Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10364/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsində düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun şəxsiyyət vəsiqəsində doğum tarixinin xx.xx.1960-cı il kimi düzəliş edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı ildə Ermənistan resp. Stepanavan şəhərində anadan olmuşdur. Onun doğum şəhadətnaməsində doğum tarixi xx.xx.1960-cı il kimi qeyd edilmişdir. 1988-ci ildə Ermənistan respublikasından köçkün düşdükdən sonra, o, ünvan 1 ünvanında yaşayır və hal-hazırda həmin ünvanda qeydiyyatdadır. xx.xx.2010cu il tarixdə iddiaçı şəxsiyyət vəsiqəsi alan zaman şəxsiyyət vəsiqəsində onun doğum tarixi səhv olaraq xx.xx.1960-ci il kimi qeyd edilmişdir. Bakı şəhər Xətai Rayon Polis İdarəsinə müraciət edərək xahiş etmişdir ki, şəxsiyyət vəsiqəsində doğum tarixinin xx.xx.1960-cı il kimi düzəliş edilməsinə köməklik göstərilsin. Lakin cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsi bahanə gətirərək imtina etmişdi.Bu səbəbdən 6 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmişdir. Müraciəti əsasında ona bildirildi ki, Doğum haqqında şəhadətnamənizin bərpa edilməsi barədə xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş müraciətinizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vatandaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər asasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə, əsasən, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Tərəfinizdən təqdim olunmuş sənədlərdə ziddiyyat olduğundan ərizənizin təmin edilməsi şöbə tərəfindən mümkün deyildir. Belə ki, sənədlərin yoxlanılması zamanı aşkar edilmişdir ki, şəxsiyyət vəsiqəsində sizin doğum tarixiniz xx.xx.1960-cı il göstərildiyi halda, doğum haqqında şəhadətnamənizdə xx.xx.1960-ci il qeyd edilmişdir. Yuxarıda göstərilənlərlə əlaqədar məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.
3. İddiaçı akt qeydlərindəki səhvlərin aradan qaldırılması məqsədi ilə 02 may 2023-cü il tarixdə ərizə ilə cavabdeh Xətai rayon Polis İdarəsinə müraciət edərək, onun şəxsiyyət vəsiqəsində doğum tarixinin xx.xx.1960-cı il kimi düzəliş edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Siz doğum haqqında şəhadətnamədə doğum tarixinizin xx.xx.1960 olduğunu lakın, şəxsiyyət vəsiqənizdə doğum tarixinizin xx.xx.1960 kimi qeyd edildiyini və doğum tarixinizin dəyişdirilərək doğum haqqında şəhadətnamənizə uyğun düzəldilməsini və ona uyğun yeni şəxsiyyət vəsiqəsi ilə təmin edilmənizi xahiş etmisiniz. Məlumat üçün bildiririk ki, aidiyyəti məsələ ilə bağlı uyğun olaraq, Asan Xidmət Mərkəzlərində X3 dövlət qeydiyyatı və Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi şöbəsinə müraciət etməyiniz məqsədə müvafiqdir.”
5. Cavabdeh Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
10. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
11. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
12. AZE 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Stepanavan şəhərində anadan olmuşdur. Vəsiqənin verilmə tarixi xx.xx.2010-cu ildir.
13. İ-JZ 337344 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Ermənistan SSR, Stepanavanda doğulmuşdur, atasının adı X8, anasının adı X4r. Şəhadətnamənin verilmə tarixi 25 avqust 1960-cı ildir.
14. Məhkəmənin sorğusuna cavab olaraq X3 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, «Vətəndaşlıq vəziyyəti aktları» X1 Sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü) və İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü) doğumu və ölümü haqqında hər hansı məlumat aşkar edilmədi.
15. Məhkəmənin sorğusuna cavab olaraq Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli 2-1(112)- 10364/2023 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, İddiaçı “xxxxxxx” fərdi identifikasiya nömrəsi (FİN) üzərində ilk dəfə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, ev 18A, mənzil 3 ünvanı üzrə sənədləşdirilərək AZE 03687314 nömrəli və xx.xx.2010-cu il tarixdə AZE 0******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Qeyd olunan şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.
16. Məhkəmənin sorğusuna cavab olaraq X3 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1976-cı il tarixli “Qeydiyyat orqanlarının fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətini göstərən nümunəvi siyahıya əsasən doğum haqqında tibbi şəhadətnamələrin və ərizələrin saxlanma müddəti 1 ildir. Həmin sənədlər məhv edildiyindən M.Paşayevin doğumunun qeydə alınması üçün təqdim edilmiş sənədlərin surətlərinin verilməsi mümkün olmamışdır. Sorğu ilə əlaqədar məhkəməyə təqdim edilən 3275 nömrəli xx.xx.1989-cu tarixli doğum haqqında akt qeydinin surətinə əsasən: X7 xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, atasının adı (xx.xx.1960-cı il təvəllüdlü) İddiaçı, anasının adı (xx.xx.1959-cu il təvəllüdlü) X6r.
IV. Məhkəmənin mövqeyi
17. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı doğum haqqında şəhadətnaməsində və oğlu X5 doğum haqqında akt qeydində idiaçının doğulduğu tarix kimi “xx.xx.1960-cı il”, daha sonra tərtib edilmiş hüquqmüəyyənedici sənəd – vətəndaşın şəxsiyyət vəsiqəsində “xx.xx.1960-cı il” kimi qeyd olunmuşdur. İddiaçı hazırda ona məxsus şəxsiyyət vəsiqəsində doğulduğu vaxtın “xx.xx.1960” kimi deyil, “xx.xx.1960” kimi qeyd olunaraq həmin sənəddə düzəliş edilməsini xahiş edir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. X3 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X3 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. X3 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi X3 qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən X3 qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: X3 qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
20. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.
21. Belə ki, iddiaçının doğum haqqında şəhadətnaməsi mövcuddur, doğulduğu gün, ay və il “xx.xx.1960-cı il” deyil, “xx.xx.1960-cı il” olaraq qeyd olunmuş, oğluna məxsus olan doğum akt qeydində də atasının, yəni iddiaçının doğum tarixi kimi “xx.xx.1960-cı il” göstərilmişdir. Lakin sonradan tərtib edilmiş hüquqmüəyyənedici sənəd olan vətəndaşın şəxsiyyət vəsiqəsində doğulduğu vaxt hissəsində “xx.xx.1960-cı il” kimi qeyd aparılmışdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «X3 dövlət qeydiyyatı Qaydası»: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən X3 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X3 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. X3 dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. X3 dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.
23. Qanunveriliyin tələbindən də göründüyü kimi X3 dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və X3 dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.
24. Şəxsiyyət vəsiqəsinin vətəndaşın doğum haqqında şəhadətnaməsi əsasında verildiyini nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında şəhadətnaməsində və oğlunun doğum haqqında akt qeydində onun doğulduğu tarixin “xx.xx.1960” olması iş materialları ilə müəyyən edilir və həmin sənədin (doğum haqqında akt qeydi) mötəbərliliyi X2 Reyestri Xidmətinin məhkəməyə təqdim etdiyi məlumatı ilə təsdiq olunur.
25. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının hərəkəti nəticəsində vətəndaşın şəxsiyyət vəsiqəsində yol verilmiş yanlışlıqlar şəxsin hüquqlarının pozulmasına, o cümlədən sosial təminat hüququnu həyata keçirməsinə mane olmamalıdır. Buna görə də məhkəmə həmin şəxsin doğum tarixinin “xx.xx.1960-cı il” olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının şəxsiyət vəsiqəsində düzəliş edilməli və doğulduğu tarix “xx.xx.1960-cı il” kimi deyil, “xx.xx.1960-cı il” kimi göstərilməlidir.
26. «X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 10cu bəndinə əsasən X3 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
27. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
Qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsiyyət vəsiqəsində doğum tarixinin xx.xx.1960-cı il kimi düzəliş edilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva