Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-104/2024 10.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 yanvar 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Bağ və binaların uzunmüddətli icarəyə verilməsi” barədə 15789 №-li, xx.xx.1968-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 0,12 ha, 382b saylı bağ sahəsi X6 icarəyə verilmişdir. X8 17 mart 2013-cü il vəfat etmiş, iddiaçı vərəsə kimi tanınmış və miras əmlaka şəhadətnamə verilməsi üçün Bakı şəhəri, 27 saylı notariat kontoruna müraciət etmişdir. Notariat kontoru tərəfindən 22 oktyabr 2013-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə iddiaçıya atasından qalmış və miras əmlakın siyahısına daxil olan Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 382b nömrəli 0.12 sot bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarışın verilməsi barədə məktub göndərilmişdir Bundan sonra iddiaçı bağ torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması məqsədi ilə torpaq sahəsinin planı və ölçüsü sənədinin alınması üçün keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etsə də, Bakı şəhər şöbəsi bağ torpaq sahəsinə dair sənədlərdə uyğunsuzluq olması əsası (müqavilədə 382b nömrəli bağ göstərildiyi halda, faktiki 814 saylı bağ sahəsindən istifadə olunur) ilə sənədləri icra etməkdən imtina etdiyindən o, iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 382b nömrəli bağ torpaq sahəsinin 814 nömrəli hesab edilməsini, həmin torpaq sahəsinin plan və ölçüsünün X5 adına tərtib edilməsi vəzifəsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2014-cü il tarixli qərarına əsasən iddia təmin edilmişdir xx.xx.2014-cü ildə məhrum X5 adına Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 massivindəki 814 nömrəli bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, plan-ölçü sənədində torpaq sahəsi 1000 kv.m göstərilmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsinin 0,12 ha olmaqla dövlət reyestrində qeydə alınmaqla reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırmış, həmin iddia məhkəmənin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-Kollegiyasının 2-1(102)-313/2017 saylı, 26 aprel 2017-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 1748/2017 nömrəli iş üzrə, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin 26 aprel 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-409/2018 nömrəli, 13 mart 2018ci il tarixli qətnaməsi ilə X7 qanuni sahibliyində və istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 bağ massivində yerləşən 814 saylı 0,10 ha sahədən ibarət bağ sahəsinə tərəf açmaqla X9, X23, X20, X3, X18 və X21 tərəfindən özbaşına inşa edilmiş daş hasarın sökülməsi, bağ sahəsinə tərəf açılmış giriş-çıxış qapısı bağlanmaqla torpaq sahəsinin cavabdehlərin hesabına əvvəlki vəziyyətinə qaytarılması və cavabdehlər tərəfindən zəbt olunmuş 103 kv.m. ibarət torpaq sahəsinin boşaldılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8589/2018 nömrəli, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(008)-409/2018 saylı qətnaməsinin qismən, yəni «bağ sahəsinə tərəf açılmış giriş-çıxış qapısının bağlanması» hissədə ləğv edilməsi, həmin iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)3813/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8589/2018 nömrəli, 15 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğv edilməsi, həmin bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və plan ölçü sənədinin verilməsi üçün xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, hüquqmüəyyənedici sənədlərə əsasən torpağın sahəsi 1200 kv metr qeyd olunsa da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə 1000 kv metr göstərilmişdir. Belə ki, bağ sahələrinin bölgüsünə dair sxematik xəritəyə əsasən faktiki torpaq sahəsinin bir hissəsinin qonşu bağ sahələrinə keçid yolu kimi nəzərdə tutulduğu müəyyən edilmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X24 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi, həmin əmlak üzərində hüququn mərhum X6 məxsus olması barədə arayışın və həmin arayış əsasında Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan və ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Torpaq sahəsinə dair plan ölçü sənədində torpaq sahəsi 1000 kv.metr göstərilmişdir. Buna səbəb isə qonşu ilə aralarında hasar inşa edilərkən hasarın səhvən onun torpaq sahəsində inşa edilməsi olmuşdur. Nəticədə torpaq sahələrinin ölçüsü 200 kv.metr azaldılmışdır. Qarşılıqlı razılıq əsasında həmin hasar sökülərək 1200 kv.metr sahəyə uyğun yeni hasar inşa edilmişdir. Göründüyü kimi imtina məktubunda qeyd olunan uyğunsuzluq aradan qaldırılmışdır. Eyni zamanda ərizəsində qonşu bağ sahəsinə gedişgəliş üçün yol verilməsinə etiraz etmədiyini bildirmişdir. Buna baxmayaraq müraciəti müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərə əsasən torpağın sahəsi 1200 kv.metr qeyd olunsa da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə 1000 kv metr göstərilmişdir. Bağ sahələrinin bölgüsünə dair sxematik xəritəyə əsasən faktiki torpaq sahəsinin bir hissəsinin qonşu bağ sahələrinə keçid yolu kimi nəzərdə tutulduğu müəyyən edilmişdir. Həmçinin müvafiq iddia tələbi ilə bağlı məhkəmə mübahisəsi olmuş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 44/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən iddia təmin edilməmiş, apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlamış və Ali Məhkəmənin 2-2(102)-1748/2017 saylı qərarı ilə apellyasiya məhkəməsinin qərarında öz növbəsində qüvvədə saxlanılmışdır. Birinci instansiya məhkəməsində birinci icraat Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1432/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “...iddiaçının iddia tələbində göstərilən məsələlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcud olduğundan və həmin aktlarda iddiaçının iddia ərizəsində göstərilən məsələlərə məhkəmələr tərəfindən baxılaraq müvafiq qiymət verildiyindən, o cümlədən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı qərardaddan apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-289/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər – S.Bəktaşi (sədrlik edən və məruzəçi), M.Tağızadə, K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, iddiaçının bəyan etdiyi hüquqlarla qeydiyyata alınmasını hesab etdiyi hüquqlar arasında ziddiyyətlərin mövcudluğu işin məhkəmə araşdırması ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********69 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, mübahisəli sahənin bir hissəsi qonşu torpaq sahəsində olan yola düşür. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin torpaq sahəsi ilə bağlı imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Göründüyü kimi, iddiaçı artıq eyni əsasla eyni inzibati orqana qarşı iddia qaldırmış, məhkəmə qərarları ilə onun iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1339/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə (Hakimlər – N.Rəsulbəyova, İ.Hüseynov, K.Bədəlıov) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)- 289/2023 nömrəli qərardadı qismən, “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X24 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələblərinin mümkün sayılmaması hissələrində ləğv edilməsi, həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2-1(103)-289/2023 nömrəli qərardadının qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X24 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbləri ilə məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi, iddiaçının qeyd olunan tələblərlə məhkəməyə müraciəti iş materialları ilə təsdiq edilmədiyindən, həmin tələblərə münasibətdə iddianın mümkün sayılmaması barədə apellyasiya instansiya məhkəməsinin nəticəsi İPM-in 78-ci maddəsinə ziddir. Bundan əlavə, iddiaçı apellyasiya şikayətində iddia tələbinin mümkünsüzlüyü ilə bağlı birinci instansiya məhkəməsinin nəticəsinin hüquqi mövqeyinin düzgün olmaması ilə bağlı dəlillər irəli sürmüş, lakin apellyasiya instansiya məhkəməsi tərəfindən şikayətin dəlillərinə münasibət bildirilməmiş, bununla da, İPM-in 87.8-ci maddəsinin tələbləri pozulmuşdur. İddiaçının digər tələbi ilə (Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) bağlı isə kassasiya məhkəməsi qeyd etmişdir ki, sözügedən daşınmaz əmlak üzərində iddiaçının atasının mülkiyyət hüquqları qeydə alındıqdan sonra vərəsəlik şəhadətnaməsi ilə iddiaçı əmlak üzərində hüquqların qeydə alınması üçün cavabdehə müraciət edə bilər, o cümlədən imtina aldığı təqdirdə onun məhkəməyə müraciət hüququnun mövcudluğu istisna edilmir. Lakin nə qədər ki, iddiaçının atasının adına əmlak qeydə alınmayıb və miras əmlakın predmetini təşkil etmir, iddiaçının belə bir tələblə məhkəməyə müraciət etməsi üçün əsas yoxdur”. Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakimlər C.Yusifov (sədrlik edən), P.Hüseynov, Ş.Məmmədova) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-1432/2022 nömrəli qərardadı qisməniddianın, “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X24 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinin mümkün sayılmaması hissələrində ləğv edilmiş, həmin hissələrdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi kassasiya məhkəməsinin qərarında göstərilmiş hüquqi mövqeyi nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianın mümkünsüzlüyü nəticəsinə gələrkən, iddia tələblərini ayrı-ayrılıqda təhlil etməmiş, qeyd olunan hissədə iddia tələblərini mümkün saymamaqla, İPM-in 12.1, 13 və 35.1-ci maddələrinin tələblərini pozmuşdur. Birinci instsnsiya məhkəməsində ikinci icraat İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X24 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin həcminin azaldılması barədə ərizə icraata qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildir ki, Plan və ölçü sənədini mövcudluğu, onun bağ sahəsinə tam mülkiyyət hüququnun qeydə alınmasına maneçilik törədir. İddiaçının nümayəndəsi və vəkili həmçinin, iş üzrə mütəxəssis rəyinin alınmasına və ya ekspertiza keçirilməsinə zərurət olmadığını bildirərək, iş materiallarına əsasən qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə ilk növbədə qeyd edir ki, hazrkı iş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı qismən - iddianın, “Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X24 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi və həmin əmlak üzərində hüququn mərhum X6 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələblərinin mümkün sayılmaması hissələrində ləğv edilmiş, həmin hissələrdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı isə iddia tələbinin həcmini azaldaraq Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 massivində yerləşən 814 nömrəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X24 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nəticə etibarı ilə hazırkı məhkəmə baxışının predmetinin yalnız iddia tələbinin mübahisəli bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən tərtib edilmiş X24 kitabında xx.xx.2014-cü il tarixdə 40161 nömrə ilə uçota alınmış A № 519869 nömrəli torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi təşkil edir. İddiaçı qeyd edilən hissədə tələbinin faktiki əsası kimi o hala istinad edir ki, bağ sahəsinə dair plan və ölçü sənədi verilərkən torpaq sahəsinin bir hissəsində qonşu hasar tikmiş, qarşılıqlı razılıq əsasında həmin hasar sökülərək göstərilən imtina əsası aradan qalxmışdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən iddiaçının tələbini əsassız hesab edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının əvvəlki iddiası üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları vardır. İPM-in 78-ci maddəsinə görə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki prosessual qanunvericiliyə görə, bəzi hallar vardır ki, həmin hallarda qanunvericilik tərəfləri sübutetmə yükündən azad edir. Bu hallara tərəfin faktı və ya iddia tələbini etiraf etməsi (106.3, 191 maddələr), preyudisial qərarlarla müəyyən edilən hallar (82.3, 82.4 maddələr) hamıya bəlli olan hallar (maddə 82.1) aiddir və belə hallarda tərəflər sübutetmə yükündən azaddır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarına əlavə edilmiş məhkəmə qərarlarından müəyyən edilir ki, iddiaçı torpaq sahəsinin 0,12 ha olmaqla dövlət reyestrində qeydə alınmaqla reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırmış, həmin iddia məhkəmənin 2-1(82)-44/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə rədd edilmiş, apellyasiya və kassasiya instansiyalarında qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin işə baxan məhkəmələr iddia tələbinin rədd edilməsinin əsası kimi iki hala istinad etmişlər: 1) ölmüş şəxsə aid daşınmaz əmlaka dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayış verilə biləcəyi halda, iddiaçı torpaq sahəsinə dair öz adına çıxarış və plan və ölçü sənədinin verilməsini tələb etmişdir. 2) Torpaq sahəsinin plan və ölçü sənədindən göstərilən bir hissəsi digər bağın yoluna düşür və ümumi istifadədə olan yoldur. Hazırkı işdə iddiaçının tələbinin predmetini plan və ölçü sənədinin ləğv edilməsi təşkil etdiyindən, 2-ci halla bağlı əvvəlki məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallar, hazırkı işdə preyudisial əhəmiyyətə malikdir. Bu qənaətə gələrkən məhkəmə həmçinin hüquqi müəyyənlik prinsipinin əhəmiyətini də qeyd etməyi zəruri hesab edir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə MPM-də qeyd olunan tərzdə yanaşması ilk növbədə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin Məhkəmənin başqa bir qərarı nəzərə alınaraq qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi). Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən, prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır (“X2 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar). İş materiallarına əlavə edilmiş kassasiya məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki (iş v 111-114): “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 21 iyul 2016-cı il tarixli, **********69 nömrəli mütəxəssis rəyindən görünür ki, “müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“ MMC-nin arxiv və elektron bazasında ortofoto və xəritə materialları üzərində qəqiqləşdirilib sxemlər hazırlanmışdır. Hazırlanmış sxemdən göründüyü kimi şözügedən bağ sahəsinin bir hissəsi torpaq yolda yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 oktyabr 2016-cı il tarixli, 16232 nömrəli ekspert rəyindən görünür ki, “X10 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Albalı-1 (Vişnyovka 1) bağ massivində yerləşən 823 a saylı bağ sahəsinin digər tərəfdən giriş-çıxış yolunun (qapı və darvaza) olduğu müəyyən edilmişdir.” Lakin ekspertiza rəyində X12 məxsus 823 a saylı bağın başqa yolunun hansı tərəfdən olması, ümumi istifadə yolu və ya başqa bağın ərazisindən olması dəqiq göstərilməmişdir. Apellyasiya məhkəməsi üçüncü şəxsə məxsus 823 a saylı bağın iddiaçının iddia etdiyi bağ sahəsindən keçən yoldan başqa digər yolun olub-olmamasının araşdırılması, 823 saylı bağın yolunun arxiv sənədlərinə əsasən harada nəzərdə tutulmasını müəyyən etmək üçün həmin bağ sahəsinin və onun qonşuluğunda yerləşən 823 və 824B saylı bağların arxiv sənədləri cavabdehdən tələb etmişdir. Arxiv sənədlərinə əsasən müəyyən edilmişdir ki, Albalı-1 (Vişnyovka 1) bağ massivində yerləşən sahəsi 0,24 ha olan 823 saylı bağ sahəsi xx.xx.1969-cu il və xx.xx.1981-ci il tarixli müqavilələrə əsasən X4 istifadəsində olmuş, onun xx.xx.1989-cu il tarixli ərizəsinə əsasən həmin bağın 0,12 ha hissəsinin bacısı X1 adına sənədləşdirilməsi xahiş edilmiş və həmin bağ bölünərək 0,12 ha hissəsi 823a saylı bağ sahəsi kimi xx.xx.1999-cu il tarixli müqaviləyə əsasən X1 istifadəsinə verilmiş, 0,12 ha sahəsi olan 823 saylı bağ sahəsi isə T.Kərimovanın adında qalmışdır. Hər iki bağ sahəsi özəlləşdirilmişdir. 823 saylı bağın bölünməmişdən əvvəlki cizgisinə əsasən bağın bir tərəfində 824 saylı, digər tərəfində 822 saylı bağ sahələri, bir tərəfində yol, digər tərəfdən keçid nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı xx.xx.1989-cu il tarixdə tərtib edilmiş arxiv cizgisinə əsasən 823 saylı bağın uzunluğu boyunca nəzərdə tutulan keçidin, hal-hazırda tərəflər arasında mübahisəli olan 823 a saylı bağın da yolu olduğu müəyyən edilmiş, 823a saylı bağ sahəsinə bu yoldan başqa hər hansı digər tərəfdən avtomobil yolu mövcud deyildir. Ekspert rəyində qeyd edilən - iddiaçı tərəfindən iddia edilən başqa yolun isə əslində 823a saylı bağın arxa tərəfində yerləşən 824b saylı X13 mülkiyyətində olan bağ sahəsinə məxsus olduğu və bu bağların sahibləri qohum olduqlarından bağ sahələri arasında yol keçidi üçün əlaqə saxlamaq üçün dar kiçik qapı olduğu müəyyən edilmişdir. Yerli baxış zamanı iddiaçının iddia etdiyi sahəsinin 823a saylı bağ sahəsinin darvazasına qədər olan yolun bir hissəsinə həmin yol bağlanarsa, 823 a saylı bağ sahəsinə hər hansı tərəfdən başqa yolunun olmadığı müəyyən edilmişdir. İşin hallarından həmçinin müəyyən olunur ki, apellyasiya məhkəməsi verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinin bağın yoluna düşən hissəsi çıxılmaqla, qalan hissənin iddiaçının adına qeydə üçün tərəflərə barışıq sazişi təklif edilmiş, cavabdeh iddiaçının yola düşən hissəsindən imtina etməklə, yenidən müraciət edəcəyi təqdirdə, bu məsələnin müsbət mümkün olduğunu, iddiaçı isə qəti etiraz edərək torpaq sahəsinin tam həcmdə qeydə alınmalı olduğunu bildirmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququ qeydə alınmasını tələb etdiyi 814 saylı bağa dair xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinin bir hissəsi 823a saylı yoluna düşdüyündən və həmin yol ümumi istifadədə olan torpaq sahəsi olduğundan iddiaçının mülkiyyətinə verilməsi qanunuvericiliyin tələbini pozmaqla, torpaq mülkiyyətçisinin hüquqlarını məhdudlaşdırır. Beləliklə, sadalanmış işin faktiki hallarını və qanunvericiliyin qeydi müddəalarını nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya instansiya məhkəməsi əsaslı olaraq bu nəticəyə gəlmişdir ki, cavabdehin torpaq sahəsi ilə bağlı imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Həmin torpaq sahəsinin yola düşən hissəsindən imtina etməklə, digər hissəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh inzibati orqana təkrar müraciət etmək hüququ vardır”. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş hallara əsasən, hazırda mübahisələndirilən xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən torpaq sahəsinin bir hissəsi 823a saylı yoluna düşdüyündən və həmin yol ümumi istifadədə olan torpaq sahəsinə düşdüyündüən qeyd olunan hissə çıxılmaqla, qalan hissəyə dair xx.xx.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçü sənədi verilmişdir. Hazırda iddiaçının tələbinin əsası kimi istinad etdiyi hal, yəni hasarın sökülməsi və imtina əsasının aradan qalxması halı ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən plan və ölçünün verilməsi zamanı torpaq sahəsinin ölçüsünün az göstərilməsi hasarla bağlı deyil, ümumi istifadədə olan yola düşməsi ilə bağlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən plan və ölçü sənədinin ləğv edilməsi barədə iddiaçının tələbinin əsası yoxdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Torpaq sahəsinin planı və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-104/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-104/2024
10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver