Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10390/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinə qarşı “avtomobilin dövlət qeydiyyatına alınaraq dövlət qeydiyyat nişanının verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan “Cadilac Escalade” minik markalı avtomobilin dövlət qeydiyyatına alınmaqla nömrə nişanlarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı özünə avtomobil almaq üçün avtomobillərlə maraqlanmış və bu məqsədlə X3 Sarja şəhərində yaşayan tanışı Hüseyn adlı şəxslə telefon əlaqəsi saxlayaraq özünə avtomobil almaq istədiyini, əsasən də dizel mühərrikli “Cadillac” markalı avtomobil istədiyini bildirmişdir. Sonra Hüseyn əlaqə saxlayıb "Cadillac Escalade" minik markalı, universal tipli, İGYS1CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin şəkillərini ona göndərmişdir. İddiaçı avtomobili almaq istəyini bildirdikdən sonra Hüseyn avtomobili aparıb müvafiq qurumlarda yoxlatmışdır. Bundan sonra avtomobil sifariş əsasında xx.xx.2024-cü il tarixdə onun adına sənədləşdirilib Azərbaycan Respublikasına göndərilmişdir. xx.xx.2024-cü il tarixdə avtomobil Bakı şəhərinə çatmışdır. xx.xx.2024-cü il tarixdə avtomobil Azərbaycan Respublikasında gömrük qeydiyyatından keçirilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə avtomobil qeydiyyat hərəkətləri aparılması və dövlət nömrə nişanları verilməsi üçün BDYPİ-nə təqdim etmişdir. Orada avtomobilin texniki baxışı keçirilib sənədləşmə aparılan zamanı avtomobilin Kanada dövlətində axtarışda olması barədə məlumat verilərək qeydiyyat hərəkətləri aparılmamışdır. xx.xx.2024-cü il tarixdə araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş, faktla bağlı araşdsırma aparılaraq "cinayət işi başlanmasının rədd edilməsi haqqında" 15 mart 2024-cü il tarixli Qərar qəbul edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/67 nömrəli tədqiqat haqqında arayaşa əsasən “Cadilac Escalade” minik markalı, üzərində dövlət qeydiyyat nişanları olmayan avtomobilin ban nömrəsi vurulması nəzərdə tutulan hissəsində həkk edilmiş ban nömrəsində olan “İGYS4CK F0PR246553” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin zavod lövhəsi (birka) üzərində ban nömrəsini göstərən “İGYS4CK F0PR246553” hərf və rəqəmlər çap üsulu ilə vurulmuş hərf və rəqəmlərə xarakterikdir. Zavod lövhəsinin üzərində qoruyucu su nişanları müşahidə edilmişdir, avtomobilin qabaq ön şüşəsinin alt hissəsində lövhə üzərində ban nömrəsini göstərən “İGYS4CK FOPR246553” hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir, avtomobilin mühərrik nömrəsi həkk edilməsi nəzərdə tutulan hissəsi mühərrikin detalları ilə qapalı olduğundan həmin hissəyə vizual və "Will Wirelies hodoscope” modelli endoskop vasitəsi ilə baxış keçirmək texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cüil tarixli, 3-13-25/2-2965/202-1 nömrəli məktubundan görünür ki, İNTERPOL-un Baş katibliyinin məlumatına əsasən VİN: İGYS4CKT0PR246553 olan, qara rəngli, “Cadillac Escalade” markalı nəqliyyat vasitəsi Kanadada oğurlanmış və xx.xx.2024-cü il tarixdə “ASF”' avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, "Cadilac Escalade” minik markalı, universal tipli, İGYS4CK TOPR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobil Azərbaycan Respublikasına ilk dəfədir ki, gətirilmişdir. Avtomobilin göndərildiyi ölkə X1. Avtomobil İddiaçı Səttər oğlunun adına sənədləşdirilməklə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasında gömrük qeydiyyatından keçirilmişdir. xx.xx.2024-cü il tarixdə isə avtomobil dövlət qeydiyyatına alınmaqla nömrə nişanları verilməsi üçün BDYPİ-nə təqdim olunmuşdur. Avtomobilin texniki müayinəsi aparılan zaman avtomobilin VİN nömrəsi göstəricilərinə əsasən Kanada dövlətində axtarışda olması müəyyən edildiyi üçün avtomobilin qeydiyyat hərəkətləri aparılmamışdır. Araşdırmanın nəticəsinə görə müəyyən edilmişdir kı, “Cadilac Escalade" minik markalı, universal tipli, İGS4CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin Kanada dövləti tərəfindən axtarışa verilməsi ilə X4 və qeyrilərinin hərəkətləri arasında hər hansı bir əlaqə yoxdur. Yəni sözügedən halda X7 və qeyriləri vicdanlı alıcı hesab edilməklə əməllərində “Cadillac Escalade” minik markalı avtomobillə bağlı oğurluq və digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli, avtomobil saxlanılmasının təmin olunması üçün X6 təhvil verilməklə avtomobillə bağlı mübahisəli məsələlərin həlli üçün məhkəməyə müraciət etməsinə dair hüquqları X6 izah edilməlidir. Bununla belə “Cadilac liscaladc" minik markalı, universal tipli, İGYS4CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin mübahisəli məsələlər həllini tapanadək Azerbaycan Respublikasının hüdudlarından kənara çıxarılnıaması barədə cavabdehin üzərinə xəbərdar edilməlidir. Təhqiqatın yekun "Qərar”ına əsasən X4 və qeyrilərinin həmin avtomobilin Kanada dövləti ərazisindən oğurlanması fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edərək avtomobilin dövlət qeydiyyatına alınmaqla nömrə nişanlarının verilməsi üçün müraciət etmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin iddiaçının müraciətinə əsasən ünvanladığı 12.069.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “qeyd olunan "CADİLLAC ESCALADE" markalı, ban nömrəsi: 1GYS4CKT0PR246553 olan nəqliyyat vasitəsi Kanadada oğurlandığı üçün "İNTERPOL" tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Baş X10 İdarəsinin Qeydiyyat-imtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər.”
4. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar ilə qərara alınmışdır ki, X4 və qeyrilərinin «Cadillac Escalade» minik markalı, universal tipli, 1GYS4CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin Kanada dövləti ərazisindən oğurlanması fakt üzrə əməllərində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «Cadillac Escalade» minik markalı, universal tipli, 1GYS4CKT0PR246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobil saxlanılmasının təmin olunması üçün X6 təhvil verilmiş, mübahisəli məsələlər həll olunana qədər avtomobilin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaması barədə X5 xəbərdarlıq edilmiş, qərarın surəti BDYPİ-nin Qİİ-nə göndərilmişdir.
5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “«Cadillac Escalade» minik markalı, universal tipli, 1GYS4CKT0PR.246553 ban nömrəli, qara rəngli, 2022-ci il buraxılışlı avtomobilin beynəlxalq axtarışda olmasına dair material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti sizə göndərilməklə izah olunur ki, qərardan narazı qaldığınız halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyala keçirən məhkəməyə şikayət vermək hüquqiniz vardır.”
6. Məhkəmənin sorğusuna əsasən İNTERPOL-un Milli Mərkəzi Bürosunun xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İnterpolun Baş Katibliyindən alınan məlumata görə, VİN: 1GYS4CKT0PR246553 olan, qara rəngli "Cadillac Esca” markalı nəqliyyat vasitəsi Kanadada oğurlanmış və xx.xx.2024-cü il tarixdə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nəticələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.
9. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
10. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin: İ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir;
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: 1.2-ci bəndinə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. 1.3-cü bəndinə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. 1.5-ci bəndinə əsasən, nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır. 1.6-cı bəndinə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini;
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması” Qaydalarının qeyd hissəsinə əsasən nəqliyyat vasitəsinin mülkiyyətçisi (mülkiyyətçinin nümayəndəsi) - nəqliyyat vasitəsinin sahibi olan fiziki, yaxud hüquqi şəxs və ya qüvvədə olan qanunvericilik aktları əsasında və hüdudunda nəqliyyat vasitəsinə malik olan, yaxud ondan istifadə edən və ya onun sərəncamçısı olan şəxsdir.
18. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinin XİV hissəsinə əsasən, təqdim edilən sənədlərdə, dövlət qeydiyyat nişanlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.
19. Məhkəmə qeyd edir ki, mübahisə nəqliyyat vasitəsinin qeydiyyata alınmasından imtina ilə bağlıdır. Belə ki, cavabdeh orqan avtomobilin oğurlanması səbəbindən qeydiyyat hərəkətlərinin aparılmasından imtina etmişdir.
20. Məhkəmə araşdırma nəticəsində nəqliyyat vasitəsinin Kanadada oğurlanmasını və xx.xx.2024-cü il tarixdə təşkilatın «e-ASF» avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmasını müəyyən etmişdir. Bu səbəbdən də cavabdeh orqan tərəfindən iddiaçının adına qeydə alınmış nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmasına məhdudiyyət qoyulmuşdur.
21. İddiaçı bu halı onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması hesab edərək cavabdehin imtinasını qanunsuz olduğunu bildirərək özünü mübahisəli avtomobilin vicdanlı alıcısı hesab edir.
22. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır.
23. Hazırki iş üzrə məhkəmənin yoxlamalı olduğu məsələ cavabdeh orqanın avtomobilin dövlət qeydiyyatına alınmaqla nömrə nişanlarının verilməsindən imtina etməsi ilə bağlı hərəkətlərinin (imtinasının) qanuni olub-olmamasıdır. Lakin bu halın qiymətləndirilməsi iddiaçının mübahisəli avtomobilin mülkiyyətçisi olub-olmaması, mübahisəli avtomobili vicdanlı əldə edən olub-olmaması məsələlərinin araşdırılmasından sonra mümkündür.
24. Məhkəmə qeyd edir ki, mübahisəli avtomobilin dövlət qeydiyyatına alınmaqla nömrə nişanlarının verilməsi həmin avtomobilin oğurlanmış olması faktını istisna etmir. Belə ki, işin faktiki hallarından göründüyü kimi, mübahisəli avtomobil X2 ölkə ərazisinə gətirilmiş, maneəsiz olaraq gömrük orqanından keçmiş və dövlət qeydiyyatına alınmaqla nömrə nişanları verilməsi üçün BDYPİ-nə təqdim olunmuşdur. Lakin texniki müayinə aparılan zaman avtomobilin VİN nömrəsi göstəricilərinə əsasən Kanada dövlətində axtarışda olması müəyyən edildiyi üçün avtomobilin qeydiyyat hərəkətləri aparılmamışdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
182. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz.
26. Göründüyü kimi mülki qanunvericilik daşınar əşyalara münasibətdə vicdanlılığı istisna edən bir neçə hal müəyyən etmiş, bu hallardan biri də daşınar əşyanın mülkiyyətçisindən oğurlanması halıdır.
27. Məhkəmə qeyd edir ki, nə qədər ki, mübahisəli avtomobilin oğlurlanması ilə bağlı mübahisə mövcuddur, belə olan halda bu faktın təsdiq edilməsi, iddiaçının həqiqətən də vicdanlı əldə edən olub-olmaması inzibati məhkəmənin səlahiyyət dairəsinə aid deyildir.
28. Məhkəmə iddiaçının təqdim etdiyi “Cinayət işinin rədd edilməsi haqqında qərar”a qiymət verərək qeyd edir ki, İPM-in 58.8-ci maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
29. Göründüyü kimi, inzibati mübahisəyə baxılarkən məhkəmə üçün yalnız məhkəmənin qanuni qüvəyə minmiş hökmü və cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı preyudisial xarakter daşıyır. Təhqiqat orqanının qeyd edilən qərarı inzibati mübahisəyə baxan məhkəmə üçün məcburi deyildir. Ona görə də, iddiaçının mübahisəli avtomobilin mülkiyyətçisi olub-olmaması müəyyən edilmədən cavabdehin müdaxiləsinin (imtinasının) qanuni olub-olmamasına qiymət vermək mümkün deyil. Odur ki, hazırkı halda iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir.
30. Həmçinin məhkəmə onu da vurğulayır ki, iddiaçı mülki məhkəmə qaydasında mübahisəli avtomobilin vicdanlı əldə edəni (sahiblik və istifadə hüququnun olmasını) olmasını müvafiq iddia tələbi verməklə təsdiq etdikdən sonra cavabdehə yenidən müraciət edə bilər.
31. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva