Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1037/2022 27.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi X10 və X11, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 ünvan 1 ünvanda yerləşən 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayon İcra Hakimiyyəti (keçmiş Qaradağ rayon X12 19 aprel 1989-cu il tarixli, 28 saylı qərarı ilə, X1nun Lökbatan qəsəbəsi, 3-cü massiv, 174 saylı özbaşına tikiliyə qeydiyyata salınmaqla, X13 ilə fərdi evlərin iki tərəfli razılığı əsasında dəyişməsi qeyd olunmuşdur. Hazırda fərdi evdə qeydiyyatda olmaqla, 1989-cu il tarixdən ailə üzvləri ilə birlikdə yaşayır. X1 22.09.2009-cu il tarixdə dünyasını dəyişmiş və 21.07.2012-ci il tarixdə 8 saylı Dövlət Notariat Kontoru tərəfindən 2v-1-219 nömrəli qeyd ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, atasının yeganə varisi o, İddiaçıdur. Cavabdehə ərizə ilə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti 13 aprel 2021-ci il tarixli, **********02 saylı məktubla imtina edilmişdir. Azərbaycan Respublikası Ali Sovetinin 06 noyabr 1991-ci il tarixli “Daimi yaşayış yerlərini məcburi tərk etmiş və vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Qərarına əsasən, Ermənistanda qoyub gəldikləri, evlərini xüsusi evlərlə dəyişdirdikləri barədə notarius qaydasında təsdiq edilmiş sənədləri olan qaçqın ailələrinin bu evdə yaşamalarının 2 ay müddətində rəsmiləşdirilməsi, Respublikadan köçmüş ailələrin dəyişməmiş və ya satılmamış, boşalmış xüsusi mənzillərinin Azərbaycan Respublikasında gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilməsi Bakı şəhər X14 tapşırılmışdır. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinə yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olubolmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsinin iki ay müddətində təmin edilməsi tapşırılmışdır. Göstərilən Fərmanın qeyd edilən bəndləri 25 may 2006-cı il tarixli, 412 nömrəli Fərman əsasında qüvvədən düşmüşdür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 1-ci bəndi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 11.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar qeydə alınma üçün əsasdır. Belə ki, şərh olunduğu kimi “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli, 562 nömrəli Fərmanının 7-ci və 8-ci bəndlərində Azərbaycan Respublikası Nazirlər Kabinetinə yerli cira hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Erməni Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi, müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanlarına tapşırılmışdır. Göründüyü kimi, torpaq sahəsinin əvvəllər kimə ayrılması şərtləndirilməmiş, əksinə Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikintilərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsinin təmin edilməsi tapşırılmışdır. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi evinə dair hüququn ölmüş şəxsə (X4) məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddiaya qarşı etiraz (münasibət) təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq daşınmaz əmlaka dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onun tərkib hissələrinin) texniki pasportu, plan-cizgi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı təqdim edilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləki, işdə olan ərizə və poçt qəbzindən görünür ki, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş **********02 nömrəli, 13.04.20210-ci il tarixli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə və ya həmin qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, sözügedən daşınmaz əmlaka dair tələb olunan hüquqmüəyyənedici sənədlərin əsilləri “ASAN xidmət” mərkəzlərinə təqdim olunacağı təqdirdə müraciətinə qanunvericiliyin tələbərinə uyğun olaraq baxılacaqdır. İşdə olan Qaradağ rayon X12 28/189 nömrəli, 19 aprel 1989-cu il tarixli qərarından çıxarışdan görünür ki, Amasya rayonu Güllübulaq kəndindən gəlmiş X3, X13 ilə qarşılıqlı dəyişmə razılığı əsasında tək özünün Lök-batan qəsəbəsi, massiv 3, ev 174 ünvanına qeydiyyata alınması qərara alınmışdır. İşdə olan Qaradağ rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 mart 2010-cu il tarixdə verilmiş, AZ-İ seriyalı, 356594 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22.09.2009-cu il tarixdə ölmüşdür. İşdə olan Bakı şəhəri 8 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 13 fevral 2018-ci il tarixli, 218 nömrəli məktubdan görünür ki, 22 sentyabr 2009-cu il tarixdə ölmüş X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 8 saylı dövlət notariat kontoruna müraciəti daxil olmuş və vərəslik işi açılmışdır. X3 ölməsi ilə əlaqədar 2009-cu ildə onun vərəsələrindən İddiaçı notariat kontoruna müraciət etmişdir. Vərəsələrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X3 adına olan ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və üzərindəki evə çıxarış verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İşdə olan Bakı şəhəri 8 saylı dövlət notariat kontoru tərəfindən 21.07.2012-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, 22.09.2009-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi Bakı şəhəri, Lökbatan qəsəbəsi, massiv 3, ev 174 yaşayan İddiaçıdur. İşdə olan Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventar Bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətindən görünür ki, ünvan 5 ünvanına dair X7 adına texniki pasport tərtib edilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 10 iyun 2021-ci il tarixli, BA-02488-2021 nömrəli məktubla təqdim edilmiş X6 barəsində keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə 19.04.1989-cu il tarixli, 28/189 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı və ona əlavə edilmiş sənədin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X7 birlikdə ərizəsinə əsasən, Amasya rayonu Güllübulaq kəndindən gəlmiş X3, X13 ilə qarşılıqlı mübadilə əsasında tək özünün Lök-batan qəsəbəsi, massiv 3, ev 174 ünvanına qeydiyyata alınması qərara alınmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş **********90 nömrəli, 01.12.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat İdarənin arxivində aşkar edilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş **********58 nömrəli, 02.03.2022-ci il tarixli məktubun surətindən görünür ki, qoşmaya əlavə edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv, 174 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasport İdarənin arxivində aşkar edilməmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 13 aprel 2021-ci il tarixli, **********02 nömrəli imtina məktubu verilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, işin hallarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 174 saylı fərdi yaşayış evi X9 məxsus olmuşdur. Həmin şəxs qeyd edilən evi Ermənistan SSR Amasya rayonu Güllübulaq kəndindən köçmüş iddiaçının mərhum atası ilə X6 ilə mübadilə etmiş, Qaradağ rayon X17 İcraiyyə Komitəsinin 19.04.1989-cu il tarixli, 28/189 saylı qərarına əsasən iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 174 saylı fərdi yaşayış evinə qeydiyyata alınması qərara alınmışdır. İddiaçı mərhum atasının mübadilə əsasında əldə etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar hesab olunur: (...) 8.0.8. bu Qanunun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən həmin daşınmaz əmlaka dair O.M.Budaqyanın adına şəhər İcra Hakimiyyətinin Texniki İnventar Bürosu tərəfindən həmin daşınmaz əmlaka dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyasına və qiymətləndirilməsinə aid” pasport tərtib edilmişdir. Həmin pasportda mülkün O.M.Budaqyana məxsus olduğu qeyd edilmişdir. Texniki pasportda, həmçinin evin yerləşdiyi torpaq sahəsinin ölçüsü 136.6 kv.m, cəmi meydançanın sahəsi 943.2 kv.m göstərilmişdir. İddiaçının mərhum atası öz ailə üzvləri ilə Bakı şəhərinə köçmüş, Qaradağ rayon X12 İcraiyyə Komitəsinin 19 aprel 1989-cu il tarixli, 28/189 nömrəli Qərarına əsasən, ünvan 7 ünvanına daimi qeydiyyata alınmışdır. Beləliklə, iddiaçının mərhum atasınnın həmin daşınmaz əmlaka dair əvvəlki sahibinin adına verilmiş sənədlərdən irəli gələn əldə etmə və tələbetmə hüquqlarının hüquq varisliyi (razılaşma) yolu ilə əldə etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Sovetinin hazırda qüvvədə olan 1991-ci il 6 noyabr tarixli “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Qərarına əsasən, Ermənistanda qoyub gəldikləri evlərini xüsusi evlərlə dəyişdirdikləri barədə notariat qaydasında təsdiq edilmiş sənədləri olan qaçqın ailələrinin bu evlərdə yaşamalarının 2 ay müddətində rəsmiləşdirilməsi, Respublikadan köçmüş ailələrin dəyişilməmiş və ya satılmamış, boşalmış xüsusi mənzillərinin Azərbaycan Respublikasına gəlib həmin mənzillərdə daimi yaşayan qaçqın ailələrinin Ermənistandan əvvəlki daimi yaşayış yerində məcburən və əvəzsiz qoyduqları evlər üçün kompensasiya kimi bu ailələrin xüsusi mülkiyyətinə verilməsi Bakı şəhər X14 tapşırılmışdır. İddiaçının mərhum atası Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli, 562 nömrəli Fərmanı qəbul edilənədək, ünvan 7 ünvanında məskunlaşmış və 1989-cu ildən qanuni əsasla həmin ünvana qeydiyyata düşmüşdür. Həmin fərdi yaşayış evi iddiaçının mərhum atasının hesab edildiyindən, qanuni əsaslar olmadan dövlət tərəfindən alına və başqa şəxsə verilə bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 6 noyabr tarixli “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Qərarına əsasən dövlət tərəfindən iddiaçıya Respublikanı tərk etmiş milliyyətcə erməni olan şəxsin boşalmış evi üzərində mülkiyyət hüququ verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yaşayış evinə mülkiyyət hüququnun verilməsi evin yerləşdiyi və həmin evə xidmət edən torpaq sahəsi üzərində evin mülkiyyətçisinin ən azından istifadə hüququ, buradan, evin mülkiyyətçisinə münasibətdə “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinin tətbiqi üçün əsas yaranmış olur. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və mərhum X3 vərəsəsi İddiaçı fərdi yaşayış evinə və torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanda yerləşən 0.09 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair hüququn ölmüş şəxsə (X4) məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1037/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1037/2022
27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver