dərəcəsinin iddiaçılarına Komissiyanın bu barədə qərarından sonra üç il müddətində müdafiə etmək hüququ vermir. İddiaçı yenidən həmin mövzuda dissertasiya müdafiə edə bilməz. Qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, iddiaçıya elmi dərəcənin verilməsi məsələsinə baxılması, ekspertizanın keçirilməsi və yekun qərarın qəbul edilməsi sahəsində Komissiyanın fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Eyni zamanda İddiaçı "qərarın ləğvi, elmi dərəcənin verilməsi barədə yeni qərarın qəbulu” iddiası üzrə iddia tələbini mümkünsüz hesab edirik. Belə ki, Ali Attestasiya Komissiyasının iddiaçı Nigar Arzu qızı X7 üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilməsi barədə qəbul etdiyi qərar onun diskresion səlahiyyətləri çərçivəsində qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən “diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi" kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 73.3.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. 74-cü maddəsinə əsasən İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

5. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia tələbinə uyğun izahat verdi.

6. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına xx.xx.2022-ci il tarixdə daxil olmuş iddiaçının “X2 Kontekstində Azərbaycan X5 Bazarına İnteqrasiyasının Rasional İstiqamətləri” mövzusunda 5310.01 - “Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin təsdiq edilmiş surətləri və eləcə də, həmin dissertasiya işinə verilmiş rəy, dissertasiya işində aşkar olunmuş plagiat faktları, plagiat faktlarına iddiaçının izahatı, geniş izahatı və iddiaçının izahatına rəyçinin cavabı məhkəməyə təqdim edilmişdir.

8. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş, təqdim edilmiş sənədlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: - İddiaçının təqdim etdiyi şəxsi məlumat vərəqəsində qeyd edilən mobil nömrəsinə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 15:56:43 radələrində və xx.xx.2023-cü il tarixdə, saat 17:38:18 radələrində X12 Komissiyasının Ekspert Şurasının müvafiq olaraq xx.xx.2022-ci il tarixə saat 17:00-a və xx.xx.2023-cü il tarixə saat 17:00-a təyin edilmiş iclaslarına dəvət edilməsi məzmununda “SMS” bildirişlər göndərilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiya İclasının 06 fevral 2023-cü il tarixli 3-50/3-2-2-3/2023 nömrəli Protokolundan çıxarışa əsasən Kollegiyanın iclasında Kollegiya üzvləri F.F.Mustafayev (sədr), G.T.Tağızadə (baş elmi katib), sədr müavini S.H.Cabarov, Elm sahələri üzrə birinci şöbənin müdiri G.S.Muxtarova, Elm sahələri üzrə ikinci şöbənin müdir müavini N.A.Ağayeva, Elm sahələri üzrə üçüncü şöbənin müdiri M.M.Məmmədli, Elm sahələri üzrə dördüncü şöbənin müdiri O.Ə.Səmədov, Dissertasiya şuralarının işinə nəzarət və attestasiya sənədləri ilə iş şöbəsinin müdiri Y.H.Əliyev iştirak etmişlər. Analitik təhlil və elektron xidmətlər şöbəsinin müdiri A.A.Hüseynova iclasa dəvət olunmuşdur. Fəlsəfə doktoru (PhD) elmi dərəcəsi verilməsi haqqında iclas eşidilmiş, İddiaçı “X2 kontekstində Azərbaycan X5 bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisasında X13 fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında Azərbaycan Dövlət İqtisadi Universiteti nəzdində X9-Tədqiqat İnstitutunda fəaliyyət göstərmiş FD 1.11 Dissertasiya şurasının sədri iqtisad elmləri dokotoru, professor Yadulla Həsənlinin xx.xx.2022-ci il tarixli 010-073-12xx/xx/2022 nömrəli vəsatəti ilə bağlı M.M.Məmmədlinin məlumatı dinlənilmişdir. M.M.Məmmədli məlumat verərək bildirmişdir ki, Kollegiyanın xx.xx.2022-ci il tarixli iclsaında (protokol № 28-K) dissertasiya işi və attestasiya sənədlərinin rəy verilməsi məqsədi ilə özü dəvət olunmaqla X13 ekspert şurasına göndərilməsi barədə qərar qəbul edilmişdir. X13 ekspert şurasının xx.xx.2023cü il tarixli qərarı ilə (protokol № 01) aşkarlanmış plagiat faktları nəzərə alınmaqla iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi tövsiyyə edilməmişdir. Ekspert rəyi mənfi olmuşdur. İddiaçı ekspert şurasının iclasına dəvət edilsə də, ekspert şurasının iclasında iştirak etməmişdir. İddiaçının anası X3 müxtəlif instansiyalara yazdığı eyni məzmunlu müraciətləri cavablandırılmışdır. İddiaçının anası X3 qızının işi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş nazirinə, Azərbaycan Respublikasının İqtisadiyyat nazirinə, Azərbaycan Respublikasının Baş Prokrurorluğuna, Türkiyə Respublikasının Azərbaycan Respublikasındkı səfirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına ünvanlanmış müraciətləri daxil olmuşdur. Şöbənin təklifi iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi olmuşdur. Müzakirədən sonra yekdilliklə qərar qəbul edilərək İddiaçı 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisasında X13 fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğu və X13 ekspert şurasının tövsiyyəsi nəzərə alınaraq imtina edilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin 06 fevral 2023-cü il tarixli 3-50/3-1-1-18/2023 nömrəli əmri ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarları haqqında “Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə”-nin 4.2.1-ci yarımbəndi və 4.8ci bəndi rəhbər tutularaq, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının xx.xx.2023-cü il tarixli (protokol № 3-50/3-2-2-3/2023) qərarlarının icrasının təmin edilməsi, göstərilən iddiaçılara müvafiq ixtisaslar və elm sahələri üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi barədə göstəriş verilmişdir. - Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının X13 X8 16 yanvar 2023-cü il tarixli 01 nömrəli iclasının qərarından çıxarışa əsasən, iclasda İddiaçı aşkarlanmış plagiat faktları nəzərə alınmaqla “X2 kontekstində Azərbaycan X5 bazarına inteqrasiyanın rasional istiqamətləri” mövzusunda 5310.1 – “Dünya iqtisadiyyatı” ixtisasında iqtisad elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin AAK-ın Kollegiyasına tövsiyə olunması məsələsi müzakirə edilmiş, müzakirədən sonra təklif olunmuşdur ki, aşkarlanmış plagiat faktları nəzərə alınmaqla, 5310.01 - “Dünya iqtisadiyyatı” ixtisası üzrə İddiaçı “X2 kontekstində Azərbaycan X5 bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda iqtisad elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi və onun müəllifinin X13 fəlsəfə doktoru elmi dərəcəsi alması üçün AAK-ın Kollegiyasına tövsiyə olunması məsələsinə münasibət bildirilərək aşkarlanmış plagiat faktları nəzərə alınmaqla, İddiaçı “X2 kontekstində Azərbaycan X5 bazarına inteqrasiyanın rasional istiqamətləri” mövzusunda 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisası üzrə iqtisad elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi Ali Attestasiya Komissiyasının tələblərinə cavab vermədiyindən onun müəllifinə X13 fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi AAK-nın Kollegiyasına tövsiyyə olunmamışdır. - İddiaçı xx.xx.2023-cü il tarixdə aşkar olunmuş plagiat faktların ona təqdim edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə elektron poçt vasitəsilə plagiat faktlar iddiaçıya təqdim edilmişdir. - İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə şikayət ərizəsi ilə müraciət etmiş, şikayətinə baxılması ilə əlaqədar olaraq 26 aprel 2023-cü il tarixə, saat 17:00-a təyin edilmiş iclas barədə elektron poçt vasitəsilə məlumat göndərilmiş, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli müraciət ünvanlanaraq Azərbaycan Respublikasının ərazi hüdudları daxilində olmadığından iclasda iştirak edə bilmədiyi bildirilmiş, iddiaçının həmin müraciətinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə elektron poçt vasitəsilə məktub ünvanlanaraq, Şuranın iclasında əyani iştirak edə bilmədiyi təqdirdə onun X13 Ekspert Komissiyasının həmin tarixə təyin edilmiş iclasına distant qoşula bilməsi bildirilmişdir. Məktuba Ekspert Komissiyasının ZOOM meeting linki, İD və şifrəsi əlavə edilmişdir. İddiaçı ona möhürsüz və imzasız məktub göndərildiyi üçün həmin dəvət məktubunu əsassız və qanuna zidd saydığını bildirmişdir. Sonradan şikayət ərizəsinin baxılması xx.xx.2023-cü il tarixə saat 17:00-a təyin edilmiş, iddiaçı tərəfindən ərizə ilə müraciət olunaraq, tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyindən şikayətinə baxılmasına xitam verməsini xahiş etmişdir.

9. Azərbaycan Milli Elmlər X10 tərəfindən məhkəmənin müraciətinə cavab olaraq 08 dekabr 2023-cü il tarixli 8-1/2-1513/2023 nömrəli məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 iyul 2022-ci il tarixli 1769 nömrəli Fərmanı ilə Azərbayan Milli Elmlər Akademiyasının bir sıra elmi müəssisə və təşkilatları, habelə bir sıra qurumları, həmçinin Azərbaycan Milli Elmlər X1 Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəmənin müraciətinə cavab olaraq 23 noyabr 2023-cü il tarixli 3-23/2-7951/2023 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 1.2-ci bəndinə əsasən, elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının təsdiq etdiyi “Azərbaycan Respublikasnda elmi və elmi-pedoqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. Eyni zamanda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi “İstehlak bazarına nəzarət, Standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının 2-ci hissəsinə əsasən yaradılmış , müəlliflik hüququ və əlaqəli hüquqlar, məlumat toplularına və inteqral sxem topologiyalarına hüquqlar, ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına və coğrafi göstəricilərə hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə), ənənəvi biliklərə və digər qeyri-maddi mədəni irs nümunələrinə hüquqlar sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirilən publik hüquqi şəxsdir. Qeyd edilənləri və məktubda qaldırılan məsələnin Elm və Təhsil Nazirliyinin funksiyalarına aid olmadığını nəzərə alaraq, bu məsələ ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinə müraciət edilməsi məqsədəuyğundur.

11. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən məhkəmənin müraciətinə cavab olaraq 27 fevral 2024-cü il tarixli 11-4/2-97/2024 nömrəli məktubla bildirilmişdir ki, Əqli Mülkiyyət Agentliyi plagiatlığa müəllif-hüquq pozuntusu kimi müəllifhüquq qanunvericiliyi mövqeyindən baxır. Xüsusi ilə qeyd edilməlidir ki, “elmi plagiat” anlayışı müəllif-hüquq qanunvericiliyi mövqeyindən fərqlənir. Belə ki, müəlliflik hüququnda hüquqi əhəmiyyət daşıyan əsərin formasıdır və müəlliflik hüquqi formanı qoruyur, əsərin məzmunu isə forma çərçivəsində (daxilində) qoruna bilər. Ali Atesstasiya Komissiyasının səlahiyyətləri çərçivəsində inzibati akt formasında qəbul etdiyi qərarlara rəy vermək Nizamnaməsinə uyğun olaraq Agentliyin səlahiyyətlərindən kənardır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən birinci tələb üzrə mübahisələndirmə, ikinci tələb üzrə isə məcburetmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İnzibati Prosessual Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

19. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

20. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli qərarından ilk öncə qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçı tərəfindən inzibati şikayət verilmiş, inzibati şikayətə baxılma müddətində iddiaçı həmin qərarın mübahisələndirilməsinə dair inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır.

21. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilibkeçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

23. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3. maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 52. İnzibati icraatın müddəti 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. 52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Maddə 61. İnzibati aktın əsaslandırılması ... 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

26. Elm haqqında Azərbaycan Respublikasının Qanunu: 1.0.23. Elmi plagiat – müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim etmək;

27. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamənin: - 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (bundan sonra - Komissiya) Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya öz fəaliyyətində qanunilik, obyektivlik, şəffaflıq və peşəkar etik normalara əməl edilməsi prinsiplərini əsas tutmaqla, qərarların qəbulunda müstəqildir. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. - 2.0-ci bəndinə əsasən komissiyanın vəzifələri aşağıdakılardır: 2.0.1. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi dərəcələr (fəlsəfə doktoru, elmlər doktoru) və elmi adlar (dosent, professor) verilməsi barədə vəsatətləri əsasında elmi dərəcə və elmi adlar verilməsini təmin etmək;..2.0.7. Azərbaycan Respublikasında elmi dərəcə və elmi ad almış şəxslərə dövlət sənədləri (diplomlar, attestatlar) vermək.

28. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin: - 1.2-ci bəndinə əsasən elmi dərəcələri Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na uyğun olaraq elm sahələri üzrə Komissiya verir. - 1.3-cü bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi magistr (rezident) elmiixtisas dərəcəsi və ya ona bərabər tutulan ali təhsili və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında fəlsəfə doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. - 1.4-cü bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi fəlsəfə doktoru elmi dərəcəsi və xüsusi elmi hazırlığı (doktorantura, adyunktura, dissertantura) olan iddiaçılara elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində Komissiyanın yaratdığı dissertasiya şuralarında elmlər doktoru dissertasiyasının müdafiəsindən sonra dissertasiya şurasının vəsatəti əsasında verilir. - 2.2-ci bəndinə əsasən dissertasiyaların mövzuları müvafiq elm sahələri üzrə yüksəkixtisaslı elmi kadr hazırlamaq səlahiyyəti olan (doktoranturası olan) elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarında hər bir iddiaçı üçün ayrılıqda müəyyən edilir. - 3.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:3.1.1. dissertasiyada müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həlli təklif olunmalıdır; 3.1.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilməlidir. - 3.2-ci bəndinə əsasən elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir: 3.2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir;3.2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır;3.2.3. elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki-iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir. - 3.3-cü bəndinə əsasən dissertasiya iddiaçının şəxsən özünün yazdığı və müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən tamamlanmış elmi tədqiqat işidir. - 3.4-cü bəndinə əsasən dissertasiyanın daxili vəhdəti olmalı, iddiaçının elmə verdiyi töhfəni əks etdirməlidir. - 3.5-ci bəndinə əsasən dissertasiyanın məzmununda aşağıdakılar əks olunmalıdır: 3.5.1. tədqiqatın aktuallığı, obyekti, məqsəd və vəzifələrinin müəyyən olunduğu elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşu verilməlidir; 3.5.2. tədqiqat mövzusu üzrə elmi ədəbiyyatın, o cümlədən xarici elmi informasiya mənbələrinin analitik icmalı verilməlidir; 3.5.3. müdafiəyə çıxarılan elmi müddəalar dəqiq göstərilməlidir; 3.5.4. iddiaçının təklif etdiyi elmi yeniliklər ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir; 3.5.5. dissertasiyanın ayrı-ayrı hissələri üzrə əldə edilmiş nəticələrin izahlı təqdimatı verilməlidir; 3.5.6. əsas elmi yenilikləri göstərməklə və onların əhəmiyyətini əsaslandırmaqla dissertasiyanın yekun nəticələri təqdim edilməlidir; 3.5.7. əldə edilmiş elmi nəticələrin istifadəsinə və tətbiqinə dair tövsiyələr verilməlidir; 3.5.8. tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının aldığı elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr göstərilməlidir; 3.5.9. istifadə olunmuş ədəbiyyat siyahısı iddiaçının dissertasiyanın əsas nəticələrini əks etdirən nəşr olunmuş elmi əsərləri də daxil edilməklə verilməlidir. - 3.6-cı bəndinə əsasən iddiaçı özünün fəlsəfə doktoru dissertasiyasının ən çoxu beşdə bir hissəsindən elmlər doktoru dissertasiyasında istifadə edə bilər. - 4.1-ci bəndinə əsasən dissertasiya şuralarını vahid sistem əsasında, uyğun ixtisaslar üzrə elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin müxtəlif sahələrində daim elmi araşdırmalar aparan, yüksəkixtisaslı elmi kadr potensialı olan mülkiyyət formasından asılı olmayaraq elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində onların vəsatəti əsasında fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Komissiya yaradır. - 5.1-ci bəndinə əsasən dissertasiya işi, iddiaçının seçiminə uyğun olaraq, onun yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilata, ali təhsil müəssisəsinə ilkin müzakirəyə təqdim edilir. - 5.2-ci bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində iddiaçının rəsmi müraciət tarixindən etibarən üç aydan gec olmayaraq dissertasiyanın ilkin müzakirəsi keçirilir və iddiaçıya bir aydan gec olmayaraq müzakirənin keçirildiyi iclasın geniş protokolu və dissertasiya haqqında rəy verilir. - 5.3. Komissiyada elmi adlar verilməsinə dair vəsatətlərə daxil olduğu gündən üç ayadək müddətdə baxılır. Sənədlərin ekspertizasının keçirilməsi üçün əlavə müddət tələb olunduğu hallarda Komissiya səbəbini əsaslandıraraq, bu müddəti üç aya qədər artıra bilər. Elmi adlar verilməsinə dair vəsatətlərə baxılma müddətinə ilin iyul və avqust ayları daxil deyildir. - 5.6-cı bəndinə əsasən dissertasiya işinin yerinə yetirildiyi və ya iddiaçının təhkim olunduğu elmi müəssisə və təşkilatda, ali təhsil müəssisəsində ilkin müzakirənin nəticəsində verilən geniş protokol və rəylə birlikdə dissertasiya işi, Komissiyanın müəyyən etdiyi siyahı üzrə digər sənədlər həmin müəssisə və təşkilat, ali təhsil müəssisəsinin vəsatəti ilə müvafiq ixtisas üzrə fəaliyyət göstərən dissertasiya şuralarının hər hansı birinə müdafiə üçün təqdim edilir. - 6.1-ci bəndinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi məsələsinə Komissiyanın Kollegiyasında, elmlər doktoru elmi dərəcəsinin verilməsi məsələsinə X4 baxılır və qərar qəbul edilir. - 6.3-cü bəndinə əsasən Komissiya dissertasiya və sənədlərin bu Əsasnamə ilə müəyyən edilmiş tələblərə uyğunluğu üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı Komissiyaya tövsiyələr vermək üçün öz nəzdində müxtəlif elm sahələri üzrə ekspert şuraları yaradır.

29. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya X13 fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə müsbət rəyin verilməsi inzibati orqanın (hazırkı halda - cavabdehin) diskresion səlahiyyətlərinə aiddir. Diskresion səlahiyyətlə müəyyən hüquq normalarına əsasən inzibati orqanın öz qərarını öz mülahizəsinə əsaslanaraq qəbul etdiyi halları tənzimləyir. Bu qayda hüquqi dövlətdə mövcud olan prinsiplərə də uyğundur, çünki inzibati orqan öz mülahizəsini özbaşına deyil, müəyyən qaydalara uyğun reallaşdırır. Onun mülahizəsi ilk növbədə ona verilən səlahiyyətlərin məqsədlərinə uyğun olmalı və bundan əlavə, diskresion səlahiyyət üçün müəyyən edilmiş hüquqi tələblər çərçivəsində (qanunauyğun) həyata keçirilməli və onları aşmamalıdır. Diskresion o deməkdir ki, inzibati orqanın fəaliyyəti qanunla birmənalı və dəqiq müəyyən edilmir və inzibati orqana öz mülahizəsi əsasında hərəkət etmək imkanı verilir. İnzibati orqan bu zaman ancaq qanunun tətbiq edilməsini həyata keçirmir. Diskresion olaraq inzibati orqana qanunla ona icazə verilmiş çərçivədə müəyyən hüquqi nəticələri seçmək imkanı verilir. Ona görə də, məhkəmələr ancaq diskesion səhvin olubolmamasını yoxlaya bilərlər. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, diskresion səlahiyyətlərin icrası nəticəsində qəbul edilmiş inzibati aktların qanuniliyinə qiymət verilərkən inzibati orqanın malik olduğu diskresion səlahiyyəti mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanılmalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı, inzibati orqanın öz qərarını əsaslandırarkən istinad etdiyi halların yuxarıda sadalanmış qanunvericilik normalarının müddəaları baxımından mövcud olub-olmadığı işə baxan məhkəmə tərəfindən mütləq araşdırılmalıdır. Nəzərə almaq lazımdir ki, inzibati orqanın öz qiymətləndirməsinə əsasən qərar qəbul etməsi, yəni işin faktiki hallarını müəyyən etməsi məhkəmə tərəfindən məhdud şəkildə yoxlanıla bilər. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, şəxsin, o cümlədən də, iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır.

30. Hazırki işin hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının X13 Ekspert Şurasının 16 yanvar 2023-cü il tarixli 01 nömrəli iclasının protokolunun qərarına əsasən Ekspert Şurasının 9 üzvünün səs verməsi ilə İddiaçı dissertasiya işində aşkarlanmış plagiat faktları nəzərə alınmaqla “X2 kontekstində Azərbaycan X5 bazarına inteqrasiyasının rasional istiqamətləri” mövzusunda 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisası üzrə iqtisad elməri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi Ali Attestasiya Komissiyasının tələblərinə cavab vermədiyindən onun müəllifinə X13 fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi AAK-ın Kollegiyasına tövsiyə olunmamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 06 fevral 2023-cü il tarixli Kollegiya iclasında Kollegiya üzvləri F.F.Mustafayev (sədr), G.T.Tağızadə (baş elmi katib), sədr müavini S.H.Cabarov, Elm sahələri üzrə birinci şöbənin müdiri G.S.Muxtarova, Elm sahələri üzrə ikinci şöbənin müdir müavini N.A.Ağayeva, Elm sahələri üzrə üçüncü şöbənin müdiri M.M.Məmmədli, Elm sahələri üzrə dördüncü şöbənin müdiri O.Ə.Səmədov, Dissertasiya şuralarının işinə nəzarət və attestasiya sənədləri ilə iş şöbəsinin müdiri Y.H.Əliyev iştirak etmişlər. Analitik təhlil və elektron xidmətlər şöbəsinin müdiri A.A.Hüseynova iclasa dəvət olunmuşdur. Fəlsəfə doktoru (PhD) elmi dərəcəsi verilməsi haqqında iclas eşidilmiş, İddiaçı “X2 kontekstində Azərbaycan X5 bazarına inteqrasiyasının rasional istiqamətləri” mövcusunda 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisasında X13 fəlsəfə doktoru elmi dərəcəsi verilməsi haqqında Azərbaycan Dövlət İqtisadi Universiteti nəzdində X9-Tədqiqat İnstitutunda fəaliyyət göstərmiş FD 1.11 Dissertasiya şurasının sədri iqtisad elmləri doktoru, professor Yadulla Həsənlinin xx.xx.2022-ci il tarixli 010-073-12xx/xx/2022 nömrəli vəsatəti ilə bağlı M.M.Məmmədlinin məlumatı dinlənilmişdir. M.M.Məmmədli məlumat verərək bildirmişdir ki, Kollegiyanın xx.xx.2022-ci il tarixli iclasında (protokol № 28-K) dissertasiya işi və attestasiya sənədlərinin rəy verilməsi məqsədi ilə özü dəvət olunmaqla X13 ekspert şurasına göndərilməsi barədə qərar qəbul edilmişdir. X13 ekspert şurasının xx.xx.2023cü il tarixli qərarı ilə (protokol № 01) aşkarlanmış plagiat faktları nəzərə alınmaqla iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi tövsiyə edilməmişdir. Ekspert rəyi mənfi olmuşdur. İddiaçı ekspert şurasının iclasına dəvət edilsə də, ekspert şurasının iclasında iştirak etməmişdir. Şöbənin təklifi iddiaçıya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilməsi olmuşdur. Müzakirədən sonra yekdilliklə qərar qəbul edilərək İddiaçı 5310.01 – “Dünya iqtisadiyyatı” ixtisasında X13 fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunduğu və X13 ekspert şurasının tövsiyyəsi nəzərə alınaraq imtina edilmişdir. Kollegiyanın qərarı Komissiya sədrinin müvafiq əmri ilə rəsmiləşdirilmişdir.

31. İddiaçı X13 fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “X2 kontekstində Azərbaycan X5 bazarına inteqrasiyanın rasional istiqamətləri” mövzusunda 5310.1 – “Dünya iqtisadiyyatı” ixtisasında dissertasiya işinə ekspert komissiyasının Kollegiya üzvləri tərəfindən baxılaraq dissertasiya işinə ekspertlər tərəfindən mənfi rəy verildiyindən dissertasiya işində müəllifinə və mənbəyinə istinad verilmədən digər müəlliflərin materiallarından istifadə olunması əsası ilə X13 ekspert şurasının tövsiyəsi nəzərə alınaraq iddiaçıya X13 fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilmişdir.

32. Cavabdeh tərəfindən məhkəmə araşdırmasına iddiaçının dissertasiya işinin təsdiq edilmiş surətləri və eləcə də, həmin dissertasiya işinə verilmiş rəy, dissertasiya işində aşkar olunmuş plagiat faktları, plagiat faktlarla bağlı iddiaçının izahatına rəyçinin cavabı təqdim edilmişdir.

33. Məhkəmə tərəfindən aidiyyəti qurumlara müraciətlər ünvanlanaraq İddiaçı “X2 kontekstində Azərbaycan X5 bazarına inteqrasiyanın rasional istiqamətləri” mövzusunda 5310.1 – “Dünya iqtisadiyyatı” ixtisasında dissertasiya işi üzrə müvafiq rəy verilməsi xahiş edilsə də, həmin dissertasiya işinə rəy verilməsinin onların səlahiyyətləri daxilində olmadığı bildirilmişdir.

34. Hazırki işdə mübahisə faktiki olaraq “elmi plagiat” anlayışına tərəflərin münasibəti ilə bağlıdır. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan dissertasiya işində aşkarlanmış faktlara dair iddiaçının izahatında göstərilənlərdən aydın olur ki, o, dissertasiya işində digər müəlliflərin fikrindən (müvafiq istinad etmədən) bir və ya bir neçə cümlə köçürülməsi ilə əsərlərinin qismən və ya tam mənimsənilməsinin mümkün olmamasını və cümlələrdəki fikirlərin olduğu kimi təqdim edilmədiyini bildirməklə bunun “elmi plagiat” olmadığı qənaətindədir. Lakin, iş materiallarında olan rəyçinin iddiaçının dissertasiya işində aşkarlanmış faktlara dair izahatına cavabında qeyd olunmuşdur ki, iddiaçının dissertasiya işinin yoxlanılması zamanı AAK-da Azərbaycan elm ocaqlarında istifadə edilən Antiplagiat Proqramından istifadə edilməsi nəticəsində İİ Oxşarlıq Əmsalı minimum 5% olması halında iddiaçı 30%-i üstələyib. Eləcə də, o, cümlənin dəyişdirilməsilə digər müəllifin fikrini (qanunda yer almış ifadələrini) özününkiləşdirmişdir.

35. Məhkəmə qeyd edir ki, elmi plagiatın anlayışı “Elm haqqında” Qanunda konkret olaraq müəyyən edilib. Normanın məzmunundan da, göründüyü kimi, elmi plagiat müəllifini, götürülmə mənbəyini göstərmədən başqasının əsərlərini, elmi kəşf və ixtirasını, səmərələşdirici təklifini, innovasiya məhsulunu tam və ya qismən mənimsəmək, yaxud özününkü kimi təqdim edilməsidir.

36. Beləliklə məhkəmə iş üzrə sübutlara tam həcmdə qiymət verərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən İddiaçı X13 fəlsəfə doktoru elmi dərəcəsinin veriməsindən imtina edilməsi haqqında cavabdehin xx.xx.2023-cü il tarixli qərarı əsaslı olmaqla qanunvericiliyin tələblərinə müvafiq diskresion səlahiyyətləri çərçivəsində qəbul edilmişdir, cavabdeh tərəfindən, hazırki qərarın 26-cı və 28-ci bəndlərində istinad edilən “Elm haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli, 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və digər qanunvericilik aktlarının pozulması hazırki inzibati işə baxılan zaman müəyyən edilməmişdir, odur ki, məhkəmənin gəldiyi nəticəyə görə cavabdehin xx.xx.2023-cü il tarixli qərarı qanuna uyğun olduğundan həmin qərarın ləğv edilərək iddiaçıya X13 fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi və dissertasiya işinə dair müsbət rəyin verilmə barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzərinə qoyula bilməz.

37. Məhkəmə eləcə də, qeyd etməyi zəruri hesab edir ki, elmi dərəcələrin verilməsi ilə bağlı səlahiyyətlərin məzmunu baxımından dissertasiya işinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq elmi dərəcənin verilməsini fərqləndirmək lazımdır. Fərqləndirmə dissertasiya işinin yuxarıda istinad olunan normalarda təsbit olunmuş kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunması və müəyyən olunmuş nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır.

38. Nəzərə almaq lazımdır ki, dissertasiya işinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir. İnzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarlar, xüsusən də elmi işlərin qiymətləndiriməsi nəticələrinə dair qəbul olunmuş qərarlar məhkəmə tərəfindən yalnız məhdud çərçivədə yoxlanıla bilər. Bu zaman məhkəmənin səlahiyyəti, bir tərəfdən, dissertasiya işinin qiymətləndirilməsi metodikası və meyarlarına, digər tərəfdən bərabər yanaşma prinsipinin tələblərinə riayət olunmasının yoxlanılması ilə məhdudlaşır. Başqa sözlə, məhkəmə inzibati orqan tərəfindən qiymətləndirmə azadlığına əsasən qəbul edilmiş qərarı yalnız qeyd olunan göstəricilər baxımından yoxlamağa haqlıdır. Elmi dərəcənin verilməsi isə dissertasiya işinin qiymətləndirilməsi nəticələrinə bağlıdır. Bu mənada cavabdeh tərəfindən elmi dərəcə qiymətləndirmə nəticələrinin şəxsə elmi dərəcənin verilməsi üçün yuxarıda istinad olunan normalarla tələb olunan kriteriyalara və tələblərə uyğunluğunun müəyyən olunduğu təqdirdə verilir.

39. Hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən bu qərarın 38-ci bəndində qeyd olunan qaydada aparılmış araşdırma nəticəsində cavabdeh tərəfindən qiymətləndirmə azadlığının qüsurlu həyata keçirilməsi, qiymətləndirmə kriteriyalarına və metodikasına, eləcə də bərabər yanaşma prinsipinin tələblərinə riayət edilməməsi müəyyən olunmamışdır. Belə ki, hazırki iş üzrə cavabdeh təqdim edilmiş dissertasiya işində aşkarlanmış plagiat faktlara iddiaçının izahatına verilmiş rəyçinin cavabında dissertasiya işinin qiymətləndirməsinin hansı kriteriya və metodikaya, qanunvericiliyin tələblərinə əsasən aparılması əsaslandırılmışdır.

40. Məhkəmə həmçinin iddiaçının iddia ərizəsində istinad etdiyi dissertasiya işinə baxılması müddəti ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, dissertasiya işinə baxılması ilə bağlı müddətlər cavabdeh tərəfindən iddiaçının iştirakının Şuranın iclasında təmin edilməsi məqsədilə uzadılmış, iddiaçının Şuranın təyin edilmiş iclaslarlarında iştirakının təmin edilməsi barədə ona müvafiq sms bildirişlər göndərilsə də (iş materiallarında olan sübutlara əsasən həmin sms bildirişlər ona çatdırılmışdır), iddiaçı Şuranın iclaslarında iştirak etməmişdir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

43. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

44. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar