Məhkəmə qərarları › İş №2-1(112)-10321/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10321/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10321/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin ödənilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə ilk dəfə işə düzəlməyi ilə əlaqədar valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün nəzərdə tutulmuş kompensasiyanın və orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.2009-cu il tarixdə ailəsinin keçirdiyi avtomobil qəzası nəticəsində atası X2 və anası X3 vəfat etmişlər. Qəzadan sonra xalası X4 iddiaçı və xx.xx.1995-ci il təvəllüdlü qardaşı X5 üzərində qəyyum təyin edilmişdir. Lakin iddiaçının xalası öz qəyyumluq vəzifələrini lazımınca icra etməmiş, eyni zamanda iddiaçının valideynlərinə məxsus daimi yaşadıqları fərdi yaşayış evini sataraq iddiaçı və qardaşını evdən çıxartmışdır. Bundan sonra iddiaçının nənəsinin müraciəti əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə iddiaçı və qardaşı rayon icra hakimiyyətinin qəyyumluğuna verilmişdir. İddiaçının qardaşı X1 18 yaşı tamam olduqdan sonra isə onun müraciəti əsasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 15 saylı sərəncamı ilə iddiaçının üzərində qəyyum təyin edilmişdir. Bu günə qədər dövlət hər bir sahədə iddiaçıların yanında olmuş və onlara köməklik göstərilməsini təmin etmişdir. Prezident cənab İlham Əliyev tərəfindən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara xüsusi diqqət və qayğı göstərilməsi, onların sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılmış və önə çəkilmişdir. İddiaçı ilk dəfə xx.xx.2024-cü il tarixdə rəsmi olaraq işə götürülmüş və qısa müddət çalışdıqdan sonda işdən çıxmışdır. Bu il iddiaçının və qəyyumunun xəbəri olmuşdur ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının 5 mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Bu “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Bunu nəzərə alaraq iddiaçı xx.xx.2025-ci il tarixdə ərizə və lazım olan digər sənədlərlə birgə 4 saylı DOST mərkəzinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 11 aprel 2025-ci il tarixli 3-17-1/2-A-78969/2025 saylı məktubu ilə qısa müddət ərzində işlədiyinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə birdəfəlik müavinətin və kompensasiyasının təyin edilməsinin mümkün hesab olunmadığı bildirilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının imtinasını qanunsuz və əsassız hesab edir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında’ Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Həmçinin qeyd olunan maddəyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Həmin Qanunun 8-ci maddəsinin dördüncü hissəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olan tələblərinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurdular. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülürdü. Müraciətlə əlaqədar bildirilir ki, ilk dəfə işə daxil olduğu xx.xx.2024-cü il tarixindən qısa müddət (4 gün) sonra əmək müqaviləsinə xitam verildiyindən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək, ilk dəfə işə düzəlməyi ilə əlaqədar valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış, lakin müraciətin təminindən imtina edilmişdir. Bu barədə iddiaçıya xx.xx.2025-ci il tarixli 3-17-1 /2-A-78969/2025 nömrəli “Birdəfəlik müavinət və kompensasiyanın təyin edilməsinin mümkün olmaması haqqında” məktub ünvanlanmışdır. Belə ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Həmçinin qeyd olunan maddəyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Həmin Qanunun 8-ci maddəsinin dördüncü hissəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olan tələblərinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurdular. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülürdü. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 noyabr tarixli 179 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2022-ci il 10 iyun tarixli 227 nömrəli Qərarına əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 yanvar tarixli 15 nömrəli qərarında nəzərdə tutulmuş normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurlar. Məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirik ki, iddiaçı ilk dəfə isə daxil olduğu xx.xx.2024-cü il tarixindən qısa müddət - cəmi 4 gün sonra əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən ona valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə birdəfəlik müavinətin və kompensasiyanın təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab edilməmişdir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin ilk dəfə işə düzələn zaman nə qədər işləmələri ilə bağlı qanunvericilikdə konkret müddəa nəzərdə tutulmasa da, iddiaçının cəmi 4 gün işləməsi sözügedən əmək müqaviləsinin müvafiq müavinətin təyin edilməsi üçün formal olaraq bağlanmasına əsaslı şübhələr yaradır. Həmçinin nəzərə alınmalıdır ki, əmək kitabçasının açılması, müvafiq qeydlərin aparılması üçün belə işçinin beş gündən artıq işləməsi tələb edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. İşəgötürən 5 (beş) gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydlər aparmalıdır. İşçinin əmək fəaliyyəti haqqında məlumatlarda onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Beləliklə, cavabdeh hesab edir ki, cavabdehin müvafiq müavinətin təyin edilməsindən imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsbit olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Buna görə qeyd olunanları nəzərə alaraq hesab edirik ki, İddiaçı “kompensasiyanın və birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” haqqında iddia tələbi təmin edilməməlidir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Həmçinin qeyd olunan maddəyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Həmin Qanunun 8-ci maddəsinin dördüncü hissəsinin xx.xx.2024-cü il tarixinədək qüvvədə olan tələblərinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalara uyğun paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıqla, habelə orta əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunurdular. Onların arzusu ilə həmin ləvazimat və avadanlıqların əvəzinə pul kompensasiyaları verilir və ya həmin kompensasiyalar müvafiq banklarda həmin şəxslərin adına açılan hesablara köçürülürdü. Müraciətlə əlaqədar olaraq bildirilir ki, xx.xx.2024-cü il tarixində ilk dəfə işə daxil olmaqla əlaqədar 4669 manat məbləğində birdəfəlik müavinət və 265 manat məbləğində birdəfəlik kompensasiya təyin edilmişdir. Təyin olunmuş müavinət və kompensasiya məbləğini əldə etmək üçün şəxsiyyət vəsiqəsi təqdim edilməklə yaxın "xxxx" ASC-nin istənilən filialına müraciət etmək tövsiyə olunur.

6. Sosial ödənişlər AS sistemindən çıxarışa əsasən İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş birdəfəlik müavinət ödənilmişdir (Qərarın tarixi: xx.xx.2025; təyinatın başlanğıc tarixi: xx.xx.2024; təyinatın son tarixi: xx.xx.2024; 4669 AZN).

7. Sosial ödənişlər AS sistemindən çıxarışa əsasən İddiaçı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş müavinət ödənilmişdir (Qərarın tarixi: xx.xx.2025; təyinatın başlanğıc tarixi: xx.xx.2025; təyinatın son tarixi: xx.xx.2025; 265 AZN).

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsini xahiş etdi və bildirdi ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunmuşdur, işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil.

9. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

10. Məhkəmə qeyd edir ki, cavabdeh qurum olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixində ilk dəfə işə daxil olmaqla əlaqədar 4669 manat məbləğində birdəfəlik müavinət və 265 manat məbləğində birdəfəlik kompensasiya təyin edilmişdir. İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

11. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar