Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10307/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, tərcüməçi X21, iddiaçı X14, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12, üçüncü şəxslər X24 və Qontyuk (Çernomazova) Angelina Sergeyevnanın, onların vəkili Vəkil1 iştirakları ilə, iddiaçı X14 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X24 və Qontyuk (Çernomazova) Angelina Sergeyevna inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X22 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı X24 və Qontyuk (Çernomazova) Angelina Sergeyevna üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh- DƏDKR 1 saylı ünvan 1 ünvanının X15 paylı mülkiyyətinə verilməsinə dair xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2004-cü ildən Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, ev 17-də yaşayır. Yaşadığı evlə bağlı mübahisə 1992-ci ildən başlamışdır. Belə ki, 1991-ci ildə evin mülkiyyətçisi Çernomazova Antonina etibarnamə əsasında evi X2. Elə həmin etibarnamə ilə X25 xx.xx.1993-cü il tarixdə alqı-satqı yolu ilə evi X3. Beləliklə də X27 xx.xx.1993-cü il tarixdə 30/5029 saylı Qeydiyyat şəhadətnaməsi alaraq həmin evin tam mülkiyyətçisi olmuşdur. X24 (Antoninanın keçmiş gəlini) xx.xx.1991ci il tarixdə öz xətti ilə yazdığı ərizədə göstərilmişdir ki, 40.000 rubl alıb və bu evə qarşı heç bir iddiası yoxdur. Eyni zamanda İrina və qızı Angelina xx.xx.1991-ci ildə mübahisəli evdən qeydiyyatdan çıxaraq Zığ yolu ev 12A, mənzil 24 ünvanına daimi yaşamaq üçün köçüb getmişdir. Bundan sonra xx.xx.1992-ci il tarixdə hansı yollarlasa, heç birinin xəbəri olmadan həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Həmin dövr Çernomazova İrina verdiyi vədə əməl etmədiyinə görə mülkiyyətçi Antonina Xətai Rayon Məhkəməsinə müraciət edərək İrinaya verdiyi 40.000 rublu tələb etmişdi. Xətai Rayon Məhkəməsinin 2- 224/92 saylı xx.xx.1992-ci il tarixli qərardadına əsasən cavabdeh İrina müqavilənin şərtlərinə əməl etdiyini və həmin mənzildən qeydiyyatdan çıxdığını etiraf etmiş və ona çatacaq 40.000 manat pulun üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İddiaçı isə İrinanın öz vədinə əməl etməsini nəzərə alaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Xətai Rayon Məhkəməsi tərəflərin barışığını nəzərə alaraq işin icraatına xitam vermiş və 40.000 manat pulun üzərindən həbsi götürmüşdür. Bu fakt İrinanın 40.000 manat pulun almasına rəsmi sübutdur. Eyni zamanda İrina Yuryevna xx.xx.1991-ci il tarixdə rəsmi qaydada ərizə verərək, onun evinin boşaltdığına görə X9 və keçmiş əri Sergey Afoniasiyeveneçdən 40.000 rubl məbləğində pul almışdır və gələcəkdə onlara qarşı heç bir iddiasının olmadığını bildirmiş və bunu imzası ilə təsdiq etdiyini göstərmiş və həmin ərizəni notariusda təsdiq etdirərək ona vermişdir. İş materiallarından göründüyü kimi məhkəmə qərardadı ilə İrinaya çatacaq pulun üzərindən həbs götürüləndən sonra o həmin məbləği əldə etmiş və xx.xx.1992-ci ildə yenidən mülkiyyətçinin razılığı olmadan, hansı yollarlasa mübahisəli evə pasport qeydiyyatına alınmışdır. Bütün bu faktlar onu göstərir ki, İrinanın mübahisəli evə heç bir rəsmi və ya qeyri-rəsmi hüququ yoxdur və həmin mənzildən çıxarılmışdır. X29 Semyonovnanın keçmiş gəlinidir və onlar hələ 1990-cı ilə qədər ayrılaraq nikahlarını pozdurmuşlar. X27 özünün xüsusi mülkiyyətində olan Dostluq küçəsində istifadədə olan 0,01846 ha torpaq sahəsində yerləşən bir mərtəbəli 70,5 kv. metr yaşayış sahəsi, 42,5 kv. metr köməkçi sahədən ibarət 5 otaqlı 17 nömrəli fərdi yaşayış evini ona vəsiyyət etmişdir. Həmin vəsiyyət əsasında o, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində 80 nömrəli reyestr kitabının 7254 nömrəli vərəqəsində qeydiyyata alınaraq MH seriyalı ******* saylı Çıxarışla həmin evin tam mülkiyyətçisi olmuşdur. Bu fakt fərdi yaşayış evinin xx.xx.2008-ci il tarixli Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportunda da öz əksini tapmışdır. Göründüyü kimi Çernomovazovların sözü gedən evə heç bir hüquqi əsasları yoxdur və ola da bilməz. Onların hansı yollarlasa bu evə təkrar qeydiyyata düşmələri əsassızdır. Çernomozova X1 satdığı və sonuncunun ona vəsiyyətnamə əsasında verdiyi fərdi tikilinin altında olan torpaq sahəsi xx.xx.1953-cü ildə Şaumyan rayon İcraiyyə Komitəsi tərəfindən Antoninanın əri X10 adına vermişdir. Göründüyü kimi ona vəsiyyətnamə əsasında verilən fərdi yaşayış evinin altındakı torpaq sahəsi də ona məxsusdur. Ona görə də son vaxtlar həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün Bakı şəhəri Ərazi İdarəsinə müraciət etdikdə ona məlum olmuşdur ki, hazırda yaşadığı və mülkiyyətində olan evin bir hissəsi paylı mülkiyyət kimi Çernomazovların mülkiyyətinə verilmişdir. xx.xx.2008-ci ildə onun adına qeydiyyatdan keçərək tam mülkiyyət hüququ verilmiş fərdi yaşayış evinə xx.xx.2008-ci il tarixdə Çernomazovlara 2 otaq olmaqla və ona 2 otaq olmaqla paylı mülkiyyət kimi qeydə alınmışdır. Çıxarışda 5 otaqlı evin 2 otağı ona, 2 otağı isə Çernomazovlara verilmişsə, yerdə qalan bir otağın kimə məxsus olması göstərilməmişdir. X27 2006-cı ilin əvvəllərində Xətai Rayon Məhkəməsinə müraciət edərək, X24 və qeyrilərinə qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsinə və mənzildən çıxarılmalarına, X24 və qeyriləri isə X26 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ləğv edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia verərək iddia tələblərinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı X27 xx.xx.2006-cı il tarixdə vəfat etdiyindən işi 27 noyabr 2006-cı il tarixli qərardadı ilə X23 hüquqi varisi müəyyən olunanadək dayandırmışdır. Vəliyeva Şura isə xx.xx.2004-cü il tarixdə 2V/1-29 nömrə ilə 30 saylı notariat kontorunda evi ona vəsiyyət etdiyinə görə məhkəmə onu iddiaçı X23 hüquqi varisi kimi tanıyaraq işin icraatına yenidən başlamışdır. Həmin vaxt məhkəmə prosesləri zamanı İrina ilə aralarında mübahisələr baş verirdi. İrina özünü evin mülkiyyətçisi kimi aparırdı. Belə mübahisələr vaxtı oğlu da onun hərəkətlərinə biganə qalmayaraq işə qarışdı və ona xəsarət yetirdi və İrina oğlu barəsində cinayət işi açdırdı. Sonrakı çəkişmələr zamanı ona təklif olundu ki, İrina özünə ev aladək müvəqqəti olaraq mübahisəli evdə yaşamasına icazə versin və İrina da öz növbəsində oğluna qarşı şikayətindən imtina etsin. O, da təkliflə razılaşmış, aralarında notariat qaydasında təsdiq edilən barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli qərardadı ilə işin icraatına xitam verilmişdir. O, notariat kontorunda mirasla bağlı işlər tamamlandıqdan sonra xx.xx.2008-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, ev 17-nin onun mülkiyyətinə verilməsinə dair çıxarış almışdır. Artıq həmin vaxt məhkəmənin qərardadı da qanuni qüvvəsini almışdır. Bir müddət sonra torpağı özəlləşdirmək üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərkən onun mülkiyyətində olan, ona məxsus evin Çernomazovna ilə paylı mülkiyyət olması haqda ona məlumat verilmişdir. Uzun müddət məhkəmələrə müraciət etsə də, yekun məhkəmə qərarı ala bilməmişdir və 2021-ci ilun iyun ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və imtina almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilərək, cavabdehdən və üçüncü şəxslərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi və üçüncü şəxs X24 və Qontyuk (Çernomazova) Angelina Sergeyevna tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. İddiaçı X22 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X18 məhkəmə iclasında verdiyi izahatında məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etdi. Üçüncü şəxslər üçüncü şəxslər X24 və Qontyuk (Çernomazova) Angelina Sergeyevna və onların vəkili Vəkil1 məhkəmə iclasında ayrı-ayrılıqda izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İş materiallarında olan; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20615/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X22 cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “mənzilə dair reyestrdən çıxarışın təkrarən verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Dmitrov qəsəbəsi Dostluq küçəsində yerləşən 17 saylı evə dair X23 adına verilmiş qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə və həmin evə dair dövlət reyestrindən çıxarışın təkrarən verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20615/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri Dmitrov qəsəbəsi Dostluq küçəsində yerləşən 17 saylı evə dair X23 adına verilmiş qeydiyyat vəsiqəsinin dublikatı itdiyi üçün etibarsız hesab edilməsi, Bakı şəhəri Dmitrov qəsəbəsi, Dostluq küçəsində yerləşən 17 saylı evə X23 adına təkrarən dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-8/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, X4 İrina Yuryevnaya və qeyrilərinə qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsinə və mənzildən çıxarılmalarına, X24 və qeyriləri X26 və qeyrilərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ləğv edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-8/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi 17 saylı evlə bağlı X22 ilə cavabdehlər X15 və X7 aralarında bağlanmış 24 oktyabr 2007-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi, X23 X16 və qeyrilərinə qarşı yaşayış sahəsində istifadə hüququnun itirilməsinə və mənzildən çıxarılmalarına, X13 və qeyrilərinin X26 və qeyrilərinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin ləğv edilməsi, mənzilə mülkiyyət hüququnun tanınması barədə qarşılıqlı iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsində istifadədə olan 0.01846 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 70.5 kv.m yaşayış, 42.5 kv.m köməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 7254 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsində istifadədə olan 0,01846 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 70.6 kv. metr yaşayış, 42.5 kv. metr kömməkçi sahədən ibarət 17 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X14 2 otaq 36.2 kv. m. 25,9 kv. m. mətbəx, hamam, dəhliz, qaraj, X8 və X15 2 otaq 20.3 kv.m, y/s kv.m, y/s 17.7 kv.m mətbəx hamam adlarına daşınmaz əmlakın dövlət reyestrində 80 nömrəli reyestr kitabının 7254 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-551/2019 saylı qərardadının surətindən müəyyən olunur ki, iddiaçı X22 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər X20, X24) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması və əmlakın ona qaytarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar çxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(82)-551/2019 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1807/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı X14 apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-551/2019 saylı 16 may 2019-cu il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1807/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının 2-ci səhifəsinin 4-cü abzasında göstərilmişdir ki, 24 oktyabr 2017-ci il tarixdə X22, X24 və X11 arasında Bakı şəhəri Xətai rayonu Dostluq küçəsi 17 saylı evlə bağlı barışıq sazişi bağlanmışdır (notarial qaydada təsdiq edilmişdir). Həmin barışıq sazişini imzalyan şəxslər aşağıdakı razılağa gəlimişlər: X24 və X11 istifadələrində olan 20,3 kv.metrlik iki otaq, və 17,7 kv metrlik mətbəx, hamam və tualetdən başqa həmin evin 14,0 kv.metrlik, hazırda X14 istifadəsində olan bir otaq hesabına dəhliz (İddiaçı tərəfdən divarda olan soba sonuncuda qalmaq şərtilə) verilir. X14 mülkiyyətində həmin evin 36,2 kv.m sahəsi olan 2 otaq, 25,9 kv.m sahəsi olan mətbəx, hamam, dəhliz və həyətdəki qaraj saxlanılır. Barışıq sazişi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 oktyabr 2007-ci il tarixli 2- 8/2007-ci saylı qərarı ilə təsdiq edilmişdir (Barışıq sazişi təsdiq edilməsi üçün iddiaçı X23 cavabdeh X24 və qeyrilərinə qarşı yaşayış sayhəsinə istifadə hüqunun itirilməsinə və mənzildən çıxarılmalarına dair ilkin, sonuncuların isə birinciyə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun tanınması barədə qarrşılıqlı - iddialarına dair işə baxılarkən məhkəməyə müraciət etmişlər). Məhkəmə tərəfindən təsdiq olunmuş həmin barışıq sazişinin sözügedən şərtlərinə müvafiq olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə fərdi yaşayış evin aşağıdakı paylarda mülkiyyət hüququ qeydə alınmışdır: “- X14 2 otaq-36,2 kv.m, 25,9 kv.m mətbəx, hamam, dəhliz, qaraj. ; - X8 və X15 2 otaq 20,3 kv.m, y/s 17,7 kv.m mətbəx, hamam adlarına daşınmaz əmlakın dövlət reyestrində cavabdeh orqan tərəfindən qeydiyyata alınmış və bu barədə onlara 164526 saylı çıxarış verilmişdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-19112)- 1596/20022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1807/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət və prosessual müddətin bərpasına dair ərizə üzrə kassasiyanın mümkün sayılmaması, kassasiya şikayətinin və ərizənin qəbulundan imtina edilməsi qərara alınmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li Qərarının 8.3-cü bəndində göstərilmişdir ki, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir; 8.5-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanının X15 paylı mülkiyyətinə verilməsinə dair xx.xx.2008-ci il tarixli, ******* saylı çıxarışının ləğv olunması hissəsində predmeti və əsasları ilə eyni olan tələb üzrə iddianın mümkün sayılmaması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı mövcud olduğundan və qeyd olunan qərardadda iddianın mümkün sayılmamasına əsas olmuş hallar aradan qalxmadığından, bununla da mümkünlük şərtlərinə əməl olunmadığından hazırki iddia tələbi mümkün sayılmamalıdır. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli əmlaka mülkiyyət hüququ üzrə qeydiyyat məhkəmənin qərardadı ilə təsdiq olunmuş barışıq sazişinin şərtləri əsasında aparılmışdır. Belə olan halda, həmin barışıq sazişi, o cümlədən, onu təsdiq edən məhkəmə qərardadı qüvvədə ola-ola, həmin sənədələr əsasında cavabdeh tərəfindən verilmiş çıxarışın ləgv edilməsi barədə iddiasının məhkəmə icraatı mümkün sayıla bilməz. Ən azından, barışıq sazişi onu imzalayan şəxslər üçün hüquq və vəzifələr yaradır və sazişin tərəfi olmayan, o cümlədən həmin məhkəmə prosesinin iştirakçısı olmayan cavabdeh orqana aid ola bilməz. Göründüyü kimi, iddiaçı ilə üçüncü şəxslər arasında, hətta onun cavabdehlə aralarında mübahisə mülki müasibətlərdən irəli gələn bir mübahisə mövcuddur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X14 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X24 və Qontyuk (Çernomazova) Angelina Sergeyevna inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-10307/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10307/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver