Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10385/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qoyulmuş məhdudiyyətlərin qanunsuz hesab edilərək həmin məhdudiyyətin götürülməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DİN-nin xx.xx.2018-ci il tarixli, 001-22019-1218 nömrəli məktubun qüvvədən düşmüş hesab edilməsi, Abşeron rayonu, Qobu qəsəbəsində 0.08 ha torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən 0,067 ha torpaq sahəsi və Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, məhəllə 1055,ev 7 mənzil 6 da olan mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 0.06 ha torpaq sahəsi üzərində bütün məhdudiyyətlərin götürülməsi Azərbaycan Respublikası İN yanında DƏDK və Reyestri Publik hüquqi şəxs həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli 1(101)-286/2019 saylı hökmü ilə qaynı X9 CM-in 193.3.2, 193-1.3.1, 193-1.3.2 və 234.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 3(üç) ay müddətə azadlıqdan məhrum edilmiş, iş üzrə faktiki olaraq X7 məxsus olmaqla üzərinə həbs qoyulmuş əmlaklar barədə xüsusi müsadirə tətbiq edilərək həmin daşınmaz əmlaklar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmışdır. Belə ki, məhkəmə hökmünün nəticə hissəsində qeyd olunan və xüsusi müsadirə tətbiq belədir: 1) X3 adına olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 125,39 mənzil; Gədəbəy rayonunun Qumlu massivində yerləşən 01 hektar torpaq sahəsi; Gədəbəy şəhərində yerləşən 0,2455 hektar həyətyanı torpaq sahəsi; 2) X1 adma olan Gədəbəy şəhəri, H.Əliyev prospekti, 7c ünvanında yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsi; Gədəbəy-Novosaratovka şosesinin kənarında yerləşən 0,05 ha torpaq sahəsi; 3) X4 adma olan Gədəbəy şəhərində 0.5 hektar torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış sahəsi; Gədəbəy ş.S.Vurğun küçəsi "Köhnə bazar" adlanan ərazidə yerləşən 70 kv.m. sahəsi olan qeyri- yaşayış sahəsi; ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi; Gədəbəy şəhəri. Q.Əhmədli küçəsində yerləşən. 0.06 hektar torpaq sahəsi; Gədəbəy şəhərində yerləşən 0.5- ha torpaq sahəsi; 4) X2 adına olan Abşeron rayonu.Novxanı kəndində torpaq sahəsi; 5) X5 adına ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi; Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 7zil 13; ünvan 8 ünvanında yerləşən daşınmaz əmlak. İddiaçı bildirmişdir ki, onun heç bir əmlakı müsadirə olunmadığı halda aşağıdakı əmlaklarına qadağa qoyublar. Onlar aşağıdakılardır:
1. Abşeron rayonu, Qobu qəsəbəsində 0.08 ha torpaq sahəsi
2. ünvan 1 yerləşən 0,067 ha torpaq sahəsi
3. Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, məhəllə 1055.ev 7 mənzil 6 da olan mənzil
4. Bakı şəhəri. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 0.06 ha torpaq sahəsi İddiaçının qaynı X10 barədə çıxarılmış 27 fevral 2019-cu il tarixli hökm qanuni qüvvəyə minib və icra olunub. Lakin onun mülkiyyətində olan daşınmaz əmlaklar üzərində məhdududiyyətlər qalmaqdadır. Dəfələrlə Azərbaycan Respublikası DİN-ə müraciət etsə də, rəsmi cavab verilməmiş və mülkiyyət hüququnun həyata keçirilməsinə məhdudiyyətlər qalmaqdadır. Azəbaycan Respublikası İN yanında ƏMDXDƏDK və Reyestri Publik hüquqi şəxsin verdiyi rəsmi cavaba görə Azərbaycan Respublikası DİN-nin xx.xx.2018-ci il tarixli 001- 22019-1218 nömrəli məktubu əsasında qoyulmuşdur. İddiaçı qeyd edir ki, bu cinayət işi əvvəl Azərbaycan Respublikası DN B.M.C.Q.M.İ-də sonradan isə Azərbaycan Respublikası Baş Prokurorluğun İstintaq İdarəsində aparılmışdır. Beləliklə bu qanunsuz hərəkətlər nəticəsində iddiaçı mülkiyyətində olan daşınmaz əmlaklar üzərində sərəncam vermək hüququndan məhrum olmuşdur.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 7 saylı evin 6 nömrəli mənzilinin, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 7B saylı fərdi yaşayış evinin, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin və ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli, 001-22019-1218 nömrəli məktubuna uyğun olaraq məhdudiyyət qoyulmuşdur.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanan cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxs bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın üzərinə məhdudiyyətin qoyulması, habelə götürülməsi publik hüquqi şəxsin ərazi idarələri tərəfindən həyata keçirildiyi üçün iş üzrə cavabdehin əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş edilmişdir.
5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin dəyiqləşdirilməsi barədə ərizədə Bakı şəhəri, Yasmal rayonu, Ə.Salamadə küçəsi, ev 7, mənzil 6 və Bakı şəhəri, Qaradağ rayonu, Lök-batan qəsəbəsi, D.Bünyadzadə küçəsi, ev 7B fərdi yaşayış evinin üzərinə qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməklə götürülməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 7 saylı evin 6 nömrəli mənzilinin və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 7B saylı fərdi yaşayış evin üzərinə qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsi və məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi dəyişdirilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına xx.xx.2011-ci il tarixdən qeydiyyata alınmışdır.
8. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilmişdir ki, ünvan 10 ünvanında yerləşən 6 saylı mənzil İddiaçı adına xx.xx.2011-ci il tarixdən qeydiyyata alınmışdır.
9. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsində olan 0,06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı, 114.7 kv.m yaşayış, 97 kv.m köməkçi sahədən ibarət 7b nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı, X8, X11, X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəlireyestr kitabının 9842 nömrəli vərəqində qeydiyyata alınmışdır.
10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli “əmlak üzərinə qoyulmuş məhdudiyyətin qoyulmasına əsas olmuş sənədlərin surətinin verilməsi barədə” məktubda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixinə olan məlumata əsasən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 7 saylı evin, 6 saylı mənzilinin və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 7b saylı fərdi yaşayış evinin üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 001-22019-1218 nömrəli, xx.xx.2018-ci il tarixli məktubuna əsasən qoyulmuş qadağa qeydə alınıb.
11. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respubliksı Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanan məktuba əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi ilə əlaqədar aşağıda adları qeyd olunan şəxslərin adlarına daşınmaz əmlakların qeydiyyatda olub-olmaması barədə məlumatların təqdim olunmasını və qeydiyyata alınmış əmlakların özgəninkiləşdirilməsinə müvəqqəti məhdudiyyət qoyulmasını xahiş edilmişdir:
16. xx.xx.1963-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, ev 7B-də qeydiyyatda olan İddiaçı;
12. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 286/2019 saylı, xx.xx.2019-cu il tarixli Hökmü məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə olunmuşdur.
13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi
14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
15. Məhkəmə hesab edir ki, hazırkı iddia İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddiadır (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia).
16. Müvafiq müraciət əsasında qoyulmuş məhdudiyyətin və bununla əlaqədar məhz həmin məhdudiyyətlə əlaqədar cavabdeh qurumun iddiaçının mülkiyyət hüququn müdaxiləsinin qanuniliyi məhkəmə araşdırmasının predmetidir.
17. Məhkəmə hesab edir ki, hazırkı iddiaya məhkəmə nəzarəti qaydasında deyil, məhz cavabdeh qurumun iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsindən müdaxiləsindən müdafiəyə dair iddia kimi baxılmalıdır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
11. Məhkəmənin hazırkı iş üzrə qənaəti X22 Məhkəməsinin Rafiq Əliyevin Azərbaycana qarşı işinə (Şikayət № 45875/06, 06 dekabr 2011-ci il tarixli qərar) əsaslanır.
12. Həmin qərardan:
119. Məhkəmə bildirir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. İkinci bəndə əsasən Dövlətin milli qanunvericiliyə uyğun olaraq əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi hüququ tanınır. Eyni zamanda, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (baxın, digər qərarlarla yanaşı, Baklanov Rusiyaya qarşı, no. 68443/01, 09 iyun 2005-ci il, § 39 və Frizen Rusiyaya qarşı, no. 58254/00, 24 mart 2005-ci il, § 33).
120. “Qanun” anlayışını təfsir edərək Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi Konvensiyanın digər müddəalarında qeyd olunan eyni konsepsiyaya istinad edir (baxın, Spacek, s.r.o. Çexiyaya qarşı, no. 26449/95, 09 noyabr 1999-cu il, § 54 və yuxarıda qeyd edilən Baklanov Rusiyaya qarşı, § 40). Həmin konsepsiyaya əsasən həyata keçirilən tədbir mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Eyni zamanda, həmin məsələ qanunun keyfiyyətinə aiddir. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır (baxın, Beyeler İtaliyaya qarşı (BP), no. 33202/96, § 109, İHAM 2000-İ).
13. Bununla əlaqədar məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə).
14. CPM-dən: 249.2. Əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Məhkəmə əmlak üzərinə həbs qoyulması haqqında qərarı aşağıdakı hallarda çıxarır: 249.2.1. məhkəməyə müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatı daxil olduqda; 249.2.2. məhkəməyə müraciət etmiş şəxslər bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş halların təsdiq edilməsi üçün kifayət olan ilkin sübutlar təqdim etdikdə, habelə əmlak üzərinə həbs qoyulmasının zəruriliyini əsaslandırdıqda. 249.3. Əmlak üzərinə həbs qoyulması haqqında məhkəmənin qərarında aşağıdakılar öz əksinin tapmalıdır: 249.3.1. qərarın çıxarıldığı tarix, vaxt və yer; 249.3.2. qərarı çıxarmış hakimin soyadı, adı, atasının adı və vəzifəsi; 249.3.3. əmlak üzərinə həbs qoyulması üçün əsas olmuş obyektiv halların və motivlərin əsaslandırılması; 249.3.4. əmlakın üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı; 249.3.5. üzərinə həbs qoyulmalı olan konkret əmlak, habelə mülki iddianın təmin edilməsinə kifayət edən əmlak; 249.3.6. əmlak üzərinə qoyulan həbs müddəti. 249.4. Üzərinə həbs qoyulması üçün əmlakın könüllü verilməsinə əsaslı şübhələr olduqda, əmlak üzərinə həbs qoyulması haqqında qərarda axtarış aparılmasının mümkünlüyü də göstərilir. 249.5. Təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. 249.6. Bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir.
15. Məhkəmə hesab edir ki, məhkəmənin hazırkı işin hallarına uyğun olaraq müəyyən etməli olduğu hal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məktubu əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının daşınmaz əmlakları üzərinə qoyulmuş məhdudiyyətinin qanuniliyinə qiymət verməkdir.
16. Məhkəmə qeyd edir ki, nazirliyin məktubu əsasında əmlak üzərinə həbsin qoyulmasının mümkünlüyünü əsaslandıran qanuni müddəa yoxdur.
17. Belə ki, əmlak üzərinə həbs məhkəmənin və ya təxirə salına bilməyən hallarda müstəntiqin əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərarı əsasında qoyula bilər.
18. Məhkəmə qeyd edir ki, nazirliyin məktubu əsasında hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağa qanunvericilikdə nəzərdə tutulmamışdır.
19. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubu əsasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının mülkiyyət hüququna müdaxilə qanunun mənası baxımından dəqiq və əvvəlcədən görünən deyil.
20. Məhkəməyə təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-286/2019 saylı, xx.xx.2019-cu il tarixli Hökmündə İddiaçı və mülkiyyətində olan daşınmaz əmlaklara münasibətdə hər hansı məhdudiyyət (müsadirə edilməsi) nəzərdə tutulmamışdır. Cavabdeh qurum məhkəməyə ünvanladığı məktubunda məhdudiyyətin qoyulması əsası kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə deyil, məhz Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubuna əsaslanır.
21. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
22. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 7 saylı evin 6 nömrəli mənzilinin və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 7B saylı fərdi yaşayış evin üzərinə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 001-22019-1218 nömrəli məktubu əsasında qoyulmuş məhdudiyyət qanunsuz hesab edilərək həmin məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva