Məhkəmə qərarları › İş №2-1(112)-1035/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1035/2022

14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1035/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək AR DSX-də xidmət dövründə sərəncamda olduğu xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddətin xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrü üçün (8 ay 1 gün) əmək haqqının (ehtiyata buraxılarkən tutduğu vəzifənin və hərbi rütbənin bu günə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) və hərbi xidmət dövrü istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə pul kompensasiyasının (ehtiyata buraxılarkən tutduğu vəzifənin və hərbi rütbənin bu günə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh AR DSX-yə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2011-ci il tarixədək AR DSX-də zabit qismində həqiqi hərbi xidmət keçmişdir. Xidmət müddəti dövründə xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək AR DSX rəisinin sərəncamına çıxarılmışdır. Sərəncamda olduğu müddətin cəmi 2 ayı üçün ona aylıq pul təminatı ödənilmişdir. Həmçinin ehtiyata buraxılarkən 2011-ci ildə ona verilməli olan 3 aylıq növbəti məzuniyyətin yalnız 45 günü verilmişdir. Sərəncamda olduğu müddətin 10 ayı üçün aylıq pul təminatının və ehtiyata buraxılarkən istifadə etmədiyi 3 aylıq növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi üçün cavabdehə 2021-ci ilin aprel ayında ərizə ilə müraciət etmişdir. Lakin ərizəyə xx.xx.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6648/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “xidmət dövründə sərəncamda olduğu xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddətin xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrü üçün (10 ay 1 gün) əmək haqqının (ehtiyata buraxılarkən tutduğu vəzifənin və hərbi rütbənin bu günə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla), hərbi xidmət dövrü istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə pul kompensasiyasının (ehtiyata buraxılarkən tutduğu vəzifənin və hərbi rütbənin bu günə olan vəzifə və rütbə maaşları nəzərə alınmaqla), 2008-ci və 2011-ci illər üçün maddi yardımın və 2011-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə olunması” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1035/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət edərkən sərəncamda olduğu xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan dövrü üçün (10 ay 01 gün) vəzifə maaşının (sərəncama çıxarılarkən tutduğu AR X9- Texniki Təminat Baş İdarəsinin X1 rəisi vəzifəsinin bu günə mövcud olan vəzifə maaşı əsas götürülməklə və xidmət illərinə görə əlavə və “usta” məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla), 2008-ci il üçün maddi yardımın (AR X9-Texniki Təminat Baş idarəsinin X1 rəisi vəzifəsinin bu günə mövcud olan vəzifə maaşı və ehtiyata buraxılarkən malik olduğu polkovnik hərbi rütbəsinin bu günə olan rütbə maaşı əsas götürülməklə), 2008-ci il üçün birdəfəlik pul mükafatının (AR X9-Texniki Təminat Baş İdarəsinin X3 rəisinin bu günə mövcud olan vəzifə maaşı və ehtiyata buraxılarkən malik olduğu polkovnik hərbi rütbəsinin bu günə olan rütbə maaşı əsas götürülməklə), 2008-ci ildə istifadə etmədiyi 45 günlük növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının (AR Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat Baş İdarəsinin X3 rəisi vəzifəsinin bu günə mövcud olan vəzifə maaşı və ehtiyata buraxılarkən malik olduğu polkovnik hərbi rütbəsinin bu günə olan rütbə maaşı əsas götürülməklə) və 2011-ci ildə ehtiyata buraxılarkən 3 aylıq növbəti məzuniyyətin istifadə etmədiyi 45 gününün əvəzinə pul kompensasiyasının (ehtiyata buraxılarkən tutduğu vəzifənin və malik olduğu polkovnik hərbi rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə) hesablanaraq ödənilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddiaçı sonuncu dəfə xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək:

1. Dövlət Sərhəd Xidmətində xidmət edərkən sərəncamda olduğu xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddət üçün təminat xərcliyinin tam həcmdə ödənilməsi (rütbə maaşı və ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla) (sərəncama çıxarılarkən tutduğu AR X9-Texniki Təminat Baş İdarəsinin X1 rəisi vəzifəsinin bu günə mövcud olan vəzifə maaşı əsas götürülməklə və xidmət illərinə görə əlavə və “usta” məharət dərəcəsinə görə əlavə nəzərə alınmaqla);

2. 2008-ci il üçün maddi yardımın (AR X9-Texniki Təminat Baş İdarəsinin X1 rəisi vəzifəsinin bu günə mövcud olan vəzifə maaşı və ehtiyata buraxılarkən malik olduğu polkovnik hərbi rütbəsinin bu günə olan rütbə maaşı əsas götürülməklə;

3. 2008-ci il üçün birdəfəlik pul mükafatının (AR X9-Texniki Təminat Baş İdarəsinin X3 rəisinin bu günə mövcud olan vəzifə maaşı və ehtiyata buraxılarkən malik olduğu polkovnik hərbi rütbəsinin bu günə olan rütbə maaşı əsas götürülməklə);

4. 2008-ci ildə istifadə etmədiyi 45 günlük növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının (AR X9-Texniki Təminat Baş İdarəsinin X3 rəisi vəzifəsinin bu günə mövcud olan vəzifə maaşı və ehtiyata buraxılarkən malik olduğu polkovnik hərbi rütbəsinin bu günə olan rütbə maaşı əsas götürülməklə);

5. 2011-ci ildə ehtiyata buraxılarkən 3 aylıq növbəti məzuniyyətin istifadə etmədiyi 45 gününün əvəzinə pul kompensasiyasının (ehtiyata buraxılarkən tutduğu vəzifənin və malik olduğu polkovnik hərbi rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh AR DSX-yə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixdə təqdim etdiyi iddiaya yazılı etirazında bildirilmişdir ki, İddiaçı iddiasında Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə istinad edərək ona növbəti məzuniyyətin verilmədiyini və buna görə də kompensasiyanın birdəfəlik ödənilməsini göstərmişdir. Dövlət Sərhəd Xidmətinin rəisi- X4 müvafiq əmrinə əsasən İddiaçı yeni vəzifəyə təyin olunarkən sərəncamda olduğu müddət üçün ödənilməmiş pul təminatının ödənilməsi barədə əmrdə heç bir qeyd olunmamışdır. Dövlət Sərhəd Xidmətinin rəisi-X4 müvafiq əmrini nəzərə alaraq hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. Qeyd olunan ödənişlər üzrə paylama cədvəllərinin saxlama müddətinin 5 il olmasını və Dövlət Sərhəd Xidməti 2020-ci ildə Maliyyə Nazirliyinin Maliyyə Nəzarəti Xidməti tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin təftiş olunmasını nəzərə alaraq, qeyd olunan paylama cədvəllərinin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi X7 haqqında Əsasnamə’’nin 1.9-cu bəndini nəzərə alaraq “hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların və işçilərin (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Hərbi qulluqçunun və işçinin hüququ yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa ödənilir”. Qeyd olunan müddətdən 10 ildən artıq vaxt keçdiyi üçün hər hansı bir məlumatların və iş üçün əhəmiyyət kəsb edən digər sənədlərin təqdim edilməsi imkan xaricindədir. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixli etirazında bildirilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə 044 nömrəli nizami hissə üzrə əmrə əsasən 407.40 manat məzuniyyət müavinəti, 469.48 manat maddi yardım, xx.xx.2009-cu ildə 054 nömrəli əmrə əsasən 538 manat maddi yardım hesablanaraq ödənilmişdir. 16 fevral 2009-cu il tarixli 047 nömrəli nizami hissə üzrə əmrə əsasən İddiaçı vəzifəyə təyin edilənədək təminat xərcliyi 12 iyul 2008-ci il tarixədək tam həcmdə, qalan müddət üçün ərzaq payı və rütbə maaşına görə əlavələr ödənilmişdir. 20 iyun 2011-ci il tarixli 0171 nömrəli nizami hissənin əmrinə əsasən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmış, 2011-ci ilin məzuniyyətindən istifadə etmiş, məzuniyyət müavinəti və maddi yardım almışdır. 01 yanvar 2011-ci il tarixdən 20 iyun 2011-ci il tarixədək olan xidmətinə görə birdəfəlik pul mükafatı 100 faiz həcmində ödənilmişdir. 2018-ci il tarixdə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən və 2020-ci il tarixdə Maliyyə Nazirliyinin Maliyyə Nəzarət Xidməti tərəfindən Dövlət Sərhəd Xidmətinin maliyyə təsərrüfat fəaliyyəti tam təftiş olunmuş və 2016-cı il tarixədək saxlama müddəti bitmiş bütün sənədlər məhv edilmişdir. Bu səbəbdən də iddiaçı sabiq hərbi qulluqçu İddiaçı iddia ərizəsi əsassızdır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2022-ci il tarixdə iddiaya etirazında bildirilmişdir ki, İddiaçı xx.xx.2008-ci il tarixdə 044 nömrəli nizami hissə üzrə əmrə əsasən 407.40 manat məzuniyyət müavinəti, 469.48 manat maddi yardım, xx.xx.2009-cu ildə 054 nömrəli əmrə əsasən 538 manat maddi yardım hesablanaraq ödənilmişdir. Birdəfəlik pul mükafatı isə ödənilməmişdir. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi X7 haqqında Əsasnamə”nin 4.81-ci maddəsi Qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və nöqsansız intizama görə birdəfəlik pul mükafatı. Qoşunlarda yüksək döyüş hazırlığının saxlanılmasında nailiyyətlər əldə etmiş, xidməti vəzifələrini vicdanla yerinə yetirmiş və nöqsansız xidmət etmiş zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ilin yekunlarına görə əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir. Birdəfəlik pul mükafatının ödənişi barədə əmrin imzalandığı gün sərəncamda olan, o cümlədən sərəncamda olduqları dövrdə vəzifələrin müvəqqəti icrasına buraxılmış, yaxud uzun müddət sərəncamda (uşağa qulluq üçün verilən məzuniyyət dövründən başqa) olması ilə əlaqədar pul təminatını almaq hüququnu qismən və ya tam şəkildə itirmiş hərbi qulluqçulara birdəfəlik pul mükafatına layiq görüldüyü halda tutduqları sonuncu əsas vəzifə maaşı nəzərə alınır və pul mükafatının ödənişi faktiki xidmət etmiş tam aylara proporsional olaraq (xidmətin hər bir tam təqvim ayı ücün 1/12-i qədər) həyata keçirilir. Həmin Əsasnamənin 4.83-cü maddəsi. Hərbi qulluqçulara mükafatın ödənilməsi hərbi hissə komandirinin əmri əsasında, komandir və rəislərə isə - DSX rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslərin əmri əsasında həyata keçirilir. Əmrdə mükafatın kimə və hansı faiz həcmində ödənilməli olduğu, habələ mükafatın azaldılma və ya məhrum edilmə səbəbləri əks etdirilir. Ərzaq payı əvəzinə ödənilmiş kompensasiya paylama cədvəli saxlanılma müddəti bitməsi ilə əlaqədar 2018ci il tarixdə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən və 2020-ci il tarixdə Maliyyə Nazirliyinin Maliyyə Nəzarət Xidməti tərəfindən Dövlət Sərhəd Xidmətinin maliyyə təsərrüfat fəaliyyəti tam təftiş olunmuş və 2016-cı il tarixədək saxlama müddəti bitmiş bütün sənədlər məhv edilmişdir. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini nəzərə alaraq iddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - X4 xx.xx.2008-ci il tarixli 163 ş/h №-li əmrindən çıxarışa əsasən: polkovnik İddiaçı xidmətində buraxdığı ciddi nöqsanlara görə Maddi-Texniki Təminat Baş İdarəsi X1 rəisi (Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin birinci müavini – X1 rəisi vəzifəsi hesabına) vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətinin rəisi - X4 sərəncamına götürülsün. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N №-li hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli 044 №-li nizami hissə üzrə əmrindən çıxarışa əsasən: Dövlət Sərhəd Xidməti rəisi - X4 sərəncamında olan polkovnik İddiaçı, 2008-ci il üçün nəzərdə tutulmuş aylıq vəzifə və rütbə maaşı həcmində birdəfəlik maddi yardım ödənilsin. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N №-li hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli 044 №-li nizami hissə üzrə əmrindən çıxarışa əsasən: Dövlət Sərhəd Xidməti rəisi - X4 sərəncamında olan polkovnik İddiaçı, 14 fevral 2008-ci il tarixdən 29 mart 2008-ci il tarixədək 45 (qırx beş) gün müddətinə məzuniyyətə buraxılmış hesab edilsin. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 7-ci bəndinə əsasən Dövlət Sərhəd Xidməti rəisi - X4 sərəncamında olan polkovnik İddiaçı məzuniyyətə çıxmağı ilə əlaqədar bir vəzifə maaşı məbləğində müavinat ödənilsin. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - X4 xx.xx.2009-cu il tarixli 50 ş/h nömrəli əmrindən çıxarışa əsasən: Dövlət Sərhəd Xidmətinin rəisi - X4 sərəncamında olan (N saylı h/h) polkovnik İddiaçı DSX Akademiyasının X5 rəisinin müavini vəzifəsinə təyin edilsin. Polkovnik İddiaçı sərəncamda olma müddəti 2008-ci ilin mart ayının 12-dən vəzifəyə təyin edilənədək uzadılsın, ona təminat xərcliyi 12 iyul 2008ci il tarixədək tam həcmdə, qalan müddət üçün ərzaq payına və rütbə maaşına görə ödənilsin. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N №-li hərbi hissə komandirinin xx.xx.2009-cu il tarixli 047 №-li nizami hissə üzrə əmrindən çıxarışa əsasən: Dövlət Sərhəd Xidməti rəisi - X4 sərəncamında olan (N saylı hərbi hissə) polkovnik İddiaçı xx.xx.2009-cu il tarixdən DSX Akademiyasına X5 rəisinin müavini vəzifəsinə təyin olunmuş hesab edilsin. Polkovnik İddiaçı sərəncamda olma müddəti 2008-ci ilin mart ayının 12-dən vəzifəyə təyin edilənədək uzadılsın, ona təminat xərcliyi 12 iyul 2008-ci il tarixədək tam həcmdə, qalan müddət üçün ərzaq və rütbə maaşına görə ödənilsin. Polkovnik İddiaçı 2009-cu il üçün nəzərdə tutulmuş məzuniyyətdən istifadə etməmiş, məzuniyyət müavinəti və maddi yardım almamışdır, 01 yanvar 2009-cu il tarixdən 16 fevral 2009-cu il tarixədək olan xidmətinə görə birdəfəlik pul mükafatı almağa layiqdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiya rəisinin 28 fevral 2009-cu il tarixli 054 nömrəli əmrindən çıxarışa əsasən: X5 rəisinin müavini polkovnik İddiaçı 2009-cu il üçün nəzərdə tutulmuş aylıq vəzifə və rütbə maaşı həcmində birdəfəlik maddi yardım ödənilsin. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - X4 xx.xx.2009-cu il tarixli 405 ş/h nömrəli əmrindən çıxarışa əsasən: polkovnik İddiaçı DSX Akademiyasının maddi-texniki təninat şöbəsi rəisinin müavini vəzifəsindən azad olunmaqla Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi İdarəsi mühəndis şöbəsinin rəisi vəzifəsinə təyin edilsin. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli 054 №-li nizami hissə üzrə əmrindən çıxarışa əsasən: Məzuniyyətə buraxılmış hesab edilsinlər: Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi İdarəsi mühəndis şöbəsinin rəisi polkovnik İddiaçı 24 fevral 2011-ci il tarixdən 09 aprel 2011-ci il tarixədək 45 (qırx beş) gün müddətinə. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 7-ci bəndinə əsasən Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi Baş İdarəsi mühəndis şöbəsinin rəisi polkovnik İddiaçı məzuniyyətə çıxması ilə əlaqədar bir vəzifə maaşı məbləğində müavinət ödənilsin. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli 0101 №-li nizami hissə üzrə əmrindən çıxarışa əsasən: Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi İdarəsi mühəndis şöbəsinin rəisi polkovnik İddiaçı 10 aprel 2011-ci il tarixdən məzuniyyətə qayıtmış hesab edilmiş hesab edilsin. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - X4 xx.xx.2011-ci il tarixli 929 ş/h nömrəli əmrindən çıxarışa əsasən: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq: Polkovnik İddiaçı Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi İdarəsi mühəndis şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla 20 iyun 2011-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsın. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli 0171 №-li nizami hissə üzrə əmrindən çıxarışa əsasən: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq: Polkovnik İddiaçı Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi İdarəsi mühəndis şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla 20 iyun 2011-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılsın. Polkovnik İddiaçı hərbi heyim forması daşımaq hüququ verilsin. Hərbi qeydiyyata götürülmək üçün Bakı şəhəri Nərimanov rayon hərbi komissarlığına göndərilsin. Polkovnik İddiaçı 2011-ci ilin növbəti məzuniyyətindən istifadə etmiş, məzuniyyət müavinəti və maddi yardım almışdır. 01 yanvar 2011-ci il tarixdən 20 iyun 2011-ci il tarixədək olan xidmətinə görə birdəfəlik pul mükafatı 100% həcmdə ödənilsin. Polkovnik İddiaçı 20 iyun 2011-ci il tarixə xidmət illəri: Təqvimi: 27 il 10 ay 15 gün. Güzəştli: 08 il 11 ay 26 gün. Cəmi:36 il 10 ay 11 gün. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 10/52 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin rəisi-X4 müvafiq əmrinə əsasən yeni vəzifəyə təyin olunarkən sərəncamda olduğunuz müddət üçün sizə ödənilməmiş pul təminatının ödənilməsi əmrdə qeyd olunmamışdır. Dövlət Sərhəd Xidmətinin rəisi-X4 müvafiq əmri nəzərə alınaraq bildirilir ki, hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. Silahlı Qüvvələrin ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün sizə verilməli olan, lakin müraciətdə qeyd etdiyiniz kimi ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş növbəti məzuniyyət günləri ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəisi-X4 xx.xx.2011-ci il tarixli müvafiq əmrində 45 gün növbəti məzuniyyətin verilməsi ilə bağlı heç bir qeyd olmadığı üçün kompensasiyanın ödənilməsi imkan xaricindədir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 10/100 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Sərhəd Xidmətinin rəisi-X4 müvafiq əmrinə əsasən yeni vəzifəyə təyin olunarkən sərəncamda olduğunuz müddət üçün sizə ödənilməmiş pul təminatının ödənilməsi əmrdə qeyd olunmamışdır. Dövlət Sərhəd Xidmətinin rəisi-X4 müvafiq əmrini nəzərə alaraq bildirilir ki, hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. Silahlı Qüvvələrin ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün sizə verilməli olan, lakin müraciətdə qeyd etdiyiniz kimi ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilməmiş növbəti məzuniyyət günləri ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəisi-X4 xx.xx.2011-ci il tarixli müvafiq əmrində 45 gün növbəti məzuniyyətin verilməsi ilə bağlı heç bir qeyd olmadığı üçün kompensasiyanın ödənilməsi imkan xaricindədir. Dövlət Sərhəd Xidmətinin rəisi-X2 xx.xx.2011-ci il tarixli 0171 nörməli əmrinə əsasən 2011-ci ilin növbəti məzuniyyətindən istifadə edilmiş, məzuniyyət müavinəti və maddi yardım ödənilmiş 01 yanvar 2011-ci il tarixdən 20 iyun 2011-ci il tarixədək olan xidmətə görə birdəfəlik pul mükafatı 100% həcmində ödənilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə qismən əsaslıdır. İş üzrə müəyyən olunur ki, İddiaçı “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) Baş Qərargahın Dövlət Sərhədinin Mühafizəsi İdarəsi mühəndis şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla 20 iyun 2011-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış polkovnikdir. İddiaçı hərbi xidmət dövründə ona verilməmiş aşağıdakı təminatların ödənilməsini inzibati məhkəmə icraatında mübahisələndirir: - AR Dövlət Sərhəd Xidmətində xidmət edərkən sərəncamda olduğu xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək olan müddət üçün təminat xərcliyinin tam həcmdə ödənilməsi, - 2008-ci il üçün maddi yardımın, birdəfəlik pul mükafatının, 2008-ci ildə istifadə etmədiyi 45 günlük növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsi, - 2011-ci ildə ehtiyata buraxılarkən 3 aylıq növbəti məzuniyyətin istifadə etmədiyi 45 gününün əvəzinə pul kompensasiyasının ödənilməsi. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İ. İş materiallarından müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2008-ci il tarixli 163 ş/h nömrəli əmri ilə Maddi-Texniki Təminat Baş İdarəsi X1 rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətinin rəisi-X4 sərəncamına götürülmüş, xx.xx.2009-cu il tarixli 50 ş/h nömrəli əmr ilə DSX Akademiyasının X5 rəisinin müavini vəzifəsinə təyin edilmişdir. Beləliklə, iddiaçının sərəncamda olduğu dövr xx.xx.2008-ci ildən xx.xx.2009-cu il tarixədək olmuşdur. İddiaçı sərəncamda olduğu dövr ərzində ona təminat xərcliyinin tam həcmdə ödənilməsini iddia edir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli 0251 nörməli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi X7 haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə görə Pul təminatı haqqında Əsasnamə (bundan sonra - Əsasnamə) ilə Azərbaycan Respubliaksı Dövlət Sərhəd Xidmətinin (bundan sonra - DSX) hərbi X7nın norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nin hərbi X7 aşağıdalkılardan ibarətdir: 1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; 1.1.2. pul təminatının əlavə növlərindən və yol təminatından. -1.2-ci bəndinə əsasən bu Əsasnaməyə görə pul təminatı aşağıdakı hərbi qulluqçulara ödənilir: 1.2.1. Dövlət Sərhəd Xidmətinin aparatında, hərbi birləşmələrində, habelə digər struktur bölmələrində (bundan sonra - DSX-nin hərbi hissələrində) vəzifədə olanlara; 1.2.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına; 1.2.3. DSX-nin hərbi hissələrində sərəncamda olanalara. -2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası DSX-də xidmət edən zabitlərin hərbi rütbələrinə görə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının rütbə maaşları məbləğlərinin təsdiq edilməsi haqqında” Qərarı (bundan sonra - AR NK-nin Qərarı) ilə təsdiq edilmiş məbləğdə ödənilir. -2.2-ci bəndinə əsasən hərbi qulluqçulara hərbi rütbəyə görə maaşlar hərbi rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən ödənilir. -2.4-cü bəndinə görə zabitlərə vəzifə maaşları DSX-nin hərbi hissələrinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və digər struktur qurumların şatatında tutduqları vəzifələrə görə AR NK-nin Qərarı ilə təsdiq edilmiş məbləğdə ödənilir. -3.12-ci bəndinə görə sərəncamda olma dövründə tutduqları vəzifədən azad olunmuş, o cümlədən hərbi hissənin yeni şatat keçməsi və ya ştatların qismən dəyişməsi zamanı zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına vəzifədən azad edilmə günündən pul təminatı aşağıdakı qaydada ödənilir: 3.12.1. birinci iki ay üçün - vəzifə, rütbə maaşları, ximdət illərinə görə faiz əlavəsi və ərzaq kompensasiyasına görə; 3.12.2. sonrakı iki ay üçün - yalnız hərbi rütbə maaşı, hərbi rütbə maaşından hesablanmış xidmət illərinə görə əlavə və ərzaq kompensasiyası; 3.12.3. sərəncam dövründə vəzifələrin icrası ilə bağlı digər vəzifə maşına əlavələr dayandırılır. -3.13-cü bəndinə əsasən zabitlərə, gizilərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödənişli sərəncam müddəti yalnız DSX rəisinin və səlahiyyətli şəxslərin əmri əsasında artırılır. Kompensasiya xarakterli ödənişlər (əşya, kirayə) sərəncam dövründə tam ödənilir (uşağa qulluq ilə bağlı sərəbncam dövründən başqa). -3.17-ci bəndinə görə sərəncamda olma müddətlərinə aşağıdakı müddətlər aid edilmir: 3.17.7. növbəti məzuniyyətdə olma müddəti, o cümlədən hərbi təhsil müəssisəsini bitirdikdən sonra verilən məzuniyyət müddəti. Qeyd olunan müddətlərə (qeyd olunanlar sərəncam dövrünə təsadüf edilərsə) pul təminatı vəzifə maaşı, hərbi rütbə maaşı, ərzaq kompensasiyası, xidmət illərinə görə faiz əlavəsi ödənilir. -3.18-ci bəndinə görə sərəncam müddətində pul təminatının ödənişi üzrə itirilmiş hüquqlar aşağıdakı hallarda bərpa olunur: 3.18.1. ödənişli (tam və ya qismən) sərəncam müddəti artırılmaqla yeni vəzifəyə təyin olunanlara - yeni vəzifələrin icrasına başlama gününədək əvvəl tutduğu əsas vəzifə maaşlarından hesablanmaqla aşağıdakı qaydada ödənilir: 3.18.1.1. sərəncam müddəti tam ödənişli əsaslarla artırılırsa, o zaman pul təminatı tam həcmdə (Əsasnamənin 3.17.7-ci yarımbəninə uyğun olaraq ödənilir); 3.18.1.2. sərəncam müddəti qismən ödənişli artırılırsa, o zaman hərbi rütbəyə görə maaş, hərbi rütbə maaşından hesablanmaqla xidmət illərinə görə faiz əlavəsi və ərzaq kompensasiyası həcmində. -4.5-ci bəndinə əsasən DSX-nin hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) vəzifə maaşının (əsas və ya müvəqqəti icra edilən) 10% həcmində faiz əlavəsi ödənilir. Dövlət Sərhəd Xidmətində xidmətə görə əlavə - əmr ilə vəzifəyə təyin olunan gündən etibarən ödənilir və əmrə əsasən vəzifədən azad olunan gündən dayandırılır (3.12-ci bəndinə əsasən sərəncamda olma dövrü nəzərə alınmaqla). Dövlət Sərhəd Xidmətində xidmətə görə faiz əlavəsi vəzifə maaşından hesablanır və yeni vəzifə maaşı əmələ gətirmir. -4.33-cü bəndinə əsasən məharət (ixtisas) dərəcəsinə görə aylıq əlavə ödənişi hərbi qulluqçu DSX rəisinin və ya səlahiyyətli şəxslərin əmrinə əsasən sərəncama götürüldüyü gündən dayandırılır. Sadalanan normalardan görünür ki, DSX-nin sərəncamda olan hərbi qulluqçuya sərəncamda olma dövründə birinci iki ay üçün - vəzifə, rütbə maaşları, xidmət illərinə görə faiz əlavəsi və ərzaq kompensasiyası nəzərə alınmaqla tam həcmdə, sonrakı iki ay üçün isə yalnız hərbi rütbə maaşı, hərbi rütbə maaşından hesablanmış xidmət illərinə görə əlavə və ərzaq kompensasiyası pul təminatı ödənilir. Sərəncam müddəti yalnız tam ödənişli əsaslarla artırıldığı təqdirdə pul təminatı tam həcmdə ödənilir, qismən ödənişli artırılırsa isə yenə də hərbi rütbəyə görə maaş, hərbi rütbə maaşından hesablanmaqla xidmət illərinə görə faiz əlavəsi və ərzaq kompensasiyası həcmində təminat ödənilir. Sərəncamda olma müddətində məharət (ixtisas) dərəcəsinə görə aylıq ödəniş verilmir. Qeyd edilən normaların tələblərini hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçı xx.xx.2008-ci il tarixli 163 ş/h nömrəli əmr ilə X4 sərəncamına götürülmüş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2009-cu il tarixli 50 ş/h nömrəli əmri ilə ona sərəncamda saxlanıldığı xx.xx.2008-ci il tarixədək təminat xərcliyinin tam həcmdə, qalan xx.xx.2009-cu il tarixədək olan dövr üzrə isə təminat xərcliyinin yalnız ərzaq payına və rütbə maaşına görə ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2008-ci il tarixli pul təminatı və əmək haqqı üçün şəxsi vərəqəsində iddiaçının 2008-ci ilin yanvar ayından 12 iyula qədər vəzifə maaşı, hərbi rütbəyə görə maaş, xidmət illərinə görə, XQ-da xidmətə görə 10%, məharət dərəcəsinə görə 35% hesablandığı, 12 iyul 2008-ci il tarixdən fevral 2009-cu il daxil olmaqla isə hərbi rütbəyə görə maaş, xidmət illərinə görə əlavə hesablandığı və ödənildiyi göstərilmişdir. Beləliklə, iddia tələbinin birinci hissəsi ilə bağlı müəyyən olunur ki, iddiaçıya sərəncamda olduğu dövrdə yuxarıda qeyd edilən “Dövlət Sərhəd Xidmətinin hərbi X7 haqqında Əsasnamə”nin tələbinə uyğun olaraq xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək tam təminat xərcliyi, xx.xx.2008-xx.xx.2009-cu il tarixədək isə hərbi rütbə maaşı və xidmət illərinə görə əlavə ödənilmişdir. İddia tələb edilən bu hissədə əsassızdır. İİ. 2008-ci il üçün maddi yardımın, birdəfəlik pul mükafatının və 2008-ci ildə istifadə etmədiyi 45 günlük növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsi hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. “Dövlət Sərhəd Xidmətinin hərbi X7 haqqında Əsasnamə”nin: -4.91-ci bəndinə görə zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ildə bir dəfə olmaqla bir aylıq vəzifə və rütbə maaşı həcmində maddi yardım ödənilir. Maddi yardım hesablanarkən maddi yardımın ödənilməsi barədə əmrin imzlandığı gün hərbi qulluqçunun tutduğu vəzifə və rütbə maaşı nəzərə alınır. Sərəncamda olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına maddi yardım onların sonuncu tutduğu əsas vəzifə və rütbə maaşı nəzərə alınaraq hesablanır. -4.94-cü bəndinə görə hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) (Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfə müəyyən edilmiş məzuniyyətə gedərkən bir vəzifə maaşı həcmində məzuniyyət müavinəti ödənilir. (....) Məzuniyyət müavinəti hesablanarkən məzuniyyət müavinəti ödənilməsi barədə əmrin imzalandığı gün hərbi qulluqçunun əsas vəzifə maaşı nəzərə alınır. Sərəncamda olan hərbi qulluqçulara məzuniyyət müavinəti ödənişi onların sonuncu tutduğu əsas vəzifə maaşından hesablanaraq ödənilir. Göründüyü kimi sərəncamda olanlara sərəncamda olduğu dövr ərzində bir aylıq vəzifə və rütbə maaşı həcmində maddi yardım, eləcə də bir vəzifə maaşı həcmində məzuniyyət müavinəti ödənilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N №-li hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli 044 №-li nizami hissə üzrə əmri ilə iddiaçıya 2008-ci il üçün nəzərdə tutulmuş aylıq vəzifə və rütbə maaşı həcmində birdəfəlik maddi yardım ödənilməsi qərara alınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N №-li hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli 044 №-li nizami hissə üzrə əmri ilə iddiaçının xx.xx.2008-xx.xx.2008-ci il tarixədək 45 (qırx beş) gün müddətinə məzuniyyətə buraxılması, ona məzuniyyətə çıxmağı ilə əlaqədar bir vəzifə maaşı məbləğində müavinətin ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı xx.xx.2008-ci il tarixli pul təminatı və əmək haqqı üçün şəxsi vərəqəsində iddiaçıya xx.xx.2008-xx.xx.2008-ci il tarixədək 45 günlük məzuniyyət verildiyi, 2008-ci il üçün 407.40 manat məzuniyyət müavinəti, 469.48 manat maddi yardım hesablandığı və ödənildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçıya Əsasnamənin tələblərinə uyğun olaraq sərəncamda olduğu dövrdə 2008-ci il üçün nzəərdə tutulmuş maddi yardım və növbəti 45 günlük məzuniyyətdən istifadəyə görə məzuniyyət müavinəti ödənildiyindən iddia tələbi bu hissələrdə də əsaslı deyildir. 2008-ci il üçün birdəfəlik pul mükafatının ödənilməsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Yuxarıda adı çəkilən Əsasnamənin 4.81-ci bəndinə görə qoşunlarda yüksək döyüş hazırlığının saxlanılmasında nailiyyətlər əldə etmiş, xidməti vəzifələrini vicdanla yerinə yetirilmiş və nöqsansız xidmət etmiş zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına ilin yekunlarına görə əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir. Birdəfəlik pul mükafatının ödənişi barədə əmrin imzalandığı gün sərəncamda olan, o cümlədən sərəncamda olduqları dövrdə vəzifələrin müvəqqəti icrasına buraxılmış, yaxud uzun müddət sərəncamda (uşağa qulluq üçün verilən məzuniyyət dövründən başqa) olması ilə əlaqədar pul təminatını almaq hüququnu qismən və ya tam şəkildə itirmiş hərbi qulluqçulara birdəfəlik pul mükafatına layiq görüldüyü halda tutduqları sonuncu əsas vəzifə maaşı nəzərə alınır və pul mükafatının ödənişi faktiki xidmət etmiş tam aylara proporsional olaraq (xidmətin hər bir tam təqvim ayı üçün 1/12-i qədər) həyata keçirilir. Göründüyü kimi əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ilin yekunlarına görə nöqsansız xidmət etmiş hərbi qulluqçuya birdəfəlik pul mükafatına layiq görüldüyü halda müvafiq əmrlə birdəfəlik pul mükafatı verilir. Məhkəmə qeyd edir ki, il ərzində verilən məzuniyyət müavinəti və yaxud maddi yardım hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənildiyi halda birdəfəlik pul mükafatı adından da göründüyü kimi qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və nöqsansız intizama görə verilir. Yəni bidrəfəlik pul mükafatı hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq verilən pul təminatıdır. Hərbi qulluqçunun hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq alınan əlavələrinə münasibətdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqçunun həmin mükafata layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, yalnız hərbi hissə rəhbərliyinin qiymətləndirməsi ilə hərbi qulluqçu birdəfəlik pul mükafatına layiq olduğu qənaətinə gəlindikdə müvafiq əmrlə pul mükafatı verilir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı xidmətində yol verdiyi nöqsanlara görə xx.xx.2008-ci il tarixdə sərəncama götürülmüş və iddiaçının həmin il üçün birdəfəlik pul mükafatına layiq görülməsi barədə hərbi hissə rəhbərliyi müvafiq əmr verməmişdir. Belə olan halda 2008-ci il üçün birdəfəlik pul mükafatının verilməsi hissəsində də iddia tələbi təmin edilməməlidir. İİİ. 2011-ci ildə ehtiyata buraxılarkən 3 aylıq növbəti məzuniyyətin istifadə etmədiyi 45 gününün əvəzinə pul kompensasiyasının ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Göründüyü kimi qanunverici 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçunun ehtiyata buraxılarkən ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti 3 ay müddətində məzuniyyətin verilməsini nəzərdə tutmuşdur. Üstəlik qanunverici 20 ildən çox xidmət etmiş hərbi qulluqçunun ehtiyata buraxılma səbəbindən asılı olmayaraq (məs, öz arzusu ilə və s.) və eləcə də hərbi hissə komandirinin əmrində göstərilib-göstərilməməsindən asılı olmayaraq 3 aylıq məzuniyyətin verilməli olduğunu, istifadə edilməmiş məzuniyyətə görə isə müvafiq kompensasiyanın ödənilməli olduğunu bilavasitə ifadə etmişdir. Hazırkı işdən müəyyən olunur ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin xx.xx.2011-ci il tarixli 054 №-li nizami hissə üzrə əmri ilə 24 fevral 2011-ci il tarixdən 09 aprel 2011-ci il tarixədək 45 gün müddətinə məzuniyyət verilmiş və məzuniyyətə çıxması ilə əlaqədar bir vəzifə maaşı məbləğində müavinət ödənilməsi qərara alınmışdır. Başqa sözlə, iddiaçıya qanunla verilməli olan 3 aylıq, yəni 90 günlük məzuniyyətdən yalnız 45 günlük məzuniyyət verilmiş, cavabdeh tərəfindən istifadə edilməyən 45 günlük məzuniyyət üçün isə müvafiq kompensasiyanın ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə iddianın 2011-ci ildə ehiyata buraxılarkən istifadə etmədiyi 45 günün əvəzinə kompensasiyanın ödənilməsi hissəsində tələbin təmin edilməsi nəticəsinə gəlir. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanunu ilə həm “Hərbi qulluqçuların statusu haqqında" Qanuna, həm də "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə dəyişiklik edilmiş və aşağıdakı məzmunda yeni bir müddəa əlavə edilmişdir: "Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.". Göründüyü kimi, qanunvericiliyə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya ödənilməsi barədə müddəa daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997- ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə”Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” xx.xx.2010-cu il tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Sözügedən Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” xx.xx.2012-ci il tarixli 217 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. Yuxarıda qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə iddiaçının qeyd edilən 45 günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın bu barədə cavabdeh Dövlət Sərhəd Xidmətinə müraciət etdiyi xx.xx.2021-ci il tarixdə mövcud vəzifə maaşına uyğun olaraq hesablanaraq ödənilməsi qənaətinə gəlir. İddiaçının yuxarıda qeyd edilən 2008-ci il üzrə müvafiq pul təminatlarının ödənilmədiyi dəlili ilə isə məhkəmə razılaşmır. Əvvəla, hesablanmış və ödənilmiş pul təminatı ilə bağlı məhkəməyə müvafiq əmrlər, iddiaçıya aid pul təminatı və əmək haqqı üçün şəxsi vərəqə təqdim edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, DSX rəisinin xx.xx.2018-ci il tarixli 0395 əmrinin icrası ilə əlaqədar yaradılmış daxili yoxlama komissiyasının xx.xx.2019-cu il tarixli Qeyd-424m nömrəli aktına əsasən Maliyyə Plan İdarəsi üzrə xx.xx.2016-cı il tarixədək olan, saxlanma müddəti başa çatmış, praktiki əhəmiyyətini itirmiş maliyyə-təsərrüfat sənədləri seçilmiş və müvafiq təlimatların tələblərinə uyğun olaraq komissiya üzvlərinin iştirakı ilə yandırılma yolu ilə məhv edildiyi, məhvetmənin nəticələrinin Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli Qeyd-425m nömrəli aktı ilə rəsmiləşdirildiyi müəyyən olunmuş, Maliyyə Plan İdarəsi üzrə məhv edilmiş arxiv sənədli materialların adlı siyahısı təqdim edilmiş, həmin siyahıda xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək pul vəsaitlərinin məsrəfinə aid mədaxil və məxaric sənədləri qeyd edilmişdir. Eyni zamanda iddiaçının işlədiyi vaxt əmək haqqının ödənildiyi bank kartı üzrə bank hesabına dair məlumatdan görünür ki, iddiaçıya aid müvafiq bank hesabı xx.xx.2010-cu ildə açılmışdır. Başqa sözlə, iddiaçıya 2008-ci il əmək haqqı pul paylanma cədvəllərinə uyğun ödənilmiş, hazırda həmin pul paylanma cədvəlləri məhv edilmiş, iş materiallarında olan müvafiq əmr və əmək haqqına dair şəxsi vərəqə iddiaçıya müvafiq ödənişlərinin ödənildiyini deməyə əsas verir. İddiaçı 2008-ci il üçün müvafiq ödənişlərin ödənilmədiyini sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, iddiaçıya ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş 45 (qırx beş) günlük məzuniyyətə görə kompensasiyanın bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət etdiyi xx.xx.2021-ci il tarixdəki mövcud vəzifə maaşına uyğun hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 52, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün istifadə edilməmiş 45 (qırx beş) günlük məzuniyyətə görə kompensasiyanın bu barədə cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdəki mövcud vəzifə maaşına uyğun hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar