Məhkəmə qərarları › İş №2-1(112)-10358/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10358/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10358/2022 24.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib oğlunun sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının vəkili X33 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 21 saylı Vəkil Bürosunda işləyir), iddiaçının nümayəndəsi X4 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası mühəndis, işləmir), cavabdehin nümayəndəsi X16 (Salyan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, iddiaçı X17 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən mənzil üzərində yaranmış mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X28 Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən mənzil üzərində yaranmış mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci ildə Xətai rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 66 №-li Mənzil-Kommunal İstismar Sahəsində dalandar işləmiş, həmin ərazidə də yerləşən ünvan 1 ünvanında yerləşən mənzil boş və istifadəyə yararsız vəziyyətdə olduğundan ailəsi ilə birgə yaşamağı üçün ona təklif olunmuşdur. Həmin mənzil heç kimin yaşamaması və qeydiyatda olmaması halında əvvəllər “Azərenerji“ istehsalat Birliyinin balansında olmuş, sonradan Xətai rayon İcra Hakimiyyətinin balansına verilmişdir. Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli Qətnaməsi ilə və Xətai rayon İcra Hakimiyyətinin etirazı olmadan həmin mənzilə icarə müqaviləsinin bağlanması yolu ilə, istifadə hüququ əldə etmişdir. Dövlət Reyestr Xidmətindən də istifadə hüququnun tanınması ilə bağlı xx.xx.2015-ci il tarixli seriya RX № ******* Çıxarışı və Texniki pasportunu almışdır. Beləliklə 2001-ci ildən etibarən hazıradək, o, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, mənzil 48 ünvanında yaşayır və 2001-ci ildən etibarən artıq 21 ildən çoxdur ki, öz hesabına təmir işləri görmüş, bu mənzil onun qeydiyyatına düşmüşdür. Bütün kommunal xərclər isə vaxtı-vaxtında ödənilmişdir. Ailəsi ilə birgə yaşamaq üçün başqa evi isə ümumiyyətlə yoxdur. Hazırda məhkəmə qərarı ilə əldə etdiyi mülkiyyət hüququnun bir tərkib hissəsi sayılan istifadə hüququndan əlavə, yaşadığı mənzilə tam, sahiblik hüququ ilə, yəni sərəncam vermək hüququ ilə mülkiyyətçi olmağına zərurət yaranmışdır. Bununla bağlı isə cavabdeh orqan - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmək qərarına gəlmiş, cavab məktubu ilə ünvanına gəlməyi təklif edilmiş, şəxsi söhbət əsnasında bildirilmişdir ki, ərizəni təmin etmələri üçün kifayət gədər əsas yoxdur. Bir digər tərəfdən isə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdiyində ona cavab gəlmişdir: “Xətai rayon İcra Hakimiyyətinin 48 № saylı xx.xx.2015-ci il tarixli sərəncamı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Qüvvəyə mindikdən sonra verildiyindən daşınmaz əmlak üzrənində mülkiyyət hüququnuzun qeydiyyata alınması mümkün olmamışdır.” Həmin mənzildə yaşayarkən iddiaçı heç kimin, həmçinin, fiziki və hüquqi şəxslərin, digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamış və mənzil hüquqlarının məhdudlaşdırılması üçün qanun üzrə əsas yoxdur, mənzilin qeydiyyatına düşüb yaşayarkən hazıradək onun bütün kommunal xərclərini tam şəkildə vicdanla ödəmiş, mənzilə sahiblik və sərəncam vermək hüququnun əldə edilib tam mülkiyyətçi qismində tanınması üçün qanuna uyğun, cavabdehlərin ünvanına müvafiq müraciət etmiş, lakin sonuncular əsassız olaraq tələbi təmin etməmişlər. Bundan başqa, hələ Xətai rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli Qətnaməsindən göründüyü kimi, o, Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 66 nömrəli Mənzil Kommunal İstismar Sahəsində dalandar işlədildiyi üçün Xətai rayonu Daşqın Səfərov küçəsi 7 saylı evin, 48 saylı mənzildə ailəsi ilə birgə yaşamağı ona 2001-ci ildən təklif olunmuşdur. Həmin mənzil, hər bir halda, ilk əvvəl "Azərenerji" istehsalat birliyinin balansından çıxaraq, ona verildiyi 2001-ci ilədək, bu sahibin balansında ən azı 10 il müddətin keçərək hüququ varisliklə Xətai rayon İcra Hakimiyyətinin balansına keçmişdir. Yəni, onun istifadəsində olduğu 21 il müddətinə, həmçinin hüquqi varislik edən "Azərenerji" istehsalat birliyinin və Xətai rayon İcra Hakimiyyətinin balansında qalan ən azı 10 il müddəti əlavə olunmalıdır ki, bununla, Mülki Məcəllənin 178.6 və 179.2-ci maddələrinə uyğun, iddia tələblərimə aid həmin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz amlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etməyi sübut olunaraq iddia tələbinə əlavə əsas verir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, araşdırma zamanı məlum oldu ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 48 saylı sərəncamdan çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, 7 saylı evin, 48 saylı mənzili üzərində iddiaçının istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan mənzilə dair Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 48 saylı sərəncamdan çıxarışı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********11 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina məktubunu almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili V.N.Priyev və iddiaçının nümayəndəsi C.C.Canaliyev iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi F.R.Rzayeva iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və ünvan 1 ünvanında yaşayır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********11 nömrəli məktubuna əsasən ünvan 1 ünvanı Xətai Rayon İcra Hakimiyyətinin 48 nömrəli, xx.xx.2015-ci il tarixli sərəncamından çıxarışa və 3367 nömrəli, xx.xx.2014-cü il tarixli Forma 2 arayışına əsasən İddiaçı adına istifadə hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunan mənzilə dair Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 48 saylı sərəncamdan çıxarışı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra verildiyindən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Xətai rayonu İcra Hakimiyyəti Mənzıl-Kommunal Təsərrüfatı Birliyinin 66 saylı Mənzıl- Kommunal İstismar X1 verilimiş 3367 saylı, xx.xx.2014-cü il tarixli arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsində yerləşən 7 saylı evin, yaşayış sahəsi 48,0 kv.metr olan 3 otaqlı 48 saylı mənzilində 5 nəfər ailə üzvü ilə (özü, arvadı və 3 oğlu) yaşayır. Ev yerli hakimiyyətə məxsusdur. Sahibi (kirayəçisi) X11r, həmin mənzildə X28 (1960-cı il təvəllüdlü), X18 (1955-cı il təvəllüdlü), X19 (1985-ci il təvəllüdlü), X20 (1989-cu il təvəllüdlü) və X12 (1994-cü il təvəllüdlü) daimi qeydiyyatdadırlar. Xətai rayon Məhkəməsinin 2-1564/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən İddiaçı, X7, X8 və X9 yetkinlik yaşına çatmayan X3 birlikdə Bakı şəhəri Xətai rayonunun Daşqın Səfərov küçəsindəki 7 №-li evin 48-ci mənzilindən istifadə hüququnun tanınması və onların orada qeydiyyata alınmalarının Bakı şəhəri Xətai rayon Polis İdarəsinə tapşırılması, İddiaçı Bakı şəhəri Xətai rayonunun Daşqın Səfərov küçəsindəki 7 №-li evin 48-ci mənzilinin icarədarı hesab edilməsi, Bakı şəhəri Xətai rayonunun Daşqın Səfərov küçəsindəki 7 №-li evin 48-ci mənzilinə dair İddiaçı ilə yaşayış sahəsinə icarə müqaviləsi bağlanmasının Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Xətai rayonu İcra Hakimiyyəti Başçısının 48 saylı xx.xx.2015-ci il tarixli sərəncamdan çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, D.Səfərov küçəsi, 7 saylı evin yaşayış sahəsi 48.0 kv.m olan 3 otaqlı 48 saylı mənzilin icarə müqaviləsinin (kirayə müqaviləsi) vət.İddiaçı ilə bağlanması və İddiaçı 5 nəfər (özü, h/yoldaşı, 3 oğlu) ailə tərkibi ilə göstərilən mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil Xətai rayonu İcra Hakimiyyəti Başçısının 48 saylı xx.xx.2015-ci il tarixli sərəncamdan çıxarışına əsasən X17 adına istifadə (daimi istifadə) hüququ üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, X29 (xx.xx.1960-cı il təvəllüdlü), X21 (xx.xx.1955-ci il təvəllüdlü); X22 (xx.xx.2014-cü il təvəllüdlü); X26 (xx.xx.2013-cü il təvəllüdlü); X27 (xx.xx.1992-ci il təvəllüdlü); X13 (xx.xx.2001-ci il təvəllüdlü); X25 (xx.xx.2020-ci il təvəllüdlü); X23 (xx.xx.1985-ci il təvəllüdlü); X24 (xx.xx.1989-cu il təvəllüdlü); X14 (xx.xx.1994-cü il təvəllüdlü) ünvan 1 ünvanında qeydiyyatdadırlar. ünvan 1 ünvanında qeydiyyatda olan X2 **********026 nömrəli xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 48 saylı mənzilin X17 adına özəlləşdirilməsinə və onun adına çıxarışın verilməsinə etiraz etmədiyini bildirmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan X27 və X5 **********9388 nömrəli xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 48 saylı mənzilin X17 adına özəlləşdirilməsinə və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına etiraz etmədiklərini bildirmişdirlər. ünvan 1 ünvanında qeydiyyatda olan X6 **********023 nömrəli xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 48 saylı mənzilin X17 adına özəlləşdirilməsinə və onun adına çıxarışın verilməsinə etiraz etmədiyini bildirmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan X4 **********500 nömrəli xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 48 saylı mənzilin X17 adına özəlləşdirilməsinə və çıxarışın alınmasına etiraz etmədiyini bildirmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan X15 **********896 nömrəli xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq edilmiş ərizəsinə əsasən, o, Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 7, 48 saylı mənzilin X17 adına özəlləşdirilməsinə razı olduğunu bildirmişdir. İV-JQ 263362 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X21 ilə X42 arasında 3.12.1984-cü il tarixində nikah bağlanmışdır. Məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının İdarəyə ünvanladığı xx.xx.2021-ci il tarixli müraciəti və müraciətə verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunun təsdiq edilmiş surətləri təqdim olunmuşdur. Məhkəmənin sorğusuna əsasən, Xətai rayon Məhkəməsi xx.xx.2022-ci il tarixdə təqdim etdiyi məktubunda bildirmişdir ki, İddiaçı və qeyrilərinin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “mənzildən istifadə hüququnun tanınması, qeydiyyata alınma və icarə müqaviləsi bağlanması "tələbinə dair iddia ərizəsi Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1564/2007 nömrəli qətnaməsinə əsasən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən apelyasiya şikayəti verilmiş, mülki iş materialı apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1 MK-1353/07 nömrəli qərardadına əsasən cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin apellyasiya şikayətindən imtinası qəbul edilərək, apellyasiya icraatına xitam verilmişdir. Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-1564/2007 nömrəli qətnaməsi xx.xx.2008-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinə və Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; «Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа» Аzərbаycаn Rеspublikаsının Qаnununun 1-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci mаddəsinə əsаsən, bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Həmin Qanunun 6 -ci maddəsinə görə, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Həmin Qаnunun 8-ci mаddəsinə əsаsən, “Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.” Həmin Qаnunun 9-cu mаddəsində göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. İş mаtеriаllаrındаn göründüyü kimi, iddiаçının hazırda yaşadığı və onun adına özəlləşdirilməsini tələb etdiyi mənzil (3 otaqlı ümumi sahəsi 48,0 kv.m olan) 2001-ci ildən iddiaçının və ailəsinin faktiki istifadəsindədir, iddiaçının həmin mənzilə dair istifadə hüququ daşınmaz əmlakın Dövlət reyesrində qeydiyyata alınmışdır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun normaların mövqeyindən çıxış edərək məhkəmə qeyd edir ki, Xətai rayon Məhkəməsinin 2-1564/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhəri, Daşqın Səfərov küçəsindəki 7 nömrəli evin,48-ci mənzilinin icarədarı hesab edilmiş, iddiaçı ilə həmin mənzil üzrə icarə müqaviləsinin bağlanması vəzifəsi Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin qətnamə xx.xx.2008-ci ildə icra edilməsi üçün Xətai rayon İcra Hakimiyyətinə göndərilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, hazırki mənzil 2001-ci ildən iddiaçının qanuni istifadəsində olduğu, lakin iddiaçı bu günə qədər mənzili özəlləşdirmək hüququndan istifadə etmədiyi üçün məhz Mənzil Məcəllənin 146.1-ci maddəsinin müddəalarına əsasən sözügedən mənzili “Аzərbаycаn Rеspublikаsındа mənzil fоndunun özəlləşdirilməsi hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununun tələblərinə əsasən özəlləşdirmək hüququ vardır. Cavabdehin “Xətai rayon İcra Hakimiyyətinin 48 № saylı xx.xx.2015-ci il tarixli sərəncamı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Qüvvəyə mindikdən sonra verildiyindən daşınmaz əmlak üzrənində mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmaması” ilə əsaslandırdığı imtinası qanuni və əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək Xətai rayon Məhkəməsinin 2-1564/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddiaçının sözügedən mənzildən istifadə hüququ tanınaraq qeydiyyata alınmış və yaşayış sahəsinə icarə müqaviləsi bağlanması Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinə həvalə edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1.18. dövlət reyestrinə daxil edilmiş daşınmaz əmlakın bazar münasibətlərinə uyğun real dəyəri üzrə məlumat bankının yaradılmasını təmin etmək, daşınmaz əmlakın bazar münasibətlərinə uyğun real dəyəri haqqında məlumatı sorğu əsasında dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə vermək; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in: 3.1.19. dövlət və ictimai mənzil fondunun yaşayış sahələrinin xüsusi mülkiyyətə verilməsini rəsmiləşdirmək; 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdehin vəzifələrinə aid edilmişdir. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçı X17 ünvan 1 ünvanında yerləşən mənzil üzərində yaranmış mülkiyyət hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçirilərək daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı X17 adına ünvan 1 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar