Məhkəmə qərarları › İş №2-1(112)-1034/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1034/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1034/2022 25.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə diplomun və diploma əlavənin verilməsi öhdəliyinin həvalə olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Azərbaycan Beynəlxalq Universitetin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə diplomun və diploma əlavənin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Təhsil nazirliyinə həvalə edilməsi tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2004/2005-ci tədris ilinin ali təhsilin bakalavr səviyyəsinə İİ ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak edərək 325,328 bal toplayıb və ödənişli əsaslarla Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasına qəbul olub. 26.08.2004-cü il tarixdə onunla Azərbaycan Beynəlxalq Universiteti arasında ödənişli əsaslarla ali təhsilli kadrlar hazırlamaq barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə görə Azərbaycan Beynəlxalq Universiteti onu tələbə sırasına qəbul etməyi və ali təhsilli mütəxəssis kimi yetişdirmək üçün zəruri şərait yaratmağı öhdəsinə götürmüşdür. Bildirir ki, o, 2004/2005-2008/2009cu tədris illərində həmin universitetdə təhsil almış və X1 imtahanını verib. X1 Komissiyasının qərarı ilə imtahanın nəticəsi olaraq ona iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası, həmin ixtisas üzrə diplom verilməsi qərara alınmışdır. Qeyd olunanlar X1 komissiyasının 7 saylı, 18.06.2009-cu il tarixli Protokolunda əks olunmuşdur. Azərbaycan Beynəlxalq Universitetinin 10.07.2009-cu il tarixli, 3/09-341-03 sayh əmri ilə bir neçə tələbənin, o cümlədən onun X1 imtahanını müvəffəq qiymətlə başa vurmağı, buraxılış işlərini müvəffəqiyyətlə müdafiə etdiyi üçün ali məktəbi bitirmiş hesab edildiyi və bakalavr pilləsində İİ-030600 iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə diplom verilməsi müəyyən olunmuşdur. Məlum olduğu kimi Təhsil Nazirliyinin 02.09.2010-cu il tarixli 1200 nömrəli əmri ilə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılmışdır. Bu səbəblərdən həmin vaxt o Universitetdən diplomunu ala bilməmişdir. Sonrakı illərdə diplomun alınması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil nazirliyinə bir neçə dəfə müraciət edib. Təhsil nazirliyi tərəfindən müraciətlərinin araşdırıldığı bildirilsə də, lakin həmin vaxt ona heç bir cavab verilmədi. 26.08.2020-ci il tarixli müraciətinə cavab olaraq isə Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədlərində onun adına diplom yazılmadığı göstərilmiş və iqtisadiyyat ixtisası üzrə kadr hazırlığı aparan müvafiq universitetlərə müraciət etməyi tövsiyə olunmuşdur. Məlumat üçün bildirir ki, 10.07.2009-cu il tarixli, 3/09-341-03 saylı Əmrdə adı göstərilən və onun qrup yoldaşları olan bir neçə şəxsə Təhsil nazirliyi tərəfindən diplomlar və diploma əlavələr verilmişdir. O, 17.02.2021-ci il tarixdə yenidən cavabdeh Təhsil nazirliyinə yazılı ərizə ilə müraciət edərək Azərbaycan Beynəlxalq Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə diplomun və diploma əlavənin verilməsini xahiş edib. Lakin bildirir ki, həmin ərizəyə Təhsil nazirliyi tərəfindən heç bir cavab verilməyib. Bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlasa da, ona hər dəfə ərizənin araşdırıldığı bildirilsə də, qeyd etdiyi kimi bu günədək heç bir cavab, rəsmi məlumat verilməmişdir. İddiaçı hesab edir ki, ali təhsil haqqında diplomun və diploma əlavənin verilməsini zəruri edən bütün sübutlar və faktiki hallar mövcuddur.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 14.07.2011-ci il tarixli məktubda bildirilmişdir ki, mövcud qanunvericiliyə uyğun ali məktəbə qəbul olunmuş, tədris planında nəzərdə tutulanları tam yerinə yelirmiş, təhsil haqqını tam ödəyən, X4vlət attestasiya sınaqlarından müvəffəqiyyətlə keçən şəxslərə Nazirlik tərəfindən dövlət nümunəli diplom blankları verilir. Bu qanunvericiliyə uyğun olaraq ərizənizə əlavə olunan ali məktəbə qəbul olunmağınız barədə sənədə, universiteti bitirməyiniz barədə X4\ləı Attestasiya komissiyasının protokolu və digər müvafiq sənədlərə xüsusi komissiya tərəfindən baxılır. Araşdırma zamanı təqdim etdiyi sənədlərin doğruluğu təsdiq edildiyi halda mövcud qanunvericiliyə uyğun olaraq ona ali məktəbi bitirməyi barədə dövlət nümunəli diplom veriləcəkdir.

4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 24.09.2020-ci il tarixli məktubda bildirilmişdir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədlərinə əsasən iddiaçının adına diplom yazılmamışdır. Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra bu qəbildən olan şəxslərin təhsil sənədləri təhsillərini başa vurmaq üçün ixtisaslarına uyğun olaraq digər qeyri-dövlət ali təhsil müəssisələrinə göndərilmişdir. Hazırda ali təhsil müəssisələrində “İqtisadiyyatın hüquqi tənzimlənməsi" ixtisası üzrə kadr hazırlığı aparılmır. Bu səbəbdən, "İqtisadiyyat" ixtisası üzrə qeyri-dövlət ali təhsil müəssisəsinə yay və ya qış tətili müddətində bərpa olunaraq (yaranmış fərqləri ödəmək şərtilə) təhsilinizi davam etdirə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “İqtisadiyyatı” ixtisası üzrə kadr hazırdığı aparılan müvafiq ali təhsil müəssisələrinə ("Odlar Yurdu" Universiteti, Bakı Biznes Universiteti) müraciət etməyi tövsiyə olunmuşdur.

5. Məhkəmənin 18.06.2021-ci il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak etmişdir, cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakının təmini və iddia tələbinə yazılı etirazın təqdim edilməsi məqsədilə məhkəmə iclasını növbəti tarixə təxirə salmışdır.

6. Məhkəmənin 12.07.2021-ci il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak etmişdir, cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakının təmini və iddia tələbinə yazılı etirazın təqdim edilməsi məqsədilə məhkəmə iclasını növbəti tarixə təxirə salmışdır.

7. Məhkəmənin 30.07.2021-ci il tarixli hazırlıq iclasında iddiaçının nümayəndəsi (vəkili) və cavabdeh orqanın nümayəndəsi iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı Azərbaycan Beynəlxalq Universitetin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə diplomun və diploma əlavənin verilməsinə dair müraciətinə münasibət bildirilməsi üçün bir ay müddət təyin etmişdir.

8. Məhkəmənin 22.10.2021-ci il tarixli baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) və cavabdeh orqanın nümayəndəsi iştirak etmişdir. Cavabdehin nümayəndəsi mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün iclasın qısa müddətə təxirə salınmasını xahiş etmişdir. Mübahisə məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə növbəti tarixə təxirə salınmışdır.

9. Məhkəmənin 15.11.2021-ci il tarixli baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) və cavabdeh orqanın nümayəndəsi iştirak etmişdir. Cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçının ixtisasına uyğun diplomun verilməsi üçün aidiyyəti sənədlərin Odlar Yurdu Universitetinə göndərilmişdir, iddiaçı universitetə yaxınlaşıb diplomunu götürə bilər. İddiaçının nümayəndəsi (vəkili) diplomun götürülməsi üçün vaxt verilməsini xahiş etmiş və bu məqsədlə məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir.

10. Məhkəmənin 03.12.2021-ci il tarixli baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) və cavabdeh orqanın nümayəndəsi iştirak etmişdir. Cavabdehin nümayəndəsi diplomin iddiaçıya verildiyini, diplom əlavəsinin verilməsi məqsədilə məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir.

11. Məhkəmənin 17.12.2021-ci il tarixli baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi (vəkili) diplom əlavəsinin verilməsi məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

12. Məhkəmənin 25.01.2022-ci il tarixli baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) iştirak etmişdir. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi (vəkili) diplom əlavəsini təqdim edərək iddia tələbinin təmin olunduğunu və bununla əlaqədar iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

13. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

14. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

15. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar