Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10345/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs Suraxanı Rayon İcra Hakimiyyəti) qarşı “istismara icazənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1ndə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 269 nömrəli Sərəncamı əsasında inşa olunmuş qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər.
2. Məhkəmənin qərardadına əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 06 iyun 2008-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən ünvan 1ndə istifadəsində olan 0.03142 ha torpaq sahəsində yerləşən 277.3 kv.m ümumi, 211.9 kv.m əsas, 65.4 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 1407 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamədən də görünür ki, ünvan 1 ünvanında yerləşən 23 saylı yeməkxananın yerləşdiyi 1234,3 kv.m torpaq sahəsi İddiaçınə qanunvericiliklə müəyyən edilmiş qaydada satılmışdır. Yuxarıda qeyd etdikləri xx.xx.2023 tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak **********37-06301 saylı reyestr çıxarışında əks edilmişdir. 07 noyabr 2008-ci il tarixli 269 saylı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının sərəncamı ilə ünvan 1ndə yerləşən qeyri-yaşayış obyektinin (23 saylı yeməkxana) sökülərək ofis binasının tikintisinə icazə verilmişdir. Göründüyü kimi ünvan 1ndə yerləşən torpaq sahəsi və üzərində olan yüngül konstruksiyadan (ağac tirlərdən) quraşdırılmış, müvafiq qaydada razılaşdırmış və tikintisinə icazə verilmiş bir mərtəbə və mansarddan ibarət inzibati bina 14 ildir ki, istifadəsindədir. 003645 saylı istismara hazırlıq aktı da mövcuddur. Həmin qeyri-yaşayış obyektinin (ofis binasının) istismarına icazə verilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciətlər etsə də, müraciətləri təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ünvanlanmış 24 sentyabr 2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, tikinti obyektinin istismarına icazə yerli icra hakimiyyəti tərəfindən verilməli idi. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 27 noyabr 2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin verilməsi, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aid olduğundan müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir. Göründüyü kimi, hər iki orqan onun müraciətinin digərinin səlahiyyətində olması əsası ilə imtina etmişlər. Hazırki vəziyyətdə bütün sənədlərimin qanunvericiliyin tələblərinə uyğun olmasına baxmayaraq qeyri-yaşayış obyektinin (ofis binasının) istismarına icazə ala bilmir. Hesab edir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin imtinası tamamilə qanunsuz və əsassız olmuşdur. Belə ki, bütün sənədləri qaydasında olmasına baxmayaraq Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi 10 ildən çoxdur ki, istismar olunan qeyri-yaşayış obyektinin istismarına icazə verilməsinin səlahiyyətləri xaricində olmasını qeyd etmişdir.
4. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli 895 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 2018-ci il yanvarın 1-dək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazə yerli icra hakimiyyəti tərəfindən verilməli idi. Bu səbəbdən də, tikinti sənədlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun olmadığından və 10 (on) ildən çoxdur ki, istismar olunan qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi səlahiyyətlərimiz xaricindədir.
5. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 269 saylı sərəncamından çıxarışa əsasən: İddiaçınə Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində, Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli 18/03-8/5917 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq ofis binasının tikintisinə icazə verilsin. İddiaçı MMC-ə tapşırılsın: -tikinti işlərinə başlamazdan əvvəl Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsindən müvafiq rəyin alınması; -obyektin yerləşəcəyi torpaq sahəsinə qanunvericiliyə əsasən istifadə hüququnu təsdiq edən sənədin alınması; -tikinti işlərinin razılaşdırılmış sənədlərə, qüvvədə olan tikinti norma və qaydalarına uyğun olaraq aparılması; -tikinti işləri aparılan sahənin ətrafının inşaat tullantılarından və nəqliyyat vasitələrindən tökülən qruntlardan təmizlənməsi üçün Bülbülə Bələdiyyəsi ilə müqavilə bağlanması. - Ofis binasının yerləşəcəyi sahədə mühəndis kommunikasiya xətlərinin zəruri halda köçürülməsi İddiaçı MMC-nin vəsaiti hesabına təmin olunsun. - Tikinti işlərinin razılaşdırılmış layihəyə uyğun aparılmasına nəzarət edilməsi aparatın Rayon təsərrüfatı şöbəsinə, Bülbülə qəsəbə nümayəndəliyinə, 31-ci Polis Bölməsinə tapşınlsın. - Sərəncamdan çıxarışın lazımi ünvanlara göndərilməsi aparatın Ümumi şöbəsinə həvalə edilsin.
6. Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin ********** nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışının surətindən görünür ki, Bakı şəhər, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsi, 23 saylı yeməkxanaya xüsusi mülkiyyət hüququ (tam) İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
7. Cavabdeh Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 may tarixli 895 nömrəli “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (xx.xx.2013-cü ilədək) yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbələrinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kv.m.-dən çox olmayan qeyri-yaşayış binalarının istismarına icazə verilməsi 2018-ci il yanvarın 1-dək həyata keçirildiyindən müraciətdə qaldırılan məsələyə baxılması səlahiyyətlərimiz xaricindədir. Belə ki, iddiaçı “Honka-EAST" MMC-nin ünvan 3 ünvanında inşa olunmuş qeyri-yaşayış binasının istismarına icazə verilməsi ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə 10 sentyabr 2020-cil il tarixli 021/09 nömrəli müraciətinə 24 sentyabr 2020-ci il tarixli xx/xx-1984 nömrəli məktubla cavablandırılmışdır. Hal-hazırda obyektin istismarına icazə sənədinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”na əsasən baxıldığından, nəzərdə tutulan müvafiq sənədlər təqdim edildikdən sonra qaldırılan məsələyə baxıla bilər. Hal-hazırda, barəsində icazə tələb olunan, lakin ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektlərinin istismarına icazə verilməsi üzrə icraat Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”na əsasən “bir pəncərə” prinsipi əsasında həyata keçirilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi səlahiyyətləri çərçivəsində İddiaçı MMC tərəfindən təqdim edilmiş müraciəti cavablandıraraq, tikinti sənədlərinin tələblərə uyğun olmadığından qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun münasibət bildirmiş və hər hansı qanun pozuntusuna yol verməmişdir.
8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1040 saylı rəyə əsasən ünvan 3ndə İddiaçı MMC tərəfindən inşa olunmuş yüngül konstruksiyalı 1 mərtəbəli mansardlı ofis binasının təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir.
9. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin nəznində yaradılmış Təhlil qrupunun xx.xx.2020-ci il tarixli 1040 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İddianın növü və mümkünlüyü
11. İddianın növü məcburetmə növündə iddiadır.
12. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.
13. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. 102.3. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. 102.4. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir. 16.Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanın: 1.1. 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların (bundan sonra – qeyri-yaşayış binası) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: 1.1.1 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra – Nazirlik) qeyri-yaşayış binasının sifarişçisinin (sahibinin) 2025-ci il yanvarın 1-dək etdiyi və bu Fərmana əsasən aparılacaq yerquruluşu işlərinin, qeyri-yaşayış binasının müayinəsi, Tikintilərin Dövlət reyestrində uçota alınması, habelə istismarına icazə verilməsi üçün əsas hesab edilən müraciətin daxil olduğu tarixdən 1 (bir) iş günü müddətində qeyriyaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını və onlar arasındakı məsafələri, habelə qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında yerləşib-yerləşmədiyini müəyyən etmək üçün həmin müraciəti və ona əlavə olunmuş sənədləri elektron qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət) göndərir; 1.1.2 Xidmət bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən müraciətin daxil olduğu tarixdən 15 (on beş) iş günü müddətində dövlət torpaq kadastrının, daşınmaz əmlakın dövlət reyestrinin məlumatları və aparılacaq yerquruluşu işlərinin nəticələri əsasında qeyri-yaşayış binasının və onun yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının və onlar arasındakı məsafələrin göstərildiyi, habelə torpaq sahəsinin kateqoriyası barədə, qeyri-yaşayış binasının magistral boru kəmərlərinin, yüksəkgərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin, suların və digər mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində, meşə fondu və xüsusi qorunan ərazilərin torpaqlarında, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşib-yerləşmədiyi, torpaq sahəsinin mülkiyyət növü, xüsusi mülkiyyətdə olduqda – mülkiyyətçisi, istifadədə və ya icarədə olduqda – müvafiq olaraq, istifadəçisi və ya icarəçisi barədə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə uyğun olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zəruriliyi barədə məlumatın əks olunduğu planı (bundan sonra – plan) hazırlayıb, elektron qaydada Nazirliyə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (bundan sonra – Komitə) tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə (bundan sonra – Mərkəz), habelə qeyri-yaşayış binasının sifarişçisinə (sahibinə) göndərilməsini təmin edir; 1.1.3 Nazirlik:
1. daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarına əsasən, başqa fiziki və ya qeyri-dövlət hüquqi şəxsin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində yerləşən və barəsində müraciətə həmin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti əlavə edilməyən qeyri-yaşayış binaları istisna olmaqla, bu Fərmanın 1.1.2-ci yarımbəndində göstərilən planın göndərildiyi, yaxud bu Fərmanın 1.9-cu bəndinə uyğun olaraq sifarişçinin yenidən müayinə aparılması üçün müraciət etdiyi tarixdən 15 (on beş) iş günü müddətində qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları daxil olmaqla faktiki vəziyyətini əks etdirən tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin yerüstü mərtəbələrinin sayı 1-dən, ümumi sahəsi 150 kvadratmetrdən çox olduqda isə, həmçinin mühəndis-axtarış işlərinə dair hesabatlar və konstruksiya bölməsi (bundan sonra – layihə) əsasında qeyri-yaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, qaldırıcı qurğuların və digər təhlükə potensiallı qurğu və konstruksiyaların istismara hazırlığı, aidiyyəti qurumlar tərəfindən mühəndiskommunikasiya təminatı şəbəkəsinin istismara hazırlığına dair aktların təqdim edilməsi baxımından müayinə edir, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəyi (bundan sonra – rəy) tərtib edərək, həmin layihə və rəyi Xidmətin təqdim etdiyi planla birlikdə elektron qaydada Mərkəzə və Komitəyə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanına göndərir; 1.1.5 Komitə və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı:
1. 5 (beş) iş günü müddətində bu Fərmanın 1.1.3-cü yarımbəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş və Xidmətin təqdim etdiyi plana əsasən bu Fərmanın 1.1.1-ci yarımbəndində göstərilən torpaqlarda yerləşməyən və torpaq sahəsinin bu Fərmanın 1.4-cü bəndinə müvafiq olaraq mülkiyyətə alınması və icarəyə götürülməsi zərurəti olmayan qeyri-yaşayış binasının istismarına icazəni verir və bu barədə məlumatı Tikintilərin Dövlət reyestrinə daxil edilmək üçün göndərir;
17. İşin faktiki hallarına əsasən hazırda mübahisə olunan qeyri-yaşayış obyektinin tikintisi 2008-2009-cu illərdə aparılmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 269 saylı sərəncamına əsasən, İddiaçınə Bülbülə qəsəbəsi, İ.Məmmədov küçəsində Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2008-ci il tarixli 18/03-8/5917 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq ofis binasının tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərarı qəbul edilmiş, qeyri-yaşayış binasının xüsusi mülkiyyət hüququ İddiaçı MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
18. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Fərmanına əsasən, 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması, yenidən planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış binalarının istismarına icazə verilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 rəyi əsasında cavabdehə həvalə olunmuşdur. 19.İddiaçının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli Fərmanın qəbul edilənədək məhkəməyə müraciət etməsinə baxmayaraq, məhkəmə hesab edir ki, hazırki işin halları davam edən hüquq münasibətləri olduğuna görə, iddiaçının hüquqi marağına uyğun olaraq həmin sərəncamın tətbiqi indiki münasibətlərə şamil edilməlidir.
20. Bu səbəbdən də məhkəmə hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının qeyri-yaşayış sahəsinə istismara icazə verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbul olunmasını konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur. Odur ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.
21. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
22. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1ndə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 269 nömrəli Sərəncamı əsasında inşa olunmuş qeyri-yaşayış obyektinin istismarına icazə verilməsi vəzifəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayət verilə bilər.
Hakim Ləman Musayeva