Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-104/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi X4 iştirakı ilə, iddiaçı İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensasiya verilməklə daşınmaz əmlakın boşaldılması barədə” inzibati işə Bakı şəhərində məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 101829 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarın təsirinə düşür. Cavabdehə danışıq (könüllü algı-satqı) yolu ilə onun mükiyyətçisi olduğu daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilib. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehlərə yaşadığı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici “Azər ekspert" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 101829 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirib. Lakin cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina edib. Azərbaycan Respublikasında ən ali qanunvericilik sayılan Azərbaycan Respublikası Konstitusyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası MM-nin 246.1. maddəsində qeyd olunub bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları iiçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu sahədə şəffaflığı təmin etmək və humanist addımlar atmaq məqsədiylə “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbacan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Azərbaycan Respublikası “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. Hazırlıq icraatının gedişində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1810/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1810/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-1959/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1810/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, həmin qərar ləğv edilmiş və işin yenidən baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2-1(103)-1959/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “işə apelyasiya qaydasında baxılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə hərtərəfli araşdırma aparılmamışdır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən cavabdehin xüsusi mülkiyyətində olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 101.829 manat məbləğində kompensasiya ödənilərək evin boşaldılmasını xahiş etmişdir. Halbuki iddia ərizəsinə əlavə edilmiş MA seriyalı 011492 saylı xx.xx.2010-cu il tarixdə verilmiş çıxarışda Cavabdeh xüsüsi mülkiyyətində olan mənzil ünvan 4 ünvanda yerləşən 16 nömrəli mənzil kimi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən həmin mənzilin hansı səbəbdən iddia ərizəsində 16A kimi qeyd edildiyini aydınlaşdırmamış, mənzilin ünvanının çıxarışda iddia ərizəsində qeyd edildiyi kimi göstərilmədiyinə əhəmiyyət verməmişdir. İşə apelyasiya qaydasında baxılarkən tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, qeyd edilən ünvanda Cavabdeh məxsus daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış digər fərdi yaşayış evi də mövcuddur. İddiaçının nümayəndəsi çıxarışı olmayan fərdi yaşayış evinə görə də iddiaçıya 61.994 manat kompensasiya ödənilməsinə etiraz etmədiklərini bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş məhkəmə tərəfindən hər iki tərəfin iştirakı ilə qeyd edilən halların araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalı, iddiaçıya iddia tələbinin həcminin artırılması barədə ərizə verilməsi təklif edilərək cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 23, mənzil 16 ünvanında yerləşən həm daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına mülkiyyət hüququ ilə qeydə alınmış evə, həm də çıxarışı olmayan digər evə görə təklif edilən kompensasiya məbləği müəyyənləşdirilməli, digər evlə bağlı qiymətləndirmə hesabatı tələb edilməli, həmin evlərdə qeydiyyatda olan şəxslərin dairəsi müəyyən edilərək iş üzrə 3-cü şəxs qismində prosesə cəlb edilməsi təmin edilməli, bundan sonra iddiaçının tələbinin əsaslı olub-olmamasına hüquqi qiymət verilməlidir”. Geri qaytarılmış iş materialları xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Eyni zamanda, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində göstərilməklə “kompensasiya verilməklə daşınmaz əmlakın boşaldılması” digər iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 23, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 23, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 61.994 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə qərar çıxarılmasını xahiş etmiş, sonradan həmin iş 2- 1(112)-440/2020 nömrəsi ilə Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) icraatına daxil olmuşdur. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi 23, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması” Qrupunu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edilmişdir. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi 23, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlakın mülkiyyətçisidir. Həmin mənzil (əmlak) qeyd olunan Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Cavabdehə danışıq (könüllü alğı-satqı) yolu ilə onun mübahisə predmeti olan daşınmaz əmlakın satın alınmasına razılıq barədə bildiriş göndərilib. İddiaçı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq cavabdehə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi 23, mənzil 16 ünvanında ("xxxx" MMC tərəfindən sözügedən ünvanda yerləşən əmlak şərti olaraq iki hissəyə bölünərək mənzil 16a və 16b kimi kodlaşdırılmışdır, cavabdehə təklif olunan kompensasiya məbləği ünvan 6 yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə cavabdehə 61994 manat məbləğində kompensasiya (2 aylıq kirayə haqqı və köçmək xərci də daxil olmaqla) ödəməyə hazır olduğunu bildirib. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina edib. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-440/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “kompensasiya verilməklə daşınmaz əmlakın boşaldılması” tələbinə dair 2-1(112)-440/2020 nömrəli inzibati işin (hakim Nəriman Abıyev) icraatımda olan 2-1(112)-104/2020 nömrəli digər inzibati işlə birləşdirilərək bir icraatda baxılması üçün icraatıma verilmişdir. Məhkəmənin 18 mart 2020-ci il tarixli, 2-1(112)-104/2020 nömrəli qərardadı ilə iddiaçı Bakı şəhəri İddiaçı Cavabdehqarşı (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 23, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 23, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 61.994 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə” və “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 101829 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə” iddialarına bir icraatda baxılması mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasıyaların ödənilməsi lələbinə dair iddialara da baxılır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2019-cu il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi birləşdirilmiş işlərə dair iddia ərizələrinə uyğun məzmunda izahat verərək və iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq, və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə sayı 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı Şəhər İddiaçı müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə İddiaçı "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq "Daşınmaz əmlakın alınması qrupu"nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Yasamal ravonu, S.Tağızadə küçəsi, ev 23, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlaklar qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının təsiri altına düşür. İş materiallarından görünür ki,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal ravonu, S.Tağızadə küçəsi, ev 23 ünvanında yerləşən 16 nömrəli mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən tərtib olunmuş 20 fevral 2019-cu il tarixli “Qiymətləndirmə Aktı”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci qərarına əsasən Bakı şəhəri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınan, S.Tağızadə küçəsi, ev 23, mənzil 16A ("xxxx" MMC tərəfindən sözügedən ünvanda yerləşən əmlak şərti olaraq iki hissəyə bölünərək mənzil 16a və 16b kimi kodlaşdırılmışdır, cavabdehə təklif olunan kompensasiya məbləği ünvan 5 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (2053/12 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 101829 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. İş materiallarından görünür ki, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən tərtib olunmuş 11 sentyabr 2019-cu il tarixli “Qiymətləndirmə Aktı”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci qərarına əsasən Bakı Şəhəri İddiaçı tərəfindən dövlət ehtiyacları üçün alınan, S.Tağızadə küçəsi, ev 23, mənzil 16 ("xxxx" MMC tərəfindən sözügedən ünvanda yerləşən əmlak şərti olaraq iki hissəyə bölünərək mənzil 16a və 16b kimi kodlaşdırılmışdır, cavabdehə təklif olunan kompensasiya məbləği ünvan 6 ünvanında yerləşən mülkiyyətdə və istifadədə olan (2053/12 şərti kodu ilə işarələnmiş) daşınmaz əmlakın faktiki mövcud olan sahəsi, müstəqil qiymətləndirici qismində cəlb edilmiş "xxxx" MMC tərəfindən, həmin əmlakın 2018-ci il iyun ayına olan bazar dəyəri və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla Cavabdeh mülkiyyətində və istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 23, mənzil 16 ünvanda yerləşən daşınmaz əmlakın sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 61994 manat məbləğində kompensasiya ödənilməli olduğu müəyyən olunmuşdur. İş materiallarından görünür ki, alan orqan İddiaçı cavabdehə yuxarıda qeyd edilən kompensasiya məbləğlərini ödəməyə hazır olduğunu bildirmişdir. Lakin, cavabdeh təklif olunan kompensasiyanı almaqdan imtina etmişdir və iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusıyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 987-İİİQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsi “Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.” kimi redaksiyada verilmişdir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarının da məzmunundan göründüyü kimi, Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə qəbul edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsi isə “Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.” kimi redaksiyada verilmişdir. Yuxarıda qeyd edilən dəyişiklik əsasında yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsin 248.1-ci maddəsinə əsasən “Alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən aşağıdakıların təsdiq olunması üçün alınan torpağın yerləşdiyi ərazi vahidi üzrə alan orqan tərəfindən məhkəməyə müraciət edilir: 248.2.1. torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmasının; 248.2.2. alınan torpağa sahibliyin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının; 248.2.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın növünün və məbləğinin.” Məhkəmə, mülki qanunvericiliyin dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın yaşayış və ya qeyri-yaşayış sahəsi, yaxud torpaq sahəsi olmasını fərqləndirməyərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində “Mülkiyyət” adı altında birləşdirməsini, odur ki, hazırkı iş üzrə fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınma prosedurlarının Azərbaycan Respublikası Mülki Məcəlləsi, həmçinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı, yəni-alan orqan İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 249.2-ci maddəsinə əsasən torpağın alınması barədə qərarın qəbul edildiyi tarixdən sonra həmin tarixədək mülkiyyətində alınan torpaq olan şəxslərin sahiblik və istifadə hüquqları istisna olmaqla, həmin torpaqla bağlı bütün hüquqları kompensasiya almaq hüququna çevrilir. Eyni zamanda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsi alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsinin yalnız məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilmək imkanını nəzərdə tutmuşdur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsində isə alan orqanın alınan əmlakla bağlı sahibliyin əldə edilməsinə dair məhkəmə qərarının icrası ilə bağlı müdddəa nəzərdə tutulmuşdur. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən alan orqanın bu Qanunun 52-ci maddəsində nəzərdə tutulmuş qaydada etdiyi müraciətindən sonra torpağa sahibliyin əldə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməyərək sahiblikdən imtina etmək istəməyən şəxslər barəsində məhkəmə qərarlarının icrası barədə qanunvericiliyin müvafiq müddəaları tətbiq olunur. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin əldən alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyri-mümkün edəcək və şəxsin üzərinə qeyri-mütənasib yük salacaq (bax X3rşı, 9 Dekabr 1994, § 71, A Seriyaları, no. 301-A, və Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır. Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§ 118 və 180) Məhkəmə nəzərə aldı ki, ərizəçi torpaq sahəsini çox ucuz qiymətə əldə etmişdir və dövlət orqanları prinsip etibarı ilə həmin sahənin tam bazar qiymətinin kompensasiya olaraq ödənilməməsi barədə qərar verərkən haqlı olmuşlar. Lakin Məhkəmə hesab etdi ki, 122 Lit məbləğində kompensasiyanın ödənilməsi ərizəçinin əmlakından məhrum olması ilə bağlı neqativ (mənfi) nəticələri kifayət qədər azaltmamışdır (yumşaltmamışdır). Hazırki işdə məhkəmə yuxarıda qeyd edilən milli qanunvericiliyin normalarına və Avropa Məhkəməsinin presedent hüququna əsaslanaraq ictimaiyyətin ümumi maraqları və şəxsin fundamental hüquqlarının müdafiəsi ilə bağlı maraqları arasında “ədalətli tarazlığın” (balansın) əldə olunması üçün (Urbarska X1rşı, no. 74258/01, § 126, 27 Noyabr 2007; Pirantiene Litvaya qarşı, § 68; və Albegras və Arlauskas Litvaya qarşı, § 74) hesab edir ki, iddia tələbləri təmin edilməli, ünvan 7 ünvanlarında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməli və Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 23, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 61.994 manat məbləğində kompensasiya, mənzil 16A ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 101829 manat məbləğində kompensasiya, cəmi 163823 (yüz altmış üç min səkkiz yüz iyirmi üç) manat məbləğində kompensasiya ödənilərək daşınmaz əmlak boşaldılmalıdır. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia təmin edilsin. ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakların sahibliyi alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilsin. Bakı şəhəri, Yasamal rayonu, S.Tağızadə küçəsi, ev 23, mənzil 16 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı 61.994 manat məbləğində kompensasiya, mənzil 16A ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı 101829 manat məbləğində kompensasiya, cəmi 163823 (yüz altmış üç min səkkiz yüz iyirmi üç) manat məbləğində kompensasiya Cavabdeh ödənilərək, ünvan 7 ünvanındakı daşınmaz əmlaklar boşaldılsın. Apelyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) verilə bilər. Sədrlik edən: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-104/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-104/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver