Məhkəmə qərarları › İş №2-1(112)-10364/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10364/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10364/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, anası X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, ev 12-də yerləşən 27 nömrəli mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənədi - çıxarışı almaq üçün ona sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, ev 12-də yerləşən 27 nömrəli mənzil onun anası X3 məxsus idi. Belə ki, anası xx.xx.1942-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Anası vəfat edənə qədər həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış alınmamışdır. Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi, ev 12-də yerləşən 27 nömrəli mənzilin orderi vardır. 70259 nömrəli order anası X1 adınadır. Lakin həmin orderdə anası X2 başqa 3 nəfərində adı vardır. Həmin şəxslər atası X5 (xx.xx.1996-cı ildə vəfat etmişdir), qardaşı - X8 (xx.xx.2018-ci ildə vəfat etmişdir), nənəsi - X6 (vəfat etmişdir). Belə ki, o həmin mənzildə qeydiyyatdadır, amma orderdə adı yoxdur. Lakin 1975-ci ildən özü də həmin mənzildə qeydiyyatdadır. Anası vəfat etmədən öncə onun adını orderə daxil etmək mümkün olmamışdır. Orderdə adı olan şəxslərin hamısı dünyasını dəyişmişdir. Bu səbəbdən də o, anası X1 adına mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış ala bilmir. O, anasının vəfatından sonra bu mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd çıxarış almaq üçün xx.xx.2024-cü ildə Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona verilən xx.xx.2024-cü il tarixli imtina məktubunda isə ona bildirilmişdir ki, ona mülkiyyət hüququnu təsdiq edən sənəd verilməsi mümkün olmamışdır. Çünki o, Bakı şəhər İcra Hakimiyyətindən sərəncam almalıdır. Bakı şəhər İcra Hakimiyyətinə sərəncam üçün müraciət etdikdə isə Bakı şəhər İcra Hakimiyyəti ona xx.xx.2024-cü il tarixli cavab məktubunda orderin arxivi olmadığını bildirmişdir. Belə ki, anasının adına verilmiş orderdə olan şəxslərin razılığı olmadığı üçün o, anasının adına olan əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd - çıxarış ala bilmir və vərəsəlik üçün müraciət edə bilmir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki iddiaçının iddia tələbi hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə ki, işdə olan 70295 nömrəli, xx.xx.1968-ci il tarixli orderin surətindən görünür ki, Şamuyan rayon XDS İK-nin xx.xx.1968-ci il tarixli 57/1693 saylı qərarı ilə ünvan 1 ünvanında yerləşən 2 otaqlı sahəsi 29,7 kv.metr olan mənzil X1 istifadəsinə verilmişdir. Orderdə A.Serbinanın ailə üzvləri kimi X5, X8 və X7 adi qeyd edilmişdir. AZ-İ seriyalı, 970406 nömrəli, xx.xx.2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixində essensial (birincili) hipertenziya səbəbindən ölmüşdür. 497538 nömrəli, xx.xx.1996-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1996-cı ildə ölmüşdür. Ədliyyə Nazirliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 1390 nömrəli məktubundan görünür ki, X1 vəfatı ilə bağlı vətəndaş İddiaçı 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisinə vərəsəlik işinin açılması ilə bağlı müraciət etmişdir. Miras əmlakın hüquq müəyyən edən sənədin olmadığı üçün daşınmaz əmlakın dövlət reyestr xidmətinə məktub ünvanlanmışdır. Daşınmaz əmlakın dövlət reyestr xidməti tərəfindən vətandaşın sənədlərinə imtina edildiyi üçün vərəsəlik işi açılmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanın qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İddiaçı hazırda anası X1 vəfat etdiyini, buna görə də onun istifadəsinə verilmiş mənzilin ona verilməsi barədə sərəncam verilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: - Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. - Maddə 62.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən: - 4. Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri 4.9. Şəhər və mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində: 4.9.8. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək. - 4.18.2. Bu Əsasnamənin 4.7.8-ci, 4.11.11.5-ci, 4.11.17-ci, 4.13.6-cı, 4.15.2-ci, 4.16.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətlər şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmir. İstinad olunan normalardan görünür ki, dövlət mənzil fonduna aid olan yaşayış sahələrinin şəxsə verilməsi yerli icra hakimiyyəti başçısının, hazırkı halda isə mənzilin yerləşdiyi şəhər rayonunun icra hakimiyyəti başçısının səlahiyyətinə aiddir. Belə olan halda isə aydın olur ki, iddiaçı cavabdeh Bak şəhər İcra Hakimyyətindən onun səlahiyyətlərində olmayan məsələnin həllini tələb etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 4alahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar