Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10310/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “maddi yardımın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək dövlət qulluqçusu olmuş mərhum əri X1 İddiaçı təyin olunmuş pensiyasının Prezidentin müvafiq sərəncamına əsasən qeyd olunan faiz artımı (10 faiz) və əlavələrlə birlikdə yenidən hesablanaraq ödənilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. Həyat yoldaşı X3 xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Həyat yoldaşının dəfn prosesinin həyata keçiriməsi ilə bağlı olan xərclərin ödənilməsi üçün birdəfəlik ödənilən müavinətlə bağlı xx.xx.2021-ci il tarixində DSMF-yə müraciət etmişdir. Onun ölümü ilə əlaqədar olaraq pensiyasının iddiaçıya təyin edilməsi ilə bağlı o, elə həmin günü (2021-ci ilin noyabr ayında) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (DOST xidmətinə) müraciət etmişdir. İddiaçının bu müraciətinə müsbət cavab verilmiş və mərhum həyat yoldaşının pensiyası ona təyin edilmişdir. 2022-ci ilin yanvar ayından etibarən iddiaçı onun pensiyasını alır. Lakin aldığı həmin pensiya məbləğinin miqdarı qanunvericiliklə nəzərdə tutulmuş (artım nəzərə alınmaqla) miqdardan aşağıdır. Onun mərhum həyat yoldaşı dövlət qulluqçusu olmuşdur. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1.1-ci bəndilə 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. İddiaçıya münasibətdə bu öhdəlik icra edilməmişdir. Onun icrası üçün tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuşdur, iddiaçının bu müraciətinə isə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 17 iyun 2022-ci il tarixli imtina məktubu ilə cavab verilmişdir. Cavabdeh tərəfindən imtina belə əsaslandırılmışdır ki, iddiaçıya 1 yanvar 2022-ci il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım 1 yanvar 2022-ci il tarixinədək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına ödənilir. İddiaçıya rəsmi olaraq sözügedən pensiya 2022-ci il yanvarın 1-i tarixindən təyin olunmuşdur. Lakin onun pensiya təyin olunması üçün etdiyi müraciətin tarixi 2021-ci ilin dekabr ayıdır. Müraciətinə baxılma müddəti ona bəlli olmayan səbəblərə görə uzadılmışdır. Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə uyğun olaraq şəxsə əmək pensiyası müraciət etdiyi tarixdən təyin olunur. Odur ki, yuxarıda qeyd edilən sərəncamdan irəli gələn sosial təminat haqqından istifadə etməyə hüquqludur. Bu hüququnun realizə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət edir. Müraciətini xx.xx.2022-ci il tarixində olduğunu sübut edən müraciət vərəqəsidir, həmin müraciət vərəqəsinə əsasən müraciət tarixi xx.xx.2022-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya 1 yanvar 2022-ci il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım 1 yanvar 2022-ci il tarixinədək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası və əmək pensiyasına qulluq stajına görə əlavələr 1 yanvar 2022-ci il tarixindən təyin edildiyindən müraciətdə göstərdiyi maddi yardımın ona ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclaısnda iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onun pensiyasının məbləği ilə birlikdə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1952-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 229994 nömrəli, xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X3 xx.xx.2021-ci ildə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1017 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı pensiya işinin surətindən görünür ki: - İİ-ЖГ № 483157 nömrəli, xx.xx.1981-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X3 ilə İddiaçı xx.xx.1981-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 1028 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Vəliyev, arvada Süleymanova soyadı verilmişdir. - İddiaçı xx.xx.2021-ci il tarixdə (daxilolma tarixi xx.xx.2021-ci il) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ailə başçısını itirdiyi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********2 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.8-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda bildirilmişdir ki, sizə 1 yanvar 2022-ci il tarixindən sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım 1 yanvar 2022-ci il tarixinədək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına ödənilir. Qeyd olunanları nəzərə alaraq, sizə sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası və əmək pensiyanıza qulluq stajına görə əlavələr 1 yanvar 2022-ci il tarixindən təyin edildiyindən müraciətinizdə göstərdiyiniz maddi yardımın sizə ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən təyin olunmuş pensiya məbləğinin 10 faizi miqdarında maddi yardımın ödənilməsi ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçıya əri X1 vəfatı ilə əlaqədar sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona təyin olunmuş pensiya ilə yanaşı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardımın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan qeyd edilən maddi yardımın Sərəncamla xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş şəxslərə ödənildiyini, iddiaçıya isə əmək pensiyasının 1 yanvar 2022-ci il tarixindən təyin edildiyini əsas gətirərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə cavabdehin imtina dəlilini aşağıdakılara əsasən əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); -31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. -31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. -31.3-cü maddəsinə görə təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. -31.4-cü maddəsinə əsasən müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə) göndərir. “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən: -1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 1.1. 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin edilməsi; -3. Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilməsi qərara alınmışdır. Göründüyü kimi dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə onun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyası ilə qulluq stajına görə əlavələr ödənilir. Əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə baxılması ilə əlaqədar Qanun pensiya təyinatını həyata keçirən orqana konkret müddətlər nəzərdə tutmuşdur. Belə ki, pensiya təyin edən orqan əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə daxil olduğu gündən 10 gün ərzində baxmaqla təyinat aparmalı və yaxud şəxsin əmək pensiyası hüququ olmadığı hallarda imtina etməklə 5 gün ərzində bu barədə müraciət edən şəxsə məlumat verməlidir. Təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyası ödənilməyə başlanır. Nəzərə almaq lazımdır ki, əmək pensiyası, o cümlədən qulluq stajına görə əlavələr şəxsə hər bir halda onun heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt etdiyi müraciət əsasında əmək pensiyasına hüququnun yarandığı gündən təyin edilir. Hazırkı işdən görünür ki, iddiaçının əri X3 xx.xx.2021-ci ildə vəfat etmiş, iddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, qeyd edilən ərizə cavabdeh orqana xx.xx.2021-ci il tarixdə daxil olmuş, cavabdeh orqan qanunla nəzərdə tutulmuş müraciətin daxil olduğu gündən 10 gün müddətində deyil, xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qərarla iddiaçıya qeyd edilən növdə əmək pensiyası təyin etmişdir. Halbuki, iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ müvafiq dövlət qulluğu stajına malik mərhum ərinin vəfat etməsi faktı ilə yaranmış və iddiaçı qeyd edilən hüququna əsaslanaraq xx.xx.2021-ci il tarixdə cavabdehə pensiya təyinatı ilə bağlı müraciət etmişdir. Cavabdehin qeyd edilən müraciətə vaxtında baxmaması və ya pensiya təyinatını gec aparması iddiaçının müraciət etdiyi vaxt yaranmış pensiya hüququndan, həmin vaxt üçün qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlardan, o cümlədən hazırkı mübahisələndirilən aylıq əmək pensiyası məbləğinin və qulluq stajına görə əlavələrin 10 faizi məbləğində aylıq maddi yardımın almasından məhrum etməyə əsas verməməlidir. Qeyd edildiyi kimi Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən 2022-ci il yanvarın 1-dən tətbiq edilən imtiyaza əsasən xx.xx.2022-ci il tarixədək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin, qulluq stajına görə əlavələr də nəzərə alınmaqla 10 faizi məbləğində aylıq maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçının ƏPQ-nun 20.1.8-ci maddəsi ilə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixədək yaranmış olduğundan onun həm də adı çəkilən maddi yardımı almağa da hüququ yaranmışdır və bu halda cavabdeh xx.xx.2022-ci il tarixdə pensiya təyinatını aparmasına istinad edərək maddi yardımın ödənilməsindən imtina etməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onun pensiyasının məbləği ilə birlikdə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onun pensiyasının məbləği ilə birlikdə ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10310/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10310/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver