Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10380/2022 21.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və əmək pensiyasının bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət edərək, onun 51 yaşından, yəni xx.xx.2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun bərpa edilməsini və xx.xx.2011xx.xx.2012-ci il tarixlər arasında ödənilməyən məbləğin və xx.xx.2022-ci il tarixdən müraciət olunan tarixədək ona ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini cavablandırmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 51 yaşından, yəni xx.xx.2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun bərpa edilməsi və xx.xx.2011-xx.xx.2012-ci il tarixlər arasında ödənilməyən pensiya məbləğinin hesablanaraq xx.xx.2022-ci il tarixindən ona ödənilməli olan pensiya məbləğinin ödənilməsi ilə bağlı lazım olan hərəkətlərin icrası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli "əmək pensiyasının dayandırılması haqqında" qərarın ləğv edilərək, güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən ödənilməli olan pensiya ödənişlərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin tarixdən xx.xx.2022-ci il tarixinədək o, aylıq olaraq pensiyasını almışdır. xx.xx.2022-ci il tarixində isə onun pensiyası dayandırılmışdır. Pensiyanın dayandırılması barədə xx.xx.2022-ci il tarixli məktubda dayandırılmaya səbəb kimi qeyd edilmişdir ki, fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtilə vətəndaşın işlədiyi "xxxx" ASC-nin Dövlət Arxivinin Bakı Filialında saxlanılan sənədlərinin yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.2001xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində öz hesabına haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir, bununla əlaqədar onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az (18 il 1 gün (xx.xx.1979-xx.xx.1984-cü illər, xx.xx.1984-xx.xx.1990-cı il və xx.xx.1993- xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd edilmiş bu səbəblə şəxsin pensiyasının dayandırılması hüquqaziddir. Belə ki, 2006-cı il 1 yanvar tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Onun da tələb olunan bu stajı vardır və bu öz əksini şəxsin əmək kitabçasında tapmışdır, həmin əmək kitabçası vaxtilə inzibati orqana təqdim edilmişdir, inzibati orqanın tərəfindən verilmiş məktubda qeyd edilmiş səbəb yetərli qədər əsaslandırılmamış və sübuta yetirilməmişdir. Nəzərə alınsa ki, inzibati orqan tərəfindən verilmiş məktubda qeyd edilmiş səbəblər həqiqətə uyğundur və onun 18 il 1 gün iş stajı vardır, bu fakt yenə də şəxsin güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun realizəsinə qanunvericilik baxımından maneə deyildir. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 14-cü maddəsinə əsasən 3 uşağı olan analar 51 yaşına çatdıqda və azı 16 il iş stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququna malikdirlər. O da bu kateqoriyadan olan şəxslərə daxildir, onun üç uşağı vardır və onları böyüdüb tərbiyə etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçıya vaxtı ilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən araşdırılmışdır. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtı ilə iddiaçının işlədiyi "xxxx" ASC-nin Dövlət Arxivinin Bakı Filialında saxlanılan sənədlərinin yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində öz hesabına haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az (18 il 1 gün (xx.xx.1979-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1990-cı il və xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd edilən faktlar Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən 15.12 2021-ci il tarixli BA-06101-2021 nömrəli Aktla təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçıya xx.xx.2012-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2012xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20934,90 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə qaytarılması xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Qeyd olunanlara əsasən cavabbdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraza uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1960-ci il tarixdə anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus 09340602 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1984-cü illərdə “ДМО”-da işləmişdir. "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1984-cü il (Əmr № 144. xx.xx.1984-cü il) tarixdən 06 09.2004-cü il (Əmr № 38. xx.xx.2004-cü il) tarixədək keçmiş Nərimanov adına BTİB-nin (Trikotaj ATSC) 5-6 saylı sexində tikişçimotorçu, formalaşdırıcı peşələrində işləmişdir. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2004cü il tarixədək 6 saylı sexdə zərərli iş hesab edilən 3-cü ağır dərəcə ilə corab və əlcək məmulatlarının formalaşdırılması ilə məşğul olan trikotaj məmulatlarının formalaşdırıcısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarına əsasən 2 saylı siyahının 26-cı bölməsinin 26.1-ci bəndi ilə iddiaçının işlədiyi formalaşdırıcı peşəsi güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxma hüququ verir. Dövlət Əmlak Komitəsinin 909 saylı əmrinə əsasən xx.xx.1997-ci tarixli, 253 saylı əmrlə N.Nərimanov adına BTİB "Trikotaj" ATSC-ə çevrilmişdir. "Trikotaj" ATSC-nin ləğvi ilə əlaqədar olaraq müəssisənin bütün sənədləri "xxxx" ASC-yə verilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 1715 nömrəli, xx.xx.2015-ci il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixdən yaşa görə ömürlük pensiya təyin edilmişdir. Qərara əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının xx.xx.1992-ci ilədək iş stajı 12 il 3 gün, xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək iş stajı 12 il 8 ay 5 gün, xx.xx.2006-cı ilədək ümumi iş stajı isə 24 il 8 ay 8 gün təşkil edir. İşdə olan X6 Sistemindən çıxarışdan görünür ki, xx.xx.2012-ci il tarixdən iddiaçıya təyin edilmiş əmək pensiyası X5 Departamenti tərəfindən daxil olan **********2 nömrəli xidməti məruzəyə əsasən xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. “Əmək pensiyasının dayandırılması haqqında” **********5 nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 Departamentindən daxil olmuş xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktuba əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması qərara alınmışdır. Bunda sonra Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya ünvanlanmış **********5 nömrəli, xx.xx.2022-ci il tarixli pensiya ödənişinin dayandırılması haqqında məktubda göstərmişdir ki, iddiaçının Fondun aidiyyəti mütəxəssisləri tərəfindən vaxtilə işlədiyi "xxxx" ASC-nin Dövlət Arxivinin Bakı Filialında saxlanılan sənədlərinin yerində dəqiqləşdirilməsi zamanı xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində öz hesabına haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az (18 il 1 gün (xx.xx.1979-xx.xx.1984- cü il, xx.xx.1984-xx.xx.1990-cı il və xx.xx.1993-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd edilən faktlar Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2021-ci il tarixli BA-06101-2021 nömrəli Aktla təsdiq edilmişdir. Ona xx.xx.2012-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2012-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 20934,90 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə X4 departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ondan artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı hazırda ona təyin edilmiş əmək pensiyasının dayandırılması haqqında **********5 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsini və pensiya ödənişinin bərpa edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Deməli, hazırkı halda aydınlaşdırılmalı hal inzibati orqan tərəfindən mübahisəli qərar qəbul ediləkən qanunvericiliyin maddi və prosessual tələblərinin pozulub pozulmamasının müəyyən edilməsidir. Məhkəmə işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı həm maddi, həm də prosessual tələbləri pozmuşdur. Belə ki, ƏPQ-nin 37.8-ci maddəsinə əsasən həmin Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, cavabdeh xx.xx.2012-ci ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə qərar qəbul etmiş, həmin akt iddiaçıya əlavə hüquqlar verməklə onun barəsində qəbul edilmiş əlverişli inzibati akt olmuş, DSMFnin aparatının daxili nəzarət departamenti tərəfindən aparılmış araşdırma nəticəsində Filial öz təşəbbüsü ilə əvvəlki əlverişli inzibati aktı qüvvədə ola-ola, onun ləğvi barədə qərar, yaxud dayandırma barədə inzibati akt qəbul etmədən xx.xx.2022-ci il tarixdə İddiaçı təyin edilmiş pensiya ödənişini dayandırmış, bununla bağlı qərarı isə Filial yalnız daha sonra, xx.xx.20221-ci il tarixdə qəbul etmişdir. Məhkəmə yuxarıda istinad olunan normaları nəzərə alaraq hesab edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun yuxarıda istinad olunan inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Bu səbəbdən Filial müvafiq qaydada inzibati icraat aparmadan sadəcə “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməyən bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Buna görə də belə hallardan hər hansı birini aşkar etdikdə, cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması isə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-1798/2021 qərarı). İş materiallarından görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş pensiya üzrə ödənişi dayandırarkən bu halların heç birini nəzərə almamış, prosessual normaların pozulmasına yol verməklə qüvvədə olan aktını ləğv etmədən pensiya ödənişini dayandırmış, daha sonra isə iddiaçının dinlənilmə hüququnu təmin etmədən əsaslandırılmamış inzibati akt qəbul etmiş, bununla da əvvəl qəbul etdiyi akta zidd hərəkət etməklə İddiaçı hüquqlarının pozulmasına yol vermişdir. İşdən görünür ki, iddiaçı “Əmək pensiyasının dayandırılması haqqında” **********5 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı qəbul edərkən həm də maddi hüquq normalarını pozmuşdur. Belə ki, cavabdehin mübahisəli qərarı qəbul etdiyi vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. ƏPQ-nin qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq 2 nömrəli siyahı üzrə qadınlara 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 il aydan, ümumi staj 20 ildən az olmamalıdır. İşdən müəyyən olunur ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixdədək ümumi stajının 20 ildən az olmasına istinad edərək iddiaçıya təyin edilmiş əmək pensiyasını dayandırmış, həmin qərarı qəbul etməsinə səbəb kimi iddiaçının xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər ərzində öz hesabına haqqı ödənilməyən ödənişsiz məzuniyyətdə olması əsası ilə həmin dövrün iddiaçının ümumi stajına daxil edilməsi mümkünsüz olduğundan, iddiaçının xx.xx.2006-cı il tarixə ümumi stajının 18 il 1 gün təşkil etməsini göstərmişdir. Belə ki, Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı Filialının və cavabdehin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli BA-06101-2021 nömrəli aktdan görünür ki, iddiaçı xx.xx.1990-xx.xx.1993-cü illər ərizində öz hesabına məzuniyyətdə olmuş, 1994-2000-ci illər ərzində adına əmək haqqı hesablanmış, xx.xx.2001-xx.xx.2004-cü illərdə öz hesabına məzuniyyətdə olmuşdur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, bu məsələyə də iddiaçının əmək stajı hesab edilən müddətlərlə əlaqədar müvafiq qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, xx.xx.1990-xx.xx.1993-cü illər üzrə qüvvədə olan Azərbaycan SSR-nin 1971ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsində ödənişsiz məzuniyyət anlayışı olmamış, Məcəllənin 184-cü maddəsinə əsasən qadına hamiləlik, doğum və uşağa qulluq etmək üçün məzuniyyətlərdən əlavə, onun ərizəsi ilə uşaq bir yaş yarıma çatanadək uşağa qulluq etmək üçün əmək haqqı ödənilmədən əlavə məzuniyyət verililməsi müəyyən edilmişdir. Məcəllənin 185-ci maddəsinə əsasən isə uşaq bir yaşına çatanadək uşağa qulluq etmək üçün qismən ödənilən məzuniyyət və uşaq bir yaş yarıma çatanadək ona qulluq etmək üçün əmək haqqı ödənilmədən verilən əlavə məzuniyyət müddəti ümumi və fasiləsiz iş stajına, habelə ixtisas üzrə iş stajına daxil edilir. İşdən görünür ki, iddiaçının oğlu X2 xx.xx.1990-cı ildə doğulmuş, iddiaçının xx.xx.1990-xx.xx.1993-cü illər üzrə ödənişsiz məzuniyyətdə olması həmin dövrə təsadüf etmişdir. xx.xx.2001-xx.xx.2004-cü illərə gəldikdə həmin dövrdə qüvvədə olan Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmçinin ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajına daxil edilməsinin qadağan olunması barədə hər hansı müddəa müvafiq qanunuveriliklə nəzərdə tutulmamışdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-313/2022 saylı qərarı) Buna görə də məhkəmə hesab edir ki, cavabdehin xx.xx.1990-xx.xx.1993-cü il və xx.xx.2001-xx.xx.2004-cü il tarixləri arasındakı dövrləri iddiaçının ümumi stajına daxil etməməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli "əmək pensiyasının dayandırılması haqqında" qərarı qanunsuz olduğundan ləğv edilməli, iddiaçıya təyin edilmiş əmək pensiyasının ödənilməsi dayandırıldığı tarixdən bərpa olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********5 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2022-ci il tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməli olan pensiya ödənişlərinin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-10380/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10380/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver