Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10351/2022 18.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçı sabiq dövlət qulluqçusu İddiaçı 63 yaşı tamam olduğu 12 aprel 2015-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas götürülməklə, dövlət qulluğundakı 12 il 3 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 65 faizi məbləğində və 01 yanvar 2022-ci il tarixdən də “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 317 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi maddi yardım da nəzərə alınmaqla pensiya hesablanıb ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 1952-ci il tarixdə anadan olmaqla 12 aprel 2015-ci ildə 63, 12 aprel 2017-ci ildə də 65 yaşı tamam olmuş və uzun müddət müxtəlif işlərdə, son illərdə də dövlət qulluğunda işləyərək 12 aprel 2015-ci il tarixdə 63 yaşının tamam olması ilə əlaqədar 12 il 3 ay 28 gün qulluq stajına uyğun olaraq iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmşdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli **********0 №-li məktubundan görünür ki, həmin vaxt ona pensiya düzgün hesablanmamış və 4562,66 manat artıq pul vəsaiti ödənilmişdir. Məktubda həmçinin göstərilir ki, ona əmək pensiyası 03 may 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun əsasında hesablanmışdır. Halbuki, onun 12 aprel 2015-ci il tarixdə 63 yaşı, 12 aprel 2017-ci il tarixdə də 65 yaşı tamam olmuş və ona görə də onun əmək pensiyası, yaşa görə pensiyaya çıxmaq hüququnun yarandığı vaxt, yəni 03 may 2017-ci il tarixə kimi qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun əsasında hesablanmalıdır. Onun 12 aprel 2015-cı il tarixdə 63 yaşı, 12 aprel 2017-ci il tarixdə də 65 yaşı tamam olduğuna görə həmin tarixlərdən də yaşa görə pensiya almaq hüququ yaranmış və həmin tarixdən sonra “Əmək pensiyaları haqqında” Qanuna edilmiş əlavə və dəyişikliklər ona münasibətdə tətbiq oluna bilməz və qanunvericiliyin tələbinə görə əmək pensiyasının məbləği 03 may 2017-ci il tarixə kimi qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun əsasında, yəni dövlət qulluğunda olduğu 12 il 3 ay 28 gün stajına görə dövlət məvacibinin orta aylıq məbləğinin 65 faizi miqdarında hesablanmalıdır. Ona görə də 25 may 2022-ci il tarixli məktubla yenidən cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, əmək pensiyasının həmin qaydada, yəni 03 may 2017-ci il tarixə kimi qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun əsasında yenidən hesablanmasnın təmin edilərək ödənilməsi və nəticəsinin ona bildirilməsini xahiş etmişdir. Cavabdeh 13 iyun 2022-ci il tarixli **********35 №-li məktubla ona cavab vermiş və həmin məktubda da göstərilir ki, ona hesablanmış pensiyanın məbləği cari ilin mart ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 801,40 manatdan 606,37 manata azaldılıb, həmçinin ona xx.xx.2015 - xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4562,66 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar artıq ödənilmiş 4562,66 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Cavabdeh əmək pensiyasının nəyə görə azaldılması və ona pensiya təyin edilmiş pensiyasının 801,40 manatdan 606,37 manata azaldılmasının səbəblərini açmasa da bu “Əmək pensiyaları haqqında” Qanuna 03 may 2017-ci il tarixdə edilmiş əlavə ilə əlaqədardır. Göründüyü kimi, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 26.2, 26.3, 20.11.3-cü maddələrinin tələblərini pozaraq həmin hüquq normalarını tətbiq etməmiş, əksinə “Əmək pensiyaları haqqında” Qanunun hazırkı mübahisəyə tətbiq edilməli olmayan, Qanuna 03 may 2017-ci ildə əlavə edilmiş 20.8.2-ci maddəni tətbiq etməklə ona hesablanmalı olan pensiyanın məbləğini 12 il 3 ay 28 gün dövlət qulluğu stajı üzrə orta əmək haqqının 65 %-i miqdarında hesablanmalı olduğu halda, Qanuna 03 may 2017-ci ildə edilmiş əlavədə nəzərdə tutulan 40,83 %-i miqdarında müəyyən etmiş və bununla da pensiyasının məbləği 195 manat azaldılaraq vəziyyətinin ağırlaşdırılmasına səbəb olmuşdur ki, bu da qanunvericiliyin yolverilməz qaydada pozulmasıdır. Bütün qeyd olunanlara görə də cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçı sabiq dövlət qulluqçusu İddiaçı 63 yaşı tamam olduğu 12 aprel 2015-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas götürülməklə, dövlət qulluğundakı 12 il 3 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 65 faizi məbləğində və 01 yanvar 2022-ci il tarixdən də “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 317 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi maddi yardım da nəzərə alınmaqla pensiya hesablanıb ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçıya Fondun Xətai rayon şöbəsi tərəfindən 12 aprel 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 12 aprel 2015-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 440,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 88,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 75,17 manat olmaqla orta aylıq əmək haqqı 683,17 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 12 il 3 ay 28 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqı (683,17 manat) 65 faizi-444,06 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15379,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 15052,79 manat ödənilib. Bu səbəbdən də ona həmin dövr ərzində 326,49 manat əskik pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 12 il 3 ay 28 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 40,83 faiz təşkil edir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 485,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 97,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 82,85 manat olmaqla orta aylıq əmək haqqı 744,85 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (683,17 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (744,85 manat) arasındakı fərq məbləğinin (61,68 manat) 40,83 faizi-25,18 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (444,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 469,24 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8446,32 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 9805,23 manat ödənilib. Bu səbəbdən də iddiaçıya həmin dövr ərzində 1358,91 manat artıq pul vəsaiti ödənilib. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 730,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi 146,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 124,71 manat olmaqla orta aylıq əmək haqqı 1080,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (744,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1080,71 manat) arasındakı fərq məbləğinin (335,86 manat) 40,83 faizi-137,13 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (469,24 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 606,37 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18191,10 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 21721,34 manat ödənilib. Bu səbəbdən də iddiaçıya həmin dövr ərzində 3530,24 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 326,49 manat əskik pul vəsaiti, xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 4889,15 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 4562,66 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 4562,66 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məlumat üçün bildirilir ki, Mərkəzi Filial tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********0 saylı xx.xx.2022-ci il tarixli Qərar qəbul edilərək cari ilin mart ayından etibarən əmək pensiyasının 606,37 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Bundan başqa cari aydan (1 yanvar 2022-ci il tarixindən hesablanmaqla) iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-60,63 manat məbləğində maddi yardım ödənilir. Odur ki, qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1952-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubla göndərilmiş sənədlərdən görünür ki: - Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 561 nömrəli qərarı ilə İddiaçı aprel 2015-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən İddiaçı vəzifə maaşı 730,00 manat, ixtisas dərəcəsinə görə 80,00 man, qulluq stajına görə əlavə 20% olmaqla 146,00 man, mükafatlar 410% olmaqla 124,71 manat, yenidən hesablanmış pensiya məbləği 606,37 man, hazırkı pensiya məbləği 616,97 manatdır. İş materiallarına əlavə edilmiş X3 Sistemindən xx.xx.2022-ci il tarixli çıxarışa əsasən xx.xx.2015-ci il tarixli 226202 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdən təyin edilmiş aylıq pensiya məbləği 606,37 manat, maddi yardım 60,63 manatdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında məktubda bildirilmişdir ki, pensiya işinizə aid sənədlərdə sizə Fondun Xətai rayon şöbəsi tərəfindən 12 aprel 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 12 aprel 2015-ci il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 440,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz 88,00 manat, ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 75,17 manat olmaqla orta aylıq əmək haqqınız 683,17 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-ci maddəsinə əsasən 12 il 3 ay 28 gün qulluq stajınıza uyğun olaraq orta aylıq əmək haqqınız (683,17 manat) 65 faizi-444,06 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən sizə xx.xx.2015-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15379,28 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 15052,79 manat ödənilib. Bu səbəbdən də sizə həmin dövr ərzində 326,49 manat əskik pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 12 il 3 ay 28 gün dövlət qulluğu stajınıza görə əmək pensiyanızın hesablanılması üçün vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 40,83 faiz təşkil edir. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 485,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəniz 97,00 manat, ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 82,85 manat olmaqla orta aylıq əmək haqqınız 744,85 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (683,17 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınız (744,85 manat) arasındakı fərq məbləğinin (61,68 manat) 40,83 faizi-25,18 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (444,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 469,24 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən sizə xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8446,32 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 9805,23 manat ödənilib. Bu səbəbdən də sizə həmin dövr ərzində 1358,91 manat artıq pul vəsaiti ödənilib. “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 730,00 manat, qulluq stajına görə vəzifə maaşınızın 20 faizi miqdarında əlavəniz 146,00 manat, ixtisas dərəcəsinə görə əlavəniz 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 124,71 manat olmaqla orta aylıq əmək haqqınız 1080,71 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (744,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınız (1080,71 manat) arasındakı fərq məbləğinin (335,86 manat) 40,83 faizi- 137,13 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanızın (469,24 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 606,37 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən sizə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 18191,10 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət üçün 21721,34 manat ödənilib. Bu səbəbdən də sizə həmin dövr ərzində 3530,24 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən sizə xx.xx.2015xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində 326,49 manat əskik pul vəsaiti, xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində isə 4889,15 manat artıq pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə 4562,66 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 4562,66 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. Məlumat üçün bildirilir ki, Mərkəzi Filial tərəfindən cari ilin mart ayından etibarən əmək pensiyanızın 606,37 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. Bundan başqa cari aydan (1 yanvar 2022-ci il tarixindən hesablanmaqla) sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinizin 10 faizi-60,63 manat məbləğində maddi yardım ödənilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia cavabdehdən pensiyanın yenidən hesablanması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. Pensiya işinin surətindən müəyyən olunur ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 561 nömrəli qərarı ilə aprel 2015-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edilən zaman iddiaçının 12 il 03 ay 28 gün dövlət qulluğu müddəti nəzərə alınmaqla orta aylıq əmək haqqının 65 faizi məbləğində pensiya hesablanmışdır. İddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli qərarına əsasən pensiya məbləği artım faizi 40,83% olmaqla iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Hazırkı iddiasında iddiaçı ona pensiya təyin edilən zaman 12 aprel 2015-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsas götürülməklə, dövlət qulluğundakı orta aylıq əmək haqqının 65 faizi məbləğində pensiyasının hesablanılmasını mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cü maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ƏPQ-nun 20.11.3-cü maddəsi ləğv edilmişdir.) “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən: -20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; -20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın: -1.1-ci bəndinə görə bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. -1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. -2.2-ci bəndinə görə Qanunun 20-ci maddəsində göstərilən şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı qaydada yenidən hesablanır: 2.2.3. Qanunun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: PMA = ƏHA x (FD x 50% / 15), burada: PMA – pensiyanın artım məbləği; ƏHA – orta aylıq əməkhaqqının artım məbləği; FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür. Sadalanan normalardan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 ildən yuxarı dövlət qulluğu stajı olan şəxslərə azı 10 il üçün dövlət məvacibinin orta aylıq məbləğinin 55 % + 10ildən yuxarı hər il üçün orta aylıq məbləğinin 5 % əlavə olmaqla ümumilikdə 80 %-dən çox olmamaqla müəyyən olunan məbləğlə əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilirdi. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası qəbul edilmişdir. Qaydanın tələbinə əsasən ƏPQ-nun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği iki halda yenidən hesablanır:
1. əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə;
2. həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı artırıldıqda. Qeyd edilməlidir ki, göstərilən iki haldan birinin olması kifayətdir ki, pensiya təyinatını aparan orqan tərəfindən qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği Qaydanın tələbinə uyğun olaraq yenidən hesablansın. Dolayısı ilə adıçəkilən Qayda xx.xx.2017-ci ilədək pensiya təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanmasını pensiya təyin edən orqanın mülahizəsinə və ya pensiyaçının seçiminə buraxmamış, yenidən hesablamanın imperativ qaydasını müəyyən etmişdir. Göstərilən normaları işin halları ilə müqayisəli təhlil etdikdə müəyyən olunur ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən 12 il 03 ay 28 gün dövlət qulluğu stajına görə həmin vaxt qüvvədə olmuş ƏPQ-nun 20.11.3-cü maddəsinə əsasən orta aylıq əmək haqqının 65 % (10 il üçün 55%+ 2 il üçün hər ilə 5% olmaqla cəmi 65%) pensiya məbləği hesablanmışdır. Bu zaman iddiaçının vəzifə maaşı 440 manat, qulluq stajına görə əlavə 20% olmaqla 88 manat, ixtisas dərəcəsinə görə 80 manat, mükafatlar 410% olmaqla 75,17 manat, cəmi dövlət məvacibi 683,17 manat, pensiya məbləği 444,06 manat hesablanmışdır. Daha sonra “Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 485,00 manata artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə maaşı artırıldığından əmək pensiyası yenidən hesablanmış, bu zaman Qaydanın 2.2.3-cü bəndinə əsasən pensiya mələği faizi 40,83%-lə hesablanmışdır. Belə ki, Qaydanın 2.2.3-cü bəndindəki hesablama qaydasına uyğun olaraq pensiya artım faizinin (səlahiyyət müddətində fəaliyyət dövrü x 50% / 15) müəyyən edilməsi üçün: -qulluq stajı 15 il =180 ay üçün -50% olduğu nəzərə alındıqda iddiaçının 12 il 3 ay qulluq stajı =147 ay (12 il =144 ay +3 ay) olmaqla müəyyən edilən faiz dərəcəsi 40,83% (147x50/180) müəyyən olunur. İddiaçının xx.xx.2018-ci ildə vəzifə maaşı 485 manata qalxmış, müvafiq olaraq qulluq stajına görə əlavə 97 manat (485x20%), ixtisas dərəcəsinə görə 80 manat, mükafatlar 410% olmaqla 82,85 manat, cəmi dövlət məvacibi 744,85 manat müəyyən edilmişdir. Bu zaman Qaydanın 2.2.3-cü bəndindəki pensiyanın artım məbləğinin (orta aylıq əməkhaqqının artım məbləği x faiz dərəcəsi) müəyyən edilməsi üçün: -2018-ci ildəki dövlət məvacibi 744,85 manat-2013-cü ildəki dövlət məvacibi 683,17 manat= 61.68 manat dövlət məvacibinin artım məbləği x 40,83%=25,18 manat. 25,18 manat pensiyanın artım məbləği + 444,06 manat (2013-cü ildəki pensiya məbləği) üzərinə gəlinməklə iddiaçının 2018-ci ildə pensiya məbləği 469,24 manat hesablanmışdır. Həmçinin, xx.xx.2019-cu il tarixdən vəzifə maaşı 730 manata qalxmış, qulluq stajına görə əlavə 20% olmaqla 146 manat (730x20%), ixtisas dərəcəsinə görə 80 manat, mükafatlar 410% olmaqla 124,71 manat, cəmi dövlət məvacibi 1080,71 manat müəyyən edilmişdir. Qaydanın 2.2.3-cü bəndindəki pensiyanın artım məbləğinin müəyyən edilməsi üçün: -2019-cu ildəki dövlət məvacibi 1080,71 manat-2018-ci ildəki dövlət məvacibi 744,85 manat= 335,86 manat dövlət məvacibinin artım məbləği x 40,83%=137,13 manat. 137,13 manat pensiyanın artım məbləği + 469,24 manat (2018-ci ildəki pensiya məbləği) üzərinə gəlinməklə iddiaçının 2019-cu ildə pensiya məbləği 606,37 manat hesablanmışdır. Bundan əlavə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya aldığı 606,37 manat pensiya məbləğinin 10 % - 60,63 manat məbləğində maddi yardım əlavə edilməklə ödənilir. Beləliklə, işin sadalanan hallarından müəyyən edilir ki, iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyası xx.xx.2017-ci il tarixdən sonra Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq əmək pensiyası yenidən hesablanmış, yenidən hesablama zamanı pensiya artım faizi 40,83% müəyyən edilmiş, cavabdeh tərəfindən pensiya məbləğinin hesablanmasında kənarlaşma müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova