Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10381/2021 14.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili X1 iştirakı ilə, İddiaçı Cəlal oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı “cavabdeh Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin qanunsuz hərəkətlərinə son qoyulması; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2017-ci il tarixli 2(103)-3920/2017 saylı icra sənədi üzrə icra icraatının Azərbaycan Respublikası “İcra haqqında” Qanunun tələblərinə riayət etməklə icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cəlal oğlu cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı “cavabdeh Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin qanunsuz hərəkətlərinə son qoyulması; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2017-ci il tarixli 2(103)-3920/2017 saylı icra sənədi üzrə icra icraatının Azərbaycan Respublikası “İcra haqqında” Qanunun tələblərinə riayət etməklə icra edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsindən göründüyü kimi iddia tələbi – Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2017-ci il tarixli 2(103)-3920/2017 saylı icra sənədinin Azərbaycan Respublikası “İcra haqqında” Qanunun tələblərinə riayət etməklə icra edilməsi tələbindən ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Göründüyü kimi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarında icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsi hüququ təsbit edilmişdir ki, bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Odur ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və edilən hərəkətlər inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəldilmədiyindən onların ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir və həmin məsələyə mülki işin davamı kimi şikayət formasında işə baxmış məhkəmə tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cəlal oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı “cavabdeh Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin qanunsuz hərəkətlərinə son qoyulması; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2017-ci il tarixli 2(103)-3920/2017 saylı icra sənədi üzrə icra icraatının Azərbaycan Respublikası “İcra haqqında” Qanunun tələblərinə riayət etməklə icra edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cəlal oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı “cavabdeh Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin qanunsuz hərəkətlərinə son qoyulması; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2017-ci il tarixli 2(103)-3920/2017 saylı icra sənədi üzrə icra icraatının Azərbaycan Respublikası “İcra haqqında” Qanunun tələblərinə riayət etməklə icra edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-10381/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10381/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver