Məhkəmə qərarları › İş №2-1(112)-10302/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10302/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10302/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ramilovnanın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin edilmiş pensiyanın düzgün hesablanması və pensiya fərqinin birdəfəlik ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək pensiyasının 16 yanvar 2017-ci ilən 52 yaşından düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının özərinə qoyulması tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1965-ci ildə anadan olmuşdur və halhazıra kimi 58 il 05 ay ümumi və 54 il 07 ay güzəştli iş stajı vardır. Ümumi iş stajının 49 il 10 ayı, güzəştli iş stajının isə 46 ili (xx.xx.1982 - xx.xx.1986 - cı illərdə 03 il 10 ay ümumi, xx.xx.1986 - xx.xx.2005 - ci illərdıə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Azal Aviasiya şirkətində bələdçi kimi 9934 uçuş saatı olmaqla 46 il güzəştli ) 01 yanvar 2006 - cı ilə kimi qüvvədə olan Vətəndaşların pensiya təminatı haqqında qanunun 13 - cü maddəsinin d bəndinə müvafiq olaraq hava gəmilərində bələdçi kimi, Güzəştli şərtlərlə yaşa dörə əmək pensiya hüququ verən iş stajıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabrliyimdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9, 9.3 və 9.8 maddələrinin şərtləri pozularaq 01 avqust 1997-ci ilə kimi 31 il 06 ay ümumi və 27 il 08 ay güzəştli iş stajının olmasına baxmayaraq ona hüququnun yarandığı 16 yanvar 2015-ci ildən 50 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyinatı aparılmasından imtina edilərək 16 yanvar 2017 - ci ildən 52 yaşından pensiya məbləği 307.10 manat hesablanmalı olduğu halda səhvən 238.50 manat hesablanmışdır. Ona görə də ona pensiya hesablanarkən səhvə yol verdiklərinə görə pensiyasının həmin tarixdən düzgün hesablanaraq yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi üçün ƏƏSMN tabrliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialana 03 iyun 2022-ci il tarixində düzgün hesablanma qaydasını da ərizəsinə əlavə edərək müraciət etməyisinə baxmayaraq inzibati orqan bu günə kimi hərəkətsizlik edərək müraciətimə heç bir cavab vermir. Ona görə də DSMFnun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətsizliyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Pensiyasının məbləği xx.xx.2017-ci ildən 307.10 manat, xx.xx.2018-ci ildən 324.60 manat, xx.xx.2019-cu ildən 334.60 manat, xx.xx.2020-ci ildən 389.84 manat, xx.xx.2021-ci ildən 434.28 manat, xx.xx.2022-ci ildən 449.05 manat hesablanmalı olduğu halda xx.xx.2017-ci ildən 238.50 manat, xx.xx.2018-ci ildən 252.09 manat, xx.xx.2019-cu il dən 259.66 manat, xx.xx.2020-ci ildən 302.76 manat, xx.xx.2021-ci ildən 337.28 manat, xx.xx.2022-ci ildən isə 348.76 manat hesablanmışdır. (düzgün hesablama qaydasını ərizəmə əlavə etmişdir) Ona görədə hesab edir ki, ƏƏSMN tabeliyində DSMF X2 üzrə mərkəzi filialı pensiyanın məbləğinin düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi barədə 03 iyun 2022-ci il tarixli ərizəsinə hərəkətsizlik edərək cavab vermədiyinə görə onun üzərinə 16 yanvar 2017-ci il ildən 52 yaşından pensiyanın düzgün hesablanması və yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsinin həvalə edilməsi barədə qərar qəbul edilməlidir.

3. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 26 noyabr 2020-ci il tarixli **********4 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 21 aprel 2022-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilmişdir ki, ona Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsi tərəfindən Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə və 17ci maddəsinin 1-ci və 5-ci abzaslarına əsasən, həmçinin ”Vətəndaşların pensiya təminatı haqqında” Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli tələbləri nəzərə alınmaqla ona 16 yanvar 2017-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ”Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar qadınlar üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci ilin avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №li siyahı üzrə qadınlar üçün 52 yaş müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 50 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2526/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Ramilovnanın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi qismən təmin edilmiş, İddiaçı Ramilovnaya 50 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 05 oktyabr 2017-ci il tarixdən etibarən pensiyanın ödənilməmiş fərqinin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünkük iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, hazırki tələb məhkəmə qərarının icrası ilə bağlıdır, ona görə iddia mümkün sayılmamalıdır.

II. İddianın mümkünlüyü

5. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

6. X4 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X4 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

7. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

8. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

10. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarı icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir.

11. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X4 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.

12. İPM-in müvafiq maddələrinə əsasə: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

13. Odur ki, məhkəmə hesab edir ki, tələbkar (iddiaçı) qüvvədə olan yekun məhkəmə aktının lazımi qaydada icra olunmamasına dair ərizə ilə (həmin işlə bağlı) Bakı İnzibati məhkəməsinə müraciət edə bilər.

14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

15. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar