Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10358/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), cavabdehin nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1na qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1na qarşı iddia qaldıraraq 1980-cı ildən 1994-cü ilə qədər işlədiyi müddət nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1980-cı ilin əvvəlindən 1993-cü ilin tədrisin sonuna qədər Ağdam rayon 3 №li məktəbdə müəllim işləmişdir.Ağdam rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra müəllimlik fəaliyyətini dayandırmışdır.1994cü ilin oktyabr ayından bu günə qədər Nəsimi rayon S.Poladi adına tam orta məktəbdə müəllim işləyir. Ona əmək pensiyası təyin edilərkən 1980-cı ildən 1993-cü ilə qədər müəllim işlədiyi müddət nəzərə alınmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 3 nömrəli orta məktəbdə işlədiyi dövrləri təsdiq edən etibarlı sənəd olmadığından (əmək kitabçası, arxiv arayışı) ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ.İddianın növü və mümkünlüyü
4. Məhkəmə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. 5.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İnzibati-Prosessual Məcəlləsinin 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
6.İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 7.Cavabdein nümayəndəsi L.Şükürova məhkəmə iclasında iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. 8.Məhkəmədə şahid qismində dinlənilən X3 ifadəsində bildirdi ki, o, 1982-1993-cü illərdə Ağdamda 3 nömrəli məktəbdə ingilis dili müəlliməsi işləmişdir, Flora xanım həmin vaxt analıq məzuniyyətində idi, o isə iddiaçının yerinə işə qəbul olunmuşdu.Onlar bir yerdə işləmişlər.Onun özünə pensiya məhkəmə yolu ilə təyin olunmuşdur.Məktəbin direktoru əvvəllər Kərəm müəllim idi, o vəfat edəndən sonra Zoya xanım direktor təyin olundu. 9.Məhkəmə iclasında şahid qismində dinlənilən X2 ifadəsində bildirdi ki, iddiaçını çoxdan tanıyır, o özü kənd məktəbində işləmişdir, sonra isə 3 nömrəli Ağdam məktəbinə köçürülmüşdür, 1986-cı ildən işləmişdir, işə gedən müddətlərdə iddiaçını görmüşdür, Flora xanım fransız dili müəlliməsi idi, hal-hazırda şahid özü Nəsimi rayonu 151 nömrəli məktəbdə riyaziyyat müəlliməsi işləyir, yaşa görə pensiyaya çıxmamışdır, əlilliyə görə pensiya alır, arayışı ona Ağdam rayon Təhsil Şöbəsi vermişdir, həmin arayış əmək kitabçasının arxasına tikilmişdir, arayış təxminən 1995-ci ildə verilmişdir, dəqiq xatırlamır.
10. İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzinin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən iddiaçıya xx.xx.2018-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixinədək 16 il 2 gün sığorta stajına və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci İl tarixinədək 12 il 3 ay sığorta stajına uyğun olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25771,68 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanmış və məbləğində dəyişiklik olmamışdır, Ağdam rayon 3 nömrəli orta məktəbdə olan dövrlərlə əlaqədar təqdim edilən sənəddə işə girmə və işdən azad olma əmrləri olmadığından, həmçinin sözügedən sənəd arxiv arayışı hesab edilmədiyindən qeyd olunmuş dövrlərin sığorta stajına daxil edilməsindən imtina edilmişdir; iddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.1994-cü ildən Bakı şəhərində 159 nömrəli məktəbdə müəllim işləyir, əmək kitabçasında edilən qeydə əsasən iddiaçının həmin tarixə qədər 14 il iş stajı olmuşdur; Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Ağdam rayon 3 №li orta məktəbin 1980-1993-cü illərə aid arxiv sənədləri rayonun işğalı ilə əlaqədar olaraq işğal altında olmuş ərazilərdə qalmışdır; Ağdam rayon 3 №li orta məktəbin direktoru Z.Ağamirovanın imzaladığı xx.xx.1998-ci il tarixli arayışa əsasən iddiaçı 1980-cı ildən 1993-cü ilə kimi Ağdam şəhər 3 №li orta məktəbdə fransız dili müəllimi işləmişdir; Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsi Ağdam rayonu üzrə təhsil sektorunun xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktublarına əsasən Ağdam rayonunun işğalı ilə bağlı İddiaçı 1980-1993-cü illərdə Ağdam şəhər 3 №li məktəbdə işləməsi barədə məlumat verilməsi mümkün deyildir, 1993-cü ildə Ağdam şəhər 3 №li məktəbin direktoru X1 olmuşdur, həmin şəxs 2011-ci ildə vəfat etmişdir; 11.Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş - iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsinə dair inzibati icraat materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür və şəhid ailəsidir, iddiaçıya xx.xx.2018-ci il tarixində ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir.
İV. Məhkəmənin mövqeyi
12.Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsalıdır.
13. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 14.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Həmin Qanunun 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 15.Hazırda işin faktiki hallarına əsasən iddiaçıya pensiya təyin edilərkən 1980-cı ildən 1994-cü ilə qədər olan, Ağdam şəhəri 3 nömrəli orta məktəbdə müəllim işlədiyi dövr nəzərə alınmamışdır və iddiaçının məcburi köçkün olduğu Ağdam rayonunun Təhsil Şöbəsinin sənədləri vaxtilə işğal olunmuş ərazilərdə qaldığı üçün iddiaçı malik olduğu sənədlər əsasında həmin dövrdəki iş stajının əmək stajına daxil edilməklə pensiyasının yenidən hesablanması tələbi ilə məhkəməyə müraciət etmişdir. 16.Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi və inzibati məhkəmə araşdırmasının gedişində tədqiq olunan sübutlar - əmək kitabçası, 1980-1994-cü illərdə işlədiyi məktəbin vaxtilə direktoru olmuş şəxs (Zoya Ağamirova) tərəfindən imzalanmış arayış və şahid ifadələri, məcburi köçkün olması haqqında arayış məcmu şəkildə iddiaçının həqiqətən də 1980-cı ildən 1994-cü ilə qədər Ağdam şəhər 3 nömrəli orta məktəbində müəllim işləməsi faktını təsdiq edir. Cavabdehin imtina məktubunda göstərdiyi – iddiaçının əmək fəaliyyətini təsdiq edə biləcək əmrlərin və arxiv arayışının isə təqdim edilməsi iddiaçıdan asılı olmayan səbəblərdən mümkün deyildir, belə ki, iddiaçının 1980-cı ildən 1994-cü ilə qədər işlədiyi Ağdam şəhər 3№li orta məktəb qanunsuz erməni silahlı qüvvələri tərəfindən işğal edilən ərazidə qalmışdır və məhz bu səbəbdən hal-hazırda nə Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialında, nə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsində və həmin idarənin Ağdam rayonu üzrə təhsil sektorunda saxlanılmırlar. Belə olan halda iddiaçının sosial təminat hüququnun pozulmaması məqsədilə təqdim etdiyi şahid ifadələri və arayış əsasında onun 1980-1993-cü illərdə iş stajının müəyyən edilməsini məhkəmə mümkün hesab edir. 17.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının xeyrinə olan halları araşdırmamış və onları nəzərə almaqdan əsassız imtina etmişdir. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 1980-cı ildən 1994-cü ilə qədər işlədiyi müddət nəzərə alınmaqla əmək pensiyası məbləğinin yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 üzərinə qoyulmalıdır. 20.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 21.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 22.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 1980-cı ildən 1994-cü ilə qədər işlədiyi müddət nəzərə alınmaqla əmək pensiyası məbləğinin yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova