Məhkəmə qərarları › İş №2-1(112)-1040/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1040/2023

01.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1040/2023 01.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil1 olunun, Cavabdehin nümayəndəsi X8, Üçüncü şəxs X12, Üçüncü şəxs B.Rzayevin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X22 və X27) qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən bağ sahəsinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh 28.0302022-ci il tarixli ********** nömrəli məktubla iddianı təmin etməkdən imtina etmiş və bildirmişdir ki, ünvan 2 ünvanda yerləşən bağ sahəsinə dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 7307/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6842/2021 saylı, 17 06.2021-ci il tarixli bildirişləri daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanımı qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0.12 ha torpaq sahəsində yerləşən 13/3756 nömrəli bağ sahəsinə cavabdeh tərəfindən X13 adına xx.xx.2015-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış (Seriya RX N 00739798 saylı çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 0.12 ha torpaq sahəsində olan 13/3756 nömrəli bağ sahəsinə cavabdeh tərəfindən X13 adına xx.xx.2015-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış seriya RX №00739798 saylı çıxarışla təsdiqlənmiş qeydiyyatın və həmin qeydyyat əsasında verilmiş çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X22 və X27 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, Bakı şəhər XDS İK-nin 1/145 saylı xx.xx.1990-cı ıl tarixli qərarına əsasən Əzizbəyov (hazırda - Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, “Şimal” DRES-ın cənub-şərq ərazisindən Kosmik Tədqiqatlar EİB-ın (hazırda - Azərbaycan Milli Aerokosmik Agentliyinin) nəzdində yaradılmış Bağçılıq yoldaşlığına (Günəş-3 Bağçılıq yoldaşlığına) torpaq sahəsi ayrılmışdır. Həmin qərarın icrası ilə əlaqədar Memarlıq-planlaşdırma idarəsi tərəfindən xx.xx.1991-ci il tarixdə ərazinin memarlıq-planlaşdırma sənədi təsdiq edilmiş, ayrılmış ümumi sahə 4.68 ha olmaqla, sahənin sərhədləri, istinad nöqtələri müəyyən edilmişdir. Bundan sonra “Günəş-3" Bağçılıq yoldaşlığının üzvlərinə ayrılmış torpaq sahələrinə dair üzvlük kitabçaları verilmişdir. 90-cı illərdə “Günəş-3" Bağçılıq yoldaşlığının bəzi üzvləri, xüsusilə digər millətlərdən olan üzvləri işdən çıxaraq ölkəni tərk etdiyindən, sahədən təyinatı üzrə istifadə etmədiyinə görə xx.xx.1999-cu il tarixdə "Günəş-3" Bağçılıq yoldaşlığının ümumi yığıncağı keçirilmiş, ümumi yığıncağın qərarına əsasən AMAKA-nin baş direktorunun birinci müavini Tofiq Süleymanov tərəfindən “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi tərtib və təsdiq edilmişdir. Bundan sonra “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü sxemi əsasında sahə naturada ayrılaraq üzvlərə təhvil verilmişdir. O cümlədən AMAKA-nın elmi işçisi, Bakı şəhəri, ünvan 4 ünvanda yaşayan X28 AMAKA-nın Bağçılıq yoldaşlığı üzvlərinin xx.xx.1999-cu il tarixli 2 saylı protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona üzvlük kitabçası verilmiş və 11/12 nömrəli bağ sahəsi naturada ayrılaraq ona təhvil verilmişdir. Həmin vaxt sahə naturada ayrılaraq üzvlərə təhvil verilərkən bütün bağ sahələri 5 daş hündürlüyündə hasarlanmışdır. X28 xx.xx.2005-ci il tarixli 8622 qeydiyyat nömrəli ərizə ilə X15 və İstismarı Birliyinə müraciət edərək Şuvəlan qəsəbəsi ərazisindəki AMAKA tərəfindən verilmiş 11/12 nömrəli bağının üzvlük kitabçasını sahəsinin müqavilə ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2005-ci il tarixli 8622 qeydiyyat nömrəli həmin ərizənin üzərindəki qeydlərdən göründüyü kimi, ərizə verilən tarixdə, yəni xx.xx.2005-ci il tarixdə xx/xx-3754/3755 nömrəli bağ sahəsi Dürdanə Əliyevanın istifadəsində olmuş və bağ sahəsinin hasarı mövcud olmuş X15 və İstismarı Birliyinə müəyyən olunmuş ödəniş edilmiş və bağ sahəsi dördüncü sırada yerləşir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki 0.12 ha torpaq sahəsində yerləşən 11/12 nömrəli bağ sahəsi də eyni qaydada X15 və İstismarı Birliyi ilə bağlanmış 36199 saylı xx.xx.2005-cı il tarixli xx/xx-3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 10 il müddətinə X20 istifadəsinə verilmişdir. X28 1 saylı DNK-da xx.xx.2007-ci il tarixli, reyestrdə 7k08/783 nömrə ilə ərizə ilə müraciət edərək, Şuvəlan qəsəbəsi ərazisindəki 0,12 ha sahəsi olan xx/xx-3754/3755 nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra, həmin bağ sahəsinə dair X15 və İstismarı Birliyi ilə bağlanmış 36199 saylı xx.xx.2007-ci ıl tarixli xx/xx-3754/3755 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən 10 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Həmin sahə 2007-ci ildə İddiaçı ayrılandan sonra Dürdanə Əliyeva tərəfindən əvvəllər inşa edilmiş 5 daş hasara İddiaçı tərəfindən əlavə 5 daş hörülmuş, lakın sonradan maddi imkanı olmadığına görə ev tikə bilməmiş, bununla belə, mütəmadi olaraq bağ sahəsinə baş çəkmişdir. 2018-ci ilin əvvəllərində İddiaçı maddi imkanı nisbətən düzəldiyindən həmin sahəyə dair yaranmış hüquqların daşınmaz əmlakın dövlət reyestrində ilkin dövlət qeydiyyatına alınması (mülkiyyət sənədi verilməsi) ilə bağlı DƏDRX-ın 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətə İdarənin xx.xx.2018-ci il tarixli imtina məktubu ilə cavab verilərək, həmin sahəyə dair başqa şəxsin adına qeydiyyat aparıldığı bildirilmişdir. Bundan dərhal sonra məhkəməyə müvafiq iddialar ilə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsində baxılarkən X23 bildirmişdir ki, o, mübahisəli bağ sahəsini tanımır və görməmişdir, həmin bağ sahəsində heç vaxt olmamışdır, həmin bağ sahəsində heç bir inşaat işləri aparmamışdır, həmin bağ sahəsinin onun adına sənədləşdirilməsindən xəbəri olmamışdır. həmin bağ sahəsinə dair onun tərəfindən tanımadığı bır şəxsə etibarnamə verilmiş, bundan sonra həmin şəxsin onun adından hansı hərəkətlər etməsindən heç bir məlumatı olmamışdır, həmin bağ sahəsinin alqı-satqısından ona heç bir vəsait verilməmişdir. İddiaçı və Dürdanə Əliyevadan fərqli olaraq Nətavan Məmmədova ilə sözügedən bağ sahəsinə dair X15 və İstismarı Birliyi arasında heç bir müqavilə bağlanmamışdır. “Günəş-3” Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində X14 adına bağ torpaq sahəsi, ümumiyyətlə, mövcud olmamışdır. Hətta əgər olmuşsa belə, həmin bağ torpaq sahəsi İddiaçı (Dürdanə Əliyevaya) məxsus olan bağ torpaq sahəsindən kənarda yerləşmiş və fərqli bağ sahələridir, lakin tamamilə qanunsuz olaraq İddiaçı (Dürdanə Əliyevaya) məxsus olan bağ torpaq sahəsinin yerləşdiyi ərazi Natavan Məmmədovanın adına sənədləşdirilmişdir. X6 xx.xx.2019-cu il tarixli, 33 saylı ekspert rəyindən müəyyən edilir ki, tədqiq olunan İddiaçı məxsus 0 12 ha torpaq sahəsi bütövlükdə Nətavan Məmmədovaya məxsus bağ sahəsi ilə üst-üstə düşür. Həmin sahəyə DƏDRX-ın 1 saylı Bakı şəhər Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə baxış keçirilən zaman, həqiqətən İddiaçı tərəfindən inşa edilmiş hasarın naməlum şəxs tərəfindən sökülərək, yeni hasar inşa edildiyi müəyyən edilmişdir. Halbuki, məhkəməyə təqdim edilən sənədlərlə müəyyən edilir ki, Bağçılıq yoldaşlığının üzvlərinin bölgü siyahısı və bölgü sxemində həmin sahə tam qanuni əsaslarla İddiaçı istifadəsində olmuş, Natavan Məmmədovanın adına isə bağ sahəsi olmamışdır. Sonradan o da müəyyən edilmişdir ki, həmin bağ torpaq sahəsi X14 adına 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə qeydiyyata alındıqdan cəmi 23 gün sonra sonuncu tərəfindən Bakı, Gəncə pr. ev 105 mənzil 42-də qeydiyyatda olan X16 Bakı şəhəri 7 saylı Notariat Kontorunda xx.xx.2015-cı il tarixdə verilmiş etibarnamə əsasında həmin şəxs tərəfindən xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2, həmin alqı-satqı müqaviləsi Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş və həmin alqı-satqı müqaviləsi əsasında X24 RX seriyalı ******* saylı 27 10 2015-ci il tarixli çıxarış verilmişdir. Beləliklə, işdən göründüyü kimi, İddiaçı qanuni istifadəsində olan həmin sahənin başqa şəxslərə vermiş vəzifəli şəxslər, vəzifələrindən sui-istifadə edərək, onun mülkünün özgəninkiləşdirilməsinə nail olmuşlar. Ona görə də, məhkəmə işə baxarkən cavabdehin və üçüncü şəxslərin hərəkətlərində cinayətlərinin əlamətlərini aşkara çıxararsa, bu barədə MPM-ın 265.4-cu maddəsinə əsasən xüsusi qərardad çıxartmaqla prokurora məlumat verilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya dair yazılı etirazında iddia tələbinin rədd edilməsini xahiş etmiş və göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Üçüncü şəxs B.Rzayevin nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazda iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, ünvan 1 bağ sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışa əsasən X14 mülkiyyətinə verilmiş, torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. ünvan 1 bağ sahəsini ******* nömrəli, 22 oktyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında B.Rzayev adına qeyd olunan bağ sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən RX seriyalı, ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarış verilmiş, torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Həmin tarixdən hazıradək mülkiyyətində olan bağ sahəsinin hər tərəfini 4 metr hündürlüyündə mişar daşı ilə hasara alaraq istifadə edir. Mülkiyyətində olan bağ sahəsində 2015-ci ildə çoxlu sayda ağaclar əkmiş, şəxsi vəsaiti hesabına su quyusu qazdırmış və elektrik enerjisi çəkdirərək işıq sayğacı quraşdırmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şüvəlan qəsəbəsində yerləşən xx/xx-3754/3755 nömrəli bağ sahəsi 02 mart 2007-ci il tarixdə İddiaçı istifadəsinə verilmişdir. B.Rzayevin mülkiyyətində olan bağ sahəsinin nömrəsi isə 13 nömrəli bağ sahəsidir. B.Rzayevin bağ sahəsinin iddiaçının bağ sahəsi ilə üst-üstə düşməsi qeyri mümkündür. Bundan başqa, iş materiallarına əlavə olunmuş müqavilədən görünür ki, X15 və İstismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisində yerləşən xx/xx-3754/3755 nömrəli bağın istifadəsinə verilməsinə dair 02 mart 2007-ci il tarixli, 36199 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-ci bəndində qeyd edilir ki, bağın istifadəyə verilməsi haqqında Müqavilə 10 il müddətinə bağlanır. İstifadəçi müqavilə öhdəliklərini yerinə yetirdikdə müqaviləsi yeni müddətə artırılır. Həmin müqavilənin 6-cı bəndində istifadəçi bağdan aidiyyatı üzrə istifadə etməyi, istifadəyə götürdüyü bağ sahəsində hər il öz xərci və vəsaiti hesabına aqrotexniki becərmə işləri görməyi və bağ sahəsini təmiz saxlamağı öhtəsinə götürmüşdür. İddaçıya isə 12 saylı bağ sahəsi ayrıc aktına əsasən ayrılıb verilməmişdir. Vətəndaşa bağ sahəsi ayrılarkən ayrıc aktı tərtib edilir və həmin bağ sahəsi vətəndaşın istifadəsinə verilir. İddaçının istifadəsinə verilmiş bağ sahəsi ilə B.Rzayevin mülkiyyətində olan bağ sahəsi üst-üstə düşsəydi belə, iddiaçı 2007-ci ildən hal-hazıradək nəyə görə həmin bağ sahəsini mübahisələndirməmişdir. İddiaçı Qanunvericiliyin tələbinə görə ümumi iddia müddəti olan on illik iddia müddətini də keçirmişdir. Bundan başqa, iddiaçı Kosmik Tədqiqatlar EİB-nin nəzdində yaradılmış “Günəş-3” Bağçılıq yoldaşlığında heç vaxt işləməmiş və bağçılığın üzvü olmamışdır. Həmin 12 saylı bağ sahəsi X15 və İstismarı Birliyi tərəfindən əsassız olaraq İddiaçı istifadəsinə verilsə də, sonuncu həmin bağ sahəsindən müqavilədə göstərilən öhdəlikləri yerinə yetirməmiş və heç vaxt həmin bağ sahəsindən istifadə etməmişdir. Bununla da iddiaçının 12 saylı bağ sahəsində istifadə hüquqları saxlanılmamışdır. Ümumiyyətlə iddiaçının hal-hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçı hazırki iddia ərizəsində qeyd etmişdir ki, xx/xx-3754/3755 saylı bağ sahəsi Dürdanə Əliyeva tərəfindən 5 daş daha sonra isə özü tərəfindən əlavə olaraq 5 daş hasara alınmışdır. İddiaçının iddia ərizəsində göstərdikləri tamamilə əsassızdır. Halbuki, İddiaçı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən bağ sahəsinin hasara alınmasını qeyd etməmişdir. X22 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli iclasında izahat verərək göstərmişdir ki, ünvan 1 bağ sahəsi mülkiyyətində olmuşdur və alqı-satqı müqaviləsi əsasında X1. X12 izahatı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin məhkəmə iclas protokolunda və məhkəmənin qətnaməsində öz əksini tapmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin 02 iyun 2022-ci il tarixli, 7-2589/17 nömrəli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının sənədləri arasında X20 adına xx.xx.2005-ci il tarixli, 23 nömrəli sərəncam mövcud deyildir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, Kosmik Tədqiqatlar EİB-nin nəzdində yaradılmış “Günəş-3” Bağçılıq Yoldaşlığı tərəfindən X25 ayrılmış torpaq sahəsindən D.Əliyeva imtina etmişdir. Halbu ki, qanunvericiliyin tələbinə görə X25 ayrılmış bağ sahəsindən imtina etməsi barədə Kosmik Tədqiqatlar EİB-nin nəzdində yaradılmış “Günəş-3” Bağçılıq Yoldaşlığı tərəfindən iclas keçirilməli, həmin bağ sahəsindən imtina olunması barədə protokol tərtib olunaraq qərar qəbul edilməli idi. Həmin bağ sahəsi Kosmik Tədqiqatlar EİB-nin nəzdində yaradılmış “Günəş-3” Bağçılıq Yoldaşlığında işləyən növbədə olan digər işçilərə təklif olumalı idi, əgər həmin şəxslər də bağ sahəsindən imtina etsəydilər onda həmin bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı X7 İnkişafı və İstismarı Birliyinə qaytarılmalıydı. X15 və İstismarı Birliyi ilə İddiaçı arasında Şüvəlan ərazisində yerləşən xx/xx-3754/3755 nömrəli bağın istifadəsinə verilməsinə dair 02 mart 2007-ci il tarixli, 36199 saylı müqavilə bağlansa da, həmin müqaviləyə bağ sahəsinə dair heç bir ölçü və plan-sxemi əlavə edilməmişdir. Məhkəmə Qərarlarından göründüyü kimi iddiaçı X9 2018-ci il tarixdə mübahisələndirdiyi (13 saylı) bağ sahəsinin X21 mülkiyyətində olması barədə məlumatı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi inzibati aktların mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə də hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verildiyinə görə iddia mümkün sayılmamalıdır. Həmçinin ünvan 1 bağ sahəsini X10 ******* nömrəli, 22 oktyabr 2015- ci il tarixli alqı-satqı müqaviləsi əsasında vicdanlı alıcı olaraq almışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun əmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs B.Rzayevin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs N.Məmmədova məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz... Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsindən ibarət olmaqla, öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İş materiallarından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İş materiallarında olan və məhkəmə iclasında təqdiq edilən: - Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində yaranmış “Günəş-3” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli ümumi yığıncağının 2 saylı protokolundan çıxarışdan görünür ki, bağçılıq yoldaşlığın üzvü X25 11/12 saylı torpaq sahəsi ayrılmış, D.Əliyevanın adına bağçılığın üzvlük kitabçası verilmişdir. - X20 bakı şəhər X15 və İstismarı Birliyinə ünvanlanmış xx.xx.2005-ci i tarixli ərizəsindən görünür ki, onun Şüvəlan qəsəbəsi ərazisindəki AMAKA tərəfindən verilmiş 11/12 nömrəli bağının üzvlük kitabçasının müqavilə ilə əvəz edilməsini xahiş etmişdir. - xx/xx-3754/3755 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 36199 saylı müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 23 saylı sərəncamına əsasən Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0,12 ha sahəsi olan xx/xx-3754/3755 saylı bağ sahəsi X20 istifadəsinə verilmişdir. - İş materiallarından görünür ki, xx.xx.2007-ci il tarixdə D.Əliyeva ərizə ilə X15 və İstismarı Birliyinə ərizə ilə müraciət edərək xx/xx-3754/3755 saylı bağ sahəsinin İddiaçı adına keçirilməsinə razılıq vermişdir. -“Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X15 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli, 01 nömrəli protokolundan görünür ki, Bakı şəhər İcra hakimiyyətinin 17.03.97-ci il tarixli 233 nömrəli Sərəncamına əsasən vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: 1.144. Şüvəlandakı xx/xx-3754/3755 nömrəli bağ – İddiaçı. - X15 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 75 nömrəli sərəncamından çıxarışdan görünür ki, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X15 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli, 01 nömrəli protokolu təsdiq edilmişdir. - xx/xx-3754/3755 saylı bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 36199 saylı müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 75 saylı sərəncamına əsasən Əzizbəyov rayonu, Şüvəlan ərazisində 0,12 ha torpaq sahəsi olan 3754/3755 saylı bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. - Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində yaranmış “Günəş-3” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli ümumi yığıncağının 2 saylı protokolundan çıxarışdan görünür ki, bağçılıq yoldaşlığın üzvü X17 13 saylı torpaq sahəsi ayrılmış, N.Məmmədovanın adına bağçılığın üzvlük kitabçası verilmişdir. - RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan 13/3756 saylı bağ sahəsinə X12 mülkiyyət hüququ ********** nömrə ilə xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan AZ-İ №0493341 saylı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X22 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.12 ha sahəsi olan 13/3756 saylı bağ sahəsini alıcı X3, B.Rzayevin torpaq sahəsi üzərindəki mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda N.Məmmədova ayrılmış və sonradan B.Rzayevin mülkiyyətinə verilmiş həmin torpaq sahəsinin ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsinə istinad edərək X12 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydin ləğv olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd olunan halları ilə D.Əliyevaya üzvü olduğu “Günəş-3” bağçılıq yoldaşlıq tərəfindən 11/12 saylı saylı bağ sahəsinin ayrılması, daha sonra isə həmin bağ sahəsinə hüquqların iddiaçıya keçməsi tam təsdiq olunur. Belə olan halda hazırkı mübahisənin həll edilməsi üçün müəyyən edilməli əsas hal, N.Məmmədovanın adına qeydə alınmış 13 saylı bağ sahəsinin yerləşmə yerinin D.Əliyeva, daha sonra isə iddiaçıya ayrılmış 11/12 saylı bağ sahəsinin yerinə uyğun gəlib gəlməməsinin aydınlaşdırılmasıdır. Bunun üçün ilk növbədə həm D.Əliyevaya, həm də N.Məmmədovaya ayrılmış 11/12 və 13 saylı bağ sahələrinin naturada ilkin yerləşmə yerinin müəyyən edilməsi zəruridir. Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Günəş-3” bağçılıq yoldaşlıq birliyinə dair sxematik xəritə (bölgü sxemi) arxiv qovluğunda aşkar edilməmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı naturada faktiki göstərdiyi bağ sahəsi işdə olan “Günəş-3” bağçılıq yoldaşlığa məxsus bağların sxematik xəritəsinə əsasən X15 və İstismarı Birliyinin xx.xx.2007-ci il tarixli 36199 saylı müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmiş 11/12- 3754-3755 saylı bağ sahəsinin ərazisinə uyğun gəlirmi? Uyğun gəlmirsə, iddiaçının naturada göstərdiyi bağ sahəsi həmin bağlar ərazisində hansı nömrəli bağa uyğun gəlir?

2. İddiaçı naturada göstərdiyi bağ sahəsinə qonşu olan bağ sahəsinin nömrələri müəyyən edilsin.

3. İddiaçı naturada göstərdiyi bağ sahəsinin koordinatları müəyyən edilsin.

4. İddiaçı naturada göstərdiyi bağ sahəsi üçüncü şəxs X21 mülkiyyətində olan 13/3756 saylı bağ sahəsi ilə üst-üstə düşürmü? Üst-üstə düşürsə, hansı hissədə?

5. Üçüncü şəxs X21 mülkiyyətində olan 13/3756 saylı bağ sahəsi “Günəş-3” bağçılıq yoldaşlığa məxsus bağların sxematik xəritəsinə əsasən 13 saylı bağ sahəsinin yerinə uyğun gəlirmi? Uyğun gəlmirsə, sxematik xəritədəki hansı nömrəli bağ sahəsinə uyğun gəlir? Həmin qərardadın icrası məqsədilə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/4603 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Toğrul Salmanlının tərtib etdiyi 16 iyun 2023-cü il tarixli, 3-21-3-30/2-20398/2023 nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki: - Qərardadın birinci sualı üzrə: Ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazi **********51 reyestr nömrəsi ilə qeydiyyata alınıb (X21 mülkiyyətindədir). - Qərardadın ikinci sualı üzrə: Yuxarıda qeyd olunduğu kimi ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmadı. - -Qərardadın üçüncü sualı üzrə: İddia olunan torpaq sahəsi 1230.0 kv.m təşkil edir. Sözügedən 1230.0 kv.m torpaq sahəsinin yerləşməsini və koordinatlarını əks etdirən sxem əlavə olunur. - Qərardadın dördüncü sualı üzrə: Yuxarıda qeyd olunduğu kimi ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən ərazi **********51 reyestr nömrəsi ilə qeydiyyata alınıb (X21 mülkiyyətindədir). - Qərardadın beşinci sualı üzrə: Yuxarıda qeyd olunduğu kimi ərazidə hasarlama hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun aparılmadığından qeyd olunan ərazinin hansı bağ sahəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmadı. Göründüyü kimi, ekspert rəyi ilə müəyyən olunur ki, ərazidə hasarlama işləri plan üzrə aparılmadığından N.Məmmədovanın adına qeydə alınmış bağ sahəsinin iddiaçıya ayrılmış 11/12 saylı bağ sahəsinin yerinə uyğun gəlməsini müəyyən etmək mümkün olmamışdır. Beləliklə, qeyd olunanlardan aydın olur ki, həm “Günəş-3” bağçılıq yoldaşlıq birliyinə dair sxematik xəritə (bölgü sxemi) arxiv qovluğunda olmadığından, həm də ərazidə hasarlama işləri plan üzrə aparılmadığından nə 11/12 saylı, nə də 13 saylı bağ sahəsinin naturada ilkin yerləşmə yerinin müəyyən edilməsi mümkündür. Bu isə o nəticəyə gətirib çıxarır ki, N.Məmmədovanın adına qeydə alınmış 13 saylı bağ sahəsinin D.Əliyeva, daha sonra isə iddiaçıya ayrılmış 11/12 saylı bağ sahəsinin yerinə uyğun gəlməsi sübuta yetirilmir. İddia ərizəsindən görünür ki, iddiaçı bu halı təsdiq edən sübut kimi AMAKA-nın Baş Direktounun 1-ci müavini tərəfindən imza və möhürlə təsdiq edilmiş “Günəş-3” bağçılıq yoldaşlığın bölgü sxeminə istinad edir. Məhkəmə qeyd edir ki, birincisi, həmin sənəd kserosurət olmaqla əsli nə “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamınə əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələrinin arxivlərinin balanssaxlayıcısı olan cavabdehdə, nə də Milli Aerokosmik Agentliyində mövcuddur. Buna görə də həmin bölgü sxem mötəbər hesab edilə bilməz. İkincisi, məhkəmə tərəfindən “Günəş-3” bağçılıq yoldaşlıq tərəfindən ayrı-ayrı şəxslərə verilmiş bağ sahələrinin qeydiyyata alınması zamanı həmin bağ sahələrinə dair verilmiş bölgü sxemlərin məhkəməyə təqdim edilməsi barədə sorğu göndərilmiş, sorğuya cavab olaraq təqdim edilmiş bölgü sxemlər tədqiq edildikdə onların bir-birindən fərqləndiyi müəyyən edilmişdir. Məsələn, Azərbaycan Milli Aerokosmik Agentliyinin nəzdində yaranmış “Günəş-3” bağçılıq yoldaşlığının xx.xx.1999-cu il tarixli ümumi yığıncağının 2 saylı protokolu və bağın istifadəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 39481 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3/3746 saylı bağ sahəsi X5 adına xx.xx.2011-ci il tarixdə qeydə alınmış, həmin qeydiyyat aparılarkən 3 saylı bağ sahəsinə dair verilmiş bölgü sxem iddiaçının hazırda təqdim etdiyi və mötəbər kimi qəbul etdiyi bölgü sxemlə eynilik təşkil etmişdir. Lakin daha əvvəl, xx.xx.2008-ci ildə 36 saylı bağ sahəsinə dair X11 hüququ qeydə alınarkən həmin bağ sahəsinə dair təqdim edilmiş bölgü sxem fərqli olmuş, orada 11/12 nöməli bağ sahəsi əks olunmamış, 11 və 12 saylı bağ sahələri olmaqla, yerləşmə yeri iddiaçının təqdim etdiyi bölgü sxemdən fərqli olmuşdur. Həmçinin xx.xx.2009-cu il tarixdə 57 saylı bağ sahəsinə dair X4, xx.xx.2010-cu ildə 61 saylı bağ sahəsinə dair X18 hüququ qeydə alınarkən həmin bağ sahələrinə dair təqdim edilmiş bölgü sxem üçüncü şəxs N.Məmmədovanın 13 saylı bağ sahəsinə dair hüququnun qeydə alınması zamanı təqdim etdyi və ona məxsus bağın yerləşmə yerini göstərən bölgü sxemi ilə eyni olmuşdur. Belə olan halda aydındır ki, N.Məmmədovanın deyil, iddiaçının təqdim etdiyi bölgü sxemin mötəbər olduğunu demək üçün hər hansı bir əsas mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçı N.Məmmədovanın adına qeydə alınmış 13 saylı bağ sahəsinin yerləşmə yerinin ona ayrılmış 11/12 (3754/3755 saylı) saylı bağ sahəsinin yerləşmə yerinə uyğun gəlməsini sübuta yetirə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin üçüncü şəxslər barəsində apardığı qeydin iddiaçının hüquqlarını pozması müəyyən edilmir. Buna görə də iddiaçının üçüncü şəxs barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydi mübahisələndirməsinə dair hazırkı iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. İş üzrə 50 (əlli) manat məhkəmə ekspertizası xərci İddiaçı tutularaq dövlət büdcəsinə (X19, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar