Məhkəmə qərarları › İş №2-1(112)-10340/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10340/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10340/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X5, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, xx.xx.1965-ci ildə anadan olmuşdur. xx.xx.1982-ci ildə Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti) “Qaz-neft mədən" fakültəsinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, 1989-cu ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək o, hərbi xidmətdə olmuş, xx.xx.1989-cu ildə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə və vəzifələrdə işləmiş, xx.xx.2017-ci il tarixdən hal-hazıradək isə Operativ İdarəetmə Xidmətində böyük mühəndis vəsifəsində çalışır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciətinə imtina cavabı verilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, onun əmək kitabçasına və işlədiyi müəssisə tərəfindən verilən arayışlara əsasən onun 1 yanvar 2006-cı il tarixdək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə ümumi iş stajı 20 ildən, güzəştli iş stajı isə 10 ildən artıqdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) 1100000a—11297 kodu üzrə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdehə təqdim olunan 18 avqust 1987-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək dövr ərzində “Bayıl Limanı” X13 İdarəsinin X14 Özülündə mühəndis-texnoloq vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, mühəndis-texnoloq vəzifəsi qeyd olunan siyahı üzrə müəyyən edilmiş neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsinə uyğun olmadığından iddiaçının həmin dövrlər üzrə güzəştli iş stajı yoxdur. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az, yəni 7 il 11 ay 13 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan xx.xx.1989-cu ildə verilmiş RV seriyalı 038602 nömrəli diplomun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1989-cu ildə neft və qaz quyularının qazılması ixtisası üzrə tam kursu bitirərək ona Dövlət İmtahan Komissiyasının xx.xx.1989cu il tarixli qərarı ilə dağ mühəndisi ixtisası verilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin xx.xx.2020ci il tarixli, 01-307 saylı arxiv arayışından görünür ki, M.Əzizbəyov adına Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərini əsas tutaraq: İddiaçı Seyfəli oğlu 1982-ci ildə “Qaz-neft mədən” fakültəsinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuşdur (Əmr: №012/756; xx.xx.1982-ci il). İddiaçı Seyfəli oğlu 1989-cu ildə yuxarıda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr; № 02/935, xx.xx.1989-cu il). Diplom PB №038602 qeyd № 244. 25. 07.1989-cu il. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 31 may 2022-ci ii tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanununun 13cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində (X) qazma bəndində (1) 1100000a—11297 kodu üzrə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 18 avqust 1987-ci il tarixli AT-İV ******* nömrəli əmək kitabçanızda xx.xx.1990-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Bayıl Limanı” X13 İdarəsinin X14 Özülündə mühəndis-texnoloq vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz mühəndis-texnoloq vəzifəsi yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (7 il 11 ay 13 gün (xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan SOCAR “X15” trestinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “X15” tresti Operativ idarəetmə xidmətinin böyük mühəndisi İddiaçı xx.xx.2022ci il tarixli ərizəsinə əsasən bildirilir ki, qazma qurğuları və özüllərinin “mühəndistexnoloq”unun və “qazma üzrə mühəndisi”nin əmək funksiyaları eynidir. İş materiallarında olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “X15” trestinin xx.xx.2022-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən ARDNŞ-nin “X15” trestinin nəzdində olmuş müxtəlif idarələrində işləmişdir. “İliç Buxtası” X13 İdarəsi üzrə: xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək 10 saylı X14 Özülündə neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək 10 saylı X14 Özülündə texnoloq; “Bayıl Limanı” X13 İdarəsi üzrə: xx.xx.1991-ci il tarixdən xx.xx.1998-ci il tarixədək 15 saylı X14 Özülündə mühəndis-texnoloq (xx.xx.1992ci il tarixdən xx.xx.1998-ci il tarixədək müvəqqəti olaraq qazma ustası və X14 özülün rəis müavinini əvəz edib, T-2 əlavə olunur), xx.xx.1998-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 15, 19 və 14 saylı X4ma ustası, özül rəisinin texniki-texnoloji hissə üzrə müavini, “Neft Daşları” Dəniz Qazma İdarəsi üzrə: xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 14 saylı X14 Özülündə özül rəisinin texniki-texnoloji hissə üzrə müavini, “X15” tresti üzrə: xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək 14 saylı X14 Özülündə rəis müavini, xx.xx.2016-ci il tarixdən xx.xx.2017-ci il tarixədək idarəetmə aparatında texnoloji şöbədə mühəndis, xx.xx.2017-ci il tarixdən hal-hazıradək Operativ İdarəetmə Xidmətində böyük mühəndis vəzifəsində çalışır. xx.xx.1991-ci il tarixdən ARDNŞ-nin 299 saylı əmri ilə “İliç Buxtası” Kəşfiyyat Qazma İdarəsi, "Bayıl Limanı“ X13 İdarəsi adlandırılıb. ARDNŞ-nin 51 saylı xx.xx.2007-ci il tarixli və 60 saylı xx.xx.2007-ci il tarixli əmrləri ilə “X15” Tresti yaradılmışdır. X15 trestinin 62 saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən “Bayıl Limanı” DKQİİ, “Xəzər” DKQİİ adlandırılmışdır. X15 trestinin 82 saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən “Xəzər” DKQİ qazma sexi kimi “Neft Daşları” DQİİ-nin tərkibinə verilmişdir. ARDNŞ-nin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “X15” trestinin “Neft Daşları" DQİİ ləğv olunaraq trestin bölümləri kimi fəaliyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 1 saylı siyahısına uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən zərərli və ağır olan işlərdə çalışdığı üçün (X.1.Qazma:1100000a-11297; 1100000b-23196-22247-24094) onun güzəştli əmək stajı 26 il 10 aydır. Əsas: əmək kitabçası, əmrlər kitabı, T-2 şəxsi vərəqəsi. İş materiallarında olan SOCAR “X15” trestinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “X15” tresti Operativ idarəetmə xidmətinin böyük mühəndisi İddiaçı xx.xx.2022ci il tarixli ərizəsinə əsasən bildiririk ki, özüllərin qazma qurğularında (buruqlarda) “mühəndis-texnoloq”un və özüllərin qazma qurğularında (buruqlarda) “qazma üzrə mühəndis”in (1993-cü il Nazirlər Kabinetinin 320 saylı Qərarı, 1 №li Siyahı üzrə kod 1100000b-22247) vəzifə təlimatları, əmək funksiyaları və özüldə yerinə yetirilən işlər tam uyğundur və eynidir. Bunun təsdiqi kimi hər iki vəzifənin vəzifə təlimatları, əmək funksiyaları və gördüyü işlər aşağıda qeyd olunur: Özül və qurğularda (buruqlarda) “qazma üzrə mühəndis” (1993-cü il Nazirlər Kabinetinin 320 saylı Qərarı, 1 №li Siyahı üzrə kod 1100000b-22247): quyuların qazılmasında, texnoloji iş rejimlərinin tərtib edilməsində iştirak etmək; qazma vaxtı texnoloji proses pozuntularının qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək; müəyyən olunmuş tapşırıqların yerinə yetirilməsinə istiqamətlənmiş geoloji-texniki tədbirlər işləyib hazırlamaq; qazma briqadalarını texniki, texnoloji və başqa zəruri sənədlərlə vaxtında təmin olunmasını təşkil etmək; istehsalın texnoloji rejimlərinin dəyişməsi ilə əlaqədar olaraq texniki sənədlərdə düzəlişlər etmək; qazmanın texnoloji proseslərini təhlil etmək və onların təkmilləşdirilməsi üzrə təkliflər işləyib hazırlamaq; ən məsuliyyətli əməliyyatların (qoruyucu kəmərlərin endirilməsi və onların sementlənməsi) həyata keçirilməsinə operativ planlar tərtib etmək; texniki sənədləri işləmək və quyu qazılmasının texnologiyasının dəyişməsi ilə əlaqədar olaraq onu təshih etmək; qazma briqadalarının, qazma avadanlıq və alətlərinin işi haqqında məlumatları təhlil etmək, aparılan işlərin keyfiyyətini endirmədən qazmanın kommersiya sürətinin artırılması və quyu tikintisinin dəyərinin azaldılması üzrə tədbirlər işləmək; texnoloji qurğularda və istismar quyularında baş vermiş qəzaların qeydiyyatını aparmaq; qəzaların səbəblərini təhlil etmək, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək. Özül və qurğularda (buruqlarda) “mühəndis-texnoloq”: quyuların qazılmasında, texnoloji iş rejimlərinin tərtib edilməsində iştirak etmək; qazma vaxtı texnoloji proses pozuntularının qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlər görmək; müəyyən olunmuş tapşırıqların yerinə yetirilməsinə istiqamətlənmiş geoloji-texniki tədbirlər işləyib hazırlamaq; qazma briqadalarını texniki, texnoloji və başqa zəruri sənədlərlə vaxtında təmin olunmasını təşkil etmək; istehsalın texnoloji rejimlərinin dəyişməsi ilə əlaqədar olaraq texniki sənədlərdə düzəlişlər etmək; qazmanın texnoloji proseslərini təhlil etmək və onların təkmilləşdirilməsi üzrə təkliflər işləyib hazırlamaq; ən məsuliyyətli əməliyyatların (qoruyucu kəmərlərin endirilməsi və onların sementlənməsi) həyata keçirilməsinə operativ planlar tərtib etmək; texniki sənədləri işləmək və quyu qazılmasının texnologiyasının dəyişməsi ilə əlaqədar olaraq onu təshih etmək; qazma briqadalarının, qazma avadanlıq və alətlərinin işi haqqında məlumatları təhlil etmək, aparılan işlərin keyfiyyətini endirmədən qazmanın kommersiya sürətinin artırılması və quyu tikintisinin dəyərinin azaldılması üzrə tədbirlər işləmək; texnoloji qurğularda və istismar quyularında baş vermiş qəzaların qeydiyyatını aparmaq; qəzaların səbəblərini təhlil etmək, onların qarşısının alınması və aradan qaldırılması üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək. İş materiallarında olan İddiaçı məxsus AT-İV seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə X1ma işləri idarəsi. Ərazi Uzaq Şimal rayonlarına bərabər tutulur. Marmontovo qəsəbəsi İstehsalat təcrübəsi dövründə neft və qaz quyularının istismarı və kəşfiyyat-qazma işləri üzrə qazmaçının 4-cü dərəcəli köməkçisi qəbul edilmiş, xx.xx.1987ci ildə işdən azad olunmuş, 09.1982-ci ildən 09.1989-cu ilə qədər M.Əzizbəyobv adına Azərbaycan neft və kimya institutunda təhsil almışdır, xx.xx.1989-cu ildə Xəzərdənizneftqaz İB İliç Buxtası, X13 İdarəsi (DKQİ), İnstitutdan sonra neft və qaz quyularının istismarı və kəşfiyyat-qazma işləri üzrə qazmaçının 4-cü dərəcəli köməkçisi qəbul edilmiş, xx.xx.1990-cı ildə DDSÖ-nə (X14 özülünə) ikinci dərəcəli texnoloq keçirilmiş, Xəzərdənizneftqaz İB üzrə 299 nömrəli xx.xx.1991-ci il tarixli əmrə əsasən İliç Buxtasının adı dəyişdirilərək Bayıl Limanı adlandırılmışdır, xx.xx.1995-ci ildə DDSÖ-nə (X14 özülünə) 11-ci dərəcəli texnoloq keçirilmiş, xx.xx.1998-ci ildə 12-ci dərəcəli mühəndis-texnoloq keçirilmiş, xx.xx.1998-ci ildə 15 nömrəli DDSÖ-nə 13-cü dərəcəli qazma ustası keçirilmiş, xx.xx.2000-ci ildə 15 nömrəli DDSÖ-nün rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci ildə həmin özüldə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildə həmin özülün rəis müavini vəzifəsinə keçirilmişdir, Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 nömrəli Fərmanına uyğun olaraq ARDNŞ-nin xx.xx.2007-ci il tarixli 51 nömrəli və xx.xx.2007-ci il tarixli 60 nömrəli əmrlərinə əsasən “Bayıl Limanı” DKQİ-si yenidən təşkil edilərək hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi “X15” trestinin tabeliyinə verilmişdir, xx.xx.2001-ci ildə 19 saylı DDSÖ-nə 13-cü dərəcəli qazma ustası vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə 19 saylı DDSÖ-nün texniki-texnoloji hissə üzrə rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2010-cu ildə 14 saylı DDSÖ-nə və texniki-texnoloji hissə üzrə rəis müavini vəzifəsinə keçirilmişdir, ARDNŞ-nin xx.xx.2012-ci il tarixli 05 saylı “X15” trestinin xx.xx.2012-ci il tarixli 62 nömrəli əmrlərinə əsasən “Bayıl Limanı” X13 İdarəsinin adı dəyişdirilərək “Xəzər” X13 İdarəsi adlandırılmışdır, xx.xx.2012-ci ildə işdən azad edilmiş, xx.xx.2012-ci ildə “X15” tresti X17 Qazma İşləri İdarəsi Günəşli yatağı 14 saylı DDSÖ-nün texniki-texnoloji hissə üzrə rəis müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmiş, xx.xx.2014-cü ildə ARDNŞ “X15” tresti Günəşli istehsalat bölməsinin 14 saylı DDSÖ-nə rəis müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2016-cı ildə idarəetmə aparatında texnoloji şöbəyə 14-cü dərəcəli mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci ildə ştat cədvəlinə edilmiş dəyişikliyə uyğun olaraq böyük mühəndis hesab edilmiş, xx.xx.2017-ci ildə X9 xidmətinə 14-cü dərəcəli böyük mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə “X15” trestinin təsdiq edilmiş yeni struktur və ştat cədvəlinin tətbiqi haqqında xx.xx.2021-ci il tarixli SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “X9 Xidməti” “Operativ İdarəetmə Xidməti” adlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək Azərbaycan Neft və Kimya İnstitutunda təhsil almış, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Təhsil və hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək iddiaçı 23 il 19 gün ümumi sığorta stajına malikdir (xx.xx.1982-xx.xx.1989 (təhsil), xx.xx.1983-xx.xx.1985 (hərbi xidmət), xx.xx.1989-xx.xx.2006). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 20 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı “İliç Buxtası” X13 İdarəsi üzrə xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək 10 saylı X14 Özülündə neft və qaz quyularının qazılması üzrə qazmaçı köməkçisi, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək 10 saylı X14 Özülündə texnoloq; “Bayıl Limanı” X13 İdarəsi üzrə xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək 15 saylı X14 Özülündə mühəndis-texnoloq (xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilədək müvəqqəti olaraq qazma ustası və X14 özülün rəis müavinini əvəz edib), xx.xx.1998-ci ildən xx.xx.2012-ci ilədək 15, 19 və 14 saylı X4ma ustası, özül rəisinin texniki-texnoloji hissə üzrə müavini vəzifələrində işləmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; 1. Qazma; a) fəhlələr; kod 1100000a—11297 neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları; b) Rəhbərlər və mütəxəssislər; kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə); kod 1100000b—23196 buruqların ustaları və onların köməkçiləri; kod 1100000b—24094 buruq qurğularının rəisləri və onların müavinləri. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 16 il 3 ay 06 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar