Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10306/2022 21.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X8 kаtibliyi, iddiaçı X5 iştirakı ilə, iddiaçılar İddiaçı və X5 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilməsi, iddiaçının və X5 Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, 9 saylı evin 9 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddia tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçılar İddiaçı və X9 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli imtinasının əsassız hesab edilməsi, iddiaçıların Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, 9 saylı evin 9 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, “Azərneftyağ” X12 xx.xx.2006-cı il tarixli, HİK- 23/811 saylı məktubu ilə Bakı şəhəri, Kaçalov küçəsi, 9 saylı evin, 9 saylı mənzil İddiaçı atası, X5 əri- mərhum X3 ayrılmış və ailəsi (özü, həyat yoldaşı və övladı) həmin mənzildə yaşama və qeydiyyata alınma hüququ verilmişdir. “Azneftyağ” X12 xx.xx.2010-cu il tarixli, 14/2378 saylı məktubu ilə bu hüquqla mərhum S.M.Sayadovun və onun həyat yoldaşıyla birlikdə övladlarının da, Kaçalov küçəsi, 9 saylı evin, 9 saylı mənzilinə pasport qeydiyyatına alınmasına razılıq verilmişdir. İddiaçı atası, yəni X4 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu hüququn rəsmiləşdirilməsi istiqamətində prosessual hərəkətlərin həyata keçirilməsi işlərini çatdıra bilməmişdir. Bu hüquq mərhum S.M.Sayadovu və onun ailə üzvlərini (həyat yoldaşı və övladlarını) əhatə etdiyinə görə İddiaçı və anası X5 adıçəkilən mənzilə pasport qeydiyyatına alınması zərurəti yaranmışdır. X5 və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, 9 saylı evin 9 saylı mənzilinə rəsmi qeydiyyata alınması barədə qərar qəbul üçün xx.xx.2022-ci il tarixində Xətai Rayon Polis İdarəsinə rəsmi müraciət məktubu ünvanlamışdır. Lakin müraciət məktubuna xx.xx.2022-ci il tarixində 101- 20837R saylı məktubla imtina edilmişdir. İddiaçılar göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçılar cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Cavabdeh məhkəməyə müraciət edərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X11 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarında olan sənədləri tədqiq edərək, işin fаktiki hаllаrınа və sübutlаrınа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin еdilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AZE 17887150 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı X9, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdırlar. “Azərneftyağ” X12 xx.xx.2010-cu il tarixli 14/2378 nömrəli Xətai rayon Polis İdarəsinin rəisi polis polkovniki cənab M.Təhməzova ünvanladığı məktubuna əsasən, «Azərneftyağ» X12 xx.xx.2006-cı il tarixli, HİK- 23/811 saylı məktubu ilə X3 zavodun mənzil fonduna aid olan Kaçalov küçəsi, 9 saylı evin 9 saylı mənzili ayrılmışdır və S.M.Sayadov ailəsi ilə həmin mənzildə yaşadığından xx.xx.2010-cu il tarixdə ərizə ilə müraciət edərək «Azərneftyağ» NEZ tərəfindən ona ayrılmış mənzilə pasport qeydiyyatına alınmasına icazə verilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq “Azərneftyağ” X16 S.M.Sayadovun 4 nəfər ailə tərkibində (özü, həyat yoldaşı və 2 uşağı) Kaçalov küçəsi, 9 saylı evin 9 saylı mənzilinə pasport qeydiyyatına alınmasına etiraz etməmişdir. AZ-İİ seriyalı, 133515 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə görə X4 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. İV-ЖГ seriyalı 482092 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən X4 və X10 xx.xx.1988-ci ildə nikaha daxil olmuşdular. XVİİİ-ЖГ seriyalı 358222 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1994-cü ildə Şamaxı rayonunda anadan olmuşdur. X1, anası X7r Bakı şəhəri Xətai rayonu Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli 101-20837R saylı imtina məktubuna əsasən Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanununun 5-ci maddəsinin tələblərinə əsasən onların ünvan 4 ünvanına pasport qeydiyyatına alınması üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd təqdim edilməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 101-29704 nömrəli məktubuna əsasən, ünvan 4 ünvanında qeydiyyatda heç bir şəxs müəyyən edilməmişdir. ИТ-İ seryalı ******* nömrəli əmək kitabçasına əsasən X4 2003-cü ildən 2020-ci ilə qədər “Azərneftyağ” X16 (Heydər Əliyev adına Bakı X16)da işləmişdir. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 101 saylı Mənzil Kommunal İstismar Sahəsinin 544 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı T.Mustafazadə küçəsi, 9 saylı evin 9-cu mənzilində Hİ.K 23/811 saylı xx.xx.2006-cı il tarixdə verilən məktuba əsasən qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) məhkəmənin sorğusuna cavab məktubuna əsasən “Azərneftyağ” X12 müdriyyəti həmin zavodun işçisi X2 mənzil şəraitini nəzərə alaraq ona 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, 2 uşağı) zavodun fonduna aid olan Kaçalov küçəsi, 9 saylı ünvanda, 9 saylı mənzili müvəqqəti yaşayış sahəsi kimi ayırmışdır. X2 işlədiyi müəssisə ilə əmək münasibəti kəsildikdə və ya onun mənzil problemi həll olunduqda (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla) mənzil zavoda təhvil verilməlidir. Mənzildə yaşayan vətəndaşların həmin mənzilə qeydiyyata düşmələrinə və mənzilin özəlləşdirilməsinə icazə verilmir. Heydər Əliyev adına X12 xx.xx.2006-cı il tarixli 2467 nömrəli arayışına əsasən X4 xx.xx.2003-cü ildən 2006-cı ilə qədər Heydər Əliyev adına X12 idarə aparatında baş mühasibin müavini vəzifəsində işləyir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində göstərilən “yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” –X3 “SOCAR”ın mənzil fonduna aid olan Kaçalov küçəsi, 9 saylı evin 9 saylı mənzili ayrılmasına dair «Azərneftyağ» X12(indiki adı “Heydər Əliyev adına X16) xx.xx.2006-cı il tarixli, HİK- 23/811 saylı məktubu iddiaçıların həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsasdır. Belə ki, sözügedən mənzilin mülkiyyətçisi «Azərneftyağ» X16 (Heydər Əliyev adına X16), işçisi olmuş X2 ailəsinin mənzildə yaşamasına və pasport qeydiyyatına alınmasına etiraz etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.6-cı maddəsinə uyğun olaraq, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 15.1-ci maddəsinə görə, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Sözügedən Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinəuyğun olaraq, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin imtinası əsassız hesab edilməli, iddiaçılar İddiaçı və X5 Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, 9 saylı evin 9 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsinin cavabdehə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsı İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68 – 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı və X5 Bakı şəhəri, Xətai rayonu, Kaçalov küçəsi, 9 saylı evin 9 saylı mənzilinə pasport qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Bakı şəhər Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10306/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10306/2022
21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver