Məhkəmə qərarları › İş №2-1(112)-10405/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10405/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10405/2024 22.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlu tərəflərin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küç., 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin “Cuatro” nişanına dair şəhadətnamənin ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli, A223-7/22 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-2624/2024 saylı iş üzrə qərardadı ilə icraat ayrılmışdır. Məhkəmə hər iki iş üzrə iş materiallarını araşdıraraq hesab edir ki, 2-1(112)-10405/2024 saylı hazırkı iş Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2624/2024 saylı (İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməli və birləşdirilmiş iş üzrə icraat 2-1(112)- 2624/2024 qeydiyyat nömrəsi ilə davam etdirilməlidir. Belə ki, hər iki iş üzrə iddia tələbi cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı yönəldilməklə həmin inzibati orqan tərəfindən eyni qərarların ləğv edilməsindən ibarətdir. İPM-nin 16.3-cü maddəsinə əsasən bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxış) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Məhkəmə hesab edir ki, hər iki iddia üzrə müəyyənləşdirilməli, yoxlanılmalı halllar eynidir və bu iki tələbin ayrı-ayrı icraatlarda baxılması iki paralel icraatın aparılmasına, nəticə etibarilə vaxt itkisi və müvafiq resursların əsassız istifadəsinə gətirib çıxara bilər. Bu səbəbdən bu işlərin birgə baxılması və vahid qərarın qəbul edilməsi məqsədəmüvafiqdir. İPM-in: 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid oluduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. 56.1-ci maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır; 56.3-cü maddəsinə əsasən, məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir; 83.3 və 83.3.4-cü maddələrinə əsasən, müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz; 83.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzbati-Prosessual Məcəlləsinin 56, 83.3.4 və 83.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-10405/2024 saylı hazırkı iş həmin məhkəmənin icraatında olan 2-1(112)-2624/2024 saylı (İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair) inzibati işlə birləşdirilsin. Qərardaddan müstəqil şəkildə şikayət verilə bilməz. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar