Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10321/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X22 ilə 28 aprel 2007-ci il tarixdə rəsmi nigah münasibətlərinə daxil olaraq Xaçmaz rayonunun Nərəcan İƏV-ndə nigahlarının bağlamış və bu barədə həmin tarixdə nigahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Nigahları bağlandıqdan və toyları olduqdan sonra X3 qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən evinə gəlin köçmüşdür və hal-hazıradək birgə nigahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X16 və xx.xx.2013-ci-ü il təvəllüdlü X17 adında iki övladları ilə birgə bu evdə yaşayır və istifadə edirik. Övladlarının hər ikisi yaşadığı ünvanda qeydiyyatdadırlar. Bütün əmlak və əşyaları, sənədləri, ümumuiyyətlə, hər bir şeyləri həmin bu evdədir. Uzun müddət, yəni 17 ildir ki, bir gəlin kimi daima həmin evdə yaşamağına, həmin evdən istifadə etdiyinə baxmayaraq bu günədək həmin ünvana qeydiyyata düşə bilməmişdir. Hal-hazırda əri X22, iki azyaşlı övladı ilə birgə yaşadığları ev-mülk Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot- Müxəlləfat bürosu tərəfindən 08 dekabr 1947-ci il tarixdə verilmiş “Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin reestrindən ÇİXARİŞ”a əsasən şəxsi mülkiyyət hüququ əsasında ərimin ata babası X5 məxsus olmuş və mülkiyyətçi X10 yuxarıda göstərilən şəxsi mülkiyyət hüququ əsasında özünə məxsus olmuş ev-mülkün 1/4 (dörddə bir hissəsini), yəni onların da yaşadığı hissəni xx.xx.1970-ci il tarixdə notarial qaydada təsdiqlənilməklə oğlu, ərinin atası, yəni qaynatası X8 (2023-cü ildə rəhmətə getmişdir) bağışlamışdır. Hal-hazırda bu 1/4 hissədə o öz ailəsi ilə, qaynı X23 da öz ailəsi, yəni arvadı X9 və iki qız övladı ilə birlikdə hər bir ailənin ayrıca bir mənzili şərailtində yaşayırlar. X3 onun qeydiyyata alınmağına heç bir etirazı yoxdur və bu barədə, yəni onun yuxarıda göstərilən ailəlikcə birgə yaşadığı ünvanda qeydiyyata alınmağına dair Bakı şəhəri Yasamal RPİ-nə yazdığı ərizəsinin surəti də bu ərizəsinə əlavə edilmişdir. Onun qeydiyyatda olduğu və valideynlərinə məxsus olan ev başqa bir şəxsə satılmışdır. Uzun illər yuxarıda göstərdiyi ünvanda əri və uşaqları ilə birgə yaşadığına baxmayaraq həmin yaşadığı ünvanda qeydiyyatda olmamağının onun üçün müxtəlif problemlər yaradır və onun bir sıra sosial və digər hüquqlarını öz mülahizəsinə görə tam, real və sərbəst surətdə həyata keçirməyinə mane olur. Qeyd edilənlərə əsasən hesab edir ki, uzun illər (17 il) daima əri və uşaqları ilə birgə yaşadığı ünvanda (evdə) qeydiyyata alınmalıdır. Göstərilən hallarla əlaqədar o haqqında danışılan ünvanda qeydiyyata alınmağından ötrü 10 may 2024-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal RPİ-nin 3-13-53/2-A-31179 N°li xx.xx.2024-cü il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) təqdim etmiş vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Sizin yaşadığımız ünvan 4 ünvanına qeydiyyata alınmanız üçün tələb olunan sənədləri təqdim edə bilmədiyinizdən yaşayış yeri üzrə qeydiyyata alınmanız mümkün hesab edilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə dəqiqləşmə ərizəsi təqdim edərək İddiaçı ünvan 5 ünvanına qeydiyyata alınması vəzifəsinin Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə ediliş 21 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2024-cü il tarixli, 119 nömrəli ayarışdan görünür ki, İddiaçı həqiqətən də Ş.Mehdiyev küçəsi 83/89 saylı evin mənzilində həyat yoldaşı X11 yanında qeydiyyatsız yaşayır. (2007ci ildən) Hal-hazırda qeydiyyatda 3(üç) nəfərdir: həyat yoldaşı X22, qızları X16 və X17. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-18666/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, arayışda adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********75 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 6 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-23480/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1978-ci il təvəllüdlü X22. xx.xx.2013-cü il təvəllüdlü X17, xx.xx.1968-ci il təvəllüdlü X13, xx.xx.1991-ci il təvəllüdlü X18, xx.xx.1994cü il təvəllüdlü X6, xx.xx.1971-ci il təvəllüdlü X23, xx.xx.1995-ci il təvəllüdlü X24. xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X16 ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildiririk ki, adı göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmalarına və onlara şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv eddiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş X2 notarial qaydada təsdiqlənmiş ərizəsində İddiaçı ünvan 8 ünvanına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X12 notarial qaydada təsdiqlənmiş ərizəsində İddiaçı ünvan 8 ünvanına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş X12 notarial qaydada təsdiqlənmiş ərizəsində İddiaçı ünvan 8 ünvanına qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-53/2-A-31179/11/24 nömrəli məktubunda bildirilmişdir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci Maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) təqdim etmiş vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Sizin yaşadığınız ünvan 4 ünvanına qeydiyyata alınmanız üçün tələb olunan sənədləri təqdim edə bilmədiyinizdən yaşayış yeri üzrə qeydiyyata alınmanız mümkün hesab edilmədi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, İddiaçı əri X22, övladları X16 və X17 ilə birlikdə Bakı şəhəri, ünvan 10 ünvanda qeydiyyatda deyildir. İddiaçının ailə üzvləri, eləcə də digər qohumları X13, X18, X6, xx.xx.1995-ci il təvəllüdlü X24, xx.xx.2005-ci il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X14 və xx.xx.2008ci il təvəllüdlü X1 ünvanda qeydiyyatdadırlar. İddiaçının yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Eləcə də Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışda həmin evlə bağlı X4 adına xx.xx.1949-cu il tarixdə 205 nömrəli kitabın 11660 nömrəli səhifəsində qeyd edilmişdir. Eyni zamanda ünvan 5 ünvanı üzrə hər hansı əmlak xüsusi mülkiyyət hüququ ilə hər hansı şəxsin adına qeydiyyatdan keçməmişdir. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçının həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin təqdim edə bilməməsi dəlilini hazırkı işin hallarına mübnasibətdə əsassız hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Belə olan halda hesab edilir ki, iddiaçının ailə üzvləri həmin ünvanda qeydiyyatda olduğu halda iddiaçının da ailə üzvləri ilə birgə faktiki yaşadığı ünvan üzrə qeydiyyata alınmanı tələb etməkdə haqlıdır. Nəzərə almaq lazımdır ki, həmin ünvanda qeydiyyatda olanlar iddiaçının mübahisəli ünvana qeydiyyata düşməsinə etiraz etmədiklərinə dair notarial qaydada təsdiqlənmiş ərizələr təqdim etmişlər. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana iddiaçının ailə üzvləri və digər qohumlarını həmin ünvana qeydiyyata almış, iddiaçının müraciətinə cavab olaraq isə evin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 6 ünvanı üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin olunsun. İddiaçı xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 13 ünvanı üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-10321/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10321/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver