Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10401/2023 25.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair cizginin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 2159 nömrəli, xx.xx.1999-cu il tarixli qərarı ilə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin Qərb hissəsində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 600 kv.metr torpaq sahəsinə dair cizgi sxeminin (plan cizgisinin) verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 2159 nömrəli sərəncamı ilə Zığ qəsəbəsinin Qərb hissəsində 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin inşa edilməsi üçün ona ayrılmışdır. Qeyd edilən sərəncam arxivdə mövcuddur. Həmin torpaq sahəsindən bu günə qədər istifadə etsə də torpaq sahəsini özəlləşdirməmişdir. Torpaq sahəsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün ona torpaq sahəsinin cizgi sxemi tələb olunur, odur ki, cavabdehə müraciət edərək torpağın cizgi sxeminin ona verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin imtinası əsassızdır və onun subyektiv hüquqlarını pozur. Sözügedən torpaq sahəsi ona qanuni şəkildə ayrılmışdır və hal-hazırda istifadəsindədir, buna görə də inzibati orqanın bu hərəkəti tamamilə qanunsuzdur. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 520/2-1574/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı’nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci ıl tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “cizgi sxemin verilməsi" tələbinə dair iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin 5-20/2-M-104-091/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün Zığ qəsəbəsinin qərb hissəsində 600,0 kv.m torpaq sahəsinin vətəndaş İddiaçı ayrılması haqqında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 2159 saylı sərəncamı əsasında xx.xx.1999-cu il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq vətəndaş İddiaçı verilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 2159 saylı xx.xx.1999-cu il tarixli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Zığ qəsəbəsinin qərb hissəsində 600 kv.m torpaq sahəsi ayrılmışdır. Ayrılmış sahədə 185-000-İİİC saylı tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. xx.xx.1999-cu il tarixli Suraxanı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş akta əsasən Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 2159 saylı sərəncamı əsasında Zığ qəsəbəsinin şimal hissəsində 600 kv.m torpaq sahəsi naturada ölçülərin pay bölgüsü aparılaraq və daimi nişanlar qoyularaq İddiaçı təhvil verilmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin Suraxanı Rayon İHB-nın Zığ qəsəbə nümayəndəsi tərəfindən imza və möhür ilə təsdiq edilmiş torpaq sahəsinin yerləşmə sxemi (cizgisi) məhkəməyə təqdim edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim etdiyi torpaq sahəsinin cizgisi xx.xx.1999-cu il tarixli 2159 saylı sərəncamı əsasında ona torpaq sahəsi ayrılarkən ona sərəncamla birlikdə təqdim edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Məhkəmə qeyd edir ki, məhkəmədə iddia qaldırmaqla bərabər iddiaçı məhkəmə iclasında sözügedən torpaq sahəsinin Suraxanı Rayon İHB-nın Zığ qəsəbə nümayəndəsi tərəfindən imza və möhür ilə təsdiq edilmiş torpaq sahəsinin yerləşmə sxemi (cizgisi) məhkəməyə təqdim etmişdir. Belə olan halda iddiaçının hüquqları pozulmamışdır və konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacı yoxdur. Odur ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, torpaq sahəsinin cizgisi Suraxanı Rayon İHB-nın Zığ qəsəbə nümayəndəsi tərəfindən iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-10401/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10401/2023
25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver