Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10343/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İşin halları İddiaçı1 (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun və digər ailə üzvləri olan İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 qonşusunun ünvanından – ünvan 1üsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən mənzilə qeydiyyata alınmalarını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən ünvan 3 ünvanına qeydiyyata alınaraq, şəxsiyyət vəsiqəsi ilə təmin olunması ilə əlaqədar ona tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə Bakı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzlərinin birinə müraciət etməli olduğu bildirilmişdir. Əks halda aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və digər ailə üzvlərinin - iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 9, mənzil 3-dən qeydiyyatdan çıxarılaraq xüsusi mülkiyyətində olan öz mənzilinə, yeni ünvanda ünvan 4dəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar daha sonra xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə ərizə təqdim edərək, cavabdehin dəyişdirilərək Bakı şəhər Yasamal Rayon Polis İdarəsi kimi nəzərə alınmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi ilə əvəz edilmişdir. X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı1 yeni tikili binada mənzil almış və həmin mənzilin yeni ünvanı hazırda ünvan 5 Bununla bağlı o, çıxarış da almışdır. Digər iddiaçılar isə onun ailə üzvləridir. Ona məlum olmayan səbəbdən mənzilin əvvəlki ünvanı ünvan 6 Halbuki həmin ünvan qonşuluqda yerləşən başqa, köhnə binada yaşayan digər qonşunun - üçüncü şəxsin ünvanıdır. Həmin qonşunun da ünvanda yerləşən mənzilinə dair öz adına çıxarışı vardır. Qonşu evini satmaq istəyərkən Forma 2 alan zaman iddiaçıların mənzilində qeydiyyatda olduğunu bilmiş və bununla bağlı iddiaçılara xəbər vermişdir. Beləliklə, müəyyən edilmişdir ki, 1 saylı Ərazi İdarəsi vaxtilə iddiaçıların mənzilinin yerləşdiyi yeni tikili binaya onun qonşuluğunda yerləşən köhnə tikili binanın ünvanını vermiş, sonradan bu problemi həll etmək üçün həmin binalara yeni ünvanlar verməyə başlamışdır və bunu “Yeni qaydalarla" adı altında həyata keçirməkdədir. Məhz bu səbəbdən də onun çıxarışında mənzilinin köhnə və yeni ünvanı var. Çıxarışda mənzilinin 2 ünvanı olduğundan o, və bəzi ailə üzvləri hər iki ünvanda (həm qonşusunun, həm də özünün mənzilində) qeydiyyatdadırlar. Halbuki mülki qanunvericiliyə görə bir insanın yalnız və yalnız bir ünvan üzrə daimi qeydiyyatı ola bilər. Bu məsələnin aradan qaldırılması üçün o və qonşusu bir ildən çoxdur dəfələrlə şifahi şəkildə cavabdehə müraciətlər etsələr də, cavabdeh bildirmişdir ki, onun çıxarışında 2 ünvan göstərildiyindən onlar da 2 ünvan üzrə qeydiyyata alırlar. Köhnə qonşunun ünvanı üzrə qeydiyyatını yalnız məhkəmə qərarı əsasında silə bilərlər. Buna görə də ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Axırda məcbur qalıb ona yazılı cavab vermələri-imtina etmələri üçün onlara yazılı müraciət etsə də, bu müraciətinə də cavab verməmişlər. Buna görə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçıların müvafiq ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, işdə olan "xxxx" MTK-nın ortaq (assosiativ) üzvlüyünə qəbul və mənzillərin payçılar arasında şəxsi razılıq ilə bölüşdürülməsi barədə 24 avqust 2015-ci il tarixli, 2 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı1 kooperativin üzvü qəbul olunmaqla MTK-nın Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 9b ünvanında yerləşən binanın 1 girişli, 2-ci mərtəbəsinin ümumi sahəsi 164,0 kv.metr, yaşayış sahəsi 92,33 kv.metr olan 4 otaqlı 3 saylı mənzilinin payçısı olması təsdiq edilmişdir. İşdə olan 24 avqust 2015-ci il tarixli, 02 saylı Maliyyə arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi 9b ünvanında yerləşən binanın 1 girişli, 2-ci mərtəbəsinin ümumi sahəsi 164,0 kv.metr, yaşayış sahəsi 92,33 kv.metr olan 4 otaqlı 3 saylı mənzilinin ümumi dəyəri 30 000 AZN təşkil edir. MTK-ya olan borc tam ödənilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 9b, mənzil 3 ünvanında yerləşən mənzilə dair İddiaçı1 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 10 ünvan verilməsini xahiş etmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 9b, mənzil 3 (Yeni qaydalarla: AZ 1122, ünvan 2) İddiaçı1 mülkiyyətindədir. ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 9b, mənzil 3 X1 mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı5, X4, X3, X7, X6, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 9b, mənzil 3 ünvanında qeydiyyatdadırlar. Eyni zamanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 2 ünvanında qeydiyyatdadır. Beləliklə, işin istinad olunan hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 9b, mənzil 3 ünvanında iki fərqli mənzil mövcud olmuş, X5 və İddiaçı1 həmin mənzillərin mülkiyyətçiləri olmuşlar. İddiaçı1 daha sonra ərizə ilə müraciət edərək, mükiyyətində olan 3 saylı mənzilə yeni ünvan verilməsini xahiş etmiş, ərizəsi təmin edilərək onun mülkiyyətində olan həmin mənzilə ünvan 2 ünvanı verilmişdir. Lakin işin qeyd olunan hallarından görünür ki, iddiaçılar hələ də Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 9b, mənzil 3 ünvanında qeydiyyatdadırlar. İddiaçılar ünvanın dəyişdirilməsi ilə bağlı onların Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, ev 9b, mənzil 3 ünvanı üzrə qeydiyyatdan çıxarılması və yeni ünvan üzrə qeydiyyata alınmalarını xahiş etsələr də, cavabdeh b00000000u müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu imtinası əsassızdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşdən görünür ki, İddiaçı1 mülkiyyətində olan mənzilə yeni ünvan verilməsini təsdiq edən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı cavabehə təqdim etsə də, cavabdeh onu və ailə üzvlərini həmin mənzilin köhnə ünvanı üzrə qeydiyyatdan çıxarmaqla yeni ünvana qeydiyyata salınmasından imtina etmiş, lakin bu imtinasını əsaslandırmamışdır. Məhkəmə iddiaçıların mübahisəli ünvana dair qanunvericiliklə nəzərdə tutulmuş zəruri sənədləri cavabdehə təqdim etdiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin olunsun. İddiaçılar xx.xx.1958-ci il təvəllüdlü İddiaçı1, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı2, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı3, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı4 və xx.xx.2019-cu il təvəllüdlü İddiaçı5 Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 9b, mənzil 3 ünvanından qeydiyyatdan çıxarılması və onların Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi 63, M2, m3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-10343/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10343/2023
29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver