Məhkəmə qərarları › İş №2-1(112)-10404/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-10404/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-10404/2025 24.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyul 2025ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharaibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi aviasiya tərkibində döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçular barədə Arayış-Məlumata əsasən İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2019-cu il tarixdən N saylı hərbi hissədə baş leytenant rütbəsində, Mühəndis aerodrom xidməti rəisi vəzifəsində xidmət keçmiş. xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Döyüş əməliyyatları aparılman zaman Azərbaycan Respublikası Müdafiə Nazirinin 4 mart 2021-ci il tarixli 062 nömrəli əmri əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Beyləqan, Yevlax və Qaradağ istiqamətində gedən döyüşlərdə Aerodrom istismar bölüyünün komandiri vəzifəsi ilə iştirak etmiş, xx.xx.2020-ci il tarixli, 239№-li əmri ilə 879№-li hərbi hissəyə ezam daxil olmuş, xx.xx.2020-ci il tarixli, N №-li əmri ilə hərbi hissədən çıxmış, xx.xx.2020-ci il tarixli, 293№-li əmri ilə 981№-li hərbi hissəyə ezam daxil olmuş, xx.xx.2020-ci il tarixli, 302№-li əmri ilə hərbi hissədən çıxmış, xx.xx.2020-ci il tarixli, 307№-li əmri ilə 418№-li hərbi hissəyə daxil olmuş, xx.xx.2020-ci il tarixli, 333№-li əmr ilə hərbi hissədən çıxmış. Ezamiyyət vəsiqəsində xx.xx.2020– xx.xx.2020 və xx.xx.2020-xx.xx.2020-ci il tarixlər qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 5№-li arayışında bildirilmiş ki, N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin mühəndis aerodrom xidməti rəisi (həmin dövrdə N nömrəli hərbi hissənin aerodrom istismar bölüyünün komandiri) baş leytenant İddiaçı döyüş əməliyyatlarına hazırlıq dövründə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Mi-17, Mi-24 və Mi- 35 döyüş helikopterlərinin döyüş uçuşlarını yerinə yetirməsi məqsədi ilə N nömrəli hərbi hissədə yerləşən Beyləqan ön və manevr aerodromunda döyüş təminatı üzrə maskalanma işlərinin yerinə yetirilməsi, düşmənin diversiya qruplarının hücumunun qarşısının alınması və düşmənin hava zərbəsinin yaradacağı fəsadları minimuma endirmək məqsədi ilə mühəndis mövqelərinin yaradılması, helikopterlərin manevr imkanlarının artırılması məqsədi ilə bütün meydançaların yaradılması, o cümlədən yerinə yetirilmiş döyüş təminatı üzrə fəaliyyətlərin planlaşdırılmasında və hazırlanmasında bilavasitə iştirak və rəhbərlik edib. Döyüş əməliyyatları zamanı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək hava sərhədlərinin o cümlədən Bakı səmasının hava hücumundan effektiv müdafiə olunması üçün Qaradağ rayonunda çətin relyefli ərazidə, xüsusi dağ şəraitində, məhdud vaxt çərçivəsində N nömrəli hərbi hissəyə məxsus “Barak-8” X4 sisteminin döyüş növbəsi aparması məqsədi ilə döyüş təminatı üzrə mühəndis mövqelərinin hazırlanması və hazırlanmış xüsusi mövqelərdə X4 sisteminin yerləşdirilməsi, həmçinin maskalanma işlərinin yerinə yetirilməsində bilavasitə iştirak və rəhbərlik edib. Döyüş əməliyyatları zamanı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-cil tarixinədək Yevlax ön və manevr aerodromunda “Bayraktar TB-2” və “Aerostar BP” pilotsuz uçuş aparatlarının intensiv döyüş uçuşlarını yerinə yetirməsi məqsədi ilə döyüş təminatı üzrə gecə-gündüz, sadə və mürəkkəb meteoşəraitdə qalxma-enmə zolağının daimi (sutkanın 24 saatı) döyüş uçuşlarına hazır vəziyyətdə saxlanılması, aerodromda maskalanma işlərinin aparılması, düşmənin hava zərbəsinin aerodromda yaradacağı fəsadların aradan qaldırılması və döyüş uçuşlarına hazır vəziyyətə gətirilməsi üçün yaradılmış qəza bərpa qrupunun (mühəndis texnikaları, aerodrom vasitələri və şəxsi heyət) fəaliyyəti, həmçinin pilotsuz uçuş aparatlarının yerdəyişməsi yerləşməsi və intensiv döyüş uçuşlarını yerinə yetirməsi məqsədi ilə hərəkət yollarının, anqarların və mühəndis mövqelərinin planlaşdırılması, hazırlanması və göstərilən fəaliyyətlərin idarə edilməsində bilavasitə iştirak və rəhbərlik edib. İddiaçı ona müharibə veteranı adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabeh) müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktubu ilə iddiaçıya müharibə veteranı adı verməkdən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...sizə “Müharibə veteranı” adının verilməsi üçün toplanmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün 27 aprel 2024-cü il tarixdə göndərilmişdir. Belə ki, sizin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməyinzlə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsəsnamə”nin tələblərinə uyğun olmadığına görə qərar verilmədən geri qaytarılmışdır...” İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu, müharibə veteranı adı və vəsiqəsi verilən şəxlərin siyahısına daxil edilərək, həmin siyahının Azərbyacan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adi və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilib) İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “...o N №-li hərbi hissədə “mühəndis aerodrom xidməti rəisi” vəzifəsində xidmət keçərkən 44 günlük Vətən Müharibəsi dövrü döyüş əməliyyatlarında iştirak edən 981,879 və N №-li hərbi hissələrə döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş, (əsas: 417,981,N №-li hərbi hissə komandirlərinin əmrlərindən çıxarışların surəti) Onun döyüş fəlaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək barəmdə tərtib olunmuş arayış-məlumata əsasən aşağıda göstərilənlərdən ibarət olmuşdur: -N nömrəli hərbi hissənin maddi-texniki təminat bölməsinin mühəndis aerodrom xidməti rəisi (həmin dövrdə N nömrəli hərbi hissənin aerodrom istismar bölüyünün komandiri) baş leytenant İddiaçı döyüş əməliyyatlarına hazırlıq dövründə xx.xx.2020- ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Mi-17, Mi-24 və Mi-35 döyüş helikopterlərinin döyüş uçuşlarını yerinə yetirməsi məqsədi ilə N nömrəli hərbi hissədə yerləşən Beyləqan ön və manevr aerodromunda döyüş təminatı üzrə maskalanma işlərinin yerinə yetirilməsi, düşmənin diversiya qruplarının hücumunun qarşısının alınması və düşmənin hava zərbəsinin yaradacağı fəsadları minimuma endirmək məqsədi ilə mühəndis mövqelərinin yaradılması, helikopterlərin manevr imkanlarının artırılması məqsədi ilə bütün meydançaların yaradılması, o cümlədən yerinə yetirilmiş döyüş təminatı üzrə fəaliyyətlərin planlaşdırılmasında və hazırlanmasında bilavasitə iştirak və rəhbərlik edib. -Döyüş əməliyyatları zamanı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək hava sərhədlərinin, o cümlədən Bakı səmasının hava hücumundan effektiv müdafiə olunması üçün Qaradağ rayonunda çətin relyefli ərazidə, xüsusi dağ şəraitində, məhdud vaxt çərçivəsində N nömrəli hərbi hissəyə məxsus “Barak – 8” X4 sisteminin döyüş növbəsi aparması məqsədi ilə döyüş təminatı üzrə mühəndis mövqelərinin hazırlanması və hazırlanmış xüsusi mövqelərdə X4 sisteminin yerləşdirilməsi, həmçinin maskalanma işlərinin yerinə yetirilməsində bilavasitə iştirak və rəhbərlik edib. -Döyüş əməliyyatları zamanı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-cil tarixinədək Yevlax ön və manevr aerodromunda “Bayraktar TB-2” və “Aerostar BP” pilotsuz uçuş aparatlarının intensiv döyüş uçuşlarını yerinə yetirməsi məqsədi ilə döyüş təminatı üzrə gecə-gündüz, sadə və mürəkkəb meteoşəraitdə qalxma-enmə zolağının daimi (sutkanın 24 saatı) döyüş uçuşlarına hazır vəziyyətdə saxlanılması, aerodromda maskalanma işlərinin aparılması, düşmənin hava zərbəsinin aerodromda yaradacağı fəsadların aradan qaldırılması və döyüş uçuşlarına hazır vəziyyətə gətirilməsi üçün yaradılmış qəza bərpa qrupunun (mühəndis texnikaları, aerodrom vasitələri və şəxsi heyət) fəaliyyəti, həmçinin pilotsuz uçuş aparatlarının yerdəyişməsi yerləşməsi və intensiv döyüş uçuşlarını yerinə yetirməsi məqsədi ilə hərəkət yollarının, anqarların və mühəndis mövqelərinin planlaşdırılması, hazırlanması və göstərilən fəaliyyətlərin idarə edilməsində bilavasitə iştirak və rəhbərlik edib, (əsas: İddiaçı müharibə veteranı adı verilməsi üçün barəsində xidmət keçdiyi N №-İi hərbi hissə tərəfindən verilmiş N №-li, xx.xx.2024- cü il tarixli arayış, arayışın surəti ərizəyə əlavə olunur) Lakin ona müharibə veteranı adı və vəsiqəsi indiyədək verilməmişdir. O xx.xx.2025-ci il tarixdə etibarnamə üzrə nümayəndəsi vasitəsi ilə cavabdehə ərizə ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün qərar qəbul edilməsini xahiş etdim. Lakin müraciəti bu günə qədər cavablandırılmamışdır. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. İddiaçı rəyi almadan birbaşa məhkəməyə müraciət etmmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “İnzibati icraat haqqında” AR Qanununun 2.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məktubu aralıq inzibati aktdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaya etiraz ərizəsində iddiaçının Komissiyaya müraciət etmədən birbaşa məhkəməyə müraciət etməsini bildirərərk iddianın mümkün sayılmamasını xahiş etmişdir. Lakin işdən görünür ki, iddiaçı cavabdehə müraciət etmiş və cavabdehin xx.xx.2025ci il tarixli məktubu ilə iddiaçıya müharibə veteranı adı verməkdən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...sizə “Müharibə veteranı” adının verilməsi üçün toplanmış və komissiyada müsbət rəy verilmiş sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinə razılaşdırılması üçün 27 aprel 2024-cü il tarixdə göndərilmişdir. Belə ki, sizin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməyinzlə bağlı təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsəsnamə”nin tələblərinə uyğun olmadığına görə qərar verilmədən geri qaytarılmışdır...” Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Həmin Qanunun 7-ci maddəsində göstərilmişdir ki, veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X4, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yuxarıda bəhs olunan qanunvericiliyin və normativ hüquqi aktların şərhinə keçməzdən əvvəl məhkəmə diqqətə çatdırır ki, veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsi, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimlənməsi, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirilməsi müvafiq olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1 –ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur. Həmin Əsasnamənin 1-ci bəndinin 11-ci abzasında isə ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmin normanın tələblərinə görə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X4, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranın adının verilməsi həyata keçirilməlidir. Başqa sözlə desək həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mühim rol oynayır. Cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarət olması və iddiaçının məhz Azərbaycan Hərbi Hava Qüvvələrinə aid X4 bölməsi tərkibində hərbi qullquçu kimi xidmət etdiyi nəzərə alınmadan, idiaçı tərəfindən təqdim olunan sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsəsnamə”nin tələblərinə uyğun olmadığına görə qərar verilmədən geri qaytarılmışdır. Halbuki, qeyd olunan Əsasnamənin 1-ci hissəsinin on birinci abzasında qeyd olunan tələblərindən göründüyü kimi, heç bir ərazi məhdudiyyəti göstərilmədən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, X4, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə hazırlıq iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş məlumatlardan müəyyən olunur ki: N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 1 nömrəli Əmrindən çıxarışa əsasən Leytenant İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirininmüavini-Hərbi Hava Qüvvələri Komandasının 8 oktyabr 2019-cu il tarixli 034 nömrəli əmri ilə N nömrəli hərbi hissənin aerodrom-istismarbölüyünün komandiri vəzifəsinə təyin edilmiş, Bakı şəhəri N nömrəli həbi hissədən gəlmiş hesab edilmiş, N oktyabr 2019-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ teminatlara daxil edilmiş, vəzifəsinin qəbuluna və icrasına başlamış. Vəzifə maasşı ştata əsasən təyin edilmiş. Əsas: N nömrəli hərbi hissə komandirinin N oktyabr 2019-cu il tarixli 4740 nömrəli təyinat vərəqəsi. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 244 nömrəli Əmrindən çıxarışa əsasən 25 sentyabr 2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişlər.

1. Baş-leytenant İddiaçı, aerodrom-istismar bölüyünün komandiri, ezamiyyətdən, N nömrəli hərbi hissədən (Beyləqan rayonu) Əsas: xx.xx.2020-ci il tarixli 2860 nömrəli ezamiyyət vəsiqəsi. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 225 nömrəli Əmrindən çıxarışa əsasən aşağıda adları göstərilən hərbi qulluqçuların N nömrəli hərbi hissədə (Beyləqan) ezamiyyət müddəti xx.xx.2020-ci il tarixinədək artırılmış hesab edilmişlər.

1. Baş-leytenant İddiaçı, aerodrom-istismar bölüyünün komandiri; Əsas: N nömrəli hərbi hissənin qərargah rəsinin xx.xx.2020-ci il tarixli 1190 nömrəli teleqramı. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 248 nömrəli Əmrindən arxiv çıxarışına əsasən uçuşlarda iştirak etmək məqsədilə, N nömrəli hərbi hissədən (Bakı şəhəri), ezamiyyətə həlmiş aşağıda adları qeyd olunan hərbi qulluqçular 3 sentyabr 2020ci il tarixdən getmiş hesab edilmişlər.

1. Baş leytenant İddiaçı; Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 2632 nömrəli ezamiyyət vəsiqəsi. N nömrıli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 248 nömrəli Əmrindən arxiv çıxarışına əsasən uçuşları təmin etmək məqsədilə, N nömrəli hərbi hissədən (Bakı şəhəri), aşağıda adları göstərilən hərbi qulluqçular 03 sentyabr 2020-ci il tarixdən, 13 sentyabr 2020-ci il tarixədək, 11 (on bir) gün müddətinə ezamiyyətə gəlmiş hesab edilmişlər.

1. Baş-leytenant İddiaçı; Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 2725 nömrəli ezamiyyət vərəqəsi. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 234 nömrəli Əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissədə ezamiyyətdə olan N nömrəli hərbi hissənin aşağıda adları göstərilən hərbi qulluqçularının ezamiyyət müddəti xx.xx-2020-ci il tarixədək uzadılmış hesab edilmişdir.

1. Baş-leytenant İddiaçı; Əsas: N nömrəli hərbi hissənin qərargah rəsinin xx.xx.2020-ci il tarixli 1255 nömrəli teleqramı N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 272 nömrəli Əmrindən arxiv çıxarışına əsasən uçuşlarda iştirak etmək məqsədilə, N nömrəli hərbi hissədən (Bakı şəhəri), ezamiyyətə gəlmiş aşağıda adları qeyd olunan hərbi qulluqçular, xx.xx.2020-ci il tarixdən getmiş hesab edilmişlər.

1. Baş-leytenant İddiaçı; Əsas: N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 2916 nömrəli ezamiyyət vərəqəsi N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 246 nömrəli Əmrindən çıxarışa əsasən 27 sentyabr 2020-ci il tarixdən getmiş hesab edilmişlər.

8. Baş-leytenant İddiaçı, aerodrom-istismar bölüyünün komandiri, ezamiyyətə, N nömrəli hərbi hissənin Qaradağ rayonuna N (on) gün müddətinə; Əsas: hərbi hissənin qərargah rəsi vəzifəsini müvəqqəti icra edən mayor S.Cəfərov raportu N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 293 nömrəli Əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu xx.xx.2020-ci il tarixədək ezamiyyətə gəlmiş hesab edilmiş

1. Baş-leytenant İddiaçı; Əsas: xx.xx.2020-ci il tarixli 3036 nömrəli ezamiyyət vəsiqəsi N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 302 nömrəli Əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu ezamiyyətdən getmiş hesab edilmiş.

1. Baş-leytenant İddiaçı; Əsas: xx.xx.2020-ci il tarixli 3036 nömrəli ezamiyyət vəsiqəsi N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 255 nömrəli Əmrindən çıxarışa əsasən 6 oktyabr 2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişlər.

3. Baş-leytenant İddiaçı, aerodrom-istismar bölüyünün komandiri, ezamiyyətdən, N nömrəli hərbi hissədən Qaradağ rayonundan. Əsas: xx.xx.2020-ci il tarixli 3036 nömrəli ezamiyyət bileti. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 262 nömrəli Əmrindən çıxarışa əsasən 13 oktyabr 2020-ci il tarixdən getmiş hesab edilmişlər.

1. Baş-leytenant İddiaçı, aerodrom-istismar bölüyünün komandiri, ezamiyətə, N nömrəli hərbi hissəyə (Yevlax aerodromuna), 8 (səkkiz) gün gün müddətinə Əsas: N nömrəli hərbi hissənin qərargah rəsinin xx.xx.2020-ci il tarixli 1460 nömrəli teleqramı. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 307 nömrəli Əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin (Sumqayıt şəhəri) aşağıda adları çəkilən hərbi qulluqçuları 13 oktyabr 2020-ci il tarixdən ezamiyyətə gəlmiş hesab edilmişlər, 14 oktyabr 2020-ci il tarixdən ümumqoşun norması ilə qazan təminatına qoyulmuşdur.

1. Baş-leytenant İddiaçı; Əsas: Hərbi qulluqçuların 3192 nömrəli, xx.xx.2020-ci il tarixli ezamiyyət vəsiqəsi. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 290 nömrəli Əmrindən çıxarışa əsasən, 8 dekabr 2020-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişlər.

2. Leytenant İddiaçı, aerodrom-istismar bölüyünün komandiri ezamiyyətdən, N nömrəli hərbi hissədən (Yevlax rayonu) Əsas: xx.xx.2020-ci il tarixli 3388 nömrəliezamiyyət vəsiqəsi

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının ezam olunduğu ərazilərdə komanda məntəqəsinin nəzdində açılan X4 İdarəemə Məntəqəsində döyüş heyətinin tərkibində olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilən şəxlərin siyahısına daxil edilərək, həmin siyahının Azərbyacan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla müharibə veteranı adi və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar