Məhkəmə qərarları › İş №2-1(112)-10359/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10359/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10359/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı əmrdə dəyişiklik edilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasi Xüsusi Döviət Mühafizə Xidmətinin 2-ci şöbəsinin əməkdaşı, baş çavuşunun, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin V' bəndi ilə (xəstəliyə görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Cavabdeh 03.06.2019-cu il tarixli, 71 ş/h saylı əmrində dəyişiklik edilməsi və onun Azərbaycan Respubiikasi Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının nəzdində olan digər "sıradankənar hərbi xidmətə" keçirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarıllmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azorbaycan Respublikasi Xüsusi Dövlət Mühafizə Xidmətində baş çavuş rütbəsində 12 ildən artıq qüsursuz xidmət etmişdir. Xidmətdə olarkən sağlamlığının pozulması nəticəsində 17.04.2019-cu il tarixdən Azərbaycan Respublikasi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicə almışdır və sağalmağı ilə əlaqədar 30.05.2019-cu il tarixdə evə yazılmışdır. Müalicədən sonra xidmət yerinə qayıdarkən AR XDMX-nin Kadrlar İdarəsinin əməkdaşı onu xidmətə buraxmayıb bildirmişdir ki, işdən azad olunmuşdur və əmrin surətini vermişdir. Həmin "əmrin surəti"ndə göstərilmişdir ki: "Bas çavuş- X1 2-ci şöbənin əməkdaşı "hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin V' bəndi ilə (xəstəliyə görə) XDMX-nin 03 iyul, 2019 il, 71ş/h saylı əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. (05 iyul 2019 il.). AR XDMX-nin Kadrlar İdarəsinin əməkdaşına bildirmişdir ki, barəsində verilmiş əmri əsassız və qanunsuz hesab edir və məhkəməyə mürciət etmişdir. Tələb etsə də XDMX-nin 03 iyun 2019 il tarixli, 71 ş/h saylı əmri və həmin əmrin verilməsinə əsas olmuş rəsmi sənədin surətini, həmçinin əmək kitabçasını və hərbi biletini də ona versinlər ki, iddia ərizəsi ilə birgə məhkəməyə təqdim etsin, lakin ona, cavabında poçt vasitəsi ilə göndəriləcəyi bildirilmişdir. O, iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Lakin qəbul edilmiş qərardadlarla ona bildirilmişdir ki, iddia tələbi müddət buraxılması ilə təqdim edildiyindən mümkünsüz hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, XDMX-nın sabiq hərbi qulluqçusu İddiaçı Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarına görə sıradankənar hərbi xidmətə yararlı hesab edilmiş və bununla əlaqədar olaraq qanunvericiliyə uyğun şəkildə Xidmət rəisinin 03 iyun 2019-cu il tarixli 71 ş/h nömrəli əmri ilə ‘‘Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Məsələ ilə bağlı qeyd edirlər ki, İddiaçı həmin tələbə dair iddiasına Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmış və həmin Məhkəmənin 16 oktyabr 2020-ci il tarixli 2-1(112)-4353/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-1(103)-438/2021 nömrəli qərardadı ilə onun apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2021 -ci il tarixli 2-1(102)-681/2021 nömrəli qərarına əsasən İddiaçı kassasiya şikayəti də təmin olunmamışdır. Eyni məsələ ilə bağlı inzibati iş üzrə mübahisəyə Azərbaycan Respublikası məhkəmələrində baxılmasını iddiaçı özü də təsdiq edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məlumat vermədiyindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi X6 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Xüsusi Dövllət Mühafizə Xidmətinin 03 iyun 2019-cu il tarixli 71 hş №li əmrindən çıxarışdan müəyyən olunur ki, Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə müvafiq olaraq (xəstəliyə görə) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının terapiya profilli hospital Hərbi-Həkim Komissiyasının 30.05.2019-cu il tarixli qərarı ilə sıradankənar hərbi xidmətə yararlı hesab olunmuş 2-ci Şöbənin əməkdaşı baş çavuş İddiaçı 05 iyun 2019 il tarixdən tutduğu vəzifədən azad edilməklə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və hərbi qeydiyyata Bakı şəhəri Sabunçu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə göndərilmişdir. Xəstəlik hərbi xidmət dövründə alınmışdır. Travma hərbi xidmət dövründə alınmışdır. 05.06.2019-cu ilədək xidmət müddəti: Təqvim xidməti 12 il 11 ay 11 gün; güzəştli xidməti 05 il 08 ay 24 gün, cəmi 18 il 08 ay 05 gün. Baş çavuş İddiaçı XDMX rəisinin 24.07.2013 il tarixli 344 nömrəli əmrinə müvafiq olaraq 01.01.2019 il tarixdən 01.06.2019-cu il tarixədək xidmət müddəti üçün birdəfəlik pul mükafatı 100 % ölçüsündə, birdəfəlik müavinət 5 (beş) aylıq vəzifə və rütbə maaşı məbləğində verilsin. Əsas: Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 30.05.2019-cu il tarixli 780 nömrəli arayışı. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4353/2020 saylı 16.10.2020-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı cavvabdeh Azərbaycan Respublkası Dövlət Mühafizə Xidmətinə qarşı cavabdehin 03 iyun 2019-cu il tarixli 71./h nömrəli əmrinin ləğv edilməsi, iddiaçının xidmətini davam etdirmək daha yüngül işə keçirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4353/2020 saylı 16.10.2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28.01.2021-ci il tarixli 2-1(103)-438/2021 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli 2-1(112)-4353/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 28.01.2021-ci il tarixli 2-1(103)-438/2021 saylı qərardadından narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azəraycan Respublikası Ali Məhkəməsinin 13.04.2021-ci il tarixli 2-1(102)-681/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamışdır. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh Azərbaycan Respublikası Xüsusi X3 71 şh №li 03 iyun 2019-cu il tarixli əmrində dəyişiklik edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibatiiqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (maddə 45.5.1). Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 45, 78, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə qarşı əmrdə dəyişiklik edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar