Məhkəmə qərarları › İş №2-1(112)-10301/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10301/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10301/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “istehsalat zədəsi ilə əlaqədar peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istehsalat zədəsi ilə əlaqədar onun peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi üçün cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, istesalatda əmək funksiyalarını yerinə yetirərkən bədbəxt hadisə nəticəsində səhhəti pozulmuşdur. xx.xx.2015-ci il tarixdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar TSEK-də ilkin müayinə zamanı ona istesalatda baş vermiş bədbəxt hadisə barədə heç bir sənəd olmadığı üçün əlillik səbəbi ümumi əsaslarla təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə birinci dərəcə əlillik müddətsiz uzadılmışdır. İstesalatda baş vermiş bədbəxt hadisə nəticəsində zədə almağı barədə hüquqi sənəd Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleqiyasının 27 iyul 2018-ci il tarixli qərarı əsasında verilmişdir. Məhkəmə qərarına əsasən 19 noyabr 2018-ci il tarixdə istesalatda bədbəxt hadisə haqqında “İZ” formalı akt işəgötürən tərəfindən tərtib edilərək, İddiaçı təqdim edilmişdir. Məhkəmə qərarı ilə ”İZ” formalı akt istesalat zədəsi nəticəsində əmək qabiliyyəti itirmə faizinin müəyyən edilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmişdir. TSEK-nin xx.xx.2022-ci il tarixli göndərişinə əsasən 1 saylı X5 baş-beyin KT müayinəsindən əmək zədəsi diaqnozu ilə müayinədən keçmişdir. İddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı aldığı 28 mart 2014-cü il tarixdə əmək zədəsi nəticəsində əmək qabiliyyətinin itirilmə faizini neçə faiz müəyyən edilməsinə bütün sənədlər qaydasındadır. Sadəcə olaraq Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra mətndə Agentlik) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyinin qiymətləndirilməsi” Qaydaların 3.3.1 bəndinə əsasən əlillik müəyyən olıunduğu halda bu Qaydaların 1.5.-ci bəndində nəzərdə tutulmuş digər səbəblər müəyyən edilir. Cavabdeh isə həmin Qaydaların tələblərinə riayət etmək istəmir və iddiaçı X2 əlillik, səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər “İZ” formalı akt, Apellyasiya məhkəməsinin “İZ” formalı aktda göstərilən qərarı Dövlət Tibbi-Sosial Ekspertiza Xidmətinin göndərişin surəti, Kliniki Tibbi mərkəzin cavabın sürəti nümayəndə X3 ilə göndərilsə də, xx.xx.2024-cü il tarixdə ünvanına göndərdiyi tövsiyə cavab məktubu ilə kifayətlənmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, həftənin İV günləri saat 13:00-dək Agentliyə dəvət olunur. Müayinəyə gələrkən mövcud xətəliyinə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbinin təsdiqe edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehaslat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyi xahiş olunur. Məhkəmə iclasında tərəflərlə iddianın mümkünlüyü ilə bağlı məsələlər müzakirə edildi. İddiaçı izah edilənlərin ona aydın olduğunu bildirdi. Cavabdehin nümayəndəsi iddianın mümkünsüz sayılmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddia tələbini irəli sürməkdən iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsinə, yəni ümumi xəstəlik səbəbindən, istehsalat zədəsi ilə əlaqədar səbəb əlaqəsinə dəyişdirilməsinə yönəlmişdir. Lakin işdən görünür ki, iddiaçının müraciəti ilə bağlı cavabdehin imtinası yoxdur. Cavabdeh iddiaçının müraciəti ilə bağlı xx.xx.2024-cü il tarixli məktubunda iddiaçıya müvafiq sənədlərlə birlikdə Agentliyə dəvət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adışəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, hazırda tərəflər arasında inzibati mübahisə mövcud deyil. Məhkəmə iddiaçıya izah edir ki, müraciətinin nəticəsində iddiaçı arzuladığı nəticəyə nail olmadığı halda, pozulmuş hüququnun müdafiəsi ilə bağlı məhkəmə iddia qaldıraraq, cavabdeh hərkətini (hərəkətsizliyini) və ya qəbul olunmuş inzibati aktını mübahisələndirə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “istehsalat zədəsi ilə əlaqədar peşə əmək qabiliyyətinin itirmə faizinin müəyyən edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar