Məhkəmə qərarları › İş №2-1(112)-10370/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10370/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10370/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh 24 aprel 2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 9200,31 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 1114,38 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2021-ci il tarixindən təkrar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 293,13 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2023-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 233,26 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 342,62 manat müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olunan müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 13 il 11 ay 15 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1987-ci il tarixindən xx.xx.1995- ci il tarixinədək (işdən çıxma qeydində səlahiyyətli şəxsin adı, soyadı və imzası qeyd edilmədiyindən) və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrinin tarixi və nömrəsi olmadığından) həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Təqdim olunan xx.xx.2003-cü il tarixli tövsiyə məktubu əsasında 2002-2003-cü illərin sığorta stajında nəzərə alınması mümkün hesab edilmir. Belə ki, xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək və 2002-2003-cü illər üzrə onun əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Təqdim olunan diplomun surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1985-ci il tarixinədək olan təhsil aldığı illər əmək fəaliyyəti dövrləri ilə üst-üstə düşdüyündən sığorta stajına əmək fəaliyyəti dövrü daxil edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində (xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavodda, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ASC-də və 2002-2003 illərdə X3 şirkətində) qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla qulluq stajına görə əlavənin məbləği azaldılmamaqla yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçının xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavodda, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ATSC-də və 2002-2003-cü illərdə X3 şirkətində işlədiyi müddətin sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyih edilmişdir. Hazırda o, 380,37 manat məbləğində pensiya alır. İddiaçıya pensiya təyin edilərkən xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavoda, xx.xx.1999- cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ASC-də və 2002-2003 illərdə X3 şirkətində işlədiyi illər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və pensiya hüququnun yarandığı vaxtdan hesablanmaqla arada olan fərqin iddiaçıya ödənilməsi barədə cavabdehə müraciət olunsa da, nəticəsi olmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunun 6-ci abzasından görünür ki, xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövlər sığorta stajına daxil edilməmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli məktubunun 7-ci abzasından görünür ki, xx.xx.2003-cü il tarixli tövsiyə məktubu əsasında 2002-2003-cü illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsasızdır. Ona görə ki, xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavoda və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi illər əmək kitabçası ilə təsdiq olunur. 2002-2003 illərdə X3 şirkətində işləməsini təsdiq edən şahidlər var. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərin surətlərinə əsasən onun xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən 01 07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 9200,31 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1114,38 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2021-ci il tarixdən təkrar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 293,13 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 233,26 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 342,62 manat müəyyən edilmişdir. Həmçinin İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 13 il 11 ay 15 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (işdən çıxma qeydində səlahiyyətli şəxsin adı, soyadı və imzası qeyd edilmədiyindən) və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrinin tarixi və nömrəsi olmadığından) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi xx.xx.2003-cü il tarixli tövsiyə məktubu əsasında 2002-2003-cü illərin sığorta stajında nəzərə alınması mümkün hesab edilmir. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək olan təhsil aldığı illər əmək fəaliyyəti dövrləri ilə üst-üstə düşdüyündən sığorta stajına əmək fəaliyyəti dövrü daxil edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiya məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 380,37 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdə ekskavator kömrəkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə müəssisənin ləğvi ilə bağlı 23 saylı İmişli Meliorasiya su tikinti idarəsinə keçirilmiş, xx.xx.1981-xx.xx.1981-ci illərdə həmin müəssisədə ekskvatorçu işləmiş, xx.xx.1981-xx.xx.1982-ci illərdə İmişli maşın meliorasiya stansiyasında ekskvatorçu, xx.xx.1982-xx.xx.1986-cı illərdə İmişli Meliorasiya su tikinti idarəsində ekskvatorçu, xx.xx.1986-xx.xx.1995-ci illərdə fəhlə, betonçu, mühəndis vəzifələrində işləmişdir. İddiaçı xx.xx.1999-cu il tarixindən xx.xx.2000ci il tarixinədək "xxxx" X9 Cəmiyyətinin İdarə Heyətinin sədri, xx.xx.2004-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək Beynəlxalq Xilasetmə Komitəsində sürücü, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixinədək işsiz kimi qeydiyyata alınmış, xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" Kənd Təsərrüfatı MMC-nin Biləsuvar Şöbəsində elektrik montyoru, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixinədək "xxxx" MMC-də elektrik, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək “X10 İhracat Senayesi və Limited Şirkətinin” Azərbaycan Respublikasının filialında elektrik, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək "xxxx" MMC-də elektrik, xx.xx.2012-ci il tarixindən xx.xx.2013cü il tarixinədək “AE Arma-Elektrofana E.S.M.T.T.A.Ş”-nın Azərbaycan Respublikasının filialında elektrik işləri üzrə usta, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" X4 Taahur Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasının filialında elektrik, xx.xx.2014-cu il tarixdən xx.xx.2015-ci il tarixədək X8 İnşaat Sanayi və Ticarət A.Ş-də elektrik ustası, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək "xxxx" MMC-də elektrik ustası, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də mühəndis vəzifəsində işləmişdir. 144500 nömrəli diplomdan görünür ki, iddiaçı 1979-1985-ci illərdə mühındis hidrotexnik istisası üzrə ali təhsil almışdır. Cavabdehin 06 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.2.1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyasının məbləği onun xx.xx.2006-cı il tarixinədək avtomatlaşdırılmış qaydada hesablanmış 25 il sığorta stajına və fərdi hesabının sığorta hissəsində xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək qeydə alınmış 9200,16 manat və xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 1236,28 manat pensiya sığorta kapitalına əsasən müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət illəri, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 13 il 11 ay 15 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək işsizlikdən sığorta ödənişi aldığı 6 ay və xx.xx.2007-ci il tarixindən xx.xx.2023cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən 8 il 9 ay sığorta stajı nəzərə alınmaqla faktiki mübahisələndirilməyən sığorta stajı 22 il 7 ay 15 gün təşkil edir. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən onun xx.xx.1979-cu il tarixindən xx.xx.1985-ci il tarixinədək təhsil aldığı illər əmək fəaliyyəti dövrləri ilə üst-üstə düşdüyündən sığorta stajına həmin dövrlərdən biri (əmək fəaliyyəti dövrü) daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1987-ci il tarixindən xx.xx.1995 ci il tarixinədək (işdən çıxma qeydində səlahiyyətli şəxsin adı, soyadı və imzası qeyd edilmədiyindən) və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrinin tarixi və nömrəsi olmadığından) həmin dövrlərin (cəmi: 8 il 8 ay 21 gün) sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Həmçinin qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi xx.xx.2003-cü il tarixli tövsiyə məktubu əsasında 2002-2003-cü illərin sığorta stajında nəzərə alınması mümkün hesab edilmir. İddiaçı hazırda xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavodda, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ASC-də və 2002-2003-cü illərdə X3 şirkətində işlədiyi müddətin sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının yenidən hesablanmasın xahiş edir. Məhkəmə iddia ilə bağlı aşağıdakıları qeyd edir: xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövr üzrə İddiaçıya məxsus əmək kitabçasından görünür ki, orada iddiaçının xx.xx.1987-ci il 81 nömrəli əmrlə işə qəbul edilməsi, xx.xx.1995-ci il tarixli əmrlə işdən azad olunması barədə qeyd aparılmışdır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1995-ci il tarixli işdən çıxma qeydində səlahiyyətli şəxsin adı, soyadı və imzası qeyd edilmədiyindən xx.xx.1987-ci il tarixindən xx.xx.1995 ci il tarixinədək dövrü onun sığorta stajına daxil etməmişdir. Lakin işdə olan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X6 Xidməti publik hüquqi şəxsi Bəhrəmtəpə Meloservis İdarəsi 26 noyabr 2024-cü il tarixli, 35 nömrəli arayış ilə iddiaçının xx.xx.1987-ci il tarixli 2 saylı əmrinə əsasən X7 Məmulatları Zavoduna 05 yanvar 1987-ci il tarxdən 5-ci dərəcəli betonçu işinə qəbul olunması və 07 aprel 1995-ci il tarixli 20/1 saylı əmrə əsasən 07 aprel 1995-ci ildən işdən azad edildiyini təsdiq etmiş, bununla bağlı müvafiq əmrləri məhkəməyə təqdim etmişdir. xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr üzrə Cavabdehin imtinasından görünür ki, o xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün, yəni işdən çıxma əmrinin tarixi və nömrəsi olmadığından həmin dpvrü də iddiaçının əmək stajına daxil etmişdir. Lakin işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon təsərrüfat hesablı Maddi-texniki Təchizat müəssisəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 109 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya, prospektində) səhmləri güzəştli satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Müraciətdə qeyd olunan müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini 28 sentyabr 2000-ci ilə kimi İddiaçı, 2000-ci ilin oktyabr ayından X2 icra etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubu ilə iddiaçının "xxxx" ATSCnin İdarə Heyətinin sədri vəzifəsində işləməsinə dair əmrlər təqdim olunmuşdur. Həmin əmrlərdən görünür ki, iddiaçı: - xx.xx.1999-cu il tarixli, RK-539 nömrəli əmr ilə xx.xx.1999-cu il tarixdən səhmdarların birinci ümumi yığıncağı çağrılanadək olan müddətə "xxxx" X9 Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmiş; - xx.xx.2000-ci il tarixli, RK-509 nömrəli əmr ilə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İddiaçının yuxarıda qeyd edilən dövrlərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir hal olmadığı halda onları qəbul etməmiş, yalnız əmək kitabçasının doldurulma qaydasının düzgün aparılmamasına istinad etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Mübahisələndirilən dövrlə bağlı əmək kitabçasında qeyd edilən dövr ilə əlaqədar işdən çıxma qeydində səlahiyyətli şəxsin adının, soyadının qeyd edilmməsi, işdən çıxma barədə əmrin tarixinin, nömrəsinin qeyd edilməməsi və ya digər oxşar hallar, iddiaçının sərbəst iradəsinə əsaslanaraq həyata keçirilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Bu cür hallara görə məsuliyyət işəgötürən və onun müəyyən etdiyi səlahiyyətli şəxs tərəfindən daşımalıdır. İşəgötürən və ya səlahiyyətli şəxsin məsuliyyəttinin birbaşa iddiaçıya şamil edilməsi hüquqi baxımından əsasız hesab olunur. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərlə iddiaçının əmək kitabçasında 1987-2000-ci illərlə bağl aparılan qeydlər öz təsdiqini tapmışdır. Göründüyü kimi hətta nəzərə alsaq ki, həmin dövrlər ilə əlaqədar əmək kitabçasının doldurulma qaydası pozulmuşdur, iddiaçının faktiki olaraq həmin dövrlərdə işləməsi əmək kitabçası ilə yanaşı, həmçinin müvafiq əmrlərdə öz təsdiqini tapmışdır. Məhkəmə, iddiaçının 2002-2003-cü illərdə X1 işlədiyi müddətin ümumi iş stajına daxil edilməməsi ilə bağlı cavabdehin imtinasını əsaslı sayır. Belə ki, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, əmək fəaliyyəti ilə bağlı stajın təsdiqi üçün əmək kitabçasında müvafiq qeydlərin olmaması halında, işəgötürən tərəfindən verilən rəsmi arayışlar hüquqi qüvvəyə malik ola bilər və həmin arayışlar əsas sübut kimi qəbul edilə bilər, lakin işdə belə bir arayış mövcud deyil. İddiaçının məhkəmə icraatı zamanı təqdim etdiyi müəssisənin tövsiyə məktubunda əks olunan məlumatlar, təqdim edilən sənədlərin hüquqi mənbəyinin mötəbərliyi baxımından həmin dövrün əmək stajına daxil edilməsi üçün yetərli hesab edilə bilməz. Xüsusilə, sözügedən müəssisə tərəfindən yalnız ümumi xarakter daşıyan məktub təqdim edilmiş, məktubda iddiaçının müəssisədə işləməsi barədə ümumi məlumat qeyd olunsa da, konkret olaraq hansı tarixdən hansı tarixədək işlədiyinə dair məlumat verilməmiş, nə işə qəbul, nə də işdən azad olma əmrləri təqdim olunmamışdır. Beləliklə, məktubun ümumi məzmunu və təqdim olunan məlumatlar yetərli hüquqi sübut kimi dəyərləndirilə bilməz. Odur ki, iddiaçının X1 işlədiyi iddia edilən dövr sığorta stajına daxil edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.1995 ci il tarixinədək X7 Məmulatları Zavodunda və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" X9 Cəmiyyətində işlədiyi dövr sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar