Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10314/2024 09.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “cərimə ödənişinin geri qaytarılması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı Baş X3 İdarəsinin Abşeron DYPŞ-nin əməkdaşı Mehman Kamillinin qanunsuz olaraq tərtib etdiyi 24 mart 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında iş üzrə tərtib etdiyi protokol və ondan əmələ gəlmiş inzibati məsuliyyət səbəbindən müddəti ötmüş cəriməyə görə avtomobilini müvəqqəti duracağa yerləşdirməsinlər deyə məcbur qalıb ödədiyi 792 (yeddi yüz doxan iki) manat (600 (altı yüz) manat cərimə məbləği və 192 (yüz doxsan iki) manat dəbbə pulu olmaqla) məbləğində cərimənin bank hesabına geri qaytarılması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Abşeron Dövlət X2 yol patrul xidməti əməkdaşı Kamilli Mehman tərəfindən qanunsuz olaraq xx.xx.2024-cü il tarixində İXP ******* №-li inzibati protokol tərtib edilmişdir. Protokola əsasən iddia olunur ki, xx.xx.2024-cü il tarixində Abşeron rayonu ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun maddələrinin tələbləri pozularaq təkəri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan "MAN TGX” markalı Az **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edildiyinə həmin nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolu ilə hərəkət edildiyinə görə Abşeron RPİ DYP Şöbəsinin YPX əməkdaşı tərəfindən dayandırılaraq İnzibati Xətalar Məcəlləsinin 342.5 və 353.2 maddələri pozulduğu üçün inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolun tərtib edildiyi edildiyi gün, yəni xx.xx.2024-cü il tarixində yük avtomobili Quba şəhəri Vəlvələ çınqıl karxanasından “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 25. Qalaq yüklərin daşınması qaydalarına uyğun olaraq nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmamaqla 40,000 kq-dan da (40 ton) daha az çəki ilə ümumi istifadədə olan avtomobil yolu ilə hərəkət etmişdir. Belə ki, yük avtomobili Azərbaycan Avtomobil Yolları X1 rayonu Gəndob kəndi ərazisində qurduğu dövlət sertifikatlı, lisenziyalaşdırılmış tərəzi ilə təmin edilmiş stasionar postdan maneəsiz keçid etmişdir. Əgər artıq çəki aşkarlansa idi, həmin stasionar postda daimi xidmət aparan Yol Patrul Xidməti əməkdaşı tərəfindən qanunvericiliyin tələbinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş olardı. Bu onu sübut edir ki, yük avtomobili artıq çəkiyə malik olmamışdır. Yük avtomobili beynəlxalq əhəmiyyətli yoldan manəsiz istifadə edərək Bakı şəhəri, Abşeron rayonu ərazisinə qədər rahat hərəkət etmişdir, bu müddət ərzində çınqıl karxanasından sulu formada yığılmış yük 500 kq (0,5 ton) çəki daha itirmişdir və ümumi çəki bir o qədər də azalmışdır. Daha sonra avtomobil Abşeron rayonu, Duz gölü adlanan əraziyə yaxınlıqda **-YP-*** dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilində xidmət aparan YPX inspektoru Kamilli Mehman tərəfindən heç bir qayda pozuntusuna yol verilmədiyi halda qeyri-qanuni olaraq saxlanılmışdır. YPX əməkdaşı heç bir qayda pozuntusu, həmçinin avtomobildə heç bir nasazlıq aşkar edə bilmədiyindən gözəyarı olaraq tamamilə şəxsi mülahizəsinə əsasən, əlində dövlət sertifikatlı, lisenziyalaşdırılmış tərəzi məlumatları olmadan yük avtomobilinin artıq çəki ilə hərəkət etdiyi iddiasını ortaya atmış, bunu da əlində əsas tutaraq qanuna-zidd olaraq yük avtomobilini Bakı Mühəndislik Universitetinin yaxınlığındakı müvəqqəti duracağa yerləşdirmişdir. Müvəqqəti duracaqda dövlət sertifikatlı, lisenziyalaşdırılmış tərəzi olmasına baxmayaraq israr etməyinə baxmayaraq YPX inspektoru burda da yük avtomobilini tərəziyə çıxarmamış və bununla da qanunları heçə sayaraq öz qeyri-qanuni əməllərinə davam etmişdir. Həmçinin təkərin nasaz olduğu və belə nasazlığın aradan qaldırılması mümkün olmaması iddiası tamamilə əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən yük avtomobili şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü - 1 mm-dən az olmamalıdır, qoşqular üçün şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü normaları yedəkçi nəqliyyat vasitələrinin şinləri üçün olan normalarla müəyyən edilir. Əgər yük avtomobili YPX inspektorunun iddia etdiyi artıq çəki ilə hərəkətdə olsa idi və şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü - 1 mm-dən az olsa idi bu halda həmin təkərlə yüksək təzyiq altında partlamalı idi, amma bu hal baş verməmişdir. Yük avtomobili xx.xx.2024-cü il tarixində məcburən qeyri-qanuni olaraq müvəqqəti duracağa yerləşdirilməsinə baxılmayaraq YPX inspektoru əlində heç bir qanuni sübut olmadığından inzibati xəta haqqında protokol tərtib edə bilməmişdir. İnzibati protokol mən xx.xx.2024-cü il tarixində Abşeron Rayon Polis İdarəsi X3 Şöbəsinə yaxınlaşıb avtomobilimi duracaqdan çıxarmaq barədə israr etdikdən sonra Abşeron RPİ DYPŞ-nin rəisinin əmrindən sonra tərtib edilmişdir və bundan sonra avtomobili müvəqqəti duracaqdan manəsiz olaraq çıxarılmışdır. Əgər həqiqətən də Abşeron RPİ tərəfindən şəxsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmiş hallar, yəni təkər nasaz idisə və bu nasazlığın aradan qaldırılması mümkün deyildisə, həmçinin nəqliyyat vasitəsi icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşırdısa, İnzibati Xətalar Məcəlləsinin 342.5 və 353.2 maddələrini tələblərinin pozulması halları mövcud idisə, yük avtomobili bu nöqsanlar aradan qaldırılmadan, artıq çəkiyə düşən yük boşaldılmadan necə rahat, manesiz müvəqqəti duracağı tərk etmişdir? Bu da daha bir sübutdur ki, YPX inspektoru özbaşına və qanunazidd qərar qəbul etmişdir ki, bütün bu pozuntular olmadığı üçün də yük avtomobili müvəqqəti duracağı hər hansı bir nöqsan aradan qaldırılmadan tərk edə bilmişdir. Abşeron RPİ tərəfindən şəxsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə maddəsinə istinad edilsə də yük avtomobili saxlanılarkən şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü barədə heç bir qeyd, məlumat yoxdur, həmçinin 353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə maddəsinə istinad olmasına baxmayaraq nəqliyyat vasitəsinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini nə qədər aşmasına dair heç bir rəqəm məlumatı yoxdur. Bütün bunlar cavab sadalanan iddihamların nə qədər absurd olduğunu sübut edir. Bu qeyri-qanuni protokol barəsində keçən 72 gün müddətində Daxili İşlər Nazirliyini və Baş Polis Dövlət X3 İdarəsini DİN-nin və DYPİ-nin saytlarına onlayn müraciətlər etməklə rəsmi olaraq 13 dəfə məlumatlandırmışam. Bu müraciətlərim Daxili İşlər Nazirliyinin Elektron Müraciətlər sistemində müvafiq reyestr nömrələri ilə qeydiyyata alınmışdır. Bu qədər rəsmi müraciətin olmasına baxmayaraq Bakı şəhər Baş X3 İdarəsi Abşeron RPİ DYPŞ tərəfindən heç bir müvafiq addım atılmamış, detallı araşdırılma aparılmamışdır, şablon cavab təqdim edilmişdir. Məktubun mətninin şablon və absurd olması onunla əsaslanır ki, İXM 342.5 və 353.2-ci maddələrinə istinadlar olsa da, yük avtomobili saxlanılarkən şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü barədə heç bir qeyd, məlumat verilməmişdir, həmçinin nəqliyyat vasitəsinin saxlanılarkən çəkisi barədə heç bir rəqəm məlumatı yoxdur. Qeyd edilən xx.xx.2024-cü il tarixli İXP ******* №-li inzibati protokol və onun əsasında qəbul olunmuş cərimə çoxsaylı qanun pozuntularına yol verməklə tərtib edilmişdir. Bu qanunsuz inzibati protokolun tərtib edilmə tarixindən 60 gündən artıq müddət keçdiyi üçün xx.xx.2024-cü il tarixdə ona məxsus olan “MAN TGX 18.440” markalı, Az **-RD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili əvvəlcə Azərbaycan Avtomobil Yolları X1 rayonu Gəndob kəndi ərazisində qurduğu stasionar postda, daha sonra isə BDYPİ-nin Zarat qəsəbəsi ərazisindəki stasionar postunda cərimə məbləğinin ödənilməsi müddətinin ötdüyü əsas gətirilərək YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Həmin əməkdaşlara bu protokoldan şikayət verildiyi bildirilərək prosesin davam etdiyi deyilsə də, bu cəriməyə görə avtomobilini müvəqqəti duracağa aparacaqlarını bildirmişlər və bu istiqamətdə müəyyən addımlar ataraq yük avtomobilini hərəkətdən kənarlaşdırmışlar. Nəticədə məcburiyyət qarşısında qalıb ümumilikdə 792 manat cəriməni (600 manat cərimə və 192 manat dəbbə pulu olmaqla) ödəmişəm, yalnız bundan sonra YPX əməkdaşı yük avtomobilinin hərəkətinə yaratdığı maneəni aradan qaldımışdır və hərəkətə davam edə bilmişdir. Göstərilmiş dəlillərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin Yol Patrul Xidməti əməkdaşı tərəfindən xx.xx.2024-cü il tarixində inzibati xəta haqqında tərtib edilmiş qərar və onun əsasında tətbiq olunmuş 600 manat cərimə və ondan əmələ gələn 192 manat dəbbə pulu tamamilə qanunsuzdur və ləğv olunmalıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3374/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X3 idarəsinə qarşı “inzibati xəta haqqında protokol üzrə ödənilmiş cərimənin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. İddiaçı 24 mart 2024-cü il tarixli, İXP6124130 nömrəli protokol əsasında qəbul edilmiş qərardan inzibati xəta haqqında işlər üzrə icraat qaydasında şikayətlə yaşayış yeri üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-3803/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 idarəsinə qarşı “barəsində iddia verilən şəxsin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol üzrə ödənilmiş cərimənin geri qaytarılması barədə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilmiş və iddiaçıya qaytarılmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaç iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia tələbi inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisədir. Belə ki, iddiaçı faktiki olaraq inzibati tənbeh vermə haqqında protokola əsasən ödədiyi inzibati cərimənin qaytarılmasını tələb edir, başqa sözlə, inzibati tənbeh vermə haqqında protokolu mübahisələndirir. İddiaçıya məhkəmə iclasında qeyd olunan tələblə bağlı səmərəli hüquq müdafiə vasitəsi kimi inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqanlara və ya səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Lakin iddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada ərizə ilə inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqanlara və ya səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova