Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10382/2024 26.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə, Xətai Rayon İcra Hakimiyyətinə və Şəki İcra Hakimiyyətinə qarşı “mənzillə təmin edilmə” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Əlsafa oğluna 5 nəfər ailə tərkibində Bakı şəhəri ərazisində mənzillə təmin edilməyi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, 1992-ci ildən Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Keçirilən əməliyyatlar zamanı müxtəlif vaxtlarda iki dəfə - baş və kürək nahiyyəsindən güllə və minadan qəlpə yarası alaraq ağır yaralanmışdır. Bütün bunlara baxmayaraq o, atəşkəs rejimi davam edənədək torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Aldığı yaraların fəsadı olaraq iki dəfə ağciyərindən ağır əməliyyat keçirmişdir. Hazırda ağciyərin onkoloji xəstəliyi üzrə mütəmadi müalicə alır. İ qrup Qarabağ müharibə əlilidir. Aldığı yaraların fəsadı olaraq iki dəfə ağciyərindən ağır əməliyyat keçirmişdir. Hazırda ağciyərin onkoloji xəstəliyi üzrə mütəmadi müalicə alır.Səhhətilə bağlı stasionar müalicələr aldığı üçün məcbur qalaraq Bakı şəhərinə köçmüşdür. Mənzil-məişət şəraiti olduqca ağırdır, 7 nəfər ailə üzvü ilə birlikdə ata evində darısqal bir şəraitdə qardaşının himayəsində yaşayır. Cavabdeh3nə müraciəti əsasında 27 noyabr 2014-cü il tarixli Sərəncamla yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınmışdır. Hazırda Şəki şəhəri üzrə mənzil növbəsinə qeydiyyata götürülənlərin siyahısında 91-ci yerdədir. Amma iddiaçının sağlamlıq vəziyyəti, ev şəraiti olduqca ağırdır. Onun mövcud vəziyyəti nəzərə alınaraq xüsusi hal kimi fərdi mənzil tikintisinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif İnstansiyalar üzrə rəhbər şəxslərin qəbulunda olmuşdur. Ona yaşadığı ərazi üzrə həyətyanı torpaq sahəsi ayrıldığı təqdirdə fərdi yaşayış evinin tikilə biləcəyi bildirilmişdir. Bu məqsədlə X5 müraciət etmişdir və ona 0,12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpağa dair bütün hüquqi sənədlər vardır. Bu məsələ ilə bağlı 14 il ərzində dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminat Xidmətinin rəisinin qəbulunda olmuşdur. Sənədlərlə tanış olduqdan sonra iddiaçıya ailə şəraitimin ağır olması nəzərə alınmaqla xüsusi hal kimi fərdi yaşayış evinin tikintisi üçün növbədən kənar qeydiyyata alınmağı ilə bağlı Cavabdeh3nə müraciət etməyi bildirilmişdir. Dəfələrlə müraciəti boş qalıb həllin tapmamışdır. İddiaçı bildirir ki, 15 ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Təminatı və aidiyyəti qurumlar evinin tikilməsində kömək etmirlər. Sonunda 15 il ərzində İ qrup Qarabag əlili kimi, səhhəti daha da ağırlaşmışdır, köçmüşdür və qohumlarının evində qeydiyyata düşmüşdür, buna da əsas ağ ciyər onkalogiyası nəticəsində ciyərinin birinin olmaması, çətin nəfəs almağı ilə bağlı dəniz havasına yaxın olmaqla ömrünün axırına kimi müalicə və müayinəsi, təmiz dəniz havası olmasıdır. Bununla bağlı adında olan torpaq sahəsini maddi imkanı olmadığından və heçbir dövlət qurumuna müraciət etməyinə baxmayaraq ev tikintisini maddi dəstək olmadığından apara bilmədiyi üçün qaytarmaqla, Bakı şəhərində dövlət hesabına mənzillə təmin olunmağını xahiş edir. İddiaçının qeydiyyatı üzrə güzəştli mənzil növbəsinə götürülməkdən ötrü Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Ona adına verilən heçnəyə yaramayan heçbir dövlət qurumu tərəfindən tikilib ona təhvil verilməyən boş torpaq sahəsi olduğundan imtina edilmişdir. Xətai İcra Hakimiyyəti № 5-11/1-C-5/2-068/2-T/1/24 nömrəli xx.xx.2024 ci il tarixli imtina məktubu: “Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunda baxılmışdır. Bildiririk ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında " Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Nəzərə almağınız xahiş olunur.” İddiaçı bildirir ki, bu cür məktubların sayı hesabı yoxdur. 14 ildən artıqdır ki, mənzilsizdir, artıq 65 yaşı var hələ də mənzil sahibi deyil. Növbədən kənar iddiaçıya mənzil verilmir.
3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh2 Başçısının Aparatının iddiaçıya ünvanlanmış məktubunda qeyd edilmişdir ki: “Ərizənizdə 1-ci dərəcə Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə götürülməyinizə müvafiq köməklik göstərilməsini xahiş edirsiniz. Araşdırma zamanı məlum olmuşdur ki, siz Azərbaycan Respublikası Cavabdeh3ndə güzəştli mənzil növbəsində olduğunuz və fərdi yaşayış evinin tikintisi üçün sizə Şəki şəhərində torpaq sahəsi ayrılmışdır. Yuxarıda qeyd olunanlara və qüvvədə olan mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq xahişinizi təmin etmək imkanımız xaricindədir.”
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020- 2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Cavabdeh3ndən Nazirliyə təqdim olunmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil növbəliliyi siyahısında 27 noyabr 2014-cu il tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə mövcud qanunverciliyə uyğun olaraq növbəlilik qaydasında baxılacaqdır.
5. Azərbaycan Respublikası Cavabdeh3 Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 2019-cu il 25 yanvar tarixli Sərəncamında 2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. O Cavabdeh3 başçısının xx.xx.2014-cü tarixli Sərəncamı ilə İ qrup Qarabağ Müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş və mənzil növbəsinə dayanmış digər Qarabağ Müharibəsi əlilləri və Şəhid ailələri ilə yanaşı onun da mənzil-məişət şəraitinizin yaxşılaşdırılması məsələsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəlilik qaydasında baxılacaqdır.
6. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə, Xətai Rayon İcra Hakimiyyətinə və Cavabdeh3nə qarşı “mənzillə təmin edilmə” barədə iddia tələbinə dair inzibati iş üzrə dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunma barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 xx.xx.2024-cü il tarixli Müvafiq məlumatların təqdim edilməsi barədə məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,2894 ha torpaq sahəsi üzərində xx.xx.2020-ci il tarixində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış, lakin xx.xx.2020-ci il tarixli, 4Ə-104 saylı alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,7721 ha torpaq sahəsi üzərində xx.xx.2020-ci il tarixində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış, lakin xx.xx.2020-ci il tarixli, 4Ə-103 saylı alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixində qeydiyyata alınmış, lakin xx.xx.2024-cü il tarixli, 4Ə-730 saylı bağışlama müqaviləsinə əsasən İddiaçı sözügedən torpaq sahəsini digər şəxsə bağışlamışdır. X1 adına son 5 ildə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
8. Azərbaycan Respublikası Dövlət X6 iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan Cavabdeh3 Başçısının 27 noyabr 2014-cü il 1/286 saylı sərəncamına əsasən Şəki rayonu, Orta Zəyzid kənd sakini 1-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna alınması haqqında sərəncam və əlavələrinin kserosurətləri əlavə edilmişdir.
9. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir və əlavə olaraq bildirdi ki, istəyi məhz Bakı şəhərində mənzillə təmin olunmasıdır.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iştirak edərək bildirdi ki, iddiaçı Cavabdeh3 tərəfindən yaşayış yerinə ehtiyacı olan şəxs qismində qeydiyyata alındığından onun Bakı şəhərində evlə təmin olunması mümkün deyildir. Bununla belə, onun Şəki rayonunun ərazisində evlə təmin olunması mümkündür.
II. İddianın mümkünlüyü
12. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında Arayışa əsasən İddiaçı sağ ağ ciyərin CRİ, T3 No M1 - əməliyyatdan və sağ tərəfli pnevroektomiyadan sonrakı hal diaqnozu ilə xx.xx.2017-ci il tarixdən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir.
13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir.
14. Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
16. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
17. Məhkəmə müəyyən edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə məqsədi Bakı şəhəri ərazisində hazırda mənzillə təmin olunmaqdır.
18. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamı:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etsinlər və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
19. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq Çernobil AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli sərəncamı ilə həmin sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi müəyyən edilmiş şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxşılaşdırılması nəzərdə tutulmuşdur.
20. İş materiallarına əsasən müəyyən edilir: - İddiaçı Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,2894 ha torpaq sahəsi üzərində xx.xx.2020-ci il tarixində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış, lakin xx.xx.2020-ci il tarixli, 4Ə-104 saylı alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,7721 ha torpaq sahəsi üzərində xx.xx.2020-ci il tarixində ümumi birgə mülkiyyət hüququ qeydiyyata alınmış, lakin xx.xx.2020-ci il tarixli, 4Ə-103 saylı alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2016-cı il tarixində qeydiyyata alınmış, lakin xx.xx.2024-cü il tarixli, 4Ə-730 saylı bağışlama müqaviləsinə əsasən İddiaçı sözügedən torpaq sahəsini digər şəxsə bağışlamışdır. X1 adına son 5 ildə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
21. Cavabdeh Xətai rayon İcra hakimiyyəti imtinanın əsası olaraq bildirmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Cavabdeh3ndə güzəştli mənzil növbəsində olduğunu və fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya Şəki şəhərində torpaq sahəsi ayrılmışdır. Yuxarıda qeyd olunanlara və qüvvədə olan mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq xahişinin təmin etmək mümkün deyildir.
22. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı Cavabdeh3 başçısının xx.xx.2014-cü tarixli Sərəncamı ilə İ qrup Qarabağ Müharibəsi əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüşdür. Lakin iddiaçı hazırda Bakı şəhəri Xətai rayonunun ərazisində yaşayır və yaşadığı yer üzrə qeydiyyata alınmışdır.
23. Məhkəmə iddiaçıya (və onun vəkilinə) iddia tələbinin hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməsini təklif etmişdir. Belə ki, iddia tələbi bir neçə cavabdehə yönəlmişdir. Lakin iddia tələbi dəqiqləşdirilməmiş, iddiaçı Bakı şəhərinin ərazisində mənzillə təmin edilməsini tələb etmişdir.
24. İPM-in 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.
25. Məhkəmə qeyd edir ki, iddiaçının Şəki rayonun ərazisində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində aktiv uçotu olduğundan onun Bakı şəhərində mənzillə təmin edilməsi hazırda mümkün hesab edilmir.
26. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq ya mənzil uçotunun Şəki şəhərindən Bakı şəhərinə köçürülməsi və ya (uçot tarixi saxlanılmaqla) Bakı şəhərinin ərazisində yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmalıdır. İddiaçı yalnız bundan sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin ərazisində mənzil və ya fərdi yaşayış evi ilə təmin olunmasını tələb edə bilər.
27. Odur ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ilkin olaraq Cavabdeh3nə müraciət edərək uçot tarixi saxlanılmaqla uçotunun Bakı şəhər Xətai rayonuna köçürülməsi və ya Şəki rayonunda yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotdan çıxmaqla Bakı şəhəri üzrə (uçot tarixi saxlanılmaqla) qeydiyyata alınmasıdır.
28. Mənzil Məcəlləsindən: 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə;... ...55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda;
29. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
31. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva