Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10378/2023 25.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Nəsimi Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları
1. Nəsimi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli xx/xx-1045 saylı qərarı ilə vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün barəsində qərar qəbul edilərək Nəsimi rayon İcra şöbəsinə göndərilməsi, ümumilikdə hesablanmış 292,75 manat borc məbləğinin yuxarıda göstərilən fiziki şəxsdən tutulub Nəsimi rayon Nəsimi bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır.
2. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə cavabdeh Nəsimi Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli xx/xx-1045 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, əvvəllər mülkiyyətində olan, hazırda isə, yəni 2017-ci ildən onun deyil, digər şəxsin mülkiyyətində olan ünvan 4, mənzil 32 Bakı şəhəri Nəsimi rayon icra şöbəsində olan zaman xx.xx.2023-cü ildə adına tələbin könüllü icrası haqqında bildiriş və icraata başlamaq haqqında icra məmuru Aydın Hümbətovun qərarı verilmişdir. Qeyd olunan sənədlərdə tarix xx.xx.2023-cü il göstərilsə də, həmin sənədlər ona xx.xx.2023-cü ildə verilmişdir, bunu təsdiq edilən sənəd Nəsimi rayon icra şöbəsində saxlanılır. Eyni zamanda, Nəsimi rayon icra şöbəsində xx.xx.2023-cü il tarixində Nəsimi Bələdiyyəsinin xx/xx-1045 nömrəli qərarının surəti ona verilmişdir. Sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Nəsimi bələdiyyəsinin əməkdaşları tərəfindən akt tərtib edilərək guya qanunvericiliyin normaları izah edilmiş, tərəfindən isə borcu ödəməkdən imtina edilmişdir. Həmin aktda onun imzası yoxdur, eyni zamanda həmin aktı qəbul etməkdən imtina edilməsi ilə də bağlı heç bir qeyd yoxdur. Odur ki, akt formal olaraq tərtib edilmiş və ona təqdim edilməmişdir. Həmçinin sənədlərdən görünür ki, onlar Nəsimi bələdiyyəsi tərəfindən 2022-ci ilin dekabr ayında tərtib edilmiş, lakin Nəsimi rayon icra şöbəsi tərəfindən sənədlər 2023-cü ilin aprel ayına qədər həmin sənədləri ona göndərmək üçün cəhd etməmişdir. Belə ki, qeyd edilənlər Nəsimi bələdiyyəsi və Nəsimi icra şöbəsi tərəfindən sənədlərin arxa tarix ilə tərtib edilməsinə işarə edir. Qərarda qeyd olunmuşdur ki, "Vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan əmlak sahəsinə görə, əmlak vergisinin ödənilməsi üçün ən son 2022-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin qanunla müəyyən edilmiş müddət ərzində Nəsimi rayonu, İzzət Həmidov, 3, M.32 ünvanında yerləşən 139 kv.m əmlak sahəsinə görə cari il üçün 56.68 manat əmlak, o cümlədən 2019-cu il tarixdən başlayaraq ötən dövrlər üzrə 226.72 manat, faiz üzrə 66.03 manat, ümumilikdə isə 292.75 manat borcunu ödəməmişdir. Lakin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov küçəsində yerləşən 3 nömrəli, 14 mərtəbəli binada 123.1 kv.m ümumi, 64.9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 32 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya deyil, digər şəxsə məxsusdur. Beləliklə, cavabdeh vergi məbləğinin mənzil mülkiyyətçisindən deyil, digər şəxsdən almasına cəhd edir, eyni zamanda mənzilin real olan və çıxarışda göstərilən ümumi sahəsi 123.1 kv.m əvəzinə vergi məbləğini qanunsuz çoxaltmaq məqsədilə tam yalan məlumat göstərərək 139 kv.m kimi qeyd etmişdir.
4. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) lll. Məhkəmənin mövqeyi
7. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
8. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı cavabdehin qərarının ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmədə baxılan iddiaya aiddir (İPM, maddə 2.2.1).
9. Qərar iddiaçı barəsində qəbul edilmişdir və onun üçün vergi öhdəliyi yaratmaqla əlverişsiz inzibati akt olduğundan onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1).
10. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. Belə ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir.
11. “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə görə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qanunun 62.3-cü maddəsinə əsasən həmin Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür.
12. İş materiallarından görünür ki, cavabdeh mübahisəli inzibati aktın iddiaçıya təqdim edilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, iddiaçı isə həmin qərarı xx.xx.2023-cü il tarixdə aldığını iddia etmişdir.
13. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli, 10650- 3606/2023-5-40 nömrəli məktubundan görünür ki, borclu İddiaçı icraata başlama haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş şəxsən İddiaçı şöbədə təqdim olunmuş və almağı barədə xx.xx.2023-cü ildə bildirşə imza etmişdir.
14. Göründüyü kimi, iddiaçı mübahisəli qərarı xx.xx.2023-cü il tarixdə əldə etmiş və həmin qərarın ləğvi ilə bağlı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə poçta təqdim etməklə qanunvericiliklə müəyyən olunan 30 günlük prosessual müddət çərçivəsində məhkəməyə müraciət etmişdir (İPM, maddə 38).
15. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan "xxxx" MTK-nın xx.xx.2008-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın 1 giriş, 12-ci mərtəbəsində, yaşayış sahəsi 64,9 kv.m olan 3 otaqlı, 32 saylı mənzilin pay dəyəri 21267 manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
16. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 025401 saylı orderdən görünür ki, Bakı şəhəri, İzzət Həmidov küçəsi, ev 3, mənzil 32 İddiaçı ayrılmışdır.
17. İşdə olan xx.xx.2017-ci il tarixli 58299 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə ona verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 116.7 kv.m olan 3 otaqlı mənzili tam mülkiyyət üzrə hədiyyə alan X1 vermişdir.
18. RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 32 saylı mənzil X2 mülkiyyət hüququ qeydə alınmış və ona xx.xx.2017-ci il tarixli reyestrdən çıxarış verilmişdir.
19. Nəsimi bələdiyyəsinin **********4967 nömrəli tədiyə bildirişindən görünür ki, İddiaçı İzzət Həmidov 3, m.32 ünvanında yerləşən əmlak üzrə ötən dövrlər üzrə 226,72 manat, faiz məbləği 66,03 manat olmaqla cəmi 292,75 manat vergi borcu hesablanmışdır.
20. Nəsimi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 01-2968 saylı xəbərdalıq məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan əmlak üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinə müvafiq olaraq ötən dövrlər üzrə 226.72 manat və 66.03 manat hesablanmış faiz borcunun, ümumilikdə 292.75 manat əmlak və torpaq vergisi borcu yaranmışdır. İddiaçıdan həmin borcun 10 gün müddətində Nəsimi bələdiyyəsinə ödənilməsi tələb olunmuş, əks halda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinə əsasən bu xəbərdarlığı aldığı gündən 10 gün sonra yaranmış vergi borcunun məcburi qaydada alınması məqsədi ilə Nəsimi bələdiyyəsi tərəfindən qərar qəbul edilərək Nəsimi Rayon İcra şöbəsinə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
21. Nəsimi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli xx/xx-1045 nömrəli qərarından görünür ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün barəsində qərar qəbul edilərək Nəsimi rayon İcra şöbəsinə göndərilməsi və ümumilikdə hesablanmış 292.75 manat borc məbləğinin İddiaçı tutulub Nəsimi rayon Nəsimi bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülməsi qərara alınmışdır. Qərar bununla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı mülkiyyətində olan əmlak sahəsinə görə, əmlak vergisinin ödənilməsi üçün ən son 2022-ci il tarixli tədiyyə bildirişi ünvanına göndərilmiş, lakin həmin şəxs qanunla müəyyən edilmiş müddət ərzində Nəsimi rayonu İzzət Həmidov, 3, M.32 ünvanında yerləşən 139 kv.m əmlak sahəsinə görə cari il üçün 56.68 manat əmlak, o cümlədən 2019-cu il tarixdən başlayaraq ötən dövrlər üzrə 226.72 manat, faiz üzrə 66.03 manat, ümumilikdə isə 292.75 manat ümumi borcunu ödəməmişdir.
22. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, borclu İddiaçı 292,75 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar Cavabdeh xeyrinə ödənilməsinə dair Nəsimi Bələdiyyəsinin xx/xx-1045 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.
23. İşdə olan Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin “tələbin könüllü icrası haqqında” xx.xx.2023-cü il tarixli 3606/2023-5/40-004 saylı bildirişindən görünür ki, Bakı şəhəri Cavabdeh xx/xx-1045 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi İddiaçı xahiş olunmuşdur.
24. İddiaçı hazırda Nəsimi Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli xx/xx-1045 nömrəli qərarının qanunsuz olduğunu iddia edərək həmin qərarın ləğv edilməsini xahiş edir.
25. Məhkəmə qeyd edir ki, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən yerli büdcənin gəlirlərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; fiziki şəxslərdən əmlak vergisi; yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar aid edilir. Fiziki şəxslərə torpaq və əmlak vergisinin hesablanması isə bələdiyyələrin ərazi vahidlərinə uyğun olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları ilə tənzimlənir.
26. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 4.4-cü maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. - 5.0-ci maddəsinə görə vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). -8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergis; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi; -8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. -196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. - 197.1-ci maddəsinə görə aşağıdakılar vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilibedilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. - 198.1-ci maddəsinə görə fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Bakı – 0,4 - 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. - 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir.
27. Sadalanan normalardan görünür ki, əmlak vergisinin ödəyicisi xüsusi mülkiyyətində bina olan fiziki şəxsdir.
28. İşin yuxarıda qeyd edilən hallarından görünür ki, cavabdeh İzzət Həmidov küçəsi, ev 3 ünvanında yerləşən 32 saylı mənzilə dair iddiaçıya 2019-cu ildən etibarən əmlak vergisi hesablasa da, həmin mənzil 2017-ci ildə digər şəxsin, X2 mülkiyyətinə keçmişdir.
29. Belə olan halda aydındır ki, cavabdehin ünvan 4 ünvanında yerləşən 32 saylı mənzilə dair onun mülkiyyətçisi olmayan İddiaçı əmlak vergisi hesablaması qanunsuz olmuşdur.
30. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
31. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
32. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olmayan mənzilə dair ona əmlak vergisi hesablaması barədə xx.xx.2023-cü il tarixli qərarı istinad olunan normaların tələblərinə əsasən qanunsuzdur, buna görə də iddiaçının tələbi təmin edilməli və həmin qərar qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv olunmalıdır.
33. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Cavabdeh Nəsimi Bələdiyyəsinin 23 dekabr 2023-cü il tarixli xx/xx-1045 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova