Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1032/2022 13.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı “iddiaçının qızına əlillik dərəcəsinin təyin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, sağlamlıq imkanları məhdud olması səbəbindən 25 iyun 2017-ci ildə anadan olmuş Abdullazadə Ayan Elşad qızının əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Saatlı rayonu Qıraqlı kəndində yaşayır. Ailəlidir. Abdullazadə Ayan Elşad qızının anasıdır. X6 25 iyun 2017-ci ildə anadan olmuşdur. Abdullazadə Ayan Elşad qızı 2019-cu ilin yanvar ayından xəstədir. Ona "Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar Epilepsiya tez-tez tərkrarlanan qıcolma tutmaları ilə (ayda 8-12 dəfə)” xəstəlik diaqnozu qoyulmuşdur. Bundan əlavə qızı Ayana ağırlaşma halında "Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-12 dəfə)" diaqnozu da təyin edilmişdir. Abdullazadə Ayan Elşad qızı "Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptic sindromlar" xəstəliyi ilə 13.01.2019-cu ildə, 13.02.2019-cu ildə, 26.02.2019-cu ildə və 01.05.2019-cu ildə ambulator müalicə kursları keçmişdir. Bundan əlavə qızı Ayan 14 fevral 2019-cu ildən-25 fevral 2019-cu ilə qədər X4, 06 avqust 2019-cu ildən-06 sentyabr 2019-ci ilə qədər "Şirvan Şəhər Mərkəzi Xəstəxanası" PHŞ-də, 28 dekabr 2019-cu ildən-10 yanvar 2020-ci ilə qədər "Saatlı rayon Mərkəzi Xəstəxanası" PHŞ-də stasionar müalicə kursları keçmişdir. Ümumiyyətlə 2019-cu ildən bu günə kimi qızı Ayan mütəmadi olaraq müalicə alır. Qızının səhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Onda epileptik qıcolma tutmaları davamlı xarakter alıb və səhhətində heç bir irəliləyiş yoxdur. 18 yanvar 2021-ci ildə Abdullazadə Ayan Elşad qızına Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq qızına əlillik dərəcəsi verilmir. Hesab edir ki, qızının Ayana qarşı haqqsızlıq olur. "Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi" elektron xidmətindən məlum olur ki, Abdullazadə Ayan Elşad qızının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0309003AAMNX saylı göndərişi əsasında TSERAS üzərindən qiymətləndirilmiş və dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması və həmçinin xəstənin hazırkı vəziyyəti obyektiv instrumental müayinəsi funksional pozğunluq dəqiqləşdirilməsi səbəbindən imtina qərarı verilmişdir. Qızı Ayanın qeydiyyatda olduğu səhiyyə müəssisəsində prosedur qaydalar barədə məlumatlar var. TSERAS-a göndərişin (forma 88) natamam doldurulması həkimlərin səhlənkarlığı ucbatından baş vermişdir və nəticəsində qızına pensiya təyin edilmir. İddiaçı qızının hüquqlarının bərpa olunmasını xahiş edir. Cavabdeh inzibati orqanın bu kimi hərəkətləri ciddi qanun pozuntusudur. Cavabdeh tərəfindən bu qanun pozuntusu və süründürməçilik, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair" Əsasnamənin tələblərinə ziddir. Çünki, əlində olan sənədlərlə sübut olunur ki, iddiaçının qızı müalicəsi münkün olmayan xəstədir və əmək qabiliyyəti məhduddur. İddiaçı hesab edir ki, himayəsində olan 25 iyun 2017-ci ildə anadan olmuş Abdullazadə Ayan Elşad qızna sağlamlıq imkanları məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza əsasən, İcraatınızda olan X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə cavabdeh bildirir ki, iddiaçının X6 Elşad qızının əlillik vəziyyətinə Saatlı Rayon Mərkəzi Xəstəxanasının 22.07.2019-cu il tarixli 0309003AAKGL saylı göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Generalizə olunmuş epilepsiya xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür" səbəbi ilə imtina verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 10.12.2019-cu il tarixli 0309003AAK2M saylı göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya xəstəliyi. Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin əlavə ixtisaslaşmış stasionar müayinə və müalicəyə ehtiyacı vardır” səbəbi ilə imtina verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 26.02.2020-ci il tarixli 0309003AALE3 saylı göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Epilepsiya xəstəliyi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: İnsrtumental müayinə olan KT nin nəticəsi dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 31.08.2020-ci il tarixli 0309003AALYC saylı göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: G40.0 Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya-tez tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə) Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-10 dəfə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: mütəxəssisin rəyləri instrumental müayinələri funksional pozğunluq dəqiqləşdirilsin və qeyd olunsun” səbəbi ilə imtina verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 17.12.2020-ci il tarixli 0309003AAMGA saylı göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.0 - Fokal başlanığıclı qıcolma tutmaları ilə gedən lokalizə olunmuş (fokal) (parsial...; Diaqnozun mətni: Epilepsiya-tez tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-12 dəfə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə TSEK-ə müraciyət edərkən bütün ixtisas həkimlərinin konsultasiyası olmalıdır” səbəbi ilə imtina verilmişdir. Saatlı Rayon Mərkəzi Xəstəxanasının 18.01.2021-ci il tarixli 0309003AAMNX saylı göndərişi əsasında baxılmış və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.4 - Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri; Diaqnozun mətni: Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya- tez tez təkrarlanan qıcolma tutmaları ilə(ayda 8-12 dəfə) Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-12 dəfə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin hazırki vəziyyəti obyektiv instrumental müayinəsi funksional pozğunluq dəqiqləşdirilsin" səbəbi ilə imtina verilmişdir. Cavabdeh məlumat üçün bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarfna əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, cavabdeh iddianın təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: -İddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1986-cı il təvəllüdlüdür. Abdullazadə Ayan Elşad qızına məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abdullazadə Ayan Elşad qızı 25 avqust 2017-ci il təvəllüdlüdür. - Saatlı rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 0309003AAMNX saylı forma 088 saylı arayışdan görünür ki, Abdullazadə Ayan Elşad qızına "Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-12 dəfə)" əsas diaqnoz qoyulmuş və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 15.01.2021-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. -Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, 0309003AAMNX №li Forma 88 əsasında rəsmiləşdirilmiş qiymətləndirilmə nəticələrindən görünür ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin yanlış və natamam doldurulduğu, xəstənin hazırki vəziyyətinin obyektiv instrumental müayinəsi funksional pozğunluğunun dəqiqləşdirilməsi göstərişi qeyd olunaraq imtina edilmişdir. Məhkəmə araşdırması zamanı Abdullazadə Ayan Elşad qızı barəsində göndərişinin natamamlığının nədən ibarət olması barədə məlumat sorğu əsasında cavabdehdən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən daxil olan sorğuya cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq Abdullazadə Ayan Elşad qızının sağlamlıq imkanlarının məhdudluğu vəziyyətinin “Saatlı Mərkəzi Rayon Xəstəxanası” PHŞ-nin 0309003AAMNX nömrəli göndərişi əsasında 27.01.2021-ci il tarixdə qiymətləndirildiyi və göndərişin natamam doldurulması barədə qərar qəbul edildiyi, 0309003AAMNX nömrəli göndərişdə xəstənin hazırkı vəziyyəti (boyu, çəkisi, inkişafı), kliniki əlamətləri göstərilmədiyinə və qeyd edilən diaqnoz ilə diaqnostik instrumental müayinələrin arasında uyğunsuzluqlar olduğuna görə əlillik təyinatının aparılmasının mümkün olmadığı bildirmişdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK müayinələrinə dair Əlillik altsistemindən çıxarışdan görünür ki, Abdullazadə Ayan Elşad qızı barəsində Saatlı Rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmiləşdirilmiş 18.01.2021-ci il tarixli 0309003AAMNX saylı göndəriş 27.01.2021-cı il tarixdə qiymətləndirilmiş və və “X3: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.4 - Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri; Diaqnozun mətni: Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) idiopatik epilepsiya və epileptik sindromlar, Epilepsiya- tez tez təkrarlanan qıcolma tutmaları ilə(ayda 8-12 dəfə) Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Tez tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 8-12 dəfə); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: xəstənin hazırki vəziyyəti obyektiv instrumental müayinəsi funksional pozğunluq dəqiqləşdirilsin" məsləhət görülməsi barədə qərar qəbul edilərək, imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Beləliklə işdə olan sənədlərdən görünür ki, Abdullazadə Ayan Elşad qızının əlillik vəziyyəti Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 0309003AAMNX nömrəli Forma 88 arayışı əsasında qiymətləndirilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh tərəfindən 27.01.2021-ci il tarixdə qiymətləndirilmə aparılarkən, xəstənin hazırki vəziyyəti obyektiv instrumental müayinəsi funksional pozğunluq dəqiqləşdirilməsi səbəbilə qərar qəbul edilərək imtina edilmiş, bu barədə bildiriş altsistem vasitəsilə onu rəsmiləşdirənə geri göndərilmişdir. 16 yanvar 2020-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.3.1-ci bəndinə əsasən şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması göndəriş verilməsi üçün əsasdır. Göründüyü kimi cavabdeh öz səlahiyyətləri daxilində hərəkət edərək, səhiyyə müəssisə tərəfindən daxil olan göndəriş əsasında iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi barədə qərar qəbul etmək mümkün olmadığından TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla, yəni diaqnozu təsdiqləyən müayinələrin tam aparılmadığı, xəstənin hazırkı vəziyyəti (boyu, çəkisi, inkişafı), kliniki əlamətləri göstərilmədiyinə və qeyd edilən diaqnoz ilə diaqnostik instrumental müayinələrin arasında uyğunsuzluqların olduğuna görə əlillik təyinatının aparılması mümkün olmamış, instrumental müayinə etməklə funksional pozğunluğun dəqiqləşdirilməsi qeyd olunmaqla Mərkəzə geri göndərmişdir. Lakin bundan sonra Abdullazadə Ayan Elşad qızı ətraflı müayinə olunub, imtinada qeyd olunan üsullarla müayinələrin aparılması, beləliklə sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməmişdir. Belə olan halda iddiaçının qızının əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndirilməsi cavabdeh tərəfindən mümkün olmamışdır. Odur ki, Məhkəmə iddiaçıya diaqnoz üzrə qoyulan xəstəliklərini müalicə edilməklə reabilitə olunması ehtimalının olmasını nəzərə alaraq ixtisaslaşdırılmış müalicəni qəbul etməsini, o cümlədən eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasını, xəstəliyində hər hansı müsbət, vəziyyətini yaxşılaşdıran irəliləyişin olmadığını təsdiq edən müvafiq sübutlar təqdim edilmədiyindən iddianın əsassız olduğu qənaətindədir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının qızına əlilliyin təyin edilməsindən imtina edilməsi barədə sonuncu müayinə zamanı cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyindən, iddiaçının əlilliyinin qiymətləndirilməsinə əsas olmuş səhiyyə müəssisəsinin 0309003AAMNX nömrəli göndərişi əsasında ona əlilliyin təyin edilməsi mümkün olmadığından, cavabdeh tərəfindən əsaslı olaraq imtina olunmuşdur. Göstərilənlərə əsasən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1032/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1032/2022
13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver