Məhkəmə qərarları › İş №2-1(112)-1039/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1039/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1039/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon məhkəməsinin 2(008)-639/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsinin təmin edilməsi məqsədi ilə Şabunçu Rayon İcra Şöbəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəzifəli şəxslərinin hərəkətsizliklərinin və bununla bağlı imtinanın qanunsuz hesab edilməsinə və mənə məxsus Bakı şəhəri, Sabunşu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsindəki, ev 11a, 8 saylı mənzilin daşınmaz əmlaka dair texniki pasportunun tərtib edilməsi və həmin mənzilə dair dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin 13,9 kv,m otağına və sahəsi 7,6 kv,m olan mətbəxinə dair hissəsinə texniki pasportun tərtib edilməsi və həmin mənzilə mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qətnaməsinə əsasən Bakı şəhəri, 1-ci Zabrat qəsəbəsi, Baqif küçəsindəki, 11 a saylı evin 8 saylı mənzili bölünmüş, sahəsi 25 kv.m olan yaşayış otağı ilə sahəsi 17,3 olan mətbəx və sahəsi 7,7 kv,m. şüşəbənd iddiaçılar - X11 və X4 istifadəsinə, sahəsi 13,9 kv,m. otaq və sahəsi 7,6 kv,m. olan mətbəx isə onun, yəni iş üzrə cavabdeh İddiaçı istifadəsinə verilmişdir. “Balaxanıneft” NQÇİ MKT-nə müvafiq olaraq X15 və İddiaçı ilə ayrıca icarə müqavilələri bağlanması həvalə edilmişdir. Qeyd olunan qərar xx.xx.2004-cü il tarixdə qüvvəyə minmişdir. “Balaxanıneft” NQÇİ-nin xx.xx.2004-cü il tarixli 9 № Protokolu ilə Sabunçu rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı əsasında mənzilin şəxsi hesabı 2 hissəyə bölünmüşdür. Qeyd olunan qərar əsasında iddiaçı X15 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsindəki, 11 a saylı evin 8 saylı mənzili bölmüş, sahəsi 25 kv.m olan yaşayış otağı ilə sahəsi 17,3 olan mətbəx və sahəsi 7,7 kv.m olan şüşəbəndə dair çıxarış almışdı. xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X15 Bakı şəhəri, Sabunşu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsindəki, ev 11 a, 8 saylı mənzili X2. X9 Rayon Məhkəməsində İddiaçı qızma və X14 qarşı yaşayış sahəsindən istifadə hüququqn xitam verilməsi ilə bağlı idda qaldırmışdır. Sabunçu Rayon Məhkəməsinin tərəfindən xx.xx.2018-ci il tarixdə işə baxılmış və iddia təmin edilməmişdir. Sabunçu rayon Məhkəməsinin xx.xx.2004-cü il və xx.xx.2018-ci il tarixli qətnamələri əsas götürülərək Bakı şəhəri, 1-ci Zabrat qəsəbəsi, Baqif küçəsindəki, 11 a saylı evin 8 saylı mənzilin 13,9 kv,m. otaqına və sahəsi 7,6 kv,m. olan mətbəxinə dair hissəsinə onun, yəni İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmasını və reyestrdən Çıxarış verilməsini il bağlı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət olunmuş xx.xx.2020-ci il tarixdə ərizəmə imtina cavabı verilmişdir. Cavabda qeyd olunmuşdur ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirilməyə razılıq barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququq olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar olaraq mənzil sahəsinə (evə) hüququq saxlanılan şəxslərin; mənzilə (evə) hüququ olan şəxslər və mənzin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatlarının arayış (2№-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestiri haqqında” Azəarbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ictimai mənzil fondunda yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayəsi müqaviləsi daşınması əmlak üzərində hüququların dövlət qeydiyyatı üçün əsasdır. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüququların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsinin, məhdudulaşdırılmasını (yükllənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüququların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uğun olmalıdır. Qeyd olunan müddəaların tələblərinə uyğun olaraq iradlar aradan qaldırılmış və mənzildə qeydiyyatda olan qızım X16mın razılıq ərizəsi və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatlarının arayış (2N-İİ form) və digər müvafiq sənədlər əlavə edilməklə xx.xx.2000-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə yenidən ərizə ilə müraciət olunmuşdur. xx.xx.2021-ci il tarixdə ərizəyə əvvəlki əsaslarla yenədə imtina cavabı verilmişdir. Bu dəfə ki, cavabda əlavə olaraq qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunşu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsindəki, 11a saylı evin 8 saylı mənzilə dair Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə idarənin üzərinə hər hansı bir ödəlik qoyulmamışdır. Bununla bağlı Sabunçu rayon məhkəməsinə müraçiət olunaraq icra vərəqəsinin verilməsi xahiş edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli məktubu ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli icra vərəqəsi ona təqdim edilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı olaraq Sabunçu Rayon İcra Şöbəsinə ərizə ilə müraciət olunaraq Bakı şəhəri 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 11a saylı evin 8 saylı mənzilin 13.9 kv.m otaq və sahəsi 7.6 kv.m olan mətbəxinə dair hissəsinə İddiaçı mülkiyyət hüququqnun daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmasına və reyestirdən “Çıxarışın” verilməsinin təmin edilməsinə dair Sabunçu Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli icra vərəqəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsində icrasının təmin edilməsini təmin edilməsi xahiş edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, Sabunçu rayon məhkəməsinin 2(008)- 639/2004 saylı xx.xx.2004-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 11 a saylı evin 8 saylı mənziii sahəsi 25 kv.m olan yaşayış otağı ilə sahəsi 17.3 kv.m olan mətbəx və sahəsi 7.7 kv.m şüşəbənd iddiaçılar - X11 və X8 istifadəsinə, sahəsi 13.9 kv.m otaq və sahəsi 7.6 kv.m olan mətbəx cavabdeh İddiaçı istifadəsinə verilməlidir. "Balaxanmeft" NQÇİ MKT-nə müvafiq olaraq X15 və İddiaçı ilə ayrıca icarə müqaviləsi bağlanması həvalə edilməlidir. Ərizəyə əlavə olunmuş sənədlərdəndə aşkar olunur ki, "Balaxanmeft" NQÇİ-nin xx.xx.2004-cü il tarixli 9 N-li protokolu ilə Sabunçu rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qərar əsasmda mənzilin şəxsi hesabı 2 hissəyə bölünmüş və tərəflərin istifadəsinə verilmişdir. Göstərilənlərə əsasən, icra sənədi üzrə tələblər tam şəkildə təmin olunduğundan icra vərəqəsinin icraatına "İcra haqqında" AR Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Sabunçu rayon məhkəməsinin 2(008)-639/2004 saylı xx.xx.2004-cü il tarixli icra vərəqəsi üzrə tərəflərə "Çıxarışın" verilməsi bəndi olmadığından və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi üzərinə hər hansı öhdəliy qoyulmadığından ərizənizdə qeyd olunan tələblərin təmin edilməsi mümkün olmamışdır. Bununla da məhkəmə qətnaməsinin tam icrası mümkün olmamışdır. Belə ki, məhkəmə qətnaməsinə əsasən Bakı şəhəri 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 11a saylı evin 8 saylı mənzilin sahəsi 25 kv.m olan yaşayış otağı ilə sahəsi 17.3 kv.m olan mətbəx və sahəsi 7,7 kv.m şüşəbəndə X11 adına cavabdeh tərəfindən çıxarışın verilməsi təmin edilsə də, Bakı şəhəri 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 11 a saylı evin 8 saylı mənzilin sahəsi 13,9 kv.m otaq və sahəsi 7,6 kv.m olan mətbəx dair hissəsinə İddiaçı adına mülkiyyət hüququn təsdiq edən çıxarışın verilməsindən imtina edilmişdir. Bu da İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə təsbit olunmuş mülkiyyət hüqunun pozulmasıdır.

4. Sabunçu rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsi 11a saylı evin 8 saylı mənzili bölünmüş: Sahəsi 25 kv.m. olan yaşayış otağı ilə sahəsi 17,3 kv.m. olan mətbəx və sahəsi 7,7 kv.m şüşəbənd iddiaçılar X11 və X5 istifadəsinə, sahəsi 13,9 kv.m. otaq və sahəsi 7,6 kv.m. olan mətbəx cavabdeh İddiaçı istifadəsinə verilməsi; “Balaxanıneft” NQÇİ MKT-yə müvafiq olaraq X15 və İddiaçı ilə ayrıca icarə müqaviləsi bağlanması həvalə edilməsi qət edilmişdir.

5. İddiaçının Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsi 11a saylı evin 8 saylı mənzilə hüquqlarının qeydə alınmasına dair müraciətinə ilkin imtina onunla əsaslandırılmışdır ki, həmin mənzilə dair “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Belə ki, həmin qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu ilin oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

6. İddiaçının Bakı şəhəri, Zabrat qəsəbəsi, Vaqif küçəsi 11a saylı evin 8 saylı mənzili (13,9 kv.m. otaq, 7,6 kv.m. mətbəx) hüquqlarının qeydə alınmasına dair müraciətinə imtina onunla əsaslandırılmışdır ki, həmin mənzilə dair “Daşınmaz əmalkın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilən mənzilə dair Sabunçu rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin yoxlama-ölçü işlərinin aparılması məqsədi ilə idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman faktiki olaraq qətnamədə qeyd olunan mənzilin yerləşdiyi sahə (yaşayış sahəsi 13,0 kv.m, köməkçi sahəsi 6,7 kv.m.) binanın əsas divarlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Təkrarən həmin qanunun 8.0.11-ci maddəsinə istinad olunmuşdur.

7. İddiaya yazılı etiraz imtinanın məzmununa uyğun əsaslandırılaraq bildirilmişdir ki, qeyd olunan mənzilə dair dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Sabunçu rayon məhkəməsinin 2(008)-639/2004 saylı, xx.xx.2004-cü il tarixli qətnaməsinə Baki şəhəri, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsindəki 11 a saylı evin 8 saylı mənzili bölünmüş sahəsi 25 kv.m. olan yaşayış otağı və sahəsi 7,7 kv.m. şüşəbənd iddiaçılar- X11 və X6 istifadəsinə, sahəsi 13,9 kv.m. otaq və sahəsi 7,6 kv.m. olan mətbəx cavabdeh İddiaçı istifadəsinə verilmiş, “Balaxanıneft” NQÇİ MKT-nə müvafiq olaraq X15 və İddiaçı ilə ayrıca icarə müqavilələri bağlanması həvalə edilmişdir. Müvafiq qətnamə ilə İdarəsininin üzərinə öhdəlik qoyulmamışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

8. Məhkəmənin Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsi, ev 11 a, 8 saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıbalınmaması, alındığı təqdirdə ətraflı məlumat verilməsi ilə bağlı sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsi, ev 11 a, 8 saylı mənzil “Azərneft” birliyinin müəssisələri və ya idarələri evlərində yaşayış mənzili icarə edilməsinə dair xx.xx.2004-cü il tarixli müqaviləyə, “BALAXANİNEFT" NQÇİ tərəfindən verilmiş 9 nömrəli protokola, 197 nömrəli xx.xx.2004cü il tarixli forma 2 arayışına, Sabunçu rayon məhkəməsinin 2-639/2004 nömrəli xx.xx.2004-cü il tarixli qətnaməsinə, 11,05.2005-ci il tarixli 2-639/2004 nömrəli qərardarına əsasən ilkin olaraq X23 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 30 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4-Ə- 1/40 reyestr nömrəli daşınmaz əmlakı alqı-satqı müqaviləsinə əsasən X17 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

9. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən (iş №2(008)-7735/2018) iddiaçı X17 cavabdehlər İddiaçı və X14 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin olunmamışdır. Məhkəmə aktı onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarı onnla əsaslandırılmışdır ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2- 639/2004 saylı, 10 may 2004-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 11A, 8 saylı mənzili bölünmüş, sahəsi 25 kv.m olan yaşayış otağı ilə sahəsi 17.3 kv.m olan mətbəx və sahəsi 7.7 kv.m olan şüşə+bənd iddiaçılar – X11 və X6 istifadəsinə, sahəsi 13,9 kv.m olan otaq və sahəsi 7,6 kv.m olan mətbəx cavabdeh İddiaçı istifadəsinə verilmiş və “Balaxanıneft” NQÇİ MKT-yə müvafiq olaraq X15 və İddiaçı ilə ayrıca icarə müqavilələrinin bağlanması həvalə edilmişdir. X1 ona ayrılmış mülkiyyətində olan hissəni hazırkı iddiaçı X3. Odur ki, cavabdehlər iddiaçı X17 mülkiyyətində olan mənzildə deyil, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 11A, 8 saylı mənzilin məhkəmə qətnaməsi ilə cavabdeh İddiaçı istifadəsinə ayrılmış hissəsində qeydiyyatdadırlar. Odur ki, cavabdehlər İddiaçı və X13 Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 11A, 8 saylı mənzilin iddiaçının mülkiyyətində olan hissəsinə istifadə hüququ müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir.

10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2022-ci il tarixli qərardadına əsasən X27 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Məhkəmə iclasında iştirak edən X27 bildirdi ki, iddiaçını tanıyır, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 11A, mənzil 8 ünvdanında iddiaçı yaşamır, mənzil onun istifadəsindədir.

12. Məhkəmənin Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsində yerləşən 11A saylı evin 8 saylı mənzilinə dair müayinə aktının surətinin İddiaçı istifadəsində olan mənzil ilə X18 istifadəsində olan mənzilin hüquqi və faktiki vəziyyətinə görə üst-üstə düşüb-düşməməsi barədə məlumat verilməsi ilə bağlı sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, sorğuda sözügedən mənzil X22 məxsusdur. İddiaçı istifadəsində olan mənzil ilə üst-üstə düşmür və tərtib edilmiş texniki pasportdan kənarda yerləşir.

13. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

14. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

15. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

17. X33 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

20. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).

21. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X12 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

25. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

26. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2-639/2004 saylı, 10 may 2004-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 11A, 8 saylı mənzili bölünmüş, sahəsi 25 kv.m olan yaşayış otağı ilə sahəsi 17.3 kv.m olan mətbəx və sahəsi 7,7 kv.m olan şüşə+bənd iddiaçılar – X11 və X6 istifadəsinə, sahəsi 13,9 kv.m olan otaq və sahəsi 7,6 kv.m olan mətbəx cavabdeh İddiaçı istifadəsinə verilmiş və “Balaxanıneft” NQÇİ MKT-yə müvafiq olaraq X15 və İddiaçı ilə ayrıca icarə müqavilələrinin bağlanması həvalə edilmişdir. X1 ona məxsus bölünmüş hissəni özəlləşdirmiş və X3. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, Vaqif küçəsi ev 11A, 8 saylı mənzili bölündüyündən X17 və İddiaçı istifadəsində olan mənzillər ayrı-ayrı mənzillərdir.

27. Beləliklə, məhkəmə qeyd edir ki, eyni vəziyyətdə olan digər şəxsin - X11 hüquqları daşınmaz əmlakın dövlət reyestrində iddiaçı tərəfindən təqdim edilmiş analoji sənədlər əsasında “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmiş hesab edilmiş və inzibati orqanın öz təşəbbüsü ilə qeydə alınmış (X6 razılığı ilə), o da sonradan mənzili X7 və sonuncunun bölünmüş mənzilin ona aid hissəsinə hüquqları da (alqı-satqı müqaviləsinin nəticəsi olaraq) qeydiyyata alınmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər (belə ki, yuxarıda qeyd edildiyi kimi mənzilin bölünmüş digər hissəsi eyni sənədlər əsasında özəlləşdirilmişdir) və bu səbəbdən yolverilən hesab edilməməlidir.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilin 13,9 kv,m otağına və sahəsi 7,6 kv,m olan mətbəxinə dair hissəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar