Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10381/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, XN kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi üzrə inzibаti işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq iddiaçının xx.xx.N993-xx.xx.N993-cü illərdə N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, N983-N985-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra vətən müharibəsinə səfərbərliklə əlaqədar olaraq X2 hərbi xidmətə göndərilmişdir.N nömrəli hərbi hissə komandirinin 2N avqust N993-cü il tarixli 2N0 nömrəli əmri ilə 5-ci motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək əsgəri xidməti vəzifəsinin icrasına başlamışdır. 25 avqust N993-cü il tarixdə düşmən gülləsindən yaralanaraq 25 avqust N993-cü ildən 24 sentyabr N993-cü ilədək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunmuşdur. Hospitalda ona yaralanma nəticəsində “sağ bazunun aşağı N/3-nin yumşaq toxumalarını dəlib keçən odlu silah yaralanması nəticəsində irinlənmə ilə fəsadlaşma diaqnozu qoyulmuşdur. MN MHHJ-nin rəyi ilə iddiaçının yaralanmağı “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçının hərbi bileti N saylı hərbi hissədə itirildiyi üçün və onu əvəz edən bileti 26 noyabr 2005-ci ildə alanadək və digər sənədləri toplayanadək müharibə veteranı adı almaq üçün müraciət edə bilməmişdir. MN-yi isə öz təşəbbüsü ilə veteran adını verməmişdir. Nəticədə,02 noyabr 202N-ci il tarixdə 236 nömrəli məktubla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsi Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriş vermişdir. Mərkəzi Hərbi Həkim Komissiyası özünün NN noyabr 202N-ci il tarixli 3N7 nömrəli qərarı ilə müəyyən etmişdir ki, həqiqətən iddiaçı 25 avqust N993-cü ildə odlu silahdan yaralanaraq MN-NİN Baş Klinik Hospitalında müalicə almış və hospitaldan verilmiş 24 sentyabr N993cü il tarixli çıxarış epikrizə əsaslanaraq komissiya "Hərbi Tramvadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır" qərarı vermişdir. Ancaq bunlara baxmayaraq, MN-in katibliyi Mərkəzi Arxivi 23 yanvar 2023-cü il tarixli 4/2- 242 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçı N ömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında və hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Ancaq onun N nömrəli hərbi hissədə xidmətdə olduğu və döyüş zamanı yaralandığını sübut edən sənədlər olduğu halda N nömrəli h/h-nin əmrlərinə düşmədiyi onun deyil, hərbi hissənin təqsiri üzündən olmuşdur. Arxiv idarəsinin verdiyi arayışdan məlum olur ki, Müdafiə Nazirliyi tərəfindən iddiaçının sənədləri itirilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh iddiaya etirazını təqdim edərək göstərmişdir ki, müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivin xx.xx.2023-cü il tarixli 4/2-3363 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçının N nömrə hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil edilmişdir, lakin hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması, yəni xx.xx.N993-cü il tarixdən sonrakı hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İddiaçı “müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 20N7-ci il tarixli 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında göstəilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.N. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
6. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İş materiallarına əlavə edilmiş:
AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.N965-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Müdafiə Nazirliyi Katibliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-3944 nömrəli məktubuna əsasən bildirilmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərlə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-242 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.N993-cü il tarixdən sonra həqiqi hərbi xidməti əmrlərlə tam təsdiqlənmədiyinə görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Qarabağ Hərbi Prokurorluğunun Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli, N8/4823 nömrəli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-242 nömrəli arayışına əsasən bildirimişdir ki, X2 hərbi xidmətə çağırılmış, N965-ci il təvəllüdlü, İddiaçı N nömrəli hərbi hissə komandirinin 2N avqust N993-cü tarixli 2N0 №-li əmrilə (əsas: §-4,səh-8,sıra-2N) 5-ci motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək əsgəri xidməti vəzifəsinin icrasına başlamış hesab edilmişdir. Qeyd edirik ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə xx.xx.2020-ci il tarixli 9/2-3973 №-li məktubla ünvanına cavab göndərilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 3N7 nömrəli, xx.xx.202N-ci il tarixli Qərarına əsasən, Bakı şəhər Nəsimi RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli N8/4823 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.N993-cü ildən xx.xx.N993-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz:”Sağ bazunun aşağı N/3-nin yumşaq toxumalarının dəlib keçən odlu silah yaralanması irinləmə ilə fəsadlaşması” (Azərbaycan Respublikası SHXÇDX-nin Nəsimi rayon İdarəsinin xx.xx.202N-ci il tarixli 236 nömrəli göndərişi, xx.xx.N993-cü il tarixli çıxarış epikrizi, xx.xx.N993-cü il tarixli N345 nömrəli arayışı, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir). “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. İddiaçı əlavə olaraq məhkəməyə hərbi bilet əvəzi xx.xx.2005-ci il tarixli 4/50 nömrəli arayışı, Azərbaycan Respublikası MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərişi məhkəməyə təqdim etmişdir. Məhkəmə sorğusu əsasında Müdafiə Nazirliyinin 2N iyun 2023-cü il tarixli, 4/2-3363 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N993 dekabr N993-cü il yanvar-dekabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Məhkəmə sorğusu əsasında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən məhkəməyə xx.xx.N965-ci il təvəllüdlü İddiaçı hərbi xidməti barədə sənədlərin təsdiq olunmuş surətləri təqdim edilmişdir: Müdafiə nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu, Qarabağ hərbi prokurorluğunun xx.xx.2020-ci il tarixli, N8/4823 nömrəli məktubu, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı, hərbi bileti əvəzi arayışının təsdiq edilmiş surətləri N saylı hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, 2N0 nömrəli əmrinə əsasən, X2 hərbi xidmətə çağırılmış aşağıda adları göstərilən çağırışçılar xx.xx.N993-cü il tarixdən N nömrəli hərbi hissənin 5-ci taburunda şəxsi heyətin siyahısına salınsınlar, bütün növ müavinatlarla təmin olunmaqla əsgəri xidmətlərinin icrasına başlasın. – 2N. İddiaçı.
İİİ.Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. N0. Azərbaycan Respublikası Konstitusiyasının
- 26. İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. NN. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə”nin N-ci bölməsinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə — təsdiqedici sənədlərə əsasən;ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə — müvafiq arxiv orqanlarının arayışları əsasında;ikinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə — medal və döş nişanı vəsiqəsi əsasında;N944-cü il yanvarın N-dən N95N-ci il dekabrın 3N-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında;Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, arxiv orqanlarının arayışı əsasında; N94N- N945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara — arxiv arayışları əsasında;Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir.Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən:respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. N2. İşin faktiki hallarına əsasən iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərin getdiyi müddətdə iddiaçının hərbi xidmətdə olması onun müharibə veteranı olmasına dəlalət etmir. N3. İş materiallarında olan Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 4/2-242 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir; hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması barədə məlumat mövcud deyildir. N4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 20 iyun 20N7-ci il tarixli, 2-N(N02)-NN6N/20N7 nömrəli iş üzrə qərarında da göstərilmişdir ki. “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”.
N4. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - NN.N. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
N5.Hal-hazırda inzibati işə baxılan zaman cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin və digər hər hansı bir normativ-hüquqi aktların tələblərinin pozulması müəyyən edilməmişdir. N6.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. N7. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N8.Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N9.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N5.N-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
20. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. 2N.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin NN0.N-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 35, 68, 69, 85 və NN0-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova