Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10384/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci ildən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1955- ci ildə doğulmuşdur. xx.xx.1982ci ildən “Bakıtuneltikinti” İdarəsinin 3 nömrəli Tikinti- Quraşdırma İdarəsində İİ dərəcə nasos maşinisti (yeraltı əmək şəraiti üzrə), xx.xx.1983- cü ildən İV dərəcə şit maşinisti (yeraltı əmək şəraiti üzrə), xx.xx.1985-ci ildən İV dərəcə yeraltı qazma qurğularının növbətçi çilingəri peşəsində, xx.xx.1990-cı ildən V dərəcə quraşdırıcı çilingər (yeraltı əmək şəraiti üzrə) peşəsində xx.xx.2004-cü ilədək işləmişdir. İddiaçı 64 yaşdan pensiyaya çıxmışdır və hesab edir ki, xx.xx.2007-ci ildən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmalı və həmin vaxtdan ödənilməmiş pensiya məbləği birdəfəlik ödənilməlidir. İddiaçı qeyd edir ki, onun xx.xx.2006-cı ilədək 20 il ümumi və 10 il xüsusi iş stajı vardır. İddiaçı ona 52 yaşdan pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etməsinə baxmayaraq cavabdeh orqan müraciətinə cavab verməmişdir, bu səbəbdən məhkəməyə müraciət etmişdir.
3. CMS-Azemis elektron informasiya-axtarış sistemində olan məlumatlara əsasən, İddiaçı xx.xx.2022-ci il tarixində ölmüşdür.
4. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
5. Mülki Prosessual Məcəllədən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə;
6. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün icraata qeyd edilən əsasla xitam verilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
7. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hüquq varisi müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir.
8. Konstitusiya Məhkəməsinin Plenumu “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel tarixli Qərarında ifadə edilən hüquqi mövqeyi nəzərə alaraq, qanunla ayrı qayda nəzərdə tutulmadığından məhkəmə hazırki qərardaddan şikayət verilməsinin mümkünlüyünü onun nəticə hissəsində nəzərdə tutur.
9. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva