Məhkəmə qərarları › İş №2-1(112)-10407/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-10407/2023

23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-10407/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək zəmanəti qrafasında düzəliş edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1əyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının əsassız hesab edilməsi, cavabdehin Bakı İnzibati Məhkəmənin 2-1(112)-8104/2021 nömrəli qərarını ilk dəfə icra edərək xx.xx.2022-ci il tarixli tibb müəssisəsinin 0280003AAFMA göndərişinə əsasən tərtib etdiyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi, arayışını əsas kimi hesab edərək Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının əlillik qrupu qrafasında yazılmış 2.2 ikinci dərəcəli əlillik =>2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verən hal) (F20-F20.9) sözlərinin əlillik qrupu qrafasında 2.2 İkinci dərəcəli əlillik => 2.2.11. epilepsiya. tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə (G40-G41.9) sözləri ilə, Diaqnoz qrafasında yazılmış "Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitıv funksiyaların enməsi ilə, anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotik hallar.” sözlərinin Diaqnoz qrafasında "Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları" sözləri ilə və Əmək zəmanəti qrafasında yazılmış "əmək qabiliyyətsiz” sözlərinin Əmək zəmanəti qrafasında “Yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsi öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2196/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əmək zəmanəti qrafasında düzəliş edilməsi” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Ona müddətsiz əlillik təyin edilməsindən cavabdeh imtina etdiyi üçün məhkəməyə müraciət etmiş, Ali Məhkəmənin 2-1(102)- 1012/2022 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-855/2022 nömrəli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8104/2021 nömrəli qərarları ilə xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilməsinə qərar verilmiş və cavabdeh tərəfindən icra edilmişdir. Lakin müddətsiz əlillik təyin edilənədək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının “diaqnoz” və “əmək zəmanəti” qrafasında düzəlişlər edilərək cavabdeh tərəfindən ona qarşı bir çox qanuna zidd hərəkətlərə yol verilmişdir. Belə ki, xx.xx.2021-ci ilə kimi təyin olunmuş əlillikdə “əmək zəmanəti” qrafasında “Xüsusi yaradılmış şəraitdə işləyə bilər” kimi qeyd edilmiş, sonradan xx.xx.2021-ci ildə əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı müraciət etdikdən sonra “əmək zəmanəti” qrafasında “Ruhi-əsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmiş, daha sonra cavabdeh Ali Məhkəmənin 2-1(102)- 1012/2022 nömrəli qərarını icra edərək xx.xx.2022-ci il tarixli qərarında xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən “əmək zəmanəti” qrafasında “Ruhiəsəb gərginliyi tələb olmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. Cavabdehin qanuna zidd hərəkətləri barədə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Azərbaycan Respublikası adından çıxarılan qanuni qüvvəsini alan Ali Məhkəmənin 2-1(102)-1012/2022 nömrəli qərarını nəzərə almaqla xx.xx.2021-ci il tarixdən etibarən ona 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq müddətsiz əlillik təyin edilərkən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının “əmək zəmanəti” qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışında “əmək zəmanəti” qrafasında “yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilsin, lakin xx.xx.2022-ci il tarixli müraciətindən sonra cavabdeh əvvəllər olduğu kimi yenə də qərəzli mövqe nümayiş etdirmişdir. Belə ki, xx.xx.2022-ci ildə elektron sistemə baxış keçirən zaman iddiaçıya məlum olmuşdur ki, müraciətinin əksinə olaraq Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının “diaqnoz” qrafasında yazılmış “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması, baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Posttravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözlərinin “diaqnoz” qrafasında “Postkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar” sözləri ilə və “əmək zəmanəti” qrafasında yazılmış “Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” sözlərinin əlillik arayışında “əmək zəmanəti” qrafasında “əmək qabiliyyətsiz” sözləri ilə əvəz edilmişdir. Hal-hazırda müraciəti ondan ibarətdir ki, cavabdehin elektron altsistemə müdaxilə edərək gündə bir inzibati akt qəbul etməklə onun əlil və sosial hüquqlarının pozulmasına gətirib çıxarması barədə hərəkətlərinin qanunsuz hesab edilərək, sonradan ikinci dəfə qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati aktının əsassız hesab edilərək, Ali Məhkəmənin 2- 1(102)-1012/2022 nömrəli qərarının ilk dəfə icra edilərək xx.xx.2022-ci il tarixli inzibati aktının əsas kimi hesab edilərək Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi arayışının “diaqnoz” qrafasında yazılmış “Posttkontuzion sindrom, baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları tez-tez baş verən dekompensasiyalar və koqnitiv funksiyaların enməsi ilə. Anamnezində psixotik epizodlar keçirilməsi qeyd olunur. Nevrasteniya, Kəskin asteno-nevrotik sindrom. Davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzəhür edən psixotk hallar” sözlərinin “diaqnoz” qrafasında “Hərbi əməliyyatlar nəticəsində alınmış zədələnmələr. Keçirilmiş kəllə beyin travması baş beyinin əzilməsinin, silkələnməsinin davamlı qalıq əlamətləri. Davranış pozulmaqla uzunmüddətli təzahür edən psixotik hallar. Postravmatik ensefalopatiya İİ mərhələ, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları” sözləri ilə və “əmək zəmanəti” qrafasında yazılmış “əmək qabiliyyətsiz” sözlərinin əlillik arayışında “əmək zəmanəti” qrafasında “Yüngül işlərdə işləyə bilər” sözləri ilə əvəz edilməsidir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək mübahisəyə dair qüvvədə olan məhkəmə qərarı oldugundan iddianın mümkünlüyünə baxılacagı izah edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı İnzibatı Məhkəmənin 2-1(112)-8104/2021 nömrəli qanuni qüvvəsini almış qərarını, tibb müəssisəsinin 0280003AAFMA göndərişini nəzərə alaraq Əmək zəmanəti qrafasında “yüngül işlərdə işləyə bilər" kimi qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməməsi səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyi müddətsiz olaraq təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmənin həmin qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin (bundan sonra - Əsasnamə) 2.4-cü bəndinin 2.4.1 -ci, ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı; 2.4.3-cü, şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) və 2.4.4-cü, emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) yarımbəndlərinə istinad edilmiş və iddiaçıya qoyulmuş diaqnozlar ilə əlaqədar müddətsiz əlillik təyin edilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən, Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatına dair qərarı əmək zəmanəti qeyd edilməklə Əlillik altsisteminə (bundan sonra - altsistem) daxil edilir. Göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixli, 2-1(112)-8104/2021 nömrəli məhkəmə qərarı ilə müəyyən edilən diaqnozlar əsas götürülməklə iddiaçının əmək qabiliyyətsiz olması barədə qeyd altsistemə daxil edilmişdir.” İşdən görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8104/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı qanuni qüvvəsini almış qərarı ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə müddətsiz olaraq əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Hazırda iddiaçının tələbi də məhz, məhkəmə həmin qərarı ilə öz həllini tapmış mübahisənin predmetinə aiddir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd etmişdir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (b.b. 15.5;15.6.) Konkret halda da iddiaçı qanuni qüvvəsini almış yekun məhkəmə aktının düzgün icra olunmadığını mübahisələndirdiyi halda, onun eyni məsələ ilə əlaqədar təkrarən, məhkəməyə müraciət etməsi yolverilməzdir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Məhkəmənin qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, həmin qərarın icrası ilə bağlı qərar və hərəkətlərdən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından önəmlidir. “Hornsbi Yunanıstana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 19 mart 1997-ci il tarixli Qərarında təsbit olunan hüquqi mövqeyinə görə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, Konvensiyanın 6-cı maddəsinin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Konkret halda isə qanuni qüvvəsini almış məhkəmə qərarının düzgün icra olunmamasından narazı qalan iddiaçı, həmin qərarın icrası qaydasında, qərarı qəbul etmiş və icrasına nəzarəti həyata keçirən məhkəməyə müraciət etmədən, müstəqil şəkildə, ayrıca laraq iddia qaldırmışdır. Belə olan halda, onun hazırkı iddia tələbinin İPMin 35.1-ci maddəsinin tələbləri ilə müəyyən edilən mümkünlük şərtinə uyğun verilən əsaslanıdırılmış iddia kimi qiymətləndirilməsi istisna olunur ki, belə olan halda da həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah edilir ki, icra sənədini vermiş məhkəməyə şikayətlə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar